Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə26/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   22   23   24   25   26   27   28   29   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     57 
 
 
mədəniyyətində  oğuz  invariant  strukturunun  əsas  xassəsi  olaraq  işarələnir.  Oğuz 
ritualının  əsasını  təşkil  edən  oğuz  “toy”unda  Oğuz  xaqanın  kosmosu  sim-
vollaşdıran oğullarından Göy xanın, Dağ xanın və Dəniz xanın dünya anası ağacla 
bağlıdır.  Belə  ki,  bu  xatun  oğuzun  soy  törətməsi  üçün  Allah  tərəfindən  Oğuz 
xaqana göndərilmiş və Oğuz xaqan onu ağac koğuşunda görmüşdür (5, 14). 
Onu da qeyd etmək yerinə düşər ki, oğuzşünaslıqda uyğur versiyası adla-
nan “Oğuz Kağan” dastanından aldığımız bu örnək daha qədim olmasıyla bəra-
bər Vahid Allah, yaxud eyni anlamı ifadə edən Tək Tanrı missiyası ilə yüklüdür. 
Məhz Oğuz oğullarının ağacla bağlılığı  ilkin olaraq bu əsas üzərində pöhrələn-
miş, ağaca olan sayğı ağacın sakrallaşmasına səbəb olan Tanrıya inancdan qida-
lanmışdır.  Oğuz  mifoloji  modelinin  əsasını  təşkil  edən  dünya  ağacı  oğuz  kos-
moqoniyasını,  xüsusilə  də  etnoqoniyasını  ifadə  edir.  Təsadüfi  deyil  ki,  oğuz 
kosmosu ritual səviyyədə ilkin olaraq ağacla işarələnir. “Oğuz Kağan” dastanın-
da  oğuz  invariant  strukturunun  əsasını  təşkil  edən  və  paradiqmalaşıb  müxtəlif 
örnəklərə  yayılan, eləcə də türk mənşəli  Azərbaycan  folklorunun  müxtəlif  janr-
larında,  həmçinin  dastanlarda  motivlər  olaraq  daşınan  oğuzun  toy  ritualı  məhz 
ağac üzərində qurulmuşdur: “Oğuz kağan  böyük qurultay çağırdı,  nökərləri, eli 
çağırdı. Gəlib, genəşib oturdular. Sağ yanda Qırx qulac ağac dikəldi. Onun ba-
şına bir altun toyuq qoydu. Ayağına bir ağ qoyun bağladı. Sol yanda Qırx qulac 
ağac dikəldi. Onun başına bir gümüş toyuq qoydu. Ayağına bir qara qoyun bağ-
ladı. Sağ yanda buzuklar oturdu. Sol yanda Üçoqlar oturdu. Qırx gün, qırx gecə 
yedilər” (5, 33). 
Göründüyü kimi oğuz ritualının gövdə hissəsini, əsas modelini ağac təşkil 
edir,  digər  vasitələr  məhz  ağac  üzərində  simvollaşır.  Elə  bu  baxımdan  da  oğuz 
epik  ənənəsinə  yayılan  örnəklərdə  ağac  sakral  hesab  olunur,  ağaca  and  içilir, 
ağac  inamı  meydana  gəlir.  Bu  inam  Vahid  Allah  inancına  qarşı  durmur,  onun 
quruluşunun  məntiqi  düzümü  olaraq  qəbul  olunur.  Təsadüfi  deyil  ki,  məhz  bu 
yerdə, bu toy ritualında, təsvir olunan bu yığıncaqda və yaxud qurultayda Oğuz 
xaqan  (kağan)  ona  verilən  missiyanı  tamamladığını,  özündən  sonrakı  dövrün 
prioritetini elan edir: “Oğuz kağan yurdunu bölüşdürüb oğlanlarına verdi. Dedi: 
“  Ay  oğullar!  Mən  çox  yaşadım,  çox  vuruşmalar  gördüm,  çox  nizələr,  oxlar 
atdım,  ayğırımla  çox  yerlərdən  keçib  getdim,  düşmənləri  mən  ağlatdım,  dost-
larımı güldürdüm. Göy Tanrı qarşısında  borcumu  yerinə  yetirdim. Sizlərə  veri-
rəm yurdumu”– dedi” (5, 34). Bu mətndə açıq-aşkar görünür ki, Oğuz xaqan və-
siyyət edir, ona Tanrı tərəfindən verilən vəzifənin tamamlanmasını, özünün dün-
yadan köçəcəyini bəyan edir. Oğuz xaqan oğuznamələrdə heç bir yerdə tanrılar 
demir, yalnız Tanrı  ifadəsi  işlədir. Bu da oğuzların Vahid Allah  inancına  malik 
olmasına  əyani  dəlildir.  Məhz  bu  ifadənin  Oğuz  xaqanın  fəaliyyətinin  sonucu 
olaraq  bu  yerdə  işlənməsində  ağac  əsas  struktur  model  olaraq  ritualın  əsas  sü-
tununu təşkil edir. Elə bu baxımdan ağacın digər örnəklərlə müqayisədə mərkəzi 
yerdə  tutulması  ona  pərəstişdən  irəli  gəlmir,  vahid  tövhid  inancını  simvollaş-


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     58 
 
 
dıran  model  olmasından  qaynaqlanır.  Əlbəttə,  su  üçün  qeyd  etdiklərimiz  ağac 
üçün  də  keçərlidir.  Yəni  ağac  mətnlərdə  sakral  və  adi  səviyyələrdə  özünü  gös-
tərir.  Ağacın  adi  səviyyədə  görünməsi  Allahın  yaratdığı  təbiətin  bitki  parçası 
olduğundan irəli gəlməklə vahid inancı inkar etmir, onu yaradılış aktı olaraq təs-
diqləyir. Oğuzların inanc və qəzavatlarını əks etdirən KDQ-də bu sistemdən irəli 
gələn  anlayış  kimi  ağacla  bağlı  qiymətli  örnəklər  vardır.  Oğuz  epik  ənənəsinin 
ən  böyük  ədəbi  örnəyi  olan  KDQ-də  dünya  ağacı  qaba  ağac  olaraq  obrazlaşır. 
Qaba  ağacın  oğuz  soyunu  ifadə  etməsi  Basatın  Təpəgözlə  qarşılaşıb  döyüşmə-
sində  yalnız  fiziki  qüvvənin  deyil,  həmçinin  mənəvi  müqayisənin  hərbə-zorba 
sual-cavabında Basatın Təpəgözə verdiyi cavabda üzə çıxır. Ən maraqlı da ora-
sındadır  ki,  məhz  qaba  ağacın  dünya  modeli  kimi  işarələndiyi  bu  yerdə  ağaca 
inam vahid sistemin bir parçası olaraq proyeksiyalanır: 
Qalarda-qoparda yerim günortac! 
Qaranqu dün içrə yol azsam, umum Allah. 
Qaba ələm götürən xanımız – Bayındır xan! 
Qırış güni ögdin dəpən alpımız Salur oğlı Qazan! 
Anam adın sorar olsan – Qaba Ağac! 
Atam adın deirsən – Qağan Aslan! 
Mənim adım sorarsan, – Aruz oğlı Basatdır,- dedi” (10, 102). 
KDQ-də əsas obraz olan Qazan xanın oğlu Uruz xanın II boyda çıxılmaz 
situasiyada  rədif  səviyyəsində  olan  “Ağac”  soylamasında  ağaca  müraciət  olun-
masında islam dininə məxsus bilgilərin əsas etibarilə diqqət çəkməsi Uruz xanın 
Allahu-Taalaya sığınmasını göstərməklə bərabər ağac  inamının tövhid  inancına 
bağlılığını bir daha nəzərə çatdırır: 
 Ağac-ağac dersəm sana, ərinmə ağac! 
 Məkkə ilə Mədinənin qapusı ağac! 
 Museyi-kəlimin əsası ağac! 
 Şahi-Mərdan Əlinin Düldülünin əyəri ağac! 
 Zülfüqarın qınilə qəbzəsi ağac! 
 Şah Həsənlə Hüseynin beşigi ağac! (10, 47-48) və s.  
 KDQ-də  bu  kimi  nümunələr  həddindən  artıq  çoxdur  və  bu  istiqamətdə 
izləmə daha geniş araşdırmaların mövzusu ola bilər. 
 Biz  yuxarıda  nümunələrlə  bəhs  açmışdıq  ki,  bir  çox  məhəbbət  dastanla-
rında süjet xətinin hərəkətverici başlanğıc nöqtəsi olaraq kompozisiya quruluşu-
na  daxil  olan  giriş  kimi  “yuxuda  butavermə”  hadisəsi  mövcud  olur  ki,  məhz 
sonrakı hadisələrin inkişafı, kulminasiyadan finala qədər bu süjet prosedurundan 
asılı olur. Bu mətnlərdə dini-ürfani məzmunda çıxış edir. Elə bu da dastanlarda 
inancların  dini-teoloji  qavramlarla  bağlılığını  bir  daha  müşahidə  etmək  imkanı 
verir. Ürfani-təsəvvüfi  məzmunda olan  buta verilmə  yuxu zamanında baş tutur. 
Elə  buna  görə  də  dastan  qəhrəmanına  yuxuda  bərəkətli  su  (əksər  halda  Kövsər 
suyu)  içirilir.  Əlbəttə  bu  dini  bilgilərin  dastan  süjetində  dini-ruhani  məzmunda 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə