Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə35/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   31   32   33   34   35   36   37   38   ...   61

87
2013/
I
Azərbaycan Milli Elmlər Akademiyasının
Ərəb filologiyası şöbəsinin böyük elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru
e-mail: l_b-lale@hotmail.com
ƏRƏB XALQ SİRƏLƏRİNİN GENEZİSİ VƏ İNKİŞAFI
XÜLASƏ
Məqalə ərəb ədəbiyyatında sirə janrının genezisi və inkişafına həsr olunmuşdur. Xü -
su   silə,  sirə  janrının  genezisi  və  inkişafı  təhlil  olunaraq,  onun  dünya  ədəbiyytında  yeri
mü   əy  yənləşdirilmişdir.
Açar sözlər: İnkişaf, tarix, sirə, xalq romanı, janr, ədəbiyyat, şair, təşəkkül, tarixi kö -
kü, genezis
GENESİS AND DEVELOPMENT OF JENRE SIRA
SUMMARY
This  article  is  devoted  genesis  and  development  to  jenre  sira  in  arabic  literature.
Specially is investiqated genesis and development of jenre sira in arabic literature and
determined its place in arabic literature.
Key  words:  Development,  history,  sira,  national  novel,  jenre,  literature,  poet,  for -
minq, historical rootf, genesis
ГЕНЕЗИС И РАЗВИТИЯ ЖАНРА СИРЫ
РЕЗЮМЕ
Статъя посвящена генезису и развитию жанра сиры арабского романа. Осо бен -
но анализируется генезис и развитие жанра сиры и определяется его место в миро-
вой литературе.
Kлючевые слова: Развитие, история, сира, народный роман, жанр, литература,
поэт, исторический корень, генезис
İşin məqsədi orta əsr mədəniyyətini öz obra zında canlandıran məşhur
ərəb xalq romanları – sirələri araşdırmaqdan ibarətdir.
Hər bir xalqın öz millətinin, xalqının adını dünya hüdudlarında tanıdan
mədəniyyəti mövcuddur. Xalqın mədəniyyəti və tarixini layiqincə tərən-
nüm edəcək yaradıcılıq irsi hər xalqın özünə məxsus qədim ədəbi abidə -
lə ridir. Dünya mədəniyyəti xəzinəsinə daxil olmuş, tarixin dərin kökləri-
ni  öz  mətnində  şaxələndirən  ədəbi  abidələr  adına  layiq  görülmüş  epik
əsərlər yetərincədir.
“İliada  və  Odisseya”  qreklərin,  “Gilgameş”(Bilqameş)  şumerlilərin,
assuriyalıların  və vavilyonların, “Ramayan”  və “Maxabxarata”  hindli lə -
rin, “Şahnamə ”- iranlıların, “Şinto” yaponların, “Rolande haq qında mah -
nı”fransızların, “Nibelunqa haqqında mahnı” almanların, “Kalevala” fin-
lərin, “Narti”- osetinlər,abxazlar, adıqeylər və cənub Qafqaz xalqlarının,
“Əmiraniani” gürcülərin, “Maaday Kara” altayların eposu, “Kablandı Ba -


88
2013/
I
tır” – qazaxların dünya epik yaradıcılıq nümunələridir. Digər dəyərli mən-
bədə  oxuyuruq:  «Almanların  “Nibеlunqi”si,  “Меssiаdа”sı,  hindlilərin  –
“Махаbхаrаtа”sı, farsların “Şаhnамə”si, ərəblərin isə “Əntərə”»si vardır. 
Dünya  xalqlarının  ədəbi  irsini  nəzərdən  keçirdikdə,  şərq  xalqlarının
böyük ədəbi irsə sahib olduğunu görməmək qeyri-mümkündür. Qoca şər -
qin  qapısı  sayılan  ərəb  dünyasının  hər  istənilən  daşı,  divarı  mədəniyət
oca  ğı, ədəbiyyat və əbədiyyət yuvasıdır. Və ədəbi irsinin dərin köklərinin
gedib  çıxdığı  şifahi  xalq  ədəbiyyatı  nümunələrini,  ərəb  dünyasını,  ərəb
dü ha sını dünyaya hayqıran «Min bir gecə», «Əntərə» kimi ədəbi abidə -
lərin vətənidir.
Söhbət orta əsr  mədəniyyətini öz obrazında canlandıran məşhur ərəb
xalq romanları – sirələrdən gedir. 
Sirə - ərəb epik irsinin qəhrəmanlıq şücaətlərinin şöhrət qazandırdığı
hər hansı əfsanəvi igid və cəngavər haqqında bəhs edən bir-birindən oxu-
naqlı  hekayətlərdən  ibarət  nümunəsidir.  Hal-hazırda  bu  romanlardan
«Əntərə sirəsi», «Əbu Seyf sirəsi», «Həmzə əl-Pəhləvan sirəsi» kimi ro -
manlar  dünya  xalq  ədəbiyyatında  tanınmışlar.  Onlardan  bir  çoxu  xalq
ədəbiyyatı  tədqiqatçılarının  tədqiqat  obyektinə  çevrilmişlər.  Ərəb  xalqı
digər dünya xalqları ilə müqayisədə öz epik əsərlərinin milli xüsu siy yət -
lərini qoruyub saxlamaq şərti ilə sirələrin dünya xalqlarının epik əsərləri
ilə  qaynayıb-qarışması,  səsləşməsinə  imkan yaratmışdır.  Sirələr,  əsasən,
şifahi  xalq  ədəbiyyatının  spesifik  xüsusiyyətlərini  qoruyub  saxlaya  bil -
mişdir. Bu və ya digər janrların genezisini araşdırsaq, onların xalq ədə biy -
yatının yer üzündə inkişafına təkan verdiyinin şahidi olarıq.
Hər bir qəhrəmanlıq eposu sadə xalqın həyatını işıqlandıran miflərdən,
əfsanə və hekayətlərdən, şirin nağıllardan ibarət epik əsərdir. Yəni, si rə -
lərdə bəhs edilən mövzu ətafında cərəyan edən hadisələr sırf mətnin dax-
ilində  yerləşdirilmiş  və  epik  janrın  bütün  funksiyalarını  əhatə  etmişdir.
Janrın genezisi, sirələrin yaranma mənbəyinin üzə çıxarılması istəyi, əsər -
də cərəyan edən hadisələrin ümumi xarakteriskasini tələb edir. 
Məlumdur ki, islamaqədərki ərəblərin mifik görüşləri, şifahi ya ra dı cı -
lıqları çox zəngin idi. Lakin ərəblərin şifahi yaradıcılığı öz əhatəsini ge -
nişləndirə bilmirdi. Əsasən, ərəblərin şifahi yaradıcılığı məşhur Bəsrə fi -
loloqu Əbu Übeydə Məmər ibn əl-Müsənnənin (728-825) ərəb qəbi lə lə ri -
nin qəhrəmanlıq şücaətlərindən bəhs edən epik hekayətlərdən, atalar sözü
və hikmətli deyimlərdən, qəbilə döyüşlərində xüsusi xidmətləri olan, qəh -
rəmanlıq  göstərən  igidlərə  həsr  olunmuş  şeir  parçalarından  ibarət  «يّام
العرابا»- «Əyyəm əl-ərəb»- (ərəblərin günü) adlı böyük bir topludan iba -
rət idi (11). Qədim tarixi köklərə malik bu məşhur əsər ərəblərin şifahi söz
sənətini,  adət-ən`ənələrini,  xalq  yaradıcılığını,  milli-etnik  kökünü  nə sil -
dən-nəslə ötürən böyük bir salnamədir. 


89
2013/
I
VIII əsrin sonu – IXəsrin əvvələrində ərəb filoloqları onları xüsusi top -
lu halına salırlar. İki topludan biri yuxarıda adını çəkdiyimiz Bəsrə filolo-
qu Əbu Übeydəyə (728–825) məxsus «يّام العرابا» – (ərəblərin günü) adlı
birinci toplusu 75 gündən, ikincisi isə 1200 gündən ibarət idi. Çox əfsus-
lar olsun ki, bu topluların heç biri qorunub saxlanılmamışdır.
Şərqşünaslıq  elminə  bu  gün  məlum  olan  «يّام  العرابا»  –  (ərəblərin
günü)  toplusu  Əbu  Übeydə  irsindən  çox  sonrakı  illər  erkən  ərəb  müəl-
liflərinin  əsərləri  vasitəsilə  daxil  olmuşdur.  Onun  adı  məşhur  səyyahlar
Bəkri və Yaqutun coğrafi əsərlərində, orta əsr müəlliflərindən Əbü-l-Fə -
rəc əl-İsfahaninin «Nəğmələr kitabına» yazılmış şərhlərdə dəfələrlə xatır-
lanmaqdadır.  Əsərdən  bir  çox  iqtibaslara  digər  orta  əsr  müəlliflərindən
İbn Əbd Rəbbihinin «Əl-İqd əl-fərid» və İbn əl-Əsirin «əl-Каmil fi-t-tə -
rix» əsərlərində rast gəlinir.
Bir faktı qeyd etmək yerinə düşərdi ki, istər İbn Əbd Rəbbihinin və is -
tərsə də İbn əl-Əsirin adlarını çəkdiyimiz bu məşhur əsərlərinin quruluşu
«ا يّام » - «günlər»də olduğu kimi xronoloji şəkildə qurulmuş, əsas xüsu -
siyyətlərinin səsləşməsinə çalışılmışdır.
«يّام  العرابا»  -  (ərəblərin  günü)  haqqında  daha  ətraflı  məlumat  Ən-
Nüveyrinin «نحاية العراب فى فنون الادب » - «Nihəyətu-l-arаb fi fununi-
l-ədəb» («Ədəbin
öyrənilməsində ərəblərin rolu») ensiklopediyasında verilmişdir.
Qədim ərəblərin poeziyasında bir sıra məsələlərin aydınlaşdırılmasın-
da bu topludan istifadə edən antologiya müəlliflərindən və şərhçilərindən
biri  də  orta  əsr  müəlliflərindən  Əbu  Təmmam  olmuşdur.  O,  öz  məşhur
«Kitab əl-Həmаsə» antologiyasında məs, bu topluya toxunmuş və ondan
tutarlı yararlanmışdır.
Bundan  başqa  «يّام  العرابا»  toplusunda  müxtəlif  məzmunlu  atalar
sözü  və  hikmətli  kəlimələrdən  ibarət  hissələrə  məşhur  ərəb  mütəfəkkir-
lərindən - Əbu Mənsur əs-Səalibinin « و المحاضرةالتمثيل» - «Ət-təmsil
vа-l-muhаdаrаt»  (təmsil  və  mühazirə),  Əl-Meydaninin  «مجموء  الامثل  »
«Məcmu‘əl-əmsаl»  (Nümunələr  toplusu)  əsərlərində  səsləşən  süjetlərə
rast gəlmək mümkündür. 
Katiblər  topluda  qədim  ərəb  qəbilələrinin  adlarını  çəkmiş  və  onların
kəsb etdiyi mənaların göstəricilərini qeyd etmiş və ordu sıralarında iştirak
edən qəbilələrin adlarını sıralamışlar.
«Əyyəm əl-arab» haqqında Ət-Təbrizinin «Şərh əl-Həmаsə», İbn Rə -
şikin «Hizаnаt əl-ədəb əl-Bağdadi», «Ümdə», Əl-Mübərridin «Əl-Каmil
fi -l-luğаtu-l-ədəb», və Məhəmməd ibn Əhməd əl-Ənbərinin«Əl-Muxtar
fi nаhаdiri -l-əхбər» əsərlərində dəyərli məlumatlarla qarşılaşmaq müm -
kündür.
«Əyyəm əl-arab»in öyrənilməsində mühüm əhəmiyyət kəsb edən mən-


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə