Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə36/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   32   33   34   35   36   37   38   39   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     79 
 
 
Günəşlə Ayın insanlaşmış obrazları əfsanədə son dərəcə canlı təsvir olun-
muşdur. Məlum olur ki, Günəş nəinki  Ayı sevmir, əksinə, onun gözəlliyinə pa-
xıllıq edir. Ay isə Günəşə dəlicəsinə vurğunluğu səbəbindən onun istəyini tərəd-
düdsüz yerinə yetirir. Günəşin istədiyi xalı qoparması səbəbindən “Ayın sifətin-
də qanın donub qalması” motivi əfsanənin mifik mahiyyətini izah edir.  
Minillərdir  ki,  əcdadlarımızın  Ayda  müşahidə  etdikləri  “qəribə  ləkə”nin 
səbəbi  əfsanədə  açımını  bu  cür  tapmışdır.  Eləcə  də  Günəşin  sonradan  peşman 
olmasına baxmayaraq Ayın ondan mümkün qədər qaçması, Günəş çıxanda Ayın 
rənginin  solğunlaşması  əfsanənin  özülündə  duran  yaradılış  motivinin  mahiy-
yətini tamamilə izah etmiş olur.  
Maraqlıdır  ki,  “Gün  və  Ay”  mövzusunda  başqa  bir  mətndə  Günəş  daha 
gözəl olmaq üçün anasına yalvarır: “Günəş qız, ay oğlandı. Günəş deyif ki, ana, 
məni elə gözəl yarat ki, millət maa baxa bilməsin. Anası da deyif:  
- A bala, saa göz dəyər axı. 
Deyif:  
- Onda  nənə,  maa  baxanın  gözünə  iynələrimi  sancajam  ki,  maa  baxa  bil-
məsin.  
Tüfəngin ayaxdadı, 
Çəkmisən, ayaxdadı. 
Ay dedi: - Gün boğazdı, 
Gün dedi: - Ay axdadı” (4, 16).  
Bu  mətndə  Günəşin  anasına  yalvarması  onun  insanlaşmış  obrazını  təsəv-
vür etməyə tam  imkan  verir. Mifoloji təsəvvürdə  Günəşin özü  yaradıcı – Tanrı 
kimi  dərk  olunur.  Anası  Günəşin  daha  gözəl  olmasını  istəmir,  çünki  ona  göz 
dəyər. Ancaq Günəş inad edir, göz dəyməsindən qorxmur, çünki ona pis nəzərlə 
baxanların gözlərinə iynələrini sancacaq.  
Astral dünyanın yaradılışı ilə bağlı əfsanələr bizə xalqımızın ilkin mifoloji 
təsəvürlərinin  məkan-zaman  hüdudlarını  təsəvür  etməyə  imkan  verir.  “Yeddi 
bölük”  əfsanəsində  deyilir  ki,  hökmdar  bir  ananın  7  oğlunu  dağın  başında  öl-
dürtdürür. Ananın ah-fəğanı onu oda çevirib şimşəyə döndərir. Hava qaralanda, 
yağış yağanda kim Yeddi bölükdən keçirsə, Şimşək onu vurur. Şimşək öz bala-
larının öldüyü yerə toxunmur, müqəddəs yer kimi saxlayır. Hava qaralanda heç 
kim Qalaça dağının arxasına, Yeddi bölüyə yaxın getmir (2, 119). 
Bu əfsanədə yaradılış konsepsiyası mifik sxemi əks etdirir. Bu sxemi aşa-
ğıdakı kimi bərpa etmək mümkündür: 
Kosmik nizamın pozulması və xaosa keçid: Hökmdarın ananın 7 oğlunu 
günahsız yerə öldürməsi; 
Kosmik  yaradılışın  universal  formulu  –  ölüb-dirilmə:  ananın  ölərək 
şimşəyə çevrilməsi; oğlanların ölərək “Yeddi bölük” adlı məkana çevrilməsi; 
Yeni həyat nizamının sakral presedentlə yaranması: Şimşəyin adamları 
bu yerdə öldürməsi sözügedən hadisədən sonra yaranır. 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     80 
 
 
İşin  elmi  nəticəsi  və  yeniliyi.  Mifik  düşüncədə  yaradılış  eyni  bir  sxem 
üzrə baş verir. Yaradılışın əsasında ölüb-dirilmə ilə gerçəkləşir. Bu proses bütün 
hallarda ilk əcdad arxetipi ilə bağlıdır. Astral dünyanın yaradılması ilə bağlı mif 
və əfsanələrin öyrənilməsi göstərdi ki, mifik kosmoqoniyanın universal prinsipi 
göy  cisimləri  ilə  bağlı  əfsanələrdə  də  öz  aktuallığını  qoruyur.  Bu  da öz  növbə-
sində həmin  mətnləri  Azərbaycan  mifoloji dünya  modelinin  bərpası  işində qiy-
mətli mənbəyə çevirir.  
İşin  tətbiqi əhəmiyyəti. Məqalənin tətbiqi əhəmiyyəti ondan folklor mətn-
ləri  əsasında  mifoloji  dünya  modelinin  bərpasına  həsr olunmuş tədqiqatlarda  nə-
zəri qaynaq kimi istifadə imkanları ilə müəyyənləşir. 
 
ƏDƏBİYYAT 
 
1.  Azərbaycan xalq  əfsanələri / Toplayan  və tərtib  edəni S.Paşayev.  Bakı:  Yazıçı, 
1985, 286 s. 
2.  Azərbaycan  Folkloru  Antologiyası.  VIII  kitab.  Ağbaba  folkloru,  Bakı:  2003, 
475 s. 
3. Azərbaycan klassik ədəbiyyatı kitabxanası. 20 cilddə. I cild. Bakı, Elm, 1982, 
510 səh. s.29. 
4.  Qarabağ:  folklor  da  bir  tarixdir.  I  kitab  (Ağdam,  Füzuli,  Ağcabədi,  Cəbrayıl, 
Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarından toplanmış folklor örnəkləri). Bakı: 
Elm və təhsil, 2012, 464 s. 
5.  Qafarov  R.  Azərbaycan  türklərinin  mifologiyası  (qaynaqları,  təsnifatı,  obraz-
ları, genezisi, evolyusiyası və poetikası) / Doktorluq dissertasiyasının avtoreferatı. Bakı, 
2010, 59 s. 
6.  Qafarlı  R.  Mif,  əfsanə,  nağıl  və  epos  (epik  ənənədə  janrlarası  əlaqə).  Bakı, 
1994, ADPU-nun nəşri, 758 s. 
7. Əliyev R. Türk mifoloji düşüncəsi və onun epik tpansformasiyaları. Bakı: Elm, 
2014, 332 s.  
8. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. II hissə. Bakı: Elm, 2006, 648 s. 
9.  Pirsultanlı  S.P.  Azərbaycan  türklərinin  xalq  əfsanələri.  Bakı:  Azərnəşr,  2009, 
427 s. 
10.  Pirsultanlı  S.P.  Azərbaycan  eposunun  əfsanə  qaynaqları.  Bakı:  Azərnəşr, 
2002, 163 s. 
11. Təhmasib M. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010, 488 s.  
12.  Hüseynoğlu  K.  Mifin  mənşəyi,  mahiyyəti  və  tipologiyası.  Bakı:  Elm  və 
təhsil, 2010, 180 s. 
 
Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     81 
 
 
İlhamə ƏHMƏDOVA 
 AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun  
“Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr” 
 şöbəsinin elmi işçisi 
e-mail: 
iahmadova@inbox.ru
 
    
  
MİLLİ ƏXLAQ VƏ DAVRANIŞ NORMALARI TARİXİ KİMLİK 
GÖSTƏRİCİSİ KİMİ 
Xülasə 
 
İsa  Hüseynov  –  Muğannanın  bədii nəsri  bütün  mahiyyəti  ilə mətn hadisəsi  olaraq  tarixi 
kimliyə,  milli  əxlaq  və  davranış  prinsiplərinə  üstünlük  verməklə  yaranmış  nümunələrdir.  Ədib 
insanın mənəvi aləmini, iç dünyasını bütünlükdə etnosun dəyərlər sistemi ilə bağlı vermək baxı-
mından əvəzsiz istedad sahibidir. İsa Muğanna bütün əsərlərində milli koloritin böyük daşıyıcısı 
olaraq görünür. Ona görə də onun əsərlərində elat həyat tərzi, xalqın canlı məişəti, adət-ənənəsi, 
davranışları, mərasimləri bir sistem olaraq özünə yer tapır.  
 Açar sözlər: İsa Muğanna, milli əxlaq, davranış, tarixi kimlik 
 
NATIONAL MORALS AND BEHAVIOR NORMS AS THE HISTORICAL 
INDICATORS OF HISTORICAL PERSONALITY 
Summary 
 
Isa  Huseynov  –  Mughanna’s  artistic  pros  are  the  samples  of  created  with  preferring 
behavior  principles  and  national  morals  also  for  their  essences  they  considers  as  the  historical 
personality.  The  writer  is  an  non-substitutive  talented  person  viewpoint  of  giving  his  personal 
life and whole his inside with ethnicity morals system. In all works Isa Mughanna seems as the 
great conveyer of national colors. So that in his works elat (a group of related people) lifestyle, 
real life of peoples, traditions, behavior, also ceremonies take special place.  
Key words: Isa Mughanna, national morals, behavior, historical personality. 
      
НАЦИОНАЛЬНАЯ НОРМА ВОСПИТАНИЯ И ПОВЕДЕНИЯ КАК 
ИСТОРИЧЕСКИЙ ПОКАЗАТЕЛЬ
 
Резюме 
 
Художестенное литературное мастерство в произведениях Иса Гусейнова-Муганна 
посвящено национальному воспитанию, принципам поведения. Писатель придал внутрен
-
нему  миру  человека  высокую  оценку  и  тем  самым  явился  незаменимым  примером.  Иса 
Муганна во всех своих произведениях является носителем национального колорита. В его 
произведениях  по  достоинству  освещаются  жизненные  устои,  быт,  обычаи,  нормы  обра-
щения. 
Ключевые  слова:  Иса  Муганна,  национальное  воспитание,  обращения,  истори
-
ческая личность. 
 
Məsələnin  qoyuluşu.  Konkret  olaraq  İsa  Muğannanın  nəsrində  yer  almış 
milli əxlaq və davranış normaları bu yazının predmetini təşkil edir. 
İşin  məqsədi.  Elat  həyat  tərzi,  xalqın  məişəti,  adət-ənənəsi,  davranışları, 
mərasimləri yazılı ədəbiyyatda müxtəlif şəkil və formalarda həmişə əks olunmuş-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə