Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə34/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   30   31   32   33   34   35   36   37   ...   61

84
2013/
I
heç yoxdur, ya da çox azdır. Halbuki biz xarici ölkələrdən ölkəmizə gələn
turistlərə təbiətimizin gözəllikləri, abidələrimiz və sairlə yanaşı, xal qı mı -
zı, folklorumuzu, etnoqrafiyamızı da təbliğ edə bilsəydik, həm bu sahədə
iqtisadi  bazamızı  daha  da  gücləndirmiş  olardıq,  həm  də  xalqımızı  daha
dərindən tanıtmış olardıq. Məsələn, dekabrın 21-ci gününün gecəsi ilin ən
uzun gecəsi − “Çillə gecəsi” sayılır. Bunu bəzən “Yelda gecəsi” də ad lan -
dırırlar. Bu günü xalqımız bayram edərmiş. Səbəb də bu idi ki, qarşıdan
ilin ən çətin dövrü gəlir, böyük çillə girir. Bu gecəni səhərə kimi yatmaz,
hamı bir yerə yığışar, yeyər, içər, şənlənərdi. Balacalara tapmacalar söy -
ləyər, kim tapmacanın cavabını bilməsə, yanında oturanlara bir kənd və
yaxud ərazi “bağışlamağa” məcbur olardı. Bu, simvolik xarakter daşıyar -
dı. Yəni tapmacanın cavabını tapmayanlar ətrafda nə qədər yer-yurd ad la -
rı vardısa, hamısını növbə ilə sadalamağa məcbur olardılar. Bu da kiçik -
yaşlı uşaqlara yaşadığı ərazini daha yaxşı tanıtmaq və sevdirmək məqsə-
dini  güdərdi.  Çillə  gecəsi  bundan  başqa  oyunlar  da  oynayar,  mahnılar
oxuyardılar. Bu gecə çillə qarpızı da kəsərdilər. Bunları söyləməkdə məq -
sədimiz nədir? Təsəvvür eləyək ki, dekabrın 21-də hansısa xarici ölkədən
gələn turist həm də çillə gecəsinin keçirilməsini görür, burada özü də işti-
rak edir, bu gecə üçün hazırlanmış yeməklərdən yeyir. Təbii ki, həmin ge -
cədən zövq alacaq və növbəti ilin bu günü yenidən Azərbaycana can ata-
caq. Eyni sözləri digər bayramlarımız – Xıdır Nəbi, Novruz və s. haqqın-
da da söyləmək olar. 
Bütün bunları nəzərə alaraq aşağıdakı təklifləri irəli sürürük: 
1)  Şəkidə  Hacı  dayının  adı  ilə  bağlı lətifə  bayramı  və  müsabiqələrin
keçirilməsi məqsədəuyğundur. İlin ən yaxşı lətifə deyəninin mükafatlan -
dırılması da gözəl olardı. Şəki şəhəri ilə Bolqarıstanın Qabrova şəhərinin
qardaşlaşmasını bir daha qabartmaq da yerinə düşərdi.
2) Lətifələr əsasında kiçik səhnəciklər hazırlanması məqsədəmüvafiq
olardı.
3)  Lətifə  qəhrəmanlarını  əks  etdirən  kiçik  fiqurların  hazırlanması  və
satışının təşkil edilməsi həm iştirakçılarda maraq oyadar, həm də turizmin
maddi-texniki  bazasının  möhkəmləndirməsinə  xidmət  edərdi  (məsələn,
Molla Nəsrəddin eşşəyə tərs oturan vəziyyətdə və s.).
4) Tapmaca yarışmalarının keçirilməsi iştirakçılarda maraq yaradar.
5) Müxtəlif bölgələrimizdə yerləşən inanc yerlərinə (Bibiheybət zi ya -
rətgahına, Xıdır Zindəyə və s.) turlar təşkil etmək, zənnimizcə, həm dax-
ili, həm də xarici turizmin inkişafına kömək edərdi.
6) Kənd turizmini inkişaf etdirmək bu sahədə irəliyə doğru atılmış ad -
dım olardı. Bunun üçün turizm bölgələrindən bir neçə kəndi seçərək elə
etmək lazımdır ki, həmin kəndlərin əhalisi turizmi başlıca məşğuliyyət sa -
həsinə çevirsinlər.


85
2013/
I
7) Qədim xalq tamaşaları əsasında bərpa olunmuş səhnələrin göstə ril -
məsi, bizcə, turistlərdə maraq yaratmaqla bərabər, Azərbaycan folkloru-
nun, etnoqrafiyasının təbliğinə gözəl şərait yaradırdı. Məsələn: 
a) Qax rayonuna məxsus Tunqay Məlik, Dunbul Bəkir xalq oyunla rı -
nın səhnələşdirilməsi;
b) Kəlbəcər rayonuna məxsus Kilimarası və Maral oyununun səhnə ləş -
dirilməsi;
v) Qaragöz tamaşaları göstərilməsi;
c) Ordubad rayonuna məxsus “Xanbəzəmə” oyununnun səhnələş di ril -
məsi;
d)  Əksər  bölgələrimiz  üçün  xarakterik  olan  “Qodu-qodu”  oyununun
səhnələşdirilməsi və s.
8)  Şərur  “Yallı”larının  bütün  variantlarının  videolaşdırılması  həm  bu
yallıların itib-batmasının qarşısını alar, həm də bu rəqslərin təbliğinə yar -
dım edərdi.
9)  Milli güləş  sahəsinin  –  zorxana  oyunlarının  yenidən  dirçəldilməsi
maraq oyadardı.
10) Xalq yaradıcılığı paytaxtlarına  turlar təşkil  olunması iştirakçılara
gözəl təsir bağışlayardı.
11) Müxtəlif bölgələrimizdə məhsul yığımı bayramları keçirilməsi də
məqsədəmüvafiqdir (Qax-Zaqatala bölgəsində fındıq, Göyçay rayonunda
nar, Lənkəranda çay, Qubada alma yığımı və s.).
12) Turistlərin iştirak etdiyi səhnəciklərin (kiçik həcmli folklor mətn -
lərini − tapmacalar, bayatılar və s. əzbərlətmək) təşkil edilməsi iştirak çı -
larda yüksək əhval-ruhiyyə yaradardı.
13) İsmayıllının Lahıc, Basqal kəndlərində, Şəki şəhərində və s. yerli
sənətkarların  hazırladıqları  müxtəlif  sənətkarlıq  məhsullarının  nüma-yi -
şinin keçirilməsi və onlarla bağlı yaradılmış folklor nümunələrinin təbliğ
edilməsi məqsədəuyğundur.
14) Milli mətbəximizin təbliğinə geniş yer verilməsini də düzgün he -
sab edirik. Müxtəlif regionlarımıza xas yeməklərin nümayişi (Şimal böl-
gəsinə xas qaxac ət, bağırsaq dolması, piti, sürhüllü və s., Qərb bölgəsində
daha məhşur olan olan əriştə aşı, qurut və s., Cənub bölgəsinə xas olan lə -
vəngi, ləvərəng, turşu kabab, qiymə qatıq və s., Şərq bölgəsi üçün xarak-
terik olan xəmir xörəklərinin – qutab, düşbərə və s.) həm daxili, həm də
xarici turizmin inkişafına təkan verə bilər.
15)  Müxtəlif  bölgələrimizdə  yaşayan  azsaylı  xalqların  milli  rəqsləri,
oyunları, hazırladıqları sənətkarlıq nümunələri, milli yeməkləri və s. nü -
mayiş etdirilməsi maraq doğurardı.
16) Arxeoloji turizm – arxeoloji qazıntıların aparıldığı bölgələrə turlar
təşkil  edilməsi  məqsədəmüvafiqdir  (Qubada  arxeoloji  qazıntılar  zamanı
aşkara çıxmış erməni vəhşiliklərini özündə əks etdirən qəbiristanlığa sə -


86
2013/
I
yahət və s.). Bu, eyni zamanda Azərbaycan tarixinin xaricilərə təb li ğin də
əhəmiyyətli rol oynaya bilər. 
17)  Turistlər  üçün  milli  geyimlərin  kirayəsinin  və  ya  satışının  təşkil
edilməsi turizmin maddi-texniki bazasının inkişafına xidmət edərdi.
18) Dünya üzrə turist axınlarının zamanını müəyyənləşdirmək və yu -
xarıda  sadaladığımız  mərasimlərin  bir  hissəsini  o  zamana  uyğunlaşdır-
maq olduqca səmərəli olardı. Eyni zamanda turistlərin özlərini də həmin
mərasimlərin iştirakçısına çevirmək maraq yaradardı.
Bunlardan başqa, açıq hava muzeyləri təşkil etmək də yaxşı olardı. Şə -
hərlərə yaxın yerlərdə və ya turistlərin daha çox səfər etdikləri ərazilərdə
Azərbaycan etnoqrafiyasına aid əşyaların nümayişi həm mədəniyyəti mi -
zin təbliğinə, həm də turist axınını gücləndirməyə kömək edərdi. Bu təc -
rübə dünyada uzun müddətdir ki, mövcuddur. Türk tədqiqatçısı Alparslan
Santur bu məsələdən danışarkən 1985-ci ildə Ankarada keçirilmiş “Folk -
lor Açıq Hava Muzeylərinin Türkiyədə Qurulma İmkanları Simpoziumu”
iştirakçılarının fikirlərinə də toxunur, onlardan misallar verir: “Bu mu zey -
lərdən Avropada irili-xırdalı 250-yə qədər qurulmuş olduğunu öyrəndiy-
imiz zaman bizim bu məsələdə nə qədər gecikdiyimizə üzülməmək müm -
kün deyil. Bununla belə, bu məsələdə avropalılardan daha şanslıyıq. Çün -
ki etnoqrafiyamızın önəmli bir hissəsi hələ də xalq arasında canlı şəkildə
yaşayır. Bu, işimizi xeyli asanlaşdıracaq. Amma nəzərə almalıyıq ki, za -
man  dayanmır,  çox  sürətlə  maddi və mənəvi mədəniyyətimizi  yox  edir.
Bugünkü  fürsətlər  bir  daha əlimizə  keçməyə  bilər.  Daha sürətlə hərəkət
etmək məcburiyyətindəyik” (1, 200).
Alparslan Santurun sitat kimi verdiyi cümlələri eynilə Azərbaycanda bu
sahənin, eləcə də mədəniyyətimizin digər sahələrinin tədqiqinə və təb liğinə
aid edə bilərik. Bu fikirlər 1985-ci ildə keçirilmiş konfransda ürək ağrısı ilə
söylənilmişdir. Nəzərə alsaq ki, indi 2012-ci ildir, artıq bu fikirlərin üzə rin -
dən nə az, nə çox 27 il keçib, onda bizim nələri itirdiyimiz bir daha aydın
olar. Nə qədər ki gec deyil, həm folklor sahəsinin, həm də turizm sa həsinin
mütəxəssisləri bu sahələrin təbliği üçün öz sözlərini deməlidirlər.
Nəticə: Folklor və etnoqrafiyanın köməyi ilə Azərbaycanda turizm sa -
həsini xeyli inkişaf etdirmək mümkündür. Bu sahədə həm dünya təc rü bə -
sindən istifadə etməklə, eləcə də yerli xüsusiyyətləri nəzərə almaqla daha
uğurlu nəticələr əldə etmək olar.  
ƏDƏBİYYAT
1.  Alparslan  Santur.  Açık  hava  müzelərinin  gelişiminde  Norveç  örneği  ve
Türkiyede durum – V. Milletlerarası Türk Halk Kültürü Kongresi Genel Konular
seksiyon Bildirileri. T.C.Kültür bakanlığı. Ankara, 1977, səh.193-206
Rəyçi: Fil.ü.e.d. Muxtar İmanov


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə