Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə40/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   36   37   38   39   40   41   42   43   ...   61

99
2013/
I
ataman-quldurlar tərəfindən oğurlanıb ələ keçirilsə də, canını qurtarır və
öz taleyini Meytin adlı çobanla bağlayır. Başqa bir şəhərdə yaşayır, ömür
sürürlər.  Gülziba  tədbirli  və  bacarıqlı  olduğundan  sehrli  fəslər,  təsəylər
tikir, çoban da onları aparıb bazarda satır. 
Digər xalqların nağıllarında olduğu kimi “Gülziba” nağılında da çoxlu
qadağalar, tabular vardır. Və bu qadağalar çoban Meytin tərəfindən də fə -
lərlə pozulur. Gülzibanın tikdiyi fəslərin sehrini öyrənmək üçün bir tacir
Meytindən fəs alıb, xana gətirir. Və xan çobanı yanına çağırıb, sehrli fəs-
lərin kim tərəfindən və necə tikildiyini öyrənmək istəyir. Xan çobanı cə -
zalandırıb Gülzibaya sahib durmaq və bu sehri öyrənmək istəyir. Meytin
Gülzibanın ona verdiyi Simurq quşunun lələyini qoltuğundan çıxarıb yan -
dıran kimi Meytinin istəkləri hasil olur. Xan Meytindən nə tələb edirsə, o,
onu  Simurq  quşunun  lələyinin  köməyi  ilə  həll  edir.  Sonuncu  tapşırığı
Meytinin necə yerinə yetirdiyini xan soruşduqda Meytin ona o dünyadan
gəldiyini və ona o dünyadan ata-anasından hədiyyələr gətirdiyini söyləyir.
Xan o  dünyada ata-anasının vəziyyətinin necəliyini soruşduqda, Meytin
onların firavan yaşadıqlarından danışır. Xan o dünya – cənnətlə ma raq la -
nır. Meytin ona cənnətə getməyin ən qısa yolunun tonqalın içindən keç di -
yini deyir. Beləliklə, xan öz vəziri və qohum-əqrabası ilə birlikdə tonqalın
içinə atılırlar. Onlar tonqalda yanırlar. Qırx gün keçir xan qayıtmır. Belə
olduqda camaat yığışıb şahlıq quşu uçurur. Quş Meytinin başına qonur və
o, məmləkətin xanı elan olunur (11, 8-19).
Bu  qaraqalpaq  sehrli  nağlının  ideya  istiqaməti  heç  də  yalnız  onlarda
xalqı talayıb istismar edənlərin tənqidi yox, həm də xalq gözləntilərinin,
fikir və mülahizələrinin aydınlığı, sosial ədalət, xoşbəxt və əmin-amanlıq
həyat şəraiti nəzərdə tutulur. Eyni zamanda bu tipli süjetlərdə insanların
istismardan  azadlığı,  ağıllı  və  zəhməti  nəticəsində  ədalətin  təntənəsi  də
kifayət qədər əks etdirilməkdədir (10, 188).
Əlbəttə, “Gülziba” nağılında digər köklü məsələlərlə yanaşı, həm də
yüngül komizm elementləri də mövcuddur (Çoban Meytinin xanın cənnə -
tə asan getmək yolunun tonqalın içindən keçdiyini və xanın da ona inan -
dığını yada salaq – Ş. M.). Bu tipli nağıllarda xanın səfehliyi, başdan xa -
rablığı tənqid atəşinə tutulur. Xan Meytinə inanır və o, tonqalın içinə atı -
lır, Meytin də tonqalı yandırır. Xan vəzir-vəkili, qohum-əqrəbası ilə yanıb
külə dönür. Bu nağılda bir sıra digər nağıllarda olduğu kimi xanların bir
sıra  iş,  əşya  və  hadisələrin  əsl  səbəbini  və  əlaqələrini  görə  bil mə dik ləri
göstərilir. Azərbaycan və qaraqalpaq nağıllarının xeyli hissəsində adinin
“alogizmi” (yəni məntiqsizliyi) göstərilir ki, onlar da daxili ya lanın, sosial
həqiqətdən kənarlığın normal məntiqə uyğun olmadığı gös tərilir. Adinin
alogizmi nağıllarda həyatın şərti təsvirindən istifadə etmə priyomları ilə
açılır. Məişət nağılı gerçəkliyin dərin daxili sosial köklərini aydınlığı ilə


100
2013/
I
sübut edir. Qaraqalpaqların xanlara və şahlara həsr olunmuş bir sıra nağıl-
larını həm də “adinin alogizmi” adlandırmaq olar. Qaraqalpaqların xanı,
şahı mənfi planda təsvir etdikləri nağıllara biz “Yüz dəfə dalbadal yalan
danışan çoban”, “Qız xanı necə aldatdı”, “Dörd Abdulla”, “Ağıllı çoban”,
“Bilici”, “Məsləhət” və . s. nümunə kimi göstərə bilərik. 
Məsələn, “Qız xanı necə aldatdı” nağılına nəzər salaq. Bir qız hamını
aldadıb özünə xidmət etməyə məcbur edirmiş. Bu xəbər xana da çatır və
o,  qızın  ağlını  yoxlamaq  istəyir.  Xanın  onunla  görüşüb  onu  yoxlamaq
məramını qızın yaxın adamı qıza xəbər verir. Beləliklə, xan qızın yaşadığı
alaçığa yaxınlaşdıqda qız xandan alaçığın çölündən həvəngdəstəni də içə -
ri gətirməyi xahiş edir. Lakin sonradan qız onun xan olduğunu bilib guya
ondan qorxur. Xana, mənim əlahəzrətim, məgər hüququm varmı ki, sizi
həvəngdəstə gətirməyə məcbur edim. Aparın onu haradan götürmüsü nüz -
sə, yerinə qoyun. Xana elə gəlir ki, qız bunu çaşqınlıqdan belə deyir. O,
həvəngdəstəni yenidən qaytarıb çölə aparır. Lakin sonra xan başa düşür
ki, ağıllı qız onu iki dəfə aldatmışdır (11, s. 200). Təxminən belə süjet xət-
tinə malik olan “Bəyi və xanı aldadan çoban” qaraqalpaq nağılında ağıl-
sız və tədbirsiz xan çobanın gözəl arvadına yiyələnmək üçün ona tor qur-
maq istəyir. Çoban isə tədbirli olduğundan xanı öz toruna salır. Xan tikan-
lı tonqalda yandırılıb öldürüldükdən sonra ölkənin idarəçiliyi çobana tap -
şırılır (11, 201-209).
Bu  tipli  nağıllarda  istismar  dünyasında  olan  adiliyin  alogizmi  açılır.
Onlarda ağıl, təfəkkür daşıyıcısı kimi həyat təcrübəsi, iti hafizəsi ilə fərq -
lənən sıravi insanlar çıxış edir. Feodal cəmiyyəti mərhələsində sosial-icti-
mai münasibətlərin kəskinləşdiyi dövrlərdə xanlar, şahlar, hökmdarlar nü -
fuz sahiblərini daim aradan götürmək fikri ilə yaşadıqlarından onlar nağıl-
larda zalımlığı ilə diqqəti cəlb etmişlər. Bu baxımdan “Usta Abdulla” na -
ğılında ədalətsiz hökmdar obrazı göz önündə canlanır. “Usta Abdulla” na -
ğılının süjet xətti və məzmunu aşağıdakı kimidir: “Qədim zamanlarda bir
padşah var idi. Bu padşah öz ölkəsində çoxlu qalaçalar tikdirərdi. Əvvəlcə
adlı-sanlı ustaları çağırtdırıb ona qalaçanı tikməyi əmr edər, hazır olandan
sonra qalaçanın sirri yayılmasın deyə ustaları min bəhanələri ilə öldürər-
di...  Padşah  o  qədər  usta  öldürtdürmüşdür  ki,  daha  onun  şəhərində  usta
qalmamışdı” (3, 140).
Beləliklə, padşah bir gün İsfahandan usta Abdullanı qalaça tikməyə də -
vət edir. Şahın bəd niyyətini qabaqcadan duyan usta öldürülmüş ustala rın
qisasını almaq məramı ilə gəlib işə başlayır. Burada Abdulla tayı-bə rabəri
olmayan  qalaça  tikir.  Qalaçanı  tikərkən  onun  səksən  səkkiz  qa pı la rının
içində padşahın əməllərini daş üzərinə həkk edir. Amma qapıları aç mağın
sirrini heç kimə öyrətmir. İş başa çatdıqdan sonra padşah ona da əvvəlki
ustaların  taleyini  yaşatmaq  istəyir.  Abdulla  qalaçanın  gizli  yeraltı  yol-


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə