Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə41/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   37   38   39   40   41   42   43   44   ...   61

101
2013/
I
larının  və  qapılarının  açarlarının  İsfahanda  arvadında  qaldığını  deyir.
Açarların dalınca əvvəl vəkil, vəzir, ən axırda şah özü gedir. Ustanın ar -
vadı onların hamısını zirzəmiyə  salıb, onlara orada yun, boyaq küpü və
hana verir. Vəkil yun əyirir, vəzir boyaqçılıq edir, padşah xalça toxuyur.
Bir  müddətdən  sonra  Abdulla  evinə  qayıdıb,  padşahın  işlədiyini  görür.
“Padşah ona usta Abdulla dedi: – Ey padşah, niyə pərt olursan, öz əməllə -
rindir, gəlir başına. Sən camaata zülm eləyərdin, indi də sənə zülm eləyir-
lər (3, 143). Burada xalqa zülm eləyən padşahın əməkçi insanlar tərəfind-
ən cəzalandırıldığı göstərilir. Göründüyü kimi, bu tipli nağıllarda hökm-
darlar öz əməllərinin qurbanına çevrilirlər. 
Həm Azərbaycan, həm də qaraqalpaq nağıllarında sosial satira, sar kazm
ruhu xeyli hallarda üstünlük təşkil etməkdədir. Bu nağıllar öz mükəmməl
ideya-bədii istiqaməti ilə seçilir. Bu tipli nağılların süjetində iki mühüm icti-
mai mövzu – sosial ədalətsizlik və sosial cəza əksini tapır. Birinci mövzu
ağaların, bəylərin, xanların, şahların sadə insanları alçaltdığı məqamlarda,
ikinci isə ağıllı təfəkkürlü insanların öz istismarçılarına qarşı dayandığı sü -
jetlərdə realizə olunur. 
Beləliklə, Azərbaycan və qaraqalpaq nağıllarında xan, hökmdar, şah ob -
razı nəzərdən keçirilərkən bəzi nağıllarda şahların ədalətli, ağıllı, təmkinli
və tədbirli olduqlarını görürüksə, bəzilərində onların ədalətdən kənar, əza -
zil, zalım, qəddar, ağılsız və kütbeyin olduqlarının şahidi oluruq. Bununla
belə, Azərbaycan və  qaraqalpaq  nağıllarında bəzi şahların, hökmdarların
obrazlarının təhrif olunduğunu da nəzərdən qaçırmaq ol maz. Bununla be -
lə,  şah  obrazının  nağıllarda  tarixi  təkamülünü  ardıcıl  və  sistemli  şəkildə
öyrənməyə də ehtiyac vardır. Azərbaycan və qaraqalpaq epik folklor janr-
larının sonrakı tədqiqi zamanı biz məsələni daha dərindən öyrənmək fik -
rindəyik. 
Nəticə: İşin elmi nəticəsi ondan ibarətdir ki, burada Azərbaycan və qa -
raqalpaq nağıllarında xan, şah və hökmdar obrazlarına ilk dəfə müqa-yi -
səli şəkildə nəzər salınmışdır. 
Elmi yenilik: İndiyə qədər Azərbaycan nağıllarında xan, şah və hökm -
dar obrazları tədqiqatçılar tərəfindən nəzərdən keçirilsə də, Azərbaycan-
qaraqalpaq nağılları kontekstində müqayisəli müstəvidə problem kimi ilk
dəfədir ki, folklorşünaslığımızda təhlil obyekti kimi çıxış edir.
Tətbiqi əhəmiyyət: Məqalədən türk xalqları folkloru ilə məşğul olan
mütəxəssislər,  bakalavr  və  magistrlər,  Azərbaycan  -  Qaraqalpaqstan–
ümumtürk folklor əlaqələri sahəsində çalışan tədqiqatçılar istifadə edə bi -
lərlər.


102
2013/
I
ƏDƏBİYYAT
1. Albalıyev Ş. Azərbaycan məişət nağıllarında şah obrazı. Bakı, “Təknur”,
2008, 152 s.
2.  Аникин  В.П.,  Круглов  Ю.Г.  Русское  народное  поэтическое  творче-
ство. Л., Просвещение, 1987, 479 с. 
3. Azərbaycan  nağılları. Toplayanı  və  nəşrə  hazırlayanı  N.Seyidov.  –  Bakı,
Azərnəşr, 1976, 265 s. 
4.  Azərbaycan  ədəbiyyatı  inciləri.  12  kitabda.  1-ci  kitab.  Nağıllar.  Bakı,
Yazıçı, 1985, 506 s.
5. Hüseynbəyli E. Şah Abbas. Roman-xronika. Bakı, Adiloğlu, 2008, 368 s.
6.  Əfəndiyev  P.  “Biri  vardı,  biri  yoxdu...  möcüzəsi”  //  Azərbaycan
mədəniyyəti inciləri. 12 kitabda. 1-ci kitab. Nağıllar. – Bakı, Yazıçı, 1985, s.5-12.
7. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, Maarif, 1992, 477 s. 
8.  İsmayılov  H.  Nağıllar  dünyamıza  elmi  baxış  //  Əliyev  O.  Azərbaycan
nağıllarının poetikası. Bakı, “Səda”, 2001, s. 3-8.
9.  Искендерова  Н. Американская  новелла  и  Восток.  Баку, Мутарджим,
2011, 252 с.
10. Кравцов Н.И., Лазутин C.Г. Русское устное народное творчество. М.,
Высш. шк., 1977, 375 с.
11.  Qaraqalpaq  xalq  nağılları.  Çevirəni  N.Tağısoy.  Bakı,  Mütərcim,  2006,
212 s. 
12. Qarabağ: folklor da bir tarixdir. I kitab. Bakı, “Elm və təhsil”, 2012, 464s.
Rəyçi: Fil.ü.e.d. Muxtar İmanov


103
2013/
I
AMEA Folklor İnstitutunun dissertantı 
E-mail: tahir_ rzayev@mail.ru
СAHANDAR AĞA OBRAZININ LİNQVOPOETİK 
TƏHLİLİ KONTEKSTİNDƏ ETNİK YADDAŞ FORMULLARI
XÜLASƏ
Məqalədə İsmayıl Şıxlının «Dəli Kür» romanının əsas qəhrəmanı Сahandar ağa ob -
razının linqvopoetik təhlili kontekstində folklor formulları, onların nitq vahidlərində əks
olunma mexanizmləri araş dırılmışdır. Həmçinin, Сahandar ağa obrazının türk epos la rın -
dakı epik qəhrəmanlarla, xüsusən Koroğlu obrazı ilə əlaqələri linqvistik təhlil müs təvi -
sində nəzərdən keçirilir.
Açar sözlər: Epos təfəkkürü, linqvopoetika, etnik modellər, linqvistik, konativlik,
nəsr
THE ETHNIC MEMORY FORMULAS IN THE CONTEXT OF LINGVOPO-
ETIC ANALYSIS OF CHARACTER СAHANDAR AGA
SUMMARY
In the article folklore formulas, the reflection mechanizms in their speech units in the
lingvopoetic analysis context of the character Сahandar aga being the main hero in the
novel “Deli Kur” by Ismayil Shikhli. The relations of Сahandar aga with the epic heroes
in Turk eposes, especially the character Koroglu are looked through in the flatness of lin-
guistic analysis.
Key words: the thinking of epos, lingopoetics, ethnic models, linguistic, conativlics,
poetry
ЛИНГВИСТИЧЕСКОЕ АНАЛИЗИРОВАНИЕ ЭТНИЧЕСКОЙ ФОРМУЛЫ
ПАМЯТИ ОБРАЗА ДЖАХАНДАР-АГИ
РЕЗЮМЕ
В  статье  исследуется  лингвопоэтический  анализ  фольклорных  формул  в  кон-
тексте – главного героя романа Исмаила Шыхлы «Бурная Кура» образа Джа хан дар-
аги, также механизмы отражения их речевых единиц . Анализируются связи обра-
за Джахандар-аги с эпическими героями в тюркских эпосах, особенно рассмат ри -
вается связь с образом Короглу в сфере лингвистического анализа.
Ключевые слова: эпическое воображение, лингвопоэтика, этнические модели,
лингвистическое, коннативность, издание
Məsələnin qoyuluşu. «Dəli Kür» romanı zəngin xalq danışıq üslubuna
əsaslanan  bir  əsər  olduğu  üçün  dilçilik  baxımından  da  dəfələrlə  təhlilə
сəlb olunmuşdur. Bu məqalədə isə dilçilik istiqamətindəki araşdırma kon -
kret olaraq Сahandar ağa obrazının timsalında epik formulların müəyyən-
ləşdirilməsinə yönəldilmişdir.
İşin məqsədi. İşin  əsas  məqsədi Сahandar  ağa  obrazı  ilə  epik qəhrə-
man arasındakı əlaqələrini linqvopoetik təhlil əsasında araşdırmaqdır.
Ötən əsrin 60-70-сi illər Azərbayсan nəsrinin fenomenal ədəbi hadisə -


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə