Dədə Qorqud ● 2015/I 65
10. Kitabi-Dədə Qorqud (Müqəddimə, tərtib və transkripsiya F.Zeynalov və
S.Əlizadənindir). Bakı, Yazıçı, 1988, 265 s.
11. Cəfərli M. Dastan və mif. Bakı, Elm, 2001, 188 s.
12. Qurani-Kərim (Tərcümə edənlər: Bünyadov Z., Məmmədəliyev V.). Bakı,
Azərnəşr, 1992, 711 s.
13. Azərbaycan məhəbbət dastanları (Tərtib erənlər: Təhmasib M.H., Fərzəliyev
T., Abbasov İ., Seyidov N.). Bakı, Elm, 1979, 504 s.
14. Babək A. Azərbaycan folklorunda su ilə bağlı inamlar. Bakı, Nurlan, 2011,
212 s.
15. Koroğlu dastanı (Tərtib edənlər: Abbaslı İ., Abdulla B.). Bakı, Lidernəşr,
2005, 552 s.
16. Abbasov E. Koroğlu: Poetik sistemi və strukturu (Paris nüsxəsi əsasında).
Bakı, Nurlan, 2008, 140 s.
17. Azərbaycan dastanları.V cilddə, II cild (Tərtib edənlər Axundov Ə., Təhma-
sib M.H.) Bakı, Çıraq, 2005, 440 s.
18. Əlizadə R. Azərbaycan folklorunda təbiət kultları. Bakı, Nurlan, 2008, 176 s.
19. Dədə Qorqud kitabı. Ensiklopedik lüğət (Nəşrə hazırlayan Hacıyev T.) Bakı,
Öndər nəşr., 2004, 368 s.
20. Tanrıverdi Ə. “Dədə Qorqud kitabı”nda dağ kultu” Bakı, Elm və Təhsil nəşr,
2013, 120 s.
21. Mелетинский Е.М. Предки Прометея (культурный герой в мифе и эпосе)
// Вестник истории мировой културы, 1958, май-июнь, № 3 (9) с.114-132.
22. Rəsulzadə M.Ə. Qurtuluş” məcmuəsi, 1 oktyabr 1915, №1//Hüseynov Ş.
525-ci qəzet, 24 dekabr, 2011.
23. Adilov M. Qanadlı sözlər. Bakı, Yazıçı, 1988, 440 s.
Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Kamran Əliyev
Dədə Qorqud ● 2015/I 66
Aygün QASIMOVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
kiçik elmi işçisi
e-mail: aygun_qasimova@mail.ru
POETİK EL MÜDRİKLİYİNİ ŞƏRTLƏNDİRƏN AMİLLƏR
Xülasə
Bütün yaradıcılığı ilə folklora bağlı şairlərdən biri də H.Arifdir. Əsərləri gənclərə təmiz
sevgi, ailəyə bağlılıq duyğuları aşılayır. H.Arif təkcə formanı yaşatmır, həm də milli poetik
fəlsəfi ənənələrin davamçısı kimi çıxış edir. O, öz poetik gücünü xalq yaradıcılığından, aşıq
sənətindən, sirli-sehrli hikmətindən alıb. Şairin yaradıcılığında müdrik, el qədrini bilən, hamı tə-
rəfindən ziyalı kimi tanınan insanlara geniş yer verilir. Müdriklik H.Arifin istər gündəlik həyatı,
istərsə də bədii irsinə xas olan başlıca keyfiyyətdir.
Açar sözlər: H. Arif, poeziya, obraz, folkor, el müdrikliyi
POETİC FOLK WISDOM FACTORS
Summary
H.Arif is a poet who is very close to folklore with his whole creativity. His works tan to
youths such senses as true love and being close to the family. H.Arif does not only create the
form, he also participates as the continuer of national poetic philosophic traditions. He gained
his poetical power from folk art, ashug art, and from their magical wisdoms. In the poet’s
creativity has given special place to intelligences, to humans that are known as valuing their
motherland and educated men. The wisdom is the main quality in his life and in his artistic
heritage.
Key words: Huseyn Arif, poetry, character, folklore, motherland wisdom.
ФАКТОРЫ ПОЭТИЧЕСКОЙ НАРОДНОЙ МУДРОСТЬИ
Резюме
Гусейн Ариф является поэтом, который всем своим творчеством связан с фолькло-
ром. Его произведения прививают молодежи чувства истинной любви и семейной вер-
ности. Г.Ариф не только остается приверженным форме своего творчества, но и высту-
пает как последовательный продолжатель традиций национальной поэтической филосо-
фии. Он получает свою поэтическую силу от народного творчества, искусства ашугов, их
волшебной мудрости. В творчестве поэта большое внимание уделяется мудрым,
любящим родину истинным интеллигентам. Мудрость, присущая Г.Арифу в жизни, четко
прослеживается и в его художественных произведениях.
Ключевые слова: Гусейн Ариф, поэзия, образы, фольклор, народная мудрость
İşin məqsədi: Hüseyn Arif yaradıcılığını milli qaynaqlara bağlılıq istiqa-
mətində öyrənməkdən ibarətdir.
Hüseyn Arif milli poeziyaya ədəbi ənənədən, xalq yaradıcılığından, xüsu-
sən Aşıq poeziyasından gəlir. Şeir və poemalarının bədii təsvir və ifadə vasitə-
lərində, obrazlar sistemində xalq ruhunun poetik ifadəsi özünü açıq-aydın hiss
etdirir. Bəzən belə fikirləşirik ki, Hüseyn Arifin yazdıqları onun özününkü deyil,
Dədə Qorqud ● 2015/I 67
xalq yaradıcılığıdır, şair isə ancaq ifaçıdır. Görünür, o, bizimlə milli-mənəvi də-
yərlərimiz arasında, bu günlə keçmişimiz arasında sadəcə vasitəçi olur. Yeni
dövrün ozanı olan Hüseyn Arif şifahi ədəbiyyatla yanaşı, yazılı poeziyamızı da
əvvəlcə öz fenomenal hafizəsində, sonra isə şair mənində ehtiva edir.
Müasir dövrdə xalqımızın bədii təfəkkürü və hətta mentaliteti daha ancaq
Qorqudlu, Koroğlulu, Ələsgərli dünya ilə deyil, həm də Füzulili, Vaqifli, Vurğun-
lu bir dünya ilə müəyyən olur. Hüseyn Arif burada da vəhdət missiyasını üzərinə
götürür, şifahi və yazılı ədəbiyyatımızı vahid kontekstə, bununla həm də çağdaş
dərdlərimiz və sevinclərimiz kontekstinə salır: “Sazdan pərvazlanan Hüseyn Arif,
həmişə ana torpağın nəğməsini oxuyub, xalq ürəyinin ən incə tellərinə toxunub,
bədii irsi onunla həmahəng səslənib. Sadəlik və səmimilik Hüseyn Arif şeirinin
şah damarıdır. Buna görə də o, nədən yazır yazsın, necə yazır yazsın, hansı
vəzndə, hansı formada yazır yazsın, dəxli yoxdur, ürəkdən yazır, şeirlərində də
saxta pafosa, süni deyimlərə rast gəlmək mümkün deyil. Çünki o, həmişə gördük-
lərini və duyduqlarını yazıb. “Şeir deyilmi”, “Oğluma” “Dilqəm”, “Saz”, “Meşə-
bəyi” kimi əsərləri şairin şəxsi müşahidələrindən qaynaqlanıb” (6, 76).
Şairin bədii axtarışında xüsusən poemaları diqqəti özünə çəkdi. "Məhəb-
bət” poemasında gözəl poetik təsvirlə gənclərə təmiz sevgi, ailəyə bağlılıq
duyğuları aşıladı. "Yolda" poeması isə onun poeziyasında ayrıca mərhələ oldu.
Bu əsər Səməd Vurğunun ömür yolundan bəhs edir. Əsərdə Vurğun surəti əv-
vəlcə Vaqif poeziyasının böyük davamçısı kimi maraqlı təsvir edilir. O, öz məş-
hur səhvinin ənənəsini vüsətli idrakı ilə zirvəyə ucaltmış bir sənətkardır. Azər-
baycan torpağına, sadə zəhmət adamına, doğma vətən taleyinə hər zaman mənən
bağlıdır. Səməd Vurğuna bəslənən dərin el məhəbbətinin çeşidli təzahürləri po-
emada canlı əksini tapır. Xalqımızın yaddaşına onun həmişəlik nəqş edilməsi
həqiqəti vurğulanır:
El üçün yaşayıb yazan sənətkar
Elin bircə gün də çıxmaz yadından (3, 45).
Əsərdə Vurğun şeirinin, şəxsiyyətinin yüksəliş yolları, eyni zamanda əsas-
sız tənqidlə üzləşməsi göstərilir. Onun "Aygün" poemasına qarşı böhtan dolu
hücumdan danışılır:
Elə zənn etməyin yer üzündə siz
Hamardır şairin keçdiyi yollar.
Sakit görünsə də çox zaman dəniz,
Orda çovğun da var, fırtına da var... (4, 98).
Səməd Vurğuna qarşı hücumların əsas hiyləli niyyəti şeirdə milli ənənənin
inkarına yönəlmişdi. Bu hiyləli niyyət təkcə "Aygün"ün tənqidi ilə bitmirdi.
Şeirinə xalq həyatından, ruhundan gələn təbii sadəlik bəzən qərəzli tənqiddə
açıqca kiçildilirdi. "Muğan" poemasında bu xüsusda Vurğunun öz sözləri var:
"Kosmopolit tənqidçilər ömrü boyu dandı məni", – deyə açdığı söhbət çoxu-
Dostları ilə paylaş: |