Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə29/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   25   26   27   28   29   30   31   32   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     63 
 
 
Oğuz epik ənənəsinin əsasını təşkil edən Oğuz kosmoqoniyasında qurdun 
yeri  ən  kamil  səviyyədə  “Oğuz  Kağan”  dastanında  görünür.  Oğuznamələrin  ən 
qədim  versiyalarını  özündə  daşıyan  bu  dastanda  qurd  yerə  Tanrı  tərəfindən 
göndərilir (5, 19-20). Oğuz xaqanın Tanrıya tapındığı  yerdə göydən onun üçün 
şüa  içində  xatun  enirsə,  yenə  də  vəzifəsini  həyata  keçirdiyi  zaman  göydən  şüa 
içində  çadırına  boz  qurd  enib  qoşunun  qabağına  enir,  orduya  bələdçilik  edib 
Oğuz  xaqanı  qələbədən-qələbəyə  götürür:  “Oğuz  kağan  bir  yerdə  Tanrıya 
tapınırdı.  Qaranlıq  çökdü.  Göydən  bir  göy  şüa  düşdü.  Günəşdən  işıqlı,  aydan 
parlaq  idi.  Oğuz  kağan  ona  sarı  getdi,  gördü  ki,  bu  şüanın  içində  bir  qız  var... 
...Dan yeri ağardıqda Oğuz kağanın çadırına gün tək bir şüa girdi. O şüadan boz 
tüklü, boz yallı böyük bir erkək qurd çıxdı. O qurd Oğuz kağana üz tutub dedi: 
Ay Oğuz! Sən Urum üstünə getməyə hazırlaşırsan. Ay Oğuz! Mən səninlə öndə 
gedəcəyəm” (5, 13-29).  
Təsadüfi  deyil  ki,  boz  qurd  Oğuz  xaqanın  Urum  üzərinə  getməyə  hazır-
laşdığı  zamanda  göydən  enir  və  yenə  də  təsadüfi  ifadə  olmayaraq  məhz  Urum 
xaqanın  qardaşı  Urus  bəyin  oğlu  Oğuz  xaqanın  Tanrı  missiyası  daşımasını  bə-
yan edir: “Bizim xoşbəxtliyimiz sənin xoşbəxtliyindir, bizim soyumuz sənin nə-
sil ağacının  budağıdır. Tanrı sənə böyük  yer tapşırıb. Mən sənə  başımı, canımı 
verərəm (5, 21, 22).  
Qurd inancı ilə bağlı ən əsas dastanlardan biri də Ərgənəkon (Ergenokon) 
dastandır.  Bu  dastan  mifolji  struktura  malik  olub  demək  olar  ki,  bütün  türk 
xalqlarının  mif  və  folklorunda  müxtəlif  şəkillərlə  özünü  göstərir.  Bu  dastanın 
süjet  xətti  Azərbaycan  folklorunun  müxtəlif  janrlarında  müxtəlif  motivlərdə 
özünü göstərir. N.Cəfərov, K.V.Nərimanoğlu türklərin “Törəyiş dastanları”ndan 
bəhs açarkən göstərirlər ki,  “ Yaradılış (törəniş) Saka, Alp ər Tonqa, Şu, Oğuz 
Kağan,  Siyenpi,  Göytürk,  Uyğur...əsatiri  dastanları  əsasən  Sibir,  Altay,  Orta 
Asiya,  Qafqaz  türklərinin  folklorundan  toplansa  da  ayrı-ayrı  türk  xalqlarının 
ortaq qaynağıdır. Bu mənada Azərbaycan ədəbiyyatının kökünü bu dastanlarsız 
təsəvvür etmək olmaz” (19, 138). Bu mənada Ergenokon dastanlarında bəhs olu-
nan  qurd  obrazı  Azərbaycan  folklorunun  da  ortaq  nümunəsidir.  Məlumdur  ki, 
Azərbaycan türkləri mənşə etibarilə və dil qrupu baxımından oğuzlarla bağlıdır. 
Bu səbəbdən Oğuz epik ənənəsində qurd obrazının araşdırılması daha  məqsədə 
uyğundur.  Ergenokon  dastanı  qurd  vasitəsilə  türklərin  qurtuluşunu  ifadə  edən 
dastandır. Elə qurtuluş sözü də leksik baxımdan qurt (qurd) kökündən törəmədir. 
Bu  barədə  M.Ə.Rəsulzadə  də  məqalə  yazmışdır  (22).  Hətta  biz  qeyd  etmək  is-
təyirik ki, “Oğuz Kağan” dastanındakı qurd obrazı ergenekon dastanlarından da-
ha qədim qatlara  malik olmasıyla araşdırma tələb edir. Bunu bu dastandakı ob-
razın  daha  arxaik  spesifikası  təzahür  etdirir.  Ergenokon  dastanlarında  qurd  xi-
laskar olaraq əksər hallarda yer üzündə işarələnirsə, “Oğuz Kağan” dastanındakı 
qurd  göydən  gəlmişdir.  Bu  daha  qədim  versiyanı  şərtləndirir.  Ancaq  hətta  bu 
mətn strukturunda da qurd pərəstiş obyekti və yaxud subyekti deyil, Tanrı tərə-


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     64 
 
 
findən türklərə xilaskar mədəni qəhrəman olaraq göndərilmişdir. Məhz KDQ-də 
qurdla bağlı müsbət anlayış ifadə edən ifadələr, xüsusilə “qurd üzü mübarəkdir” 
kimi  qavramlar  bəzi  tədqiqatlarda  iddia  olunduğu  kimi  qurda  tapınmanı  deyil, 
qurdun xilaskar funksiyasının bu mətndə də daşınmasından xəbər verir. Elə mə-
lum  yerdə  Qazan  xanın  yurdunu  qurtarmaq  üçün  qurda  müraciət  etməsi  məhz 
bundan irəli gəlir (10, 45). Biz qazların Romanı xilas etməsi ilə bağlı tarixi bilgi-
lərə söykənən örnəklərdə də bu qurtarıcı  funksiyanı görürük ki, bu heç də qaz-
ların tapınaq yeri olmasından xəbər vermir. M.Adilov bəhs açır ki, Romanı təbii 
funksiyaları ilə təhlükədən xilas etdiklərinə görə “O zamandan Romada qazlara 
xüsusi  ehtiram  bəslənir” (23,61, 62 ). Məhz biz türk xalqlarında, xüsusilə oğuz 
epik sistemində qurda pərəstişi deyil, ehtiram əlamətini müşahidə edirik. Bu ba-
xımdan bu örnəklərdə qurd toteminin də dünyagörüşü forması kmi deyil, yuxarı-
da  qeyd  etdiyimiz  kimi  məcazi  anlayışlar  olaraq  özünü  göstərməsi  qənaətində-
yik. Aydındır ki, kult anlayışı da bu qəbildən olmaqla əvvəldə nəzər yetirdiyimiz 
kimi folklorumuzda pərəstiş anlayışı olaraq diqqət çəkmir. 
İşin  elmi  nəticəsi.  Dastanlarda  inancları  işləyərkən  əsas  etibarilə  dastan-
larımızdan keçən su, ağac, dağ, daş, qaya, qurdla bağlı anlamların  inanc  səviy-
yəsində yozulmasının yanlışlığını həm də ona görə bu örnəklərlə əsaslandırmağa 
çalışdıq ki, dastanlarımızda vahid sistemin tərkib hissəsi olan bu anlayışların öz 
mövcud  olduğu  sistemdən  təcrid  olunmasını  daha  aydın  şəkildə  nəzərə  çatdıra 
bilək. Əlbəttə, mahiyyəti etibarilə bu çox geniş bir mövzudur və daha geniş təd-
qiqat həcmi tələb edir. Bu baxımdan da ümid edirik ki, gələcəkdə bu mövzu ət-
rafında izlədiyimiz istiqamətdə neçə-neçə yeni irihəcmli elmi tədqiqatların mey-
dana çıxmasının şahidi olacağıq.  
 
ƏDƏBİYYAT 
  
1. Ədəbiyyatşünaslıq terminləri lüğəti (Tərtib edən Mirəhmədov Ə.). Bakı, Azər-
nəşr, 1965, 150 s. 
2.Təhmasib  M.H.  Azərbaycan  xalq  dastanları  (Orta  əsrlər).  Bakı,  Elm,  1972,   
399 s.  
3. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. II hissə. Bakı, Elm, 2006, 648s. 
4. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, Maarif, 1981, 401 s. 
5.  Oğuznamələr  (İşləyib  çapa  hazırlayanlar:  K.V.Nərimanoğlu  və  F.Uğurlu). 
Bakı, Bakı Universiteti nəşriyyatı, 1993, 94 s. 
6. Rəşidəddin F. Oğuznamə (Fars dilindən tərcümə, ön söz və şərhlərin müəllifi 
R.M.Şükürova). Bakı, Azərbaycan Dövlət NPB, 1992, 72 s. 
7. Əbülqazi Bahadır xan. Şəcərei-Tərakimə (Türkmənlərin soy kitabı) / Rus di-
lindən  tərcümə  edən,  ön  söz  və  göstəricilərin  müəllifi  və  biblioqrafiyanın  tərtibçisi 
İ.M.Osmanlı. Bakı, Azərbaycan Milli Ensiklopediyası NPB, 2002, 146 s. 
8. Rzasoy S. Oğuz mifinin paradiqmaları. Bakı, Səda, 2004, 200 s.  
9. İslamzadə A. Oğuz epik ənənəsində “Qaracuğın qaplanı” xan statusunun funk-
sional göstəricisi kimi // “Dədə Qorqud” jur., № 4, Bakı, 2012, s. 3-16 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə