Dədə Qorqud ● 2015/I 70
ozanların, aşıqların tərənnüm etdiyi mənəvi dəyərlərdir. Ozan bir tərəfdən müəl-
lifdir, o biri tərəfdən xalqın özüdür, daha doğrusu, ümumxalq təfəkkürünün, xal-
qın düşüncə tərzinin rəmziləşmiş ifadəçisidir. Tədqiqatçının düzgün müəyyən-
ləşdirdiyi kimi: “Burada lap qədimlərdən gələn morfoloji təfəkkürün də ele-
mentləri hələ yaşamaqdadır. Burada müəllif-ifaçı özünü vəsf etdiyi təbiətdən və
xalqdan ayırmır. Kökümüzə xas olan bu daxili bütövlük, xalqla, təbiətlə üzvi
vəhdət müasirimiz olan Hüseyn Arifin timsalında yeni həyatını yaşayır. Bu gün
çox az adam tapıla bilər ki, milli tarixi yaddaşın çağdaş müstəviyə gətirilməsi
sahəsində şairlə müqayisə oluna bilsin” (2).
Hüseyn Arif poeziya aləminə damla kimi daxil olur, lakin damla olaraq
qalmır, dəryaya qatılaraq onu özəlləşdirir, dəryalaşır, dənizləşir. Çünki getdiyi
yolun müqəddəsliyini yaxşı dərk edir. Onun saldığı yol sinkretik yoldur. Bu
yolda milli poeziyamızın “dəbdən düşmüş”, tarixdə qalmış bütün şeir formaları
yenidən cana gəlir, müasirləşir. Min illərdən gələn poetik ənənələr bu günün
gerçəkliyinə sarılaraq onu öz ağuşuna alır, keçmişimizin bədiiləşmiş al-əlvan
obrazları ilə bu günün boz, nasiranə həqiqətlərini eyni bir tabloda çəkir və ikin-
ciləri də birincilərin bədii biçiminə salır. Xalq şairi bu gün onsuz da yaşayanlara
yeni rəngli, yeni çalarlı ikinci həyat verməklə yanaşı, tarixin küncündə qalmış,
atılmış, unudulmuş həqiqətləri yenidən həyat səhnəsinə dəvət edir:
Nə sirli-sehrli yaranıb həyat,
Ürək sözlə dolu, nisgillə dolu.
Yaxşı ki, bu günü görmədi Qırat,
Yaxşı ki, vaxtında köçdü Koroğlu (1,180).
Bunu da qeyd edək ki, Hüseyn Arif təkcə formanı yaşatmır, həm də milli
poetik fəlsəfi ənənələrin davamçısı kimi çıxış edir. "Vaxtı zərrə-zərrə bölən" şair
hər zərrədə bir aləm görür. Hər anın, hər məqamın öz gözəlliyini, sonsuzluğunu,
əbədiyyətini doyunca duymaq ehtirası ilə yanaşı, duyduqlarını öz mənində
yaşatmaq istəyi yaranır. Milli dəyərlərimizi qorumaq və hələ vaxt var ikən
yetərincə istifadə etmək istəyi meydana çıxır.
Fakt üçün deyək ki, "Məni tələsdirmə"də şair böyük şairimiz S.Vurğunun
“Mən tələsmirəm” şeirinə cavab olaraq heç yerə tələsmədiyini poetik bir dillə
oxuculara çatdırır, dünya ilə estetik təması ön plana çəkir. Zamanın mənası tə-
biətin ahənginə daha çox uyğunluqda hiss edir. Zaman keçdikcə insan təbiətdən
uzaqlaşmır, təbiətə qovuşur. Mənəvi paklaşmanın yolu təbiətin bakirəliyindən
keçir. Onu tələsdirməsinlər, çünki əlində görüləsi işləri var, yoxsa gec olacaq.
Əslində, Hüseyn Arif poeziyası tək özünü ifadə etmir, xalqın ulu keçmişi-
ni, tarixi, mənəvi yaddaşını sabaha daşıyır, Yunis İmrəni, Aşıq Ələsgəri, Dədə
Şəmşiri davam etdirir, Səməd Vurğunu yaşadır. Hüseyn Arif bu böyük klassik-
lərin sadəcə zamanca davamçısı deyil, eyni zamanda müəyyən mənada onların
sintezi rolunu oynayır.
Dədə Qorqud ● 2015/I 71
H.Arifin yaradıcılığında hiss o qədər güclüdür ki, burada mücərrədlik,
məntiq, rasional düşüncə əlamətləri axtarmaq adamın heç ağlına da gəlmir. Elmi
təfəkkürə, fəlsəfi fikrə şair özü təşəbbüs göstərmir, həmişə fikrin fövqündə da-
yanır. Şeirdə forma o qədər kamildir ki, təbiətin, canlı həyatın, real mənəvi pro-
seslərin daxili ahəngi bu forma ilə qaynayıb-qarışır; forma məzmunda, məzmun
formada itir. Şairin duyğusu, ilhamı ifadə etdiyi, təsvir etdiyi, qələmə aldığı səh-
nəyə can verir, onu pərvazlandırır. Şair səhnədən çəkilir, oxucu təbiətlə, ictimai
həyatla, sosial-mənəvi problemlərlə təkbətək qalır:
Hər canlının öz hüsnü var, öz adı,
Dağa dərə, dərəyə dağ deyilmir.
Əsil bulaq qaynadıqca qaynadı,
Əsil polad əyilmir ki əyilmir (1, 24).
Xalq şairinin folklor instinkti, ənənəvi poetik təhkiyə ənənəsinə bağlılığı
yaradıcılığında etnik mənəviyyat kodeksinin, qəhrəmanlıq-kişilik-ərlik ideal-
larının təcəssümünə xüsusi siqlət gətirmişdir. Vətəndaşlıq konsepsiyası bayatı
kövrəkliyinə ayrıca məzmun verir: Çağdaş poetik təcrübəmizin bu maraqlı nü-
munələrində narahat suallar, qisas, intiqam çağırışı eşidilməkdədir:
Tanıdır insanı dözüm, etibar,
Əbədi həyat da bir təsəllidir.
Baba Koroğludan bir misal da var,
“Qoç igidlər yarasından bəllidir” (1, 18).
"Dərdimizin bayatı düzümü" (bayatı törəni) Azərbaycan poeziyasına xüsu-
si patetika (pafos), intonasiya tipi, emosional energetika gətirmişdir. Burada
hansı müəllif emosionallığı yoxdur?
Saz altında dillənən sözün improvizəsi təhtəlşüurdakı, yaddaşdakı xüsusi ad-
ları (antroponimləri, toponimləri) çözüb ritmə hörür, qafiyəyə düzür. Hüseyn Arif
müəllif şəxsiyyəti, onun "görən və bitən ürəyi" daim hadisələrə müdaxilə edir.
Vətən təbiəti ilə, onun bütöv coğrafiyası ilə bağlı biliyini nümayiş etdirir, türk
insanının başına gələnlərə (başına gətirilənlərə) emosional münasibətini bildirir.
Hüseyn Arif o şairlərdəndir ki, epik keçmişin etnos üçün aktuallığına işıq
saflığı, şair səmimiyyəti ilə inanır. Koroğlunun, Dədə Qorqudun, Əsli-Kərəmin,
Qərib-Şahsənəmin... gerçək varlığına inanır. Çünki Hüseyn Arifdə epik təfəkkü-
rün bütövlüyü pozulmamışdır. Bəlkə, müasir şairlərimizin savaş tariximizi epik
vasitələrlə verə bilməmələrinin səbəbi elə budur?
Ənənəvi şeirin ən yaxşı nümunələrini yaradan Hüseyn Arif yaradıcılığında
müasirliklə tarixilik, xəlqiliklə bəşərilik vəhdətdədir və bütün bunlar şairin poe-
tik irsinin əbədiyaşarlığını təmin edir.
İşin elmi nəticəsi. H.Arifin əsərləri poetik gözəllik, müdriklik nümunəsi-
dir. Çünki bu yaradıcılıq çoxəsrlik ədəbi ənənələrə söykənib, türkün ruhundan,
qopuzundan qidalanıb, şifahi xalq ədəbiyyatının zəngin janrlarından faydalanıb.
Dostları ilə paylaş: |