Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə33/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   29   30   31   32   33   34   35   36   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     72 
 
 
İşin  elmi  yeniliyi.  H.Arif  yaradıcılığı  nə  qədər  ənənəvidirsə,  o  qədər  də 
modern və novatordur. İstifadə olunan şeir  formaları da, məzmun gerçəkliyi də 
fikrimizi təsdiq etməyə əsas verir. 
İşin  tətbiqi  əhəmiyyəti.  H.Arif  poeziyası  tək  özünü  ifadə  etmək  deyil, 
həmçinin xalqın ulu keçmişini, tarixi-mənəvi yaddaşını sabaha daşımaq məqsədi 
daşıyır. Məqalə folklorşünaslar tərəfindən istifadə oluna bilər. 
  
  
ƏDƏBİYYAT 
 
 1. Arif H. Şeir deyilmi (hikmətli sözlər). Bakı, Şirvannəşr, 2009, s.15 
 2. Cəfərov N., Vəzirov N. Ot kökü üstə bitər. “Ədəbiyyat və incəsənət” qəzeti, 
6 iyul, 1990 
3. Arif H. Seçilmiş əsərləri. İki cilddə. I cild, Bakı, Azərnəşr, 1975 
4. H.Hüseynzadə. Seçilmiş əsərləri. İki cilddə, II cild, Bakı, Azərnəşr, 1975 
5. H.Arifin dünyaya şair baxışı. Z.Yaqub biz bir eşqin butasıyıq. Bakı, “Yazıçı”, 
1989 
 
 
 
Çapa tövsiyə edən: Fil.ü.f.d. Elxan Məmmədli 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     73 
 
 
Elçin Qaliboğlu (İmaməliyev) 
AMEA Folklor İnstitutunun elmi işçisi 
e-mail: elcin.galiboglu@ gmail.com 
 
 
ASTRAL DÜNYANIN YARADILMASI İLƏ BAĞLI MİFLƏR VƏ 
ƏFSANƏLƏR 
(Göy cisimləri ilə bağlı əfsanələrdə astral-kosmoqonik görüşlər) 
 
Xülasə 
Azərbaycan  əfsanələri  mifləri  öyrənmək,  araşdırmaq  üçün  ən  gərəkli  mənbələrdən  biri 
kimi diqqəti cəlb edir. Əfsanələrin alt qatındakı mifoloji məzmun mahiyyət səviyyəsindədir. Əf-
sanələrin  mühüm  bir  qismi  astral  elementlərlə  bağlıdır.  Astral  dünyanın  yaradılışı  ilə  bağlı  əf-
sanələr bizə xalqımızın ilkin mifoloji təsəvvürlərinin məkan-zaman hüdudlarını təsəvvür etməyə 
imkan verir. Mifik düşüncədə yaradılış eyni bir sxem üzrə baş verir, ölüb-dirilmə ilə gerçəkləşir. 
Bu proses bütün hallarda ilk əcdad arxetipi ilə bağlıdır. 
Açar sözlər: mif, əfsanə, astral, çevrilmə, yaranış mifologemi, mifik sxem  
 
Elchin Galiboglu (Imamaliyev) 
 
MYTHS AND LEGENDS ABOUT THE CREATION OF ASTRAL WORLD 
(Astral-cosmogony thoughts in the legends about sky bodies) 
 
Summary 
To  study,  investigate  myths  Azerbaijan  legends  draws  the  attention  as  one  of  the  most 
important  sources.  The  mythological  content  in  the  under  layer  of  legends  is  in  the  level  of 
essence. The main parts of the legends are in the connection with astral elements. The legends 
about the creation of astral world give opportunity to us to imagine the place-time limits of the 
first mythological thoughts of our nation. The creation in mythological thinking happens accor-
ding to the same scheme, and it realizes with death-enlivening. In any cases this process is in the 
connection with the first ancestor archetype.  
Key words: myth, legend, astral, turning, the creation mythology, mythological scheme  
  
Эльчин Галибоглы (Имамалиев) 
 
МИФЫ И ЛЕГЕНДЫ СВЯЗАННЫЕ С ЗАРОЖДЕНИЕМ АСТРАЛЬНОГО МИРА 
(Астрально-космогонические взгляды, связанные с небесными телами) 
Резюме 
Азербайджанские  легенды,  как  важные  источники,  привлекают  внимание  для 
изучения и для исследования мифов. Мифологическое содержание под текстом легенд на 
уровне  сути.  Существенная  часть  легенд  связана  с  астральными  элементами.  Легенды, 
связанные с зарождением астрального мира дает нам возможность представить себе пре-
делы пространства-времени первичных мифологических представлений нашего народа. В 
мифическом мышлении зарождение происходит по одной и той же схеме, реализуется со 
смертью  и  воскресением.  Этот  процесс,  во  всех  случаях  связаны  с  архетипом  ранних 
предков. 
Ключевые  слова:  миф, легенда,  астральный,  преобразование,  мифологема  зарож-
дения, ифическая схема 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     74 
 
 
Məsələnin  qoyuluşu.  Azərbaycan  əfsanələri  mifləri  öyrənmək,  araşdır-
maq üçün ən gərəkli mənbələrdən biri kimi diqqəti cəlb edir. Əfsanələrin alt qa-
tındakı  mifoloji  məzmun  mahiyyət  səviyyəsindədir.  Əfsanədə  çevrilmə  poetik 
strukturun  əsas  formullarından  birini  təşkil  edir.  Çevrilmə  qadağaya  əməl  edil-
məməsi səbəbindən obyektin ilkin təbiətinə qayıtması kimi özünü göstərir.  
İşin məqsədi. Astral dünyanın yaradılması ilə bağlı miflərin və əfsanələrin 
qarşılıqlı öyrənilməsi əsasında  xalqımızın  ilkin  mifoloji təsəvvürlərinin  məkan-
zaman hüdudlarını müəyyən etmək.  
 
Astral dünyanın yaradılması ilə bağlı miflərin məzmunu izlərini əfsanələr-
də  aydın  şəkildə  qoruyub  saxlamışdır.  Bu,  o  deməkdir  ki,  Günəş,  Ay,  ulduz, 
bürc,  göy  kimi  obyektlərə  qədim  insanların  sirli-sehrli  münasibəti  davamlı  ol-
muş,  şifahi  düşüncədə  güclü  izlərini  qoymuşdur.  M.Təhmasibin  yazdığı  kimi, 
“Günəş  həyatın  mütəhərriklərindən  biri  olduğu  üçün  əsatirdə  də  Allahın  öz 
təzahürü, oğlu və gözü kimi dəyərləndirilmişdir. Hal-hazırda xalq içərisində ya-
şayan  adət  və  əqidələr  Günəşin  yalnız  canlı  deyil,  eyni  zamanda  müqəddəs  sa-
yıldığını göstərir. Günəşə  and  içmək, onu söymək, təhqir etməyin günah  hesab 
edilməsi,  eləcə  də  onun  Yer  üzündəki  insanlara  məxsus  təzahürü  olan  oda  and 
içmək, söymək və ya təhqir etməyin, hətta püfləyib, yaxud su töküb söndürmə-
yin  günah  hesab  edilməsi  həmin  bu  münasibətin  qalıqlarıdır.  Günəşə  qarşı  bu 
hörmət  əlbəttə  ki,  ümumbəşəridir.  Lakin  ümumiyyətlə,  atəşpərəstlik,  o  sıradan 
da  Zərdüştiliyin  hakim  olduğu  ölkələrdə,  eləcə  də  qədim  Azərbaycanda  xüsusi 
Günəşi istiqbal, onun tüluunu qarşılama mərasimi olmuşdur” (11, s. 66).  
Əfsanələrin mühüm bir qismi astral elementlərlə bağlıdır. A.Nəbiyev yazır 
ki,  astral  təsəvvürlər,  səma  cisimləri  və  bürclərlə  bağlı  əfsanələr  bu  janrın  ən 
qədim  nümunələrindən  hesab  edilir.  Çünki  həmin  əfsanələrdə  xalqın  kosmoqo-
nik təsəvvürləri, səma cisimləri ilə bağlı antropomorfik görüşləri, eləcə də ayrı-
ayrı bürclər, insan xarakterinin və taleyinin həmin bürclərlə bağlı yaranıb forma-
laşma təsəvvürləri özünü geniş əks etdirir (8, 283-284).  
Astral  əfsanələr  dünyanın  yaranışını  təsvir  edən  ən  ilk  miflərdən  qaynaq-
lanır. Prof. R.Qafarlı göstərir ki, “Yaranışın mənbəyinin kosmosla və göy cisim-
ləri  ilə (Günəş, Ay, ulduzlar və göylə) bağlandığı görüşlərdə  inkişafın  mənbəyi 
üç göy cismi ilə əlaqələnir. Günəşsiz qaranlıq dünyada hərəkət, doğulma, boya-
başa çatma mümkün deyil. İşıq və istilik təbiəti canlandırdığından təsəvvürlərdə 
bütün dünyanın yaradıcısına çevrilir. Azərbaycanda Günəşə sitayiş eramızın VII 
yüzilliyinədək  davam  etmişdir.  Bəzi  tayfalarda  əsas  sakral  qüvvə  kimi  sadəcə 
göy təbəqəsi götürülmüş və ata Göy tanrı ana Yerin üstünə sərilərək dünyanı hər 
cür  bəlalardan  qorumuşdur.  Məhz  onların  birliyindən  təbiətdəki  bütün  varlıqlar 
doğulmuşdur.  Göy  cisimlərinə  həsr  olunan  miflərin  arxaik  formalarının  yalnız 
izlərinə  rast  gəlirik.  Uzun  tarixi  prosesləri  şifahi  şəkildə  adlayan  mətnlərdə 
kosmik varlıqların bəzi əlamət və keyfiyyətlərinin meydana gəlmə səbəbləri şərh 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə