Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə33/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   29   30   31   32   33   34   35   36   ...   61

81
2013/
I
Yaşıl Həzrət Məhəmməd (s.ə.s) peyğəmbərin üz örtüyünün rəngi kimi
də bilinməkdədir. Yaşıl və göy rənglərin ifadə mənası Göy obrazla bütün-
lük təşkil etdiyindən rənglərlə bağlı bəzi açıqlamalar da önəmlidir. M.Se -
yidov bir çox türkdilli xalqların müqəddəs yaşıl dağ baxışlarının gənclik
və yaşıllıq ilahəsi Öləngin rəngi kimi, dağı isə yenilməyən qala olaraq də -
yərləndirdikləri qənaətinə varmışdır (6, 264). 
İşin elmi nəticəsi. Burada məqsədimiz fərqli olduğundan rənglərə de -
yil, obrazların zaman və məkanda yerinə baxıldı. “Yaşıl sarıklılar” - yəni
Anamaygillər  yer  iyələri  olaraq,  qoruyucu  ruhlar  kimi  qəbul  edilərsə,
Azərbaycan mifoloji mətnlərində bir çox rəng və anlayışla zaman bildiri-
mi ilə eyni məzmunda, lakin fərqli formada götürməliyik. Dastan, yuxu-
görmə, nağıl obrazı mifik qoruyucu obraz yaşıl və göy qəhrəmandan fərq -
li iyəlik daşımaqdadır. Zamanla zamansızlıq duyğusu sözə çevrilməzdən
əvvəl nəzəri fikri və mətnləri formalaşdırır. Təsəvvüfi anlayışda məndən
özgə mən, ruhun imanla bədəndə bütünlük qazanması, ruhun cismi ay rı -
lışı, müvəqqəti qopma, amma varolma, əbədi olma duyğusu obrazın za -
mansızlığını ifadə edir. Müqəddəs ruhların dünyası ruh gücündə dün ya la -
rın birləşimi obrazı müqəddəs məkan iyəsi adlandırmağa əsas verir. Yenə
Azərbaycan mifoloji düşüncə dünyasına baxaq: Ordubad, Şahbuz, Culfa
və s. bölgələrdə insanların təbiət varlıqlarına yiyə, əyə, sahib kimi güc bi -
çimi  və  bunların  fövqündə  BÖYÜK YARADAN  varlığı  kimi  tohid  dü -
şüncələri kimlərə isə İslami inam, bilgi olaraq görünə bilər. Lakin dinlərin
yaranma, formalaşma tarixi yenə tohid inancları ilə üst- üstə düşməkdədir.
Yer  üzündə  heç  nə  yoxudu,  bu  heçlik  əslində  yoxluqdan  varolma  yenə
tohid inamını – Allahın mövcudluğu və tək varlığı ilə bağlı məlumat ver-
məkdədir. Bizdən əvvəl və sonra var olmuş, olacaq hər bir canlı –cansız
dünyaların varlığında yaşayır fikri müqəddəs ruhlara məkan, çevrə verir.
Bura gözün görməyəcəyi və fikrin qavramayacağı ruhla duyulacaq yer ol -
duğundan obraz sirli şəkildə görünüb qeyb anlayışı ilə bilinməkdədir. 
İşin elmi yeniliyi. Folklor mətnlərindəki mifik obrazlılığın dini mi fo -
loji  düşüncə  tərzini  formalaşdıran  vasitə  olduğuna  diqqət  yeti-rilmişdir.
İslami inam adlandırılan, lakin əski inanclardakı ritual ayinlərin icrasının
fərqli yönləri göstərilmişdir.
İşin  tətbiqi  əhəmiyyəti.  Əski  inancların  araşdırılması,  öyrənilməsi,
janrlararası  keçid  mərhələsinin  izlənilməsində  xüsusi  əhəmiyyətə  malik
olması.
ƏDƏBİYYAT
1. Bakır G. Samsun’daki Dini Ziyaret Yerleri, 2009 /lisans tezi/ Sivas, 249 s.
2. Kalafat Y. Halk inanclarından mitolojiye. Ankara: 2009, Berikan, 280 s. 
3. Kalafat Y. Dedem Korkut ak koyunlu coğrafiyası. Ankara: 2008, Berikan,
342 s. 


82
2013/
I
4. Kitabi-Dədə Qorqud. Bakı: 1962, Azərnəşr, 176 s.
5. Ögel B. Türk mitolojisi. II cilt. Ankara: 2002, TTKB, 610 s. 
6.  Sеyidоv  M.  Azərbaycan  xalqının  sоykökünü  düşünərkən.  Bakı:  Yazıçı,
1989, 496 s.
7. Səfərli F. Naxçıvanda sоsial-siyasi və idеоlоji mərkəzlər. Bakı: Еlm, 2003,
392 s.
Rəyçi: Fil.ü.e.d., prof. Kamran Əliyev 


83
2013/
I
AMEA Folklor İnstitutunun 
“Azsaylı xalqların folkloru” bölməsinin müdiri, 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
FOLKLOR VƏ ETNOQRAFİYA VASİTƏSİLƏ TURİZMİN
İNKİŞAF YOLLARI
XÜLASƏ
Məqalədə  folklor və  etnoqrafiya vasitəsilə Azərbaycanda turizmin inkişaf  yolların-
dan bəhs olunur. Hər iki sahənin qarşılıqlı surətdə inkişaf etdirilməsi üçün təkliflər irəli
sürülür.
Açar sözlər: folklor, etnoqrafiya, turizm, kənd turizmi, bayram, xalq tamaşaları
ПУТИ РАЗВИТИЯ ТУРИЗМА ПОСРЕДСТВОМ ФОЛЬКЛОРА И 
ЭТНОГРАФИИ
РЕЗЮМЕ
В  статье  говорится  о  развитии  туризма  путем  фольклора  и  этнографии.
Выдвигаются предложения о скорости развития обеих сторон.
Ключевые слова: фольклор, этнография, туризм, деревенский туризм, празд-
ник, народные спектакли
WAYS OF DEVELOPMENT OF TOURIZM BY MEANS OF FOLKLORE
AND ETHNOGRAPHY
SUMMARY
İn the article it is said about the development ways of tourism in Azerbaijan by means
of folklore and ethnography. İn order to develop both branches the orders are given in
mutual form.
Key  words: folklore,  ethnography,  tourism,  country  tourism,  holiday,  folk  perfor-
mances
İşin məqsədi: Folklor və etnoqrafiya vasitəsi ilə turizm sahəsinin inki -
şaf etdirilməsi ənənəsi dünyada çoxdan mövcud olsa da, bu məsələ Azər -
baycanda demək olar ki, heç araşdırılmayıb. Bu yolla həm daxili, həm də
xarici turizmin inkişafına xeyli təkan vermək mümkündür. Məhz buna gö -
rə də biz qarşımıza folklor və etnoqrafiya vasitəsilə turizmin inkişafı yol-
larının araşdırılmasını məqsəd kimi qoymuşuq.
Müasir dövrdə turizm dünya iqtisadiyyatında mühüm rol oynayır. Tu -
riz min inkişaf sürəti durmadan artır, bu sahə dünya iqtisadiyyatının apa -
rıcı sahələrindən birinə çevrilməkdədir. Son illərdə Azərbaycanda da tur-
izm sahəsi günü-gündən inkişaf edir. Ölkəmizdə istər turizm sahəsinə aid
kadrların  hazırlanmasında,  istər  mehmanxanaların  tikilişində,  istərsə  də
turizmin müxtəlif qollarının (idman turizmi, dini turizm, sağlamlıq tu-riz -
mi, çimərlik turizmi və s.) inkişafında yüksək bir canlanma müşahidə olu -
nur. Bütün bu sahələrlə yanaşı, bizlərdə belə bir təsəvvür var ki, gələn tur-
istlərə ancaq abidələri, istirahət mərkəzlərini, təbiəti və s.-i göstərmək la -
zımdır. Yəni bizim turizm anlayışının içərisində xalq, xalqla ünsiyyət ya


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə