Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə36/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   32   33   34   35   36   37   38   39   ...   61

90
2013/
I
bələr  sırasında,  toplunu  əhatə  edən  «günlər»i  adlandıran,  şairlərin  şeir-
lərinə şərh yazan Əbu Übeydənin «Nəqа’id Cərir Əl-Fərəzdək» əsərinin
adını çəkə bilərik.
Müasir Misir tədqiqatçısı Məhəmməd Əbu-l-Fəzl İbrahim və Əli Mə -
həmməd  əl-Bəjavi  orta  əsr  müəlliflərindən  islamaqədərki  döyüşlərdən
çoxlu məlumatlar toplamış və أيام العرب في الجاهلية «Əyyаm əl-arаb fi-
l-cаhiliyyə » (11) adlı toplu hazırlamışdı. O, 83 «gün»ü əhatə edən 10 his -
sədən ibarətdir . Və hər bir «gün» ərəb qəbilələrinin - cənub və şimal qol-
larının iştirak etdiyi dəqiq hadisələrdən bəhs etmişdir. Əsərin əsas baş lıq -
larından « Ərəb və farsların günləri» /” أ .ّ .ا . ا .ع .ب وا .ف .س”/, «Аdnаn
və Kahtаn qəbilələrinin günləri»/ ” أ .ّ .ا .
القحطانيّين و العدنانيّين ”/, « Rаbi‘ə və Təmim qəbilələrinin günlə -
ri» /” ربيعة و تميم أيَّام ”/ adlarını çəkmək olar. Daha sonra onu ərəb lərin
əslindən, genezisizindən, /” أنساب
العرب ”/ cənubi ərəb və şimali ərəb qəbilələrindən (himyar, kahlan, ra -
biə, xəndək, təbihə, təmim, və müdruk) bəhs edən 8 başlıq izləməkdədir.
1983-cü ildə Moskvada «Аравийская старина» adlı topluda rus tər-
cüməçisi V.V. Polosininin çox məharətlə tərcümə etdiyi «Əyyəm əl-arab»
adlı  başlıq  bu  dəyərli  toplu  haqqında  ən  dəyərli  əsərlərdən  hesab  oluna
bilər (6).
Adı çəkilmiş əsərin ön sözündə А. Dolinina « Əyyəm əl-arab » haqqın-
da yazır: «…bu nə əfsanə, nə eposdur, o, emosional rəng qatılmış, dəqiq
faktlar daşıyan real hadisələr haqqında məlumatlar verən tarixi he ka yət -
lərdir» (6). 
İ.M. Filştinskinin məşhur «Ərəb ədəbiyyatı tarixi» kitabında «Əyyəm
əl-arab» toplusundan bir neçə hekayətlərdən nümunələr verilmiş və nə ti -
cədə  demişdir:  «Ərəb  qəbilələrinin,  ərəblərin  taleyini  həll  edən  ümumi
hərbi yürüşlərin, yürüşlərdə iştirak edən ümumxalq qəhrəmanlarının şü -
caətləri  xalq  yaddaşına  həkk  olunur,  döyüşçülərin  qəhrəmanlıq  günləri
haqqında hekayətlər isə nəsildən-nəslə ötürülməkdədir.... » (7).
Bu gün dünya şərqşünaslıq aləmində «Əyyəm əl-arab» toplusuna qə -
bilələrin islamaqədər dini etiqadları, qəbilələrarası münasibətlər və sosial
quruluşları, məşğuliyyətləri, coğrafi arealı, dəqiq tarixi faktları məlumat-
landıran, cahiliyyə dövrü ensiklopediyası kimi tanınmaqdadır (8).
«Əyyəm əl-arab» haqqında dəyərli araşdırmalardan biri də L.V. Neqr -
yaya məxsus «V-VII əsrlərdə Şimali və Mərkəzi Ərəblərin ümumi quru-
luşu»  əsəridir.  Bu  tədqiqat  işinin  əsas  məqsədi  islamaqədərki  ərəb lə rin
tarixinin  öyrənilməsinə  yönədilmişdir.  L.M.Neqrya  yazır:  «Əy yəm  əl-
arab» – qəbilə qaçaqlarının dəqiq faktlara söykənən məlumatları, qə bi lə -
lərarası  münasibətləri,  mal-qara  qaçaqlarının  xarakterlərini  təsvir  edən,
sosial strukturunu əhatə edən yeganə tədqiqatdır. «Əyyəm əl-arab»ın di -


91
2013/
I
gər maraqlı cəhəti də hekayətlərdə ətraf və məişət mühitində eposa xarak-
terik olan insanların obrazı, şəxsiyyəti aydınlaşdırılmışdır» (9). 
Bundan başqa,  tədqiqatçılar diqqətini topluda yer almış çoxsaylı şeir
parçalarının tədqiqi və təhlilinə yönəltmişlər (12 ).
Topluda yer almış şeirlərin uzun illərin keçməkeşli sınaqlarından ke çə -
rək bugünə  qədər gəldiyi müddətdə uğradığı dəyişikliklər ətrafında zid-
diyyətli fikirlər, şeirlərin qədim mətnə uyğunluğu haqqında mübahisə lər
mövcud idi. Nəticədə, bu gün tədqiqatçıların gəldikləri yekdil fikir şeir-
lərin mənalarının və ölçülərinin şifahi və yazılı inkişaf dövründə ol duğu
kimi, ciddi dəyişikliyə uğramadığından ibarətdir (10 ). «Əyyəm əl-arab»
toplusunun süjet və obrazlarına ərəb xalq sirələrində rast gəlinir ki, bu da
sirələrin genezisinin adı çəkilmiş qədim topludan qaynaqlandığını bir da
sübut etməkdədir. 
Bir  çox  alimlərdən-N.İbrahimovun«Ərəb  xalq  romanı»  (3),  T.  Mux -
tarovun «Orta əsr ərəb eposlarından - « Qissət əl-əmir Həmzə əl-Pəhləvan
məqaləsi» (4), Məşhur rus şərqşünası İ.M. Filştinskinin « Ərəb ədəbiyy-
atı tarixi» kitabının II hissəsində «sirə» lərə həsr etdiyi « xalq ədəbiyyatı»
bölümü (7), Şidfarın «Hekayətdən romana» (1) adlı qiymətli tədqiqatlar
ərəb xalq sirələrinin «Əyyəm əl-arab» toplusundan bəhrələndiyini təsdiq
etməkdədir.
Bir sözlə, bu toplu, islamaqədər ərəblərin milli şüurları, psixologiyası,
orta  əsr  və  islamaqədər  ərəb  şairlərinin  yaradıcılığı,  ərəb  ədəbiyyatının
əsas süjet fonunda araşdırılması, motiv və süjet təhlilində epik janrın ən -
ənələrinin  inkişaf  mərhələlərini  müəyyənləşdirən  spesifik  janrları  əhatə
etməkdədir.
Cahiliyyət  dövrünə,  şifahi  xalq  ədəbiyyatının  qədim  izlərindən  «Əy -
yəm  əl-arab»  toplusuna  söykənən  ərəb  sirələrinin  sonrakı  inkişaf  dövrü
pa ra lel şəkildə davam etmişdir. Yazılı həyatı ilə yanaşı, şifahi hə-yatını da
yaşamışdır və üstəlik, bu mövcudluq formaları daim qarşılıqlı təsirdə ol -
muşlar. 
Şəhərlərin inkişafı nəticəsində orta təbəqənin, qismən də əyanların ara -
sında qeyri-adi populyarlıq qazanan nağıllar bazarlarda, karvansaralarda,
dükan və qəhvəxanalarda ifa olunurdu. Bu ifa peşəkar nağılçının yaddaşı,
aktyorluq məharəti və natiqlik qabiliyyəti sayəsində özünəməxsusluq qa -
zanırdı.  Repertuarın  müəyyən  dərəcədə  məhdudluğu  şəraitində  sonuncu
keyfiyyət xüsusi əhəmiyyət kəsb edirdi və məhz onun sayəsində məlum
nağıl bir növ yenidən yaradılır, beləliklə, kollektiv yaradıcılıq inkişafının
məhsulu kimi meydana çıxırdı (3, 18). Qeyd edək ki, bu ənənə ərəb dün -
yasında yeni dövrə qədər qorunub saxlanmış və həmin prosesin canlı şa -
hidləri tərəfindən yazıya alınmışdır. Məsələn, XIX əsrin birinci yarısında
Misirdə yaşayıb-işləyən A.B.Klot-bəy nağılçıların fəaliyyəti barədə yazır:


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə