Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə13/20
tarix26.11.2017
ölçüsü1,81 Mb.
#12653
növüXülasə
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

Nümunə 3. “8 marta gedən yol 23 fevraldan keçir”.
Yenə də burada qarşılaşdırılan tərəflər qadın və kişilərdir. “8 Martla” yəni Beynəlxalq qadınlar günü ilə 23 fevralın (Qızıl Ordunun və ya Sovet Hərbi Dəniz Donanmasının yaranması günü. Sovet dövründə ictimaiyyət arasında “kişilər” günü kimi rəmzləşmişdir) müqayisə olunması, “qadın” və “kişi” oppozisiyasının yeni forma və formatda təzühürüdür.

Yaxud başqa bir mətndə isə bu qarşıdurma yeni bir ironiya əsasında təcəssüm olunmuşdur:





Nümunə 4. “İndidən dava etməyə başlayın ki, 14 fevrala çatdırasınız”.
Buradan görünən odur ki, “8 mart”la bağlı həssaslıq “14 fevral” (Müqəddəs Va­lentin günü – sevgililər günü kimi populyardır) ərəfəsində aktuallaşmış olur. Həmin ərə­fədə münasibətlərin pozulmasının başqa cür mənalandırılma qorxusu, “yozulma” təhlü­kəsi vardır. Əslində, sevgililərin gündəlik həyat rejimində ən çox rast gəlinən situasiyaya – dava-dalaşa münasibətin dəyişməsinin arxasında başqa cür anlaşılma narahatçılığı dayanır. Hər iki tərəfin arzu etdiyi, istədiyi bu situasiya yanlış anlaşılmadan qorxmaq kimi təcəssüm edir. Sanki həm qız, həm də oğlan “dava” etməyi qətiyyən arzulamır, sadəcə olaraq bu dəfə hər iki tərəfin “əsaslı” səbəbi vardır. Təbii ki, bu dediklərimiz mətni doğuran psixoloji gerçəkliyin dildə ifadə olunarkən qazandığı mahiyyətdir.

Yaxud Eynşteyn milli “mentalitet” və “dəyərləri” zahirən müdafiə edən, əslində isə tənqid edən tip kimi özünü göstərir:








Nümunə 5. “Yay gəlsəydi, şortik geyinənlərə pis baxardıq”

Nümunə 6. “Qardaş gəldi gedərdi. Arvaddan bərk yapış”

Eyni zamanda o xalq arasında geniş yayılmış paremik ifadələrin modern dün­yanın şərtlərinə uyğun yenidən interpretasiyasını təqdim edən obraz kimi də çıxış edir:










Nümunə 7.

Dəvəyə deyiblər ki, boynun ni­yə əyridi? Anası cavab ve­rib ki, telefonla oynamaqdan”



Nümunə 8.

Balama qurban



chipsilər.

Balam haçan cip sürər?”

Nümunə 9.

“Bir qızın ən yaxşı

cehizi,

kredit açılmamış adıdı”


Burada (Nümunə 7) azərbaycanlıların geniş yayılmış paremik ifadələrindən biri “dəvəyə deyiblər, boynun niyə əyridi, deyib ki, haram düzdü ki, boynum da düz ola?” əsasında formalaşmışdır. Lakin bu nümunə tamamilə yeni məzmunda, müasir dövrün aktual mövzuları əsasında meydana çıxmışdır. Mexanizm eyni olsa da, məzmun müasirdir, günümüzün reallıqlarına əsaslanır. Burada gülüş doğuran məhz dəvənin boynunun əyriliyi ilə telefonla həddindən artıq vaxt keçirənlərin müqayisə olunmasıdır. Zahirən nə qədər komik görünsə də, fikrin mahiyyətində dərin bir tənqid, aktual bir problemə çağırış vardır.

Həmçinin digər fakt (Nümunə 8) Azərbaycan folklorunda mövcud olan “oxşa­ma” (uşaqlar haqqında söylənilən ritmik deyimlər) nümunəsidir ki, burada da həmin proses baş vermişdir. Böyüklər tərəfindən uşaqların əzizlənməsi məqsədilə deyilən bu ifadələrdə, adətən, uşağın tezliklə yeriməyə başlaması, dil açması, əl çalması və s. kimi arzu və niyyətlər ifadə olunur. Buradakı “chipsi” (çipsi – qızar­dılmış kartof dilimləri) sözü ilə “jeep” (cip – hündür minik maşınlarına deyilən ümu­mi ad) sözü­nün səslənişindəki (çipsi və cip) oxşarlıq hesabına yeni folklor nümunəsi yaranmışdır ki, bu da ənənəvi folklorda müqayisə olunan predmetlərdən tamamilə fərqlidir. Lakin bu ifadənin məhz Albert Eynşteynin şəkli üzərində əks olunması, yəni onun “dilindən” ifa olunması yeni bir situasiya yaradır. Mənbəyini ənənəvi folklor qəli­bindən götürən bu nümunə virtual mühitdə xalq biliyinin rəqəmsallaşma texno­logiyasını açıq şəkildə bizə təqdim edir. Belə ki, virtual kommunikativ mühitdə geniş populyarlıq qazanmış, başqa şəkildə desək, virtual folklorun ənənəvi obrazına çev­rilmiş Albert Eynşteyn ünsiyyət zamanı situasiyaya münasibətin formalarından birinə çevrilmişdir. Yəni hər hansı bir müzakirə zamanı İnternet istifadəçisi hadisəyə və yaxud da “status”a (sosial şəbəklərdə hər hansı bir şəxsin öz profilindən paylaşdığı fikir) “comment” (koment – şərh) verərkən birbaşa özünün “adından” deyil, Eyn­şteynin şəkli üzərində dəyişiklik etməklə, sanki onun “adından” reaksiya bildirmiş olur. Bu isə, təbii ki, hər hansı adi, sadə bir şəxsin deyil, özü ilə bərabər daşıdığı məna cərgəsini də aktuallaşdıran Albert Eynşteyn ictimai tribunasının da emosional-ekspressiv semantikasını daşıyır. Fikrimizin təsir imkanlarını artırmaq, legitimliyini təmin etmək üçün atalar sözü modelindən istifadə etdiyimiz kimi, virtual folklor nümunələrində də Albert Eynşteyn obrazından istifadə olunur.

Yaxud (Nümunə 9.) ölkəmizdə son 10-15 ildə insanlar arasında “kreditə pul götürmək” geniş yayılmışdır və onunla bağlı müxtəlif tipli söhbətlər populyarlıq qazanmışdır. Təbii ki, milli zəmində sosial gərginlik yaradan belə bir “tema”nın kollektiv yaradıcılıq nümunələri ortaya çıxarması, çox təbiidir. Əvvəla, onu deyək ki, xalq arasında bu ifadənin əsli belədir: “Bir qızın ən yaxşı cehizi, abır və ismətidir”. Burada isə, həmin qənaət və ya tövsiyyədən, ümumiyyətlə, söz getmir. Bu, bir tərəfdən, müasir dövrdə “abır”, “həya”, “ismət” və s. kimi anlayışların prioritetliyini itirdiyinə ironik şəkildə işarə vurmaqdırsa, digər tərəfdən də populyarlıq qazanmış başqa bir “tema”nın da “reytinq”inin yüksəkliyini nəzərə çarpdırmaqdır. Çünki bu­rada əsl ifadəyə, yəni həmin ifadənin kəsb etdiyi dünya görüşünə, fəlsəfəyə alternativ irəli sürülür. Yeri gəlmişkən onu deyək ki, virtual sosial şəbəkələrdə meydana çıxan yeni folklor yaradıcılığı nümunələrində müşayiət olunan bu tipli proseslər – yüksək reytinq qazanmış mövzular, ənənəvi deyim və ifadələrə alternativlərin meydana çıxması, onların kəsb etdiyi mənalar bütövlükdə cəmiyyətdə sosial proseslərin “nəbzinin” tutulması, analizi və proqnozlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Təbii ki, yuxarıdakı nümunə də bu cəhətdən kifayət qədər mühüm əhəmiyyət kəsb edir. Həmin mövzunun Albert Eynşteynin adından səsləndirilməsi isə virtual folklor yaradıcılığında müşahidə olunan tendensiyalardan biridir.




Nümunə 10. “Anasına bax qızını al, atasına bax vecinə alma”.
Eyni vəziyyəti digər nümunədə də (Nümunə 10.) müşahidə edirik. Azərbay­canlılar arasında çox məşhur olan “anasına bax qızını al, qırağına bax, bezini al” ifadəsi tamamilə yeni bir formada “redaktə” olunmuşdur. Bu eyni zamanda, bütün adət və ənənələrə, deyim və ifadələrə triksterik planda yanaşmanın, başqa şəkildə de­sək, ələsalmanın təcəssümüdür ki, yeni folklor yaradıcılığı prosesində bu cür ten­densiya özünü ciddi şəkildə hiss elətdirməkdədir. Xüsusi ilə cəmiyyətdə stereotip­ləş­miş, keç­miş adət-ənənələrə və inanc sisteminə söykənən davranışlar müasir həyatın ritminə və axarına uyğunlaşa bilmədiyindən, həmçinin bir sıra digər səbəblərdən yeni folklorun gü­lüş (tənqid) obyektinə çevrilir. Ümumiyyətlə, virtual folklor nümunələrində ənənə­vi folklordakı keçmişi ideallaşdırma, keçmişə kult kimi yanaşmadan fərqli olaraq sak­raldan profana doğru (desakralizasiya) tendensiya aydın şəkildə hiss olunmaqadır.

Diqqəti cəlb edən mühüm faktlardan biri də Eynşteynin özü-özünü təkzib etməsi, sanki virtual folklor obrazı ilə real tarixi kimliyini bir araya gətirərək müqa­yisə aparmasıdır. Bu məqamda da o milli koloritini qoruyur:




Nümunə 11. “And olsun Seyid Lazım Ağanın cəddinə, mən elə sözlər deməmişəm”
Burada (Nümunə 11.) Eynşteynin virtual folklor obrazını yaradan düşüncə özü-özünə opponentlik edir, “bu sözləri mən deməmişəm” deməklə yeni bir folklor nümunəsi yaratmış olur. Həmçinin burada Azərbaycandilli virtual məkanda Eyn­şteynlə bağlı olan folklor yaradıcılığı prosesinə də müraciət vardır. Nümunədəki “And olsun Seyid Lazım ağanın cəddinə” ifadəsi isə Qarabağ bölgəsi üçün xarakterik olan and nümunəsidir. Yəqin ki, bölgə xarakterli belə bir and nümunəsinin lokal çərçivədən çıxması İnternetin yaratdığı yeni situasiya – ənənəvi folklorun virtual folklora transmissiyası ilə bağlıdır.

Artıq Eynşteynlə bağlı nümunələrin Azərbaycandilli virtual mühitdə geniş yayılması, bu prosesin özünü də gülüş predmetinə çevirmişdir. Belə ki, Azərbay­can­dilli virtual məkanda məşhur yunan filosofu Platonla bağlı rast gəldiyimiz başqa bir nümunə elə bu kontekstdə meydana çıxmışdır:




Nümunə 12. “Ne day boq mənə də ilişəsiniz mən sizin üçün Eynşteyn zad deyiləm”.
Bu nümunədəki ifadə tərzinin özü belə (yarı rus, yarı Azərbaycan dilində və dialekt tələffüzündə olması) folklorikdir. Eynşteynlə bağlı folklor nümunələrinin geniş yayılması, gənclər arasında söyləndiyi kimi, Eynşteyn “tema”sının populyarlaşması bu tipli faktların da ortaya çıxmasını şərtləndirmişdir.

Yaxud dünyada baş verən iqtisadi dəyişiklər zəminində Azərbaycanda yerli pulla dollar arasında nisbətin dəyişməsi, yəni dolların dəyərinin yüksəlməsi zəminində sosial medianın gündəminə gələn bu mövzu özü ilə bərabər folklorunu da doğurmuşdur. Bu prosesə müvafiq olaraq yaranan nümunələrdən birində yenə də Eynşteynlə bağlı folklorlaşma prosesinə “münasibət” bildirilir:





Nümunə 13. “Bu günnən mənim blatım qalxır. Eynşteyn kimdi ala?

Ni day boq məni söyəsiz. Hamınızı vilkalayaram” (Benjamin Franklin – dolların üstündəki oğlan)
Bu tipli müqayisələr onu göstərir ki, Azərbaycandilli virtual məkanda Albert Eynşteynlə bağlı yaranan folklor nümunələri təsadüfi fakt deyil və ənənəviləşmiş düşüncə hadisəsi, ənənəvi model və qəliblər əsasında yaranmışdır. Təbii ki, bu mövzular müvəqqəti//ötəri (“ephemeral”) olduğu qədər də ənənəvidir (4, 33). Yəni sosial medianın gündəminə gələn mövzular müvəqqəti xarakter daşısa da, onların meydana çıxma qəlibləri ənənəvidir. Çünki sosial-iqtisadi sferada yaranan “gərgin­liklər” çevik kollektiv reaksiyanın hədəfinə düşdüyü üçün kollektiv modellərin meydana çıxmasına rəvac verir. Bu baxımdan, istər Eynşteyn, istər Platon, istərsə də Benjamin Franklin haqqında Azərbaycandilli virtual məkanda meydana çıxan virtual folklor faktları ənənəvi modellər əsasında təşkil olunmuşdur.

Bəzən isə Eynşteyn müdrik bir ağsaqqal kimi çıxış edərək atalar sözü səviy­yəsində hökm irəli sürür:




Nümunə 14. “Əsas odur ki, niyyətin təmiz olsun”
Burada hədəfə alınan əsas nöqtə insanlar arasında stereotip düşüncə və dav­ranışa çevrilən adətlərdir. Zahiri, formal əlamətləri ilə hərəkətləri üst-üstə düşməyən zaman, əqidə, dini, siyasi baxışları ilə atdığı addımlar uyğun olmayan şəxslər haqqında deyilən bu fikir, əslində, bu günün ən mühüm problemidir. Bu ifadə ilə insanlar, sanki öz əməllərinə haqq qazandırırlar. Yəni atdığı addım başqa cür görünsə də, niyyəti və yaxud məqsədi elə deyil. Daha çox dini təmayüllü mahiyyət daşıyan bu ifadə, əslində, bu tipli bütün situasiyaları ehtiva etmək imkanına malikdir.

Azərbaycandilli virtual məkanda Eynşteynlə bağlı rast gəldiyimiz ən mühüm faktlardan biri də onun müəllim statusunda təsəvvür olunmasıdır. Təbii ki, bu obraz onun tarixi şəxsiyyətinə daha çox yaxındır. Lakin o, bu nümunələrdə də ciddi müəllim obrazında deyil, komik planda təsvir olunmaqla, stereotipləşmiş davranış və leksikonu ilə diqqəti cəlb edir:










Nümunə 15. “O arxada danışan məndən çox bilir?”

Nümunə 16. “Dur çıx çölə, bir də mənim dərsimə girmə”

Nümunə 17. “Kim gəlmiyibsə deyin, qayıb yazıram. Vaxtında yatın, vaxtında durun gəlin”

Bu nümunələrdə deyilən ifadə və fikirlər hər bir azərbaycanlı üçün çox tanış və doğma ifadələrdir. Demək olar ki, hər bir şəxsin yaşadığı, eşitdiyi, qarşılaşdığı bu si­tuasiyaların folklorik mahiyyəti məhz onun milli koloritə və davranışlara əsaslan­masıdır. Xüsusilə də məktəb illərində hər bir şagirdin qarşılaşdığı bu ifadələr, hələ İnternetin meydana gəlməsindən xeyli əvvəllərdən ictimaiyyət arasında popul­yarlıq qazanmışdır. Demək olar ki, istənilən bir şəxs bu deyimlərin hansı situasiya ilə bağlı olduğunu və ya hansı məqamda deyildiyini dəqiq bilir. Belə bir ifadələrin və komik situasiyaların virtual məkanda məhz Eynşteynlə əlaqələn­diril­məsi tamamilə yeni effekt yaradır.



Təbii ki, təhlil etdiyimiz bu nümunələrin sayını kifayət qədər artırmaq müm­kün­dür. Çünki bütün dünyada olduğu kimi, Azərbaycandilli virtual mühitdə də folklor prosesləri çox sürətlə və fasiləsiz şəkildə gedir. Albert Eynşteyn obrazı üzərində apardığımız təhlillərdən aydın olur ki, hazırda bir tərəfdən ənənəvi folklor nümunələrinin İnternet mühitində rəqəmsallaşması, müəyyən bir sözlü mətn, şəkil, karikatür, xüsusi proqram vasitəsilə dəyişdirilmiş foto formasında və formatında kommunikativ prosesə daxil olması prosesi gedirsə, digər tərəfdən də virtual folklor ənənələrinin və nümunələrinin meydana çıxması tendensiyası açıq-aydın şəkildə müşahidə olunur. Özü də bu proses texnoloji mənşəli mühitdə getsə də, funksional strukturu və semantikası baxımından texnokulturoloji səciyyəyə malikdir. Bütün bunları ümumiləşdirərək aşağıdakıları qeyd edə bilərik:

  • Qloballaşma, qlobal informasiya mühitinin meydana gəlməsi və bir sıra digər faktorların təsiri ilə folklor prosesləri həm mahiyyəti, həm də funksiyası baxımından yeni mərhələyə qədəm qoymuşdur;

  • Birbaşa olaraq insanın mədəni mövcudluğu ilə şərtlənən folklor müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları hesabına qlobal reaksiya və ünsiyyət fenomeninə çevrilmişdir;

  • İnternetin meydana çıxmasına qədərki mərhələdə lokal coğrafi sərhədlər daxilində aktuallaşan folklor, informasiyanın sərhədsizliyi şəraitində yeni bir mərhələyə qədəm qoymuşdur ki, bu da qlobal folklor proseslərinin yaranmasına səbəb olmuşdur;

  • İnternetin interaktiv kommunikasiya imkanları (xüsusilə sosial şəbəkə, forum və bloqlar timsalında) onun birbaşa olaraq fasiləsiz folklor proseslərinin baş verdiyi mühitə çevrilməsinə səbəb olmuşdur;

  • Sosial medianın birbaşa təsiri hesabına dünyanın ən müxtəlif yerlərində baş verən hadisələrin ictimailəşməsi, məsələlərə çevik kollektiv reaksiya şəraitinin yaranması yeni folklor proseslərinin zəngin faktoloji bazasının ortaya çıxmasını təmin etmişdir;

  • Azərbaycandilli virtual məkanda son dövrlərdə aktiv folklor proses­lərinin gedişi yeni folklor obraz və modellərinin meydana çıxması ilə nəticə­lənmişdir;

  • Albert Eynşteyn obrazı təbiəti etibarilə qlobal xarakterli olsa da, aktual­laşdığı məqamda yerli və lokal xarakter də kəsb etməkdədir. Xüsusilə müəyyən yaş və peşə qrupları mühitində aktual olan zarafat mövzuları vardır ki, bunların Eynşteyn obrazı vasitəsilə təqdim olunması komikliyin dərəcəsinin daha da yüksəlməsinə səbəb olur;

  • Azərbaycandilli virtual məkanda Albert Eynşteyn obrazı ictimai tribuna funksiyasını həyata keçirir. Tarixi şəxsiyyətin emosional yaddaşdakı mahiyyəti onun folklor təzahürlərində müdrik, ağsaqqal, ictimai fikri ifadə edən institu­sional subyekt kimi özünü göstərir.

İşin elmi nəticəsi. Məqalədə Azərbaycandilli virtual mühitdə gedən folklor pro­seslərinin analizi nəticəsində müəyyən edilmişdir ki, ənənəvi folklor nümunələri virtual kommunikasiya mühitinə transmissiya olunarkən bir sıra dəyişikliklərə məruz qalır.

İşin elmi yeniliyi. Araşdırmada qarşıya qoyulan problem və məsələyə yanaşma yenidir. Həmçinin virtual kommunikasiya mühitində folklorun təzahür xüsusiy­yət­lərinin təhlili də araşdırmanın elmi yeniliyini təmin edir.

İşin tətbiqi əhəmiyyəti. Məqalədə problemin öyrənilməsinə tətbiq olunan ya­naş­malardan müasir folklor proseslərinin tədqiqinə həsr olunmuş araşdırmalarda isti­fadə oluna bilər.
ƏDƏBİYYAT
1. Dundes A. (2005). “Folkloristics in the Twenty-First Century (AFS Invited Presidential Plenary Address, 2004).” Journal of American Folklore 118: 385–408.

2. Dundes A. “Projection in Folklore - a Plea for Psychoanalytic Semiotics” İnterpretting Folklore”. Bloomington: İndiana University Press. p. 33-61.

3. Dundes A., Pagter C. (1991). “The Mobile SCUD Missile Launcher and Other Persian Gulf Warlore: An American Folk Image of Saddam Hussein’s Iraq.” Western Folklore 50: 303–322.

4. Fernback J. (2003) ‘Legends on the Net: An Examination of Computer-Mediated Communication as a Locus of Oral Culture’, New Media & Society 5 (1): 29–46.



5. Kõiva M. & Vesik, L. (2009). Contemporary Folklore, Internet and Communities at the beginning of the 21st Century. Media & Folklore. Contemporary Folklore IV. Edited by Mare Kõiva. Tartu: ELM Scholarly Press, pp. 97–117.

6. Wasilewska V.K. (2006). “e-Folklore in the Age of Globalization”. Fabula 47, 248-253

7. Winick S. Einstein’s Folklore. Library of Congress. Retrieved from https://blogs.loc.gov/folklife/2013/12/einsteins-folklore/
Türk dilində

8. Dundes A. Halk kimdir. Çev., Metin Ekici. Halkbiliminde kuramlar ve yaklaşımlar. Ankara: 2003, Feryal Matbaacılık, 508 s., s. 1-31.

9. Özünlü Ü. Gülmecenin dilleri. Ankara: Doruk yayıncılık, 1999, 312 s.

Çapa tövsiyə edən: Fil.ü.e.d. Ramazan Qafarlı
Ləman VAQİFQIZI (SÜLEYMANOVA)

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Folklor İnstitutunun

Dədə Qorqud” şöbəsinin aparıcı elmi işçisi



e-mail: leman_suleymanova@ rambler.ru
MÖVLUD MƏRASİMİ

(Şəki-Zaqatala bölgəsindən topladığımız folklor materialları əsasında)
Xülasə

Folklorun var­l­ığı onu söyləyən şəxslərlə yanaşı, folklor məclislərinin varlı­ğın­dan da ası­lı­dır. Folklor mətnləri bu məc­lislərdə cilalanır, variantlaşır, yayılır. Buna gö­rə də folk­lordan danışarkən ilk növbədə folklor məclislərindən danış­maq lazım gəlir. Mərasimlərimizi həm də folklor məclisləri saya bilərik. Çunki bu mə­ra­sim­lər­də folklor və etnoqrafiya iç-içədir. Elə bir mərasim yoxdur ki, orada müəyyən ri­tu­alların icrası ilə yanaşı, həm də folklor mətnləri deyilməsin.

Bu məclislərin bir qismi artıq sıradan çıxsa da, bir qismi hələ də öz varlığını qo­­­ru­yub sax­laya bilmişdir. Müəyyən sə­bəblərlə əlaqədar olaraq sıradan çıx­mış folk­­­lor məclislərinin bir qismi yaşlı folklor söyləyici­lərinin yaddaşlarında qo­ru­nub sax­­lanmışdır. Mövludu hələ də keçirilməkdə olan folklor məclisləri sırasına aid et­mək olar. Bu mərasimi Şəkidə Möhlut, Zaqatala və Balakəndə Möölüd də ad­lan­dı­rır­lar. Azər­bay­canda Mövludu ancaq sünnü təriqətinə mənsub əha­li­nin yaşadığı böl­gələr ke­çi­rir. Dinə görə, hər bir müsəlman öz evində peyğəmbərin doğumu şə­rə­fi­nə bir gün Mövlud ke­çir­məyə borc­ludur. Bundan başqa, müxtəlif niyyətlərə görə də Mövludlar keçirilir. Mövlud həm evdə, həm də ziyarətdə keçirilə bilər. Məclisin nə dərəcədə təmtə­raqlı keçirilməsi onu verənin maddi və­ziy­yətindən asılıdır. Məc­li­si iştirak­çı­la­rın sayından asılı olaraq bir və ya bir neçə molla apara bilər. Orada hə­dislər söylənilir, dini rəvayət və nağıllar danışılır, Yunus İmrənin, Süleyman Çə­lə­binin pey­ğəm­bəri (a.s.) vəsf edən qəsidələri oxunur və s. Mövludda oxunan qə­si­də­lər müx­­təlif avazlarda oxunur. Bəzən eyni qəsidəni yerindən asılı olaraq, bir ne­çə avaz­la oxumaq mümkün olur. Bu məclisi aparanlardan asılıdır.

Şiələrin yaşadıqları bölgələrimizdə isə Mövlud mərasimləri Məhərrəm ayında on iki imamın şərəfinə verilən ve­ri­lən imam ehsanları ilə əvəzlənib.



Açar sözlər: Mövlud, imam ehsanı, məclis, Yunus İmrə, Süleyman Çələbi
MOVLUD CEREMONY

(Based on folklore materials collected from Shaki-Zagatala region)


Summary

The existence of folklore also depends on the presence of folklore councils. Folklore texts are polishes, variants, spreads in this councils. Therefore, speaking folklore, first of all, it is necessary to talk about folklore. Our ceremonies also include folklore conferences. Because folklore and ethno­graphy are intertwined in this ceremonies. There is no such ceremony, as well as the implementation of certain rituals, as well as folklore texts.

Although some of these councils are already ordinary, some still have their own existence. Some folklore conventions which are obliterated for some reasons, but they have been preserved in the memory of older folklore singers. The Movludis still considered as a series of folklore con­ventions. This ceremony is also known as Mohlut In Shaki, Moolud in Zagatala and Balakan. In Azerbaijan, the Mevlebi is only inhabited by the population of the Sunni sect. According to religion, every Muslim is forced to organize one day in the home for the Prophet's birth. Moreover, the Movludsare organized for various purposes. The Mevlut can be organized In the home or at the visit. Everyone organize Movlud Ceremony for self financial situation. The ceremony can take one or several moles depending on the number of participants. There are hadiths, religious narrations and tales are spoken, and the recitations of Yunus Imra, the prophet of Suleiman Chalabi are read. The recitations which are read in Mawlid are read in different voicess. Sometimes it is possible to read the same story several times, depending on the place. It depends on the announcer of ceremony.

In the regions where Shiites live, Movlud ceremonies have been replaced with the imam's benefaction given on honor of the Twelve Imams in Muharram.

 Key words: Movlud, given benefaction on honor of the imams, ceremony, Yunus Imra, Suleiman Chalabi
ОБРЯД МОВЛУД

(Собранные нами фольклорные материалы с Шеки-Закатальского региона)
Резюме

Фольклор не возможен без сказителей и фольклорных обрядов. Фольклорные тексты в этих обрядах формируются, приобретают свои варианты и распространяются. Поэтому, говоря о фольклоре необходимо отметить и о фольклорных меджлисах. Наши обряды можем считать фольклорными меджлисами. Потому, что в этих обрядах фольклор и этнографиясвязаны друг с другом. Нет такого обряда, чтобы там наряду с исполнением некоторых ритуалов, не расска­зы­вались бы фольклорные тексты.

Несмотря на то, что часть этих меджлисов утратило своё существование, другая часть всё же сохра­ни­лась. По некоторым причинам забытые фольклорные меджлисы, частично сох­ра­нились в памяти пожилых фоль­клорных сказителей. Обряд Мовлуд всё ещё можно поставить в один ряд с фольклорными меджлисами. Эти обряды в Шеки называются Мёхлут, а в Закатале и Балакане Мёёлёд. В Азербайджане обряд Мовлуд прово­дит­ся только среди суннитов, про­живающих (населяющих) регион. Согласно религии, каждый мусульманин обя­зан проводить в своём доме один день Мовлуда в связи с рождением пророка. Кроме того, Мовлуды проводятся по различным намерениям. Мовлудможет проводиться как дома, так и в святых местах. Торжественность об­ряда зависит от материального благосостояния того, кто его проводит. В зависимости от числа участников дан­ного обряда, который может проводится одним муллой или несколькими. Там рассказываются хадисы, рели­гиозные слухи и сказки, а так же исполняются гасиды о Юнус Эмре, Сулеймане Челеби, описательные га­си­ды о пророке и. т.д. Гасиды, исполняемые в Мовлуде, поются с различными авазами. Иногда одну и ту же га­сиду, в зависимости от места можно спеть несколькими авазами (несколько напевно) т.е. мело­диями. Это за­висит от того, кто ведёт меджлис.

У Шиитов населяющих наши регионы, обряды Мовлуда заменены наэйсаны, которые даются в месяце Мухаррампосвящённого двенадцати имамам.



Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə