ailəsində anadan olmuşdu. Xanlıq ləğv edildikdən sonra Mirzə Camal müstəmləkə
orqanları tərəfindən yerli dəftərxanaya mirzə və əyalət məhkəməsinə katib təyin
edilmişdi. Mirzə Camal öz dövrünün savadlı adamlarından idi. Şərqşünas A.Berje
onu haqqında yazırdı: ―Mirzə Camal ərəb, fars və türk dillərindən başqa ləgzi və
avar dillərini də bilirdi, astronomiyadan məlumata malik idi, tarix və coğrafiyanı
gözəl bilirdi. O həmçinin təbabəti də bildiyindən istefaya çıxdıqdan sonra ömrünün
axırına kimi xəstələri təmannasız müalicə edirdi ki, bununla da xalqın böyük
hörmətini qazanmışdı‖ [52]. Bədii istedada və zənBədii istedada və zəngin yaddaşa
malik olan Mirzə Camal fars və ərəb dillərində şeirlər yazırdı. 1816-cı ildə o, İrana
diplomatik səfərə hazırlaşan rus məmuru üçün ―İran şahlarının şəcərəsi‖ni tərtib
etmişdi. 1847-ci ildə Mirzə Camal fars dilində yaratdığı vaxtda 1828-ci ilə qədər
Qarabağ xanlığının siyasi tarixinə həsr olunmuş salnaməsinə yazdı. Bu salnamənin
ixtisarla sərbəst tərcüməsi 1855-ci ildə A.Berje tərəfindən ―Qafqaz‖ qəzetində,
onun rus və Azərbaycan dillərində tam mətni isə 1959-cu ildə Bakıda nəşr
olunmuşdur.
Şəki xanlığının tarixini sonuncu irsi Şəki xanı – Fətəli xanın Kərim ağa
(1858-ci ildə vəfat etmişdir) tərtib etmişdir. Kərim ağa fars dilinin yaxşı bilirdi və
―Fateh‖ təxəllüsü ilə şeirlər yazırdı. 1829-cu ildə o, Azərbaycan dilində Şəki
xanlığının yaranmasından onun Rusiya tərəfindən işğalına qədərki dövrdə siyasi
tarixini əhatə edən salnaməsini yazdı. Əsər müəllifin vəfat etdiyi ildə Peterburqda
özgə adı altında nəşr olundu. Buraxılan səhv yüz ildən sonra, 1958-ci ildə əsərin
Bakıda yeni nəşri ilə düzəldildi.
Quba xanlığının tarixini 30-50-ci illərdə rus ordusunda kapitan rütbəsində
Şərq dillərindən tərcüməçi işləyən Ġsgəndər bəy Hacınski qələmə almışdır. O, rus
ordusunun dağlılara qarşı yürüşlərində iştirak etmiş, bəy komissiyalarında
işləmişdi. 1847-ci ildə İsgəndər bəy Hacınski ―Qafqaz‖ qəzetində Qubalı Fətəli
xanın həyatına və yürüşlərinə həsr olunmuş geniş məqalə dərc etdirdi [53].
Gəncə şəhərinin tarixini ruhani zümrəsindən çıxmış ġeyx Ġbrahim (1816-
1865) tərtib etmişdir. O, əla ruhani təhsili almış, divanxanada işləmiş, Gəncə
gimnaziyasında Azərbaycan dilindən və qanunşünaslıqdan dərs demişdi. Şeyx
İbrahim ərəb və fars dillərini bilir, ―Naseh‖ təxəllüsü ilə şerlər yazırdı. 40-cı illərdə
o, Azərbaycan dilində, Gəncənin yarandığı dövrdən 1804-cü ildə rus ordusu
tərəfindən işğal olunduğu vaxta qədərki tarixini yazmışdı [54]. Şeyx İbrahimin
salnaməsi bizə çatmamışdır.
Orta əsrlər müsəlman tarixi ədəbiyyatının ənənələrini davam etdirən
Mirzə Məhərrəm və Mirzə Heydər də tarixi mövzularla əsərlər yazmışlar.
Qarabağ bəylərindən olan Mirzə Məhərrəm rus ordusunda mayor rütbəsində Şərq
dillərindən tərcüməçi dillərində işləmiş, ―Məriz‖ təxəllüsü ilə Azərbaycan və fars
dillərində şerlər yazmışdır. O, Nadir şah imperiyasının yüksəlişi və süqutu
―Tarixi‖ni tərtib etmişdi. Mirzə Məhərəmin əlyazması hələlik tapılmamışdır [55].
Dərbəndli Mirzə Heydər Vəzirov (1880-cı ildə vəfat etmişdir), onun öz
sözləri ilə desək, ―məhşur xanların yanında‖ və rus dəftərxanalarında mirzə
işləmişdir. 1837-ci ildə o, fars dilində Nadir şahın ölümündən sonra Dağıstan və
Şirvanın siyasi tarixini şərh edən irihəcmli ―Zübdət-ət-Təvarix‖ (―Tarixlərin ən
yaxşısı‖) adlı əsərini yazmışdır.
Dərbəndin görkəmli din xadimi Məhəmmədtağı (1843-cü ildə vəfat
etmişdir) o dövr üçün aktual olan dini-siyasi mövzuda yazmışdır. Məhəmmədtağı
1840-cı ildə Dərbəndin baş axundu olarkən ―alimliyinə və Şərq dillərindən yaxşı
məlumatlarına‖ görə Kazan Universitetinin müxbir üzvü seçilmişdi [56]. 1841-ci
ildə o, ərəb dilində ―Əd-Dürr-əl-Mənzum finasayeh əl-Ümum‖ adlı əsər yazdı.
Məhəmmədtağının əsəri Elmlər Akademiyasında müzakirə olunmuş, M.Kazım
bəy və X.Fren kimi şərqşünaslar tərəfindən müsbət qiymətləndirilmişdir [57].
Adları çəkilən əsərlərin sosial-siyasi məzmununa gəldikdə isə,
Azərbaycan tarixçiləri tarixi biliklərin tərbiyəvi əhəmiyyətinə xüsusi qiymət
qiymət verirdilər: keçmişi onlar gələcək üçün ibrət dərsi kimi qiymətləndirirdilər.
Azərbaycan tarixçilərinin əsərlərində həm faktlardan, həm də rəvayətlərdən eyni
dərəcədə istifadə edilmişdir ki, bu da onların mənbələrə qeyri-tənqidi münasibətləri
və tam etibar etmələri ilə bağlıdır. Şərq tarixçilərinin subyektiv ənənələrinin təsiri
altında onlar bəzən orta əsrlərin amansız dövlət başçılarını və sərkərdələrini igid və
müdrik dövlət xadimləri kimi qələmə alırdılar.
Bunula belə, Azərbaycan tarixçilərinin əsərlərində ictimai həyatın ilahi
qüvvədən törənməsi fikir arxa plana keçir, hadfisə və faktların rasional izahı
keçdikcə daha çox vətəndaşlıq hüququ qazanır, ilahidən müəyyənləşdirilmiş tale
təbii-tarixi proseslə əvəz olunur. Bundan əlavə, çox vaxt diyarın siyasi tarixi şərh
olunmazdan əvvəl onun coğrafi vəziyyəti, təbii ehtiyatları, təsərrüfat sahələri,
mədəniyyət abidələri, əhalinin adətləri, əxlaqı, inamı təsvir olunur. Azərbaycan
tarixçiləri vətən tarixinin yaradılmasına tərbiyəvi əhəmiyyət verirdilər. Mirzə
Camal yazırdı: ―İnsandan qızıl saray qalmaqdansa, yaxşı ad qalsa daha yaxşıdır‖
[58]. Onların əsərlərində vətənpərvərlik hissi aydın duyulur, sülhün xeyri,
müharibənin ziyanı haqqında fikirlər söylənilirdi.
Cənubi Qafqazın Rusiya imperiyası tərəfindən istilası və mənimsənilməsi,
Rusiyanın İran və Türkiyə ilə bilavasitə həmsərhəd olması rus cəmiyyətinin
müxtəlif dairələrində Şərq dillərinə və ədəbiyyatına canlı maraq oyatdı. Bütün
bunlar fars, türk və Azərbaycan ədəbiyyatına dair çoxlu tədqiqatların yaranmasına
səbəb oldu. Rus şərqşünaslığının təşəkkülü və inkişafında azərbaycanlı şərqşünas
və alimlərin mühüm xidməti və əməyi olmuşdur. 1841-ci ildə A.Bakıxanov fars
dilinin düzülüş və qaydalarını Avropa metodu ilə şərh edən ilk elmi
qrammatikasını tərtib etdi. A.Bakıxanovun ―Fars qrammatikası‖ hökumət
mükafatına layiq görülmüş və 1841-ci ildə Tiflisdə dövlət hesabına nəşr