Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə20/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
58 
(yazıda qrafem düşümü), sözün sonuncu hərfinin q, k, t ilə bitməsi 
haqqında,  omonimlik  haqqında,  sintaktik  və  semantik  əlamətlər 
haqqında, sabit söz birləşməsində iştirakı haqqında, feillərin qruplaş-
dırılması haqqında (valentlilik, təsirli və ya təsirsiz olması haqqında) 
məlumatlar verilir. Həm də qeyd etməliyik ki, elektron lüğətlər açıq 
sistemli olduğundan istənilən zaman buraya yeni sözləri əlavə etmək 
imkanına malikdirlər. 
Öyrədici  sistemlər  üçün hazırlanan  lüğətlərdə  isə  əyani  vasi-
tələrdən istifadə olunaraq sözlərin şəkillərlə təsviri və səsləndirilməsi 
verilir.  Bazaya  daxil  olan  şəkilçilərə  gəlincə  isə,  şəkilçilər  mənsub 
olduğu nitq hissələri üzrə qruplaşdırılır. Bundan başqa, sahə termi-
noloji lüğətləri linqvistik təminat kimi bazaya daxil edilir. 
Fonologiya  üzrə  öyrədici  proqramlarda  tədris  olunan  adi 
dərslərdən  fərqli  olaraq  burada  sait  və  samitlər  sistemi,  ahəngə 
uyuşma  qanunauyğunluqları  dialoq  şəklində  səsləndirilmiş  nü-
munələrlə verilir. 
Leksikologiya üzrə öyrədici proqram sisteminə, əsasən söz 
yaradıcılığı  daxil  edilir.  Burada  əsas  vurğu  Azərbaycan  dilində 
sözün sintezinin formal təsviri üzərinə düşür.
1
 
Sözün sintezinin formal təsviri üçün şəkilçilərin söz formaları 
ilə ahəngə uyuşması, kök və şəkilçilərin qarşılıqlı münasibəti, şəkil-
çilərin kökə nəzərən tutduqları mövqe, şəkilçilərin söz mövqelərində 
ahəngi, alqoritm məsələlərinin sorğu-dialoq şəklinə salınması lazım 
gəlir. 
Morfologiya  üzrə  isə  öyrədici  proqram  sisteminə  əsas  və 
köməkçi nitq hissələri (əsas nitq hissəsi: isim, sifət, əvəzlik, say, 
zərf,  feil)  daxildir.  Təbii  ki,  nitq  hissələri  haqqında  məlumatlar 
formal şəkildə kompüterin yaddaşına həkk olunur
2
, eləcə də kö-
məkçi nitq hissələri: qoşma və köməkçi adlar, bağlayıcılar, ədat-
lar, modal sözlər, bağlama, nida, təqlidi sözlər, imperativ sözlər, 
uşaq sözləri, ritmik sözlər linqvistik bazaya daxil edilir.
3
 
                                                           
1
 Vəliyeva K.A. Mətnin avtomatik təhlili və sintezi. B., 1996, s.71-95 
2
 Müasir Azərbaycan dili. B., 1981, səh.28-408 
3
 Yenə orada: səh. 40-505 


Maşın tərcüməsinin nəzəri problemləri 
 
59 
Frazeologiya  üzrə  öyrədici  proqram  sisteminə  frazeoloji 
sabit dil vahidlərinin varlığını şərtləndirən əsas amillər
1
 və fraze-
oloji vahidlərin təsnifatı
2
 məsələləri daxil edilir. 
Leksik təhlildə mətnlərin abzasa, cümlələrə, sözlərə ayrılması, 
mətnin hansı dilə mənsub olmasının təyini (açar sözlərin və əlifbanın 
köməyi ilə), cümlələrin növlərinin müəyyənləşməsi, leksik ifadələrin 
növlərinin təyini (jarqonlar, qarğışlar və s.) ilə baxılır. Bu məsələlə-
rin kompüterdə reallaşması o qədər də mümkün deyildir. 
Morfoloji təhlil mətndəki sözlərin diferensial hissələrə ay-
rılması  və  onların  hansı  nitq  hissəsinə  mənsubluğu,  bir  sözlə, 
əlamətlərin avtomatik təyini ilə məşğul olur. 
Sintaktik  təhlildə  mətndəki  cümlələrin  sözləri  arasındakı  əla-
qələr  və  onların  sıra  mövqeyi  təyin  edilir.  Öyrədici  proqram  siste-
mində sintaktik təhlil dedikdə, Azərbaycan dilindəki mətnlərdə cüm-
lənin  baş  üzvlərinin,  ikinci  dərəcəli  üzvlərinin,  sintaktik  əlaqələrin 
axtarışı başa düşülür. Əlbəttə ki, dialoq sistemində bu axtarışı apar-
maq üçün mütləq onları formal şəklə salmaq lazım gəlir. 
Semantik təhlil ən mürəkkəb proses olub, mətndəki cümlələrin 
məna  məzmununu  təyin  edir.  Məntiqə  əsaslanan  bu  təhlildə  sözlər 
arasındakı  məna  asılılığı  aşkar  olunur  və  bununla  əlaqədar  qoyulan 
məsələ  formalizə  edilir. Semantikanın  formalaşdırılması qeyri-müm-
kün olduğundan bunun üçün mənanın nə dərəcədə düzgün olub-olma-
masını  müəyyənləşdirən  və  keyfiyyətini  yoxlayan  xüsusi  keyfiyyət 
ekspert  sistemləri  hazırlanmalıdır.  Bu  da  süni  intellekt  sistemlərinin 
yaradılmasından asılıdır. Elmin bu istiqamətdə inkişafı hələ də həllini 
gözləyir. Hal-hazırda mövcud olan informasiya texnologiyası axtarış 
sistemlərinin effektli işlənməsi lazımi səviyyədə deyildir. Məhz öyrə-
dici proqram sistemləri, yuxarıda qeyd etdiyimiz kimi, axtarış sistem-
lərinin və dialoq sistemlərinin effektli işlənməsindən asılıdır. Öyrədici 
proqram  sisteminə  nümunə  üçün  morfoloji  sintez  məsələlərini  nə-
zərdən keçirək. 
 
                                                           
1
 Mirzəliyeva M.M. Türk dillərinin frazeologiyası. B., 2009, səh50-53 
2
 Yenə orada: səh.72-115 


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
60 
I BÖLMƏ 
MORFOLOJİ SİNTEZ MƏSƏLƏLƏRİ. İNGİLİS VƏ 
AZƏRBAYCAN DİLLƏRİNDƏ MORFOLOJİ SİNTEZ 
orfoloji sintez bilavasitə tətbiqi morfologiya mə-
sələlərini  əhatə  edir.  Tətbiqi  morfologiya  kom-
püter dilçiliyinin tərkib hissəsi olub, ən çox təd-
qiq  edilmiş  sahədir.  Tətbiqi  morfologiyaya  aşa-
ğıdakı məsələlər daxildir: 

 
morfoloji  prosessorların  hazırlanması  –  yəni  morfoloji 
analiz  və  sintezin  tədqiqi  və  avtomatik  lüğətə  daxil 
olan  söz  forması  haqqında  məlumat,  başqa  sözlə  linq-
vistik bazanın hazırlanması;  

 
morfoloji prosessorların kompüterdə yoxlanılması üçün 
uyğun  alqoritmlərin  tətbiqi  və  riyazi  təminatın  hazır-
lanması: kodlaşdırma və proqramlaşdırma.  
Hal-hazırda morfoloji prosessorlardan mətn və nitqin ema-
lı üzrə müxtəlif avtomatlaşdırılmış sistemlərdə, mətnin avtoma-
tik redaktəsində, avtomatik referatlaşmada, nitqin analiz və sin-
tezində ekspert sistemlərində, optik tanınma sistemlərində, avto-
matik  lüğətlərin  tətbiqində,  internet  axtarış  sistemlərində,  öyrə-
dici sistemlərdə istifadə olunur.  
Bir sözlə, morfoloji prosessorların hazırlanması maşın tər-
cüməsinə  xidmət  məqsədi  ilə  qurulur.  Maşın  tərcüməsinə  gəl-
dikdə isə, ona ehtiyacın artması göz qabağındadır.  
Müasir dövrdə külli miqdarda informasiya axınının çoxlu-
ğu böyük tərcüməçilər ordusu tələb edir ki, bu tələbatın artması 
avtomatik  tərcümə  sistemlərinin  yaradılması  zərurəti  meydana 
gəlmişdir.  Hal-hazırda  bir  çox  dillərin  tərcümə  sistemləri,  o 
cümlədən  ingilis  dilindən  italyan,  rus,  alman,  yapon,  türk,  çex, 
fransız  və  s.  dillərə  “sənaye”  tərcümə  sistemləri  yaradılmış  və 



Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə