Maşın tərcüməsinin nəzəri problemləri
27
masına təkan verilir. Hal-hazırda MT-nin kommersiya sistemləri
– Systran, RADOS Caterpillur Co fəaliyyətdir.
1990-cı ildə Moskvada fərdi kompüterlərin inkişafına həsr
olunmuş sərgidə maşın tərcümə sistemi – Promt nümayiş etdi-
rilmişdir.
1992-ci ildə Promt təkmilləşib STYLUS adı altında (ingi-
lis, alman, fransız, italyan ispan dillərindən rus və əksinə) satışa
buraxılmışdır.
1993-cü ildən bəri STYLUS əsasında Windows üçün MT
sistemi yaranır, sonralar təkmilləşərək STYLUS 3.0 versiyası
Windows 95 üçün dünyada ilk dəfə rus-alman və rus-fransız MT
sistemi yaradılır. Eyni zamanda şifahi nitqin tanınması sistem-
ləri hazırlanır. Bundan əlavə ABŞ-da avtomatik tərcüməni təmin
edən statistik MT sistemləri üçün Edupt proqramları işlənib ha-
zırlanır. Bütün bu sistemlərdə yenə də insanın redaktəsinə ehti-
yac duyulur. Çünki kompüter insan düşüncəsinə qadir deyil və
ən çox çətinlik semantika ilə bağlıdır. Bu problemin həlli uzaq
gələcəkdə, yəqin ki, mümkün olacaqdır.
1997-ci ildə yaponların təşəbbüsü ilə
Interlingua Univer-
sal Network Language layihəsi işə salınır. Bu layihə internet
şəbəkəsinə daxil olan sənədlərin tərcüməsi üçün yaradılmışdır.
Burada qarşıya qoyulan əsas məqsəd elə universal şəbəkə dili
yaratmaqdır ki, istənilən müxtəlif dil daşıyıcıları çin, yapon,
belarus və s. öz mətnlərini (daşıdığı dili düşünmədən ki, onu an-
laya biləcəkdir) göndərə bilsinlər. Bu zaman server və ya trans-
lyatorun köməyi ilə istənilən dil daşıyıcısı öz doğma dilində şə-
bəkəyə daxil etdiyi məktubu və ya sənədi oxuya bilər.
Təbii dili analiz edən modul UNL “Deconverder”, “En-
converte” isə generasiya modulu adlanır. Bir dil üçün hər iki
modul UNL – redaktorunda birləşir. UNL-in isə leksikonu uni-
versal sözdən (universal words) ibarət olur.
1
UNL-in lüğəti
ingilis dilinə əsasən hazırlanır. Bu layihənin hazırlanması 10 ilə
başa gələcək və ilk növbədə ərəb, çin, ingilis, fransız, rus və
1
www.inworld.ru /magazine (index)