Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə31/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   27   28   29   30   31   32   33   34   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     68 
 
 
muzun hafizəsində saxlanıb. Onu "saz üstündə quran çoban şairi" adlandıranlara 
Vurğun mərdanə cavab verirdi: 
Bəli, – dedim, – saz üstündə!.. 
Lakin onun mənasını,  
Vətənimin, millətimin qəhrəmanlıq dünyasını  
Simfoniyalar lisanilə öz evimdə ötmüşəm mən,  
Vaşinqton salonları keçməmişdir ürəyimdən.  
Sizin kimi nökər olub yad ocağı qalamadım,  
Vətənimin vüqarı tək vüqarlıdır mənim adım..."(3, 89). 
Səməd  Vurğunu  inkar  edənlərə  onun  özündən  sonra  Hüseyn  Arif  kəskin 
cavab verdi. Həmin inkarın mahiyyət etibarilə nihilist niyyət daşıdığını bildirdi: 
Nihilist yatmayıb əli varaqda  
Nələr uydururdu, nələr deyirdi  
Lakin öz qadını başqa otaqda  
"Aygün "dən parçalar əzbərləyirdi (3, 67). 
Hüseyn  Arif "Yolda" poemasında əslində Səməd  Vurğunu  xalqın  mənəvi 
simvolu  kimi  səciyyələndirdi.  O  özü  Vurğunun  şair  varisi  olduğunu  yenidən 
təsdiqlədi.  Zaman  irəlilədikcə  bu  tükənməz  mövzunun  daha  dərin  açılacağına 
ümid bəsləməklə poemanı bitirdi: 
Çoxdur açılmamış incə nöqtələr,  
Xalq əziz oğlunu hey anacaqdır.  
Vurğunun haqqında ən böyük əsər  
Hələ indən belə yaranacaqdır (3, 65). 
 Hüseyn  Arifin  "Dilqəm"  poeması  saza,  aşıq  sənətinə  ucaldılan  ən  böyük 
abidədir.  Məqsədini  gerçəkləşdirmək  üçün  şair  aşıq  poeziyasının  tarixi  keçmi-
şini  araşdırdı. Əslində, Yəhya  bəy olmuş, amma nakam  məhəbbətin Dilqəm et-
diyi aşığın ağrılarını yaşadı. Şairin başladığı bu poema kədərli bir hekayətə çev-
rildi. Ona qədər şeirinə xas olmayan qəm  motivləri gətirdi. Demə, bu onu göz-
ləyən  dəhşətli  kədərdən  xəbər  verirmiş.  Poema  yazılanda  oğlu  Arif  gəncliyinin 
çiçəklənən  illərini  yaşayırdı.  Ancaq  əsər  bitməmiş  Arifin  gənc  ömrü  yarımçıq 
qaldı.  Şair  bu  böyük  dərdini  ələm  silsiləsində  açıq  bildirdi.  Əsəri  oxuyanlar  bu 
sarsıdıcı qəmə şərik oldular. Bundan sonra Hüseyn Arif şeirində qəmli motivlər 
gücləndi.  Taleyin  sərt  hökmü  ilə  şərtlənən  bu  vəziyyəti  şeirinin  yeni  səciyyəsi 
kimi qəbul etdi: 
Arif gedən gündən Hüseyn adlı  
Bir kədər şairi gəldi dünyaya (4, 90). 
"Natavan"  poemasını  şair  oğlu  Arifin  xatirəsinə  həsr  etdi.  Öz  taleyində 
Natəvan  taleyinə  bir  bənzərlik  aradı.  Onun  bənzərsiz  poetik  dünyasını  ədəbiy-
yatımıza  gətirdi,  müdrik  qadın  obrazı  yaratdı,  üzüntülü  əhvalını  şeirdə  bölüş-
məklə onu yüngülləşdirmək istədi.  


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     69 
 
 
Hüseyn Arif poeziyamızda bədii lirikanın gözəl nümunələrini yaratmışdır. 
Onun  poetik  irsi  son  dərəcə  adi  və  sadə  sözlərlə,  lakin  böyük  ustalıqla  qələmə 
alınıb, əsərləri sanki tariximizin  bədii  ifadəsidir. Adətən klassik poeziyanı oxu-
yarkən həmin əsərlərin yazıldığı dövrə qayıdırıq və bu əsərləri əsasən sənətkar-
lıq baxımından qiymətləndirir, onları  bədii-estetik bir hadisə kimi düşünmürük. 
Onlar bu gün bizim yaşadığımız həyatdan nə isə fərqli bir hadisə kimi qəbul olu-
nur.  Klassik  poeziyanı  bu  günün  problemləri,  hiss  və  həyəcanları  kontekstində 
qavramaq ancaq tək-tək oxuculara müyəssər olur. 
Həmişə keçmişin, tarixin çiynindən sabaha  boylanan  şair daim torpaqdan 
güc alır, elin müdrik yaradıcılığından faydalanır, vətənin ətrini, küləyin mehrini 
göydə yox, yerdə axtarır: 
Vətən nə zümrüddür, nə yaqut, nə zər, 
Qızıl bu gün məndə, sabah səndədir. 
Əbədi özüllər, əbədi köklər, 
Bir ovuc torpağın üzərindədir (1,15). 
Müasir  Azərbaycanın  öz  milli-mədəni  köklərinə  qayıdışını  təmin  et-
mək  üçün  Hüseyn  Arif  onunla  tarixi  keçmişimizə  səyahətə  çıxmır,  əksinə, 
tariximizi  çağdaş  həyatımızın  iştirakçısı  etməyə  çalışır.  Füzuli  daha  Leyli 
həsrətinə  deyil,  müasir  ictimai  gerçəkliyimizin  dərd-sərinə  ağlayır.  Dədə 
Qorqud, Xətai, Koroğlu öz hikmət, qeyrət və qəhrəmanlıq örnəyi ilə bugün-
kü azərbaycanlının köməyinə gəlir. 
Müşfiq ilhamından maya alan, Yunis İmrə bulağında saflaşan, Nizamidən 
hikmət, Füzulidən heyrət, Sabirdən qeyrət götürən şeirin özü və taleyi də bir əf-
sanəyə  dönür,  xalqın  yaddaşında  yaşayır.  O  bir  qayda  olaraq  uluların  qəlbi  ilə 
duymağı, təbiətin musiqisini dinləməyi öyrənir, çağdaş həyatımızı, insanları, tə-
biəti təkcə öz nöqteyi-nəzərində deyil, həm də  böyük ozanlarımızın  bədii  yara-
dıcılıq  prizmasından  müəyyənləşdirməyə  çalışır.  Canlı  insan  olaraq  ozanlaşır, 
şairləşir, ilhama gəlir, təbiətin, cəmiyyətin problemlərinin ifadəçisinə çevrilir:  
Təbiət dediyin ən böyük rəssam, 
Adi çəkisi də bir möcüzədir. 
Dünənlə qocalıb yaşa dolsa da, 
Bu günlə o yenə gəncdir, təzədir (1, 23). 
Milli  özünüdərkin  ən  mühüm  vasitələrindən  biri  şifahi  xalq  ədəbiyyatına 
və  klassik  poeziyaya  qayıdışdır.  Əlbəttə,  milli  müəyyənliyi  dərk  etmək  üçün 
keçmişə  qayıtmaq  yeganə  yol  deyildir.  Daha  doğrusu,  müasir  milli  mən,  heç 
şübhəsiz,  keçmişdəkindən  xeyli  fərqlidir.  O,  keçmiş  tarixi  mərhələlərdəki  milli 
“mən”i  genetik  olaraq  özündə  saxlayan,  lakin  həm  də  yeni  dövrün  acılı-şirinli 
töhfələrini ehtiva edən bütöv mədəni-mənəvi bir sistemdir. 
Lakin  itirilmiş,  unudulmuş  mənəvi  dəyərlər  də  var.  Ona  görə  də  bu  gün 
həm də milli köklərə qayıdışdan söhbət gedir. Milli köklərimizin dərkinə xidmət 
edən ən qədim  mənbələr "Dədə Qorqud"dan üzübəri şifahi  xalq  yaradıcılığıdır; 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə