Maşın tərcüməsinin nəzəri problemləri
31
verə biləcək fonetik, morfoloji dəyişikliklər tədqiq olunmuşdur.
Son illərdə kompüter vasitəsilə mətnlərin avtomatik redak-
tə edilməsi ilə əlaqədar, cümlə quruluşunun düzgünlüyünün, söz
formalarının orfoqrafik qaydalara riayət olunmasının (ahəng
qanununun, morfemlərin kökə nəzərən tutduqları mövqeyinin,
qrafem düşümü hadisələrinin yoxlanılması), söz formaları ara-
sındakı sintaktik, semantik və qrammatik əlaqələrin, söz forma-
larının sətirdən-sətrə keçirilməsi qaydalarının və durğu işarə-
lərinin işləmə qaydalarının yoxlanılması məsələləri tədqiqata
cəlb edilmişdir.
1
Qeyd etməliyik ki, MT üzrə aparılan tədqiqat işlərinin
əksəriyyəti nəzəri səciyyə daşıyırdı. Son illər MT sistemində
praktiki cəhətə daha çox üstünlük verilmiş, bu baxımdan Azər-
baycan dili mətnlərinin düzgünlüyünü yoxlayan Az Spellcheck
sistemi yaradılmış və Windows sisteminə daxil edilərək realizə
olunmuşdur. Bundan başqa böyük maraq doğuran bir sıra tədqi-
qatlar aparılmış, o cümlədən elektron məkanında Azərbaycan
dili ilə bağlı Firudin Əhmədovun “Elektron imkanlar: Azərbay-
can dili və türk dillərinin inteqrasiya problemlərinə konseptual
yanaşma” əsəri diqqəti cəlb edir.
2
Əsərdə bir-biri ilə bilavasitə
bağlı olan iki əsas istiqamətin problemlərinə toxunulmuşdur:
1. Türk qrupu dillərinin qohum olmasından türk xalqla-
rının və dövlətlərinin yaxınlığının və birliyinin inkişafı üçün
maksimum və effektiv
istifadə edilməsi;
2. Ayrı-ayrı türk dillərinin qorunması, inkişafı və istifadə-
sinin təmini üçün ölkələrin müvafiq qurumlarında əlaqələndi-
1
Vəliyeva K.A. Azərbaycan mətnlərində sözlərin düzgünlüyünün yoxlanılması yol-
ları, Tədqiqlər, 2, B., 1998; Vəliyeva K.A. Mətndə söz birləşmələrinin düzgünlüyünün
yoxlanılması yolları. Tədqiqlər 3, B., 1999; Vəliyeva K.A. Söz formalarının sətirdən-
sətrə avtomatik yolla keçirilməsi // Filologiya məsələləri: Nəzəriyyə və metodika. B.,
1995; Yenə də orada. Orfoqrafiyanın avtomatik yolla yoxlanılması; Vəliyeva K.A.
Dildəki sapmaların aşkar edilməsi. Tədqiqlər, 2, B., 2001; Vəliyeva K.A., Məmmədo-
va M.H. Mətnlərin avtomatik redaktəsi. B., 2003
2
F.Əhmədov. Elektron imkanlar: Azərbaycan dili və türk dillərinin inteqrasiya prob-
lemlərinə konseptual yanaşma. B., 2007