Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə39/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   35   36   37   38   39   40   41   42   ...   61

97
2013/
I
müəllif  “Min  bir  gecə”  nağıllarının  tərkibindən  differensiasiya  olunmuş
“Ömər ibn ən-Nüman haqqında nağıl”, “Əcib və Qərib haqqında nağıl”,
“Şahzadə və yeddi vəzir haqqında nağıl”ların adlarını çəkir və bu nağıl-
ların Amerikan  yazıçıları V.İrvinq və Edqar Po yaradıcılığına  necə  təsir
etdiyini konkret nümunələr əsasında təsdiqləyir ( 9, 173-194).
Bu tipli nağıllar, bir tərəfdən, həyat hadisələrini əks etdirmək baxımın-
dan həqiqətə uyğundursa, digər tərəfdən, onlar üçün real məntiq yalnız si -
tuasiyanın müəyyənləşdirilməsi üçün zəruridir. Və bir də onlardan kə nar -
da süjetin gedişi, əsasən onun həlledici, yekunlaşdırıcı məqamlarında va -
cibdir. Süjetin gedişi, bilindiyi kimi, xalqın mənəvi-etik təfəkkürü ilə bağ -
lıdır; bunun əksinə, həyatda olan hər nə varsa, həqiqət etikasının təntə nə -
si, həyat varlığından istifadəni öz əməli xidmətinə görə əldə edə bilən eti -
ka  qalib  gəlməlidir.  Bununla  bağlı  rus  folklorşünasları  V.P.Anikin  və
J.Q.Kruqlov yazırlar: “Çar nə simurq quşunu, nə Vasilisa – şahzadəni, nə
də onun nəyi varsa əldə edə bilmədi – çünki bunların heç biri ona qismət
olmamalıdır.  Despot  çar  haqqında  nağılda  söylənilir  ki,  çarı  dəfn  edib
onun yerinə atıcı – gənci seçirlər; o, Vasilisa – şahzadə ilə evlənib uzun
illər ərzində onunla sevgi və məmnunluq içində yaşayırlar” (2, 184-185). 
Bu istiqamətdə təhlillərimizi konkret nümunələr əsasında davam et di -
rək. Məsələn, Qaraqalpaqların “Ədalətli adamın işini Allah da avand edir”
nağılının  süjeti  aşağıdakından  ibarətdir.  Ədalətsizlikdən  xoşu  gəlməyən
bir qoca üç oğlunu əldən düşdüyü vaxt yanına çağırıb ömrünün sonunda
onlara nə verməyi, nə miras qoymağı dedikdə böyük oğula ondan mal-qa -
ra, ortancıla bağ-bağça, ən sonbeşiyə isə qalan var-dövlət qismət olur. İki
böyük oğullar atanın verdiyini və öz qazandıqlarını qumara qoyur, hət ta
dəfələrlə kiçik qardaşın malına göz dikir , onu alçaltmağa can atırlar. Ki -
çik oğul qardaşların əlindən şəhərbəşəhər qaçır, nəhayət gəlib bir şəhə rə
çıxır.  Sonuncu  dəfə başqa  yad bir şəhərə  gəldikdə camaatın şəhər mey-
danında  xan  seçməklə  bağlı  xoşbəxtlik  quşu  uçurduqlarını  görür.  Kiçik
qardaş meydana girən tək quş gəlib onun başına qonur və o, taxt-taca sa -
hib olur (11, 137-138). Bu nağılda yüksək təfəkkür sahibli insanların ağıl-
lı sayəsində necə böyük  uğurlar  qazanması əksini tapır.  Məsələn, ağılın
gücü nəticəsində müvəffəqiyyət qazana bilmiş “Ağıl yaşda deyil, başda -
dır” Azərbaycan nağılında Fəyyaz və onun atasının fərdi-şəxsi keyfiy yət -
ləri əksini tapır. Şah Fəyyaza gecə vaxtı evdən çıxıb getməməsini məslə -
hət görür. Buna görə Fəyyazı evə birgə yola salmaq məsləhət görülür. On -
ların evinə çatanda evdə kişinin gecə vaxtı nə üçün xəritəyə baxdığını gö -
rür və bunu nə üçün etdiyini soruşurlar. O da cavab verir ki, mən, düşmən
qoşunları  ölkəyə  qəflətən  hücum  etsələr,  onların  “yolunu  necə  kəsmək
üzərində düşürəm” – deyir. Şah ona sən qoşun başçısı deyirsənsə, nə üçün
belə şeylərlə məşğul olduğunu bir də soruşur. Kişi bunun nə vaxtsa lazım


98
2013/
I
ola biləcəyini deyir. Şah kişinin tədbirli adam olduğunu görüb, onu özünə
vəzir edir (3, 218-219).
Göründüyü  kimi,  nümunə  gətirdiyimiz  qaraqalpaq  nağılında  ağlının
gücünə söykənən oğlan özgə vilayətdə xan rütbəsinə yüksəlirsə, Azər bay -
can nağılında şah ağıllı, tədbirli kişini özünə vəzir edir. Deməli, Azər bay -
can  və  qaraqalpaq  nağıllarında  əksər  hallarda  xanın,  hökmdarın,  şahın
ağılsız, səfeh olduğu heç də sübuta yetirilmir. Bu fikrimizə dəstək vermək
məqsədi  ilə  yenə  də  qaraqalpaq  sehrli  nağıllarından  biri  –  “Cadugər”ə
müraciət edək:
Nağılda xanın üç qızını ərə verməsindən danışılır. Xan şəhərdə qızların
ərə getməsi üçün qırx gün bir üzünün üstündə bütün əhalinin onun qızları
dayandığı qızıl qüllə qarşısından keçməyi əmr edir. Otuzuncu gün böyük
və ortancıl qız qızıl qüllədən bəyəndikləri oğlana alma atıb nişanlılarını
müəyyənləşdirdikləri halda, ən kiçik qız qırxıncı gün yetişənə qədər heç
bir oğlana alma atmır. Xan qəzəblənir. Səbəbini öyrənmək istədikdə şəhə -
rin bütün oğlanlarının qızıl qüllə qarşısından keçmədiklərini öyrənir. Nə -
hayət, qalan oğlanlar da qüllənin qarşısından keçməyə məcbur edilir, ki -
çik qız bir çəlimsiz, diqqəti o qədər də cəlb etməyən oğlana alma atır. Xa -
nın əvvəlki iki qızın seçimindən xoşu gəlsə də, kiçik qızın seçimi onu qa -
ne  etmir.  Lakin  qızların  hamısına  qırx  gün  qırx  gecə  toy  edilir. Toydan
sonra xan iki böyük qızlarına və kürəkənlərinə dəbdəbəli saray verib, on -
ları yerləşdirsə də, kiçik qıza və onun ərinə köhnə daxma verir. Gün ye ti -
şir  başqa  ölkənin xanı bu  ölkəyə qarşı müharibə elan edir. Güc  tükənir,
məğlubiyyət  yaxınlaşır.  Xan  iki  böyük  kürəkənlərini  orduya  komandan
təyin  edir.  Onların  da  məğlubiyyətə  uğradığını  gördükdə  kiçik qızın  əri
sehrli  atının  yalından  bir  tük  yandıran  kimi  at  hazır  olur.  Oğlan  onunla
döyüşə girir və düşməni geri oturdur. Xan qazanılmış qələbə şərəfinə qırx
gün, qır gecə şadyanalıq edir. Hamı eyş-işrət içində olur. Xan tanımadığı
bu igidi mükafatlandırmaq istəyir. Oğlansa xanı öz yaşadığı yerə aparır və
o, burada onun sonbeşik qızı ilə kiçik bir daxmada yaşadığını və bu oğ la -
nın  məhz  özünün  kiçik  kürəkəni  olduğunu  görür.  Belə  vəziyyəti  görən
xan pəjmürdə olur. Lakin kürəkəninin və qızının şəninə yenidən qırx gün,
qırx gecə məclis təşkil edir və xan bu igidi öz yerinə taxt-taca sahib edir
(11, 20-27). Bu qaraqalpaq nağılında da yenə də xanın həm özünün ağıl-
lı, həm də taxt-tacı etibar etdiyi gəncin ağıllı olduğu göz özündə dayanır. 
Qaraqalpaqların başqa bir “Gülziba” sehrli nağılında isə əksinə xanın
ağıldan bəla, səfeh olduğu təsvir olunur. İlk növbədə burada xan qızı Gül -
zibanın  cəngavərliyindən  və  bacarığından,  düşdüyü  ekstremal  vəziy yət -
lərdən alnıaçıq, üzüaçıq çıxdığı diqqət mərkəzinə çəkilir. Yeri gəlmişkən
qeyd edək ki, “Gülziba” nağılının ənənəvi süjeti nəinki qaraqalpaq, həm
də digər türk və Şərq xalqlarının nağıl repertuarında yer almışdır. Gülziba


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə