Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə34/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   30   31   32   33   34   35   36   37   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     75 
 
 
olunur.  Məsələn,  ayla  günəşin  rənginin  açıqlığı  və  qırmızılığının  yozumu  belə 
açıqlanır ki: «Qara dəryadan Gün çıxır. İrəli gedir. İstəyir ki, balıq onu uda. Gü-
lənbər onun qabağına qılınc tutur. Qoymur onu yeməyə. Dəryadan Ay çıxır, qal-
xır göyə. Balıq  istəyir ki, onu uda. Gülənbər qoymur ki, balıq onu yeyə. Ay  və 
Gün onun nəfəsindən olur qırmızı. Əhli kişilər salavat çevirəndə guya ki, Ayın 
qırmızısı  tökülür,  gedir  girir  anasının  qoynuna.  Buna  görə  də  Gün  qırmızı,  Ay 
açıq rəngdə olur». Mifdə Qara dərya göy üzüdür, balıq günəş və ay tutulmasına 
səbəb olan təbiət varlığıdır, şərin başlanğıcıdır. Gülənbər ilkin tanrıların yaradı-
cısıdır, zaman və tale yükünü özündə daşıyır, qırmızı rəng – atəşin, istiliyin, açıq 
rəng isə gecənin aydınlığının rəmzidir. Salavat çevirmək – islam adətini xatırlat-
sa da, əski çağlarda bütün varlıqların anası Gülənbərə müraciətlə söylənən duaya 
işarədir.  Türk  kosmoqonik  miflərinin  Çin  mənbələrinə  düşmüş  ən  qədim  yazılı 
mətnində  -  «Ulu  Toyun»  söyləməsində  isə  əksinə,  Günəş  Ay  Toyunun  qızıdır. 
Ulu  Toyun  ona  aşiq  olub  anasını  Ay  Toyunun  göyünə  elçi  göndərir.  Lakin 
Günəşlə evlənməsi üçün ondan bir şərti yerinə yetirmək tələb olunur: Ulu Toyun 
«dalğa-göl  incisini  və  sərab  –  çöl  incisini»  nişan  əvəzi  ödəməli  idi.  Yer övladı 
Ulu Toyun «nişanları» tapmadığından göy qızı Günəşlə evlənə bilmir (5, 39-40).  
Astral  miflər  və  əfsanələr  dünyanı  dərketmənin  ibtidai  üsuludur.
 
Prof. 
R.Əliyevin dediyi kimi, mif qədim insanların dünyanı anlama tərzidir. Mif geniş 
mənada  hökmdür,  ibtidai  cəmiyyətin  nisanlarının  davranışını,  əxlaqını  tənzim-
ləyən qanunlar məcmusudur (7, 5). 
Prof.  Kamil  Hüseynoğlu  yazır  ki,  müasir  danışıq  dilində  tez-tez  “göyün 
yeddinci qatında olmaq” ifadəsinə rast gəlirik. Bu ifadə sevinc və şadlıq anlayış-
larının ən yüksək dərəsəsini bildirmək üçün işlədilir. Uzaq keçmişdə isə bu ifadə 
hərfi  mənada  başa  düşülürdü  və  insanlar  belə  düşünürdülər  ki,  göy,  səma  bir 
neçə  qatdan  ibarətdir.  Müxtəlif  xalqların  dünyanın  quruluşu  haqqındakı  təsəv-
vürlərində  təkcə  göy  deyil,  yer  və  “yeraltı  dünya”  da  çoxsahəli  və  çoxtəbəqəli 
hesab edilirdi (12, 66). Dildə bu gün belə yaşayan ifadələr dünyanı ilkin dərket-
mənin astral görüşlərlə bağlılığına dəlalət edir. 
Digər əfsanələrdə olduğu kimi, astral əfsanələrdə də çevrilmə kainatın bü-
tün ünsürləri arasında əlaqəni təmin edərək vahid yaradılış – kosmoqoniya zən-
ciri yaradır. Bu cəhətdən R.Qafarlının fikri səciyyəvidir: “Əfsanə çevrilmələrin-
dən belə nəticə alınır ki, guya başlanğıcda dünyada ancaq və ancaq insan  möv-
cud olmuşdur, az qala torpaq da, hər qaya,  hər daş da  insan şəklindədir, bu  in-
sanlar  bəzən  könüllü  olaraq,  bəzən  də  məcburi  yolla  formalarını  dəyişərək  qa-
yanı, çayı, ağacı, quşu, heyvanı və s. meydana gətirmişlər. Miflərdə genezis, do-
ğum  tamam  başqa  şəkildədir,  bəzi  məqamlarda  yuxarıdakı  prinsiplərin  əksini 
təşkil  edir. Başqa sözlə, insan təbiətin eyni  hüquqlu detallarından biridir, doğu-
şunda hətta üstünlük çox hallarda heyvanlarda, quşlarda, cansız varlıqlarda olur. 
Yəni insan özü ağacdan, quşdan, torpaqdan, sudan, Günəşdən və s. əmələ gəlir. 
Sonrakı  funksiyasına  görə  təbiətin  başqa  varlıqlarından  tamamilə  fərqlənsə  də, 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     76 
 
 
yaranmasında  hüququ  mifik  varlıqların  əlindədir.  Mövcud  olduğu  dövrdə  sər-
bəstdir,  müstəqildir,  hətta  tanrı  ilə  qarşı-qarşıya  gələ  bilir.  Yalnız  mövcudluğu 
başa çatanda formasını dəyişir, ölüb torpağa qarışır (6, 470). 
İndi  isə  astral  əfsanələrdə  yaranış  mifologemini  konkret  mətnlər  əsasında 
müəyyənləşdirməyə  çalışaq.  Çünki  hər  bir  mifoloji  sisteminin  bərpasının  ən 
etibarlı mənbəyi folklor mətnləridir.  
«Göyün  qəzəbi»  adlı  əfsanədə  deyilir  ki,  bir  arvad  sacda  fətir  bişirirmiş. 
Uşağı  yanına  gələndə  onu  fətirin  üstündə  əyləşdirir.  Göy  qəzəblənir,  yer  yeddi 
qat  uzaqlaşır.  Buğda  sünbülü  də  haray  qoparır,  aşağıdan  yoluna-yoluna  çağırır, 
heyvanlar  mələşir,  atlar  kişnəşir,  itlər  ulaşır.  Sünbülün  harayı  kəsilmir,  başında 
bir az dən saxlayır, onu da çörəyin qədrini bilənlərə (1, 137).  
Burada insanın müqəddəs saydığı obyektlərə münasibəti ifadə olunur. Qə-
dimdən  xalq  arasında  çörəyə  münasibət  müqəddəs  sayılmışdır.  Əcdadlarımızın 
təsəvvüründə insan yaşamı ilə bağlı hər şeyə,o cümlədən də bərəkətə münasibətə 
göy  nəzarət  edir.  Əfsanənin  məzmunundan  anlaşılan  budur  ki,  həmin  hadisəyə 
(ananın uşağını fətirin üstündə oturtmasına kimi) Göy Yerlə bir imiş, əslində bu, 
o  demək  imiş  ki,  insanların  qayğıları  yox  imiş.  Məlum  olur  ki,  Göyün  qəzəb-
lənərək  Yerdən  yeddi  qat  uzaqlaşmasının  səbəbi  insanların  bərəkətə  (çörəyə, 
fətirə  və  s.)  pis  münasibət  bəsləməsidir.  «Buğda  sünbülünün  aşağıdan  yoluna-
yoluna çağırması, çörəyin qədrini bilənlərə başında bir az dən saxlaması» göyün 
insanın hərəkətinə hiddətini, qəzəbini ifadə edir.  
Bu əfsanə bir daha qədim təsəvvürlərdə insanın təbiətdəki hər bir nəsnə ilə 
ruhən  birliyini  –  ona  bağlılığını,  hansısa  bir  davranış  xətası  yaparkən  səbəbini 
onlarla bağladığını, bunun özünü inanclaşdırdığını, kurallaşdırdığını sübut edir.  
“Günəş və Ay haqqında” bir neçə əfsanə mövcuddur. Əsasən eyni motivi 
təqdim  edən  həmin  mətnlərdən  birinə  diqqət  edək:  Bir  kişi  ova  çıxır.  Əlinə  bir 
şey düşmür. Axır gəlib kiçik bir gölün kənarına çıxır. Görür ki, gölün o tayında 
gözəl  bir  qız  əyləşib  gölə  tamaşa  edir.  Qız  o  qədər  gözəl  imiş  ki,  şövqündən 
ovçu  ona  baxa  bilmirmiş.  Axır  ovçu  birtəhərlə  ona  yaxınlaşıb  soruşur  ki,  sən 
kimsən? Qız cavab verir ki, mənim adım Günəşdir. 
Ovçu ilə Günəş bir az söhbət edirlər, axşamın qaranlığı ətrafı bürüyür. Ov-
çu Günəşə təklif edir ki, onlara qonaq getsin. Günəş razı olur. Onlar birlikdə ov-
çunun  evinə  gəlirlər.  Ovçu  qonağı  böyük  hörmətlə  qarşılayır.  Günəş  ayrıca  bir 
otaqda  yatır.  Sabah  açılır,  hamıdan  qabaq  qonaq  durur.  O,  həyətə  çıxan  vaxt 
ətraf nura boyanır. Bu zaman ev yiyəsi də yuxudan oyanır. Günəşə baxanda göz-
ləri  qamaşır.  Ovçu  Günəşə  yaxın  gedə  bilmir.  Bu  vaxt  Günəş  öz  gözəlliyindən 
utanıb,  yenidən otağa qayıdır. Ovçu öz qonağının gözəlliyi  haqqında qonşulara 
danışır. Bildirir ki, ona yaxın düşmək çətindir. 
Qonşuluqda olan bir kişi deyir ki, mən onu tuta bilərəm.  
Günəş  yenə  ovçunun  evində  qalır.  Səhər  ovçu  və  onun  qonşusu  Günəşi 
görmək  və  tutmaq  üçün  bayırda  gözləyirmişlər.  Günəş  çölə  çıxan  kimi  yenə 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə