Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə41/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   37   38   39   40   41   42   43   44   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
155 
dan hazırlanan məhsullardan süfrəmizdə ətirli və ləzzətli xö-
rəklər,  salatlar,  şirələr,  şərbətlər,  qəhvə  və  çay  içkilərindən 
daha çox olsun. 
Gənc və yaşlı nəsillər, mütəxəssislər yabanı tərəvəz və 
ədviyyat  bitkilərindən  qida  kimi  istifadə  etməyin  yollarını 
öyrənməklə  yanaşı,  onların  qorunub  artırılmasına  da  fikir 
verməlidirlər. 
Aparılan  elmi-tədqiqat  işləri  nəticəsində  məlum  ol-
muşdur  ki,  yabanı  yeməli  tərəvəz  və  ədviyyat  bitkilərindən 
müxtəlif  növ  xörəklər  hazırlayarkən  onların  tərkibindəki 
mikroelementlər,  vitaminlər,  efir  yağlan  və  ətirli  maddələr 
dəyişmədən  öz  faydalı  xüsusiyyətlərini  uzun  müddət  saxla-
yırlar. 
Bir  sıra  yabanı  yeməli  bitkilərdən  qida  və  müalicə 
məqsədləri üçün pəhriz xörəklərinin hazırlanmasında da isti-
fadə  olunur.  Hazırda  Azərbaycanın  müxtəlif  rayonlarında 
50-dən  artıq  yabanı  tərəvəz  bitkisi  xalq  arasında  qida  və 
müalicə məqsədləri ilə tətbiq edilir.  
Bu sərvətlərdən ekoloji cəhətdən təmiz xörəkləri pəhriz 
və  müalicə  məqsədləri  üçün  istifadə  etmək  günün  ən  vacib 
məsələlərindən  biri  olmalıdır.  Ona  görə  də  qida  məqsədləri 
ilə istifadə olunan yabanı tərəvəz bitkiləri elmi-tədqiqat qida 
institutlarının laboratoriyalarında və klinikalarda ətraflı öyrə-
nilməlidir. Bu işdə dietoloqlar, sanitariya-gigiyena sahəsində 
çalışan  mütəxəssislər,  kimyaçılar,  bioloqlar,  texnoloqlar, 
toksikoloqlar,  farmakoloqlar,  aşpazlar  və  s.  böyük  fəallıq 
göstərməlidirlər. 
Yabanı bitkiləri qəzaya uğramış xəstələrə  verməyi da-
ha  çox  məsləhət  görürlər.  Müharibə,  dəniz  ekspedisiyaları, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
156 
uzun müddətli səfərlər, təyyarə qəzaları, partizan hərəkatları, 
itkindüşmə zamanı insanlar həmişə yeməli bitkilərin yarpaq, 
kök,  yaşıl  və  qabıq  hissələrindən,  kökümsovlarından,  gilə-
meyvə  və  meyvələrindən  istifadə  edərək  özlərini  ölümdən 
xilas etmişlər. 
Təqdim  edilən  kitabda  respublikamızın  ərazisində  ya-
yılan  yabanı  qida  və  ədviyyat  bitkilərinin  heç  də  hamısı 
haqqında  məlumat  verilmir.  Burada  yalnız  xalqımıza  yaxşı 
tanış  olan,  gündəlik  yeməklərində  az  da  olsa  istifadə  edilən 
və  əsrlər  boyu  orqanizm  tərəfindən  adaptasiya  olunan  və 
eləcə  də  ilk  dəfə  bizim  tərəfimizdən  öyrənilərək  elmə  gəti-
rilən  yeni  yabanı  tərəvəz  və  ədviyyat  bitkilərindən  söhbət 
açılır. 
Mən  bir  daha  oxucularımdan  xahiş  edirəm  ki,  kitabda 
verilən  tövsiyələrdən  istifadə  edərkən  mütləq  təbiblərlə 
məsləhətləşsinlər. Ulu müdriklərimizin gözəl bir kəlamı var: 
«Məsləhətli  don geniş olar». 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
157 
MEYVƏLƏR 
 
Albalı 
 
 İştahanı  artırır,  susuzluğu  aradan  qaldırır,  ağız  boşlu-
ğunda  qurumanın  qarşısını  alır,  tüpürcək  vəzilərini  tənzim-
ləyir, üzü şəffaflaşdırır. Albalı şirəsindən hazırlanan təpitmə 
(maska)  üz  dərisini  yumşaldır.  Axşam  yatmamışdan  əvvəl 
onu  üzə  çəkmək,  30-35  dəqiqədən  sonra  ilıq  su  ilə  yuyub 
silmək məsləhətdir. Bu, üzdə olan ləkələri də təmizləyir. 
Albalı  və  onun  şirəsi  qan  təzyiqini  tənzimləyir,  öd 
kisəsindəki  ağrıları  aradan  qaldırır.  Hamilə  qadınlara  yaxşı 
təsir göstərir. 
 
Alma 
 
Ürək-damar  sisteminin  fəaliyyətini  tənzimləyir,  kök, 
piyli  adamları  arıqladır,  sifəti  durulaşdırır,  iştahanı  artırır, 
qəbizliyin  qarşısını  alır.  Almanı  qabıqlı  yemək  məsləhətdir. 
Onun  şirəsi  qusmanın  qarşısını  alır,  qan  təzyiqini,  tüpürcək 
vəzilərini  tənzimləyir,  ağız  boşluğunda  qurumanın  qarşısını 
alır. Bununla belə,  alma dişin  minasını, dişdibi  yuvaları zə-
dələyir.  Hamilə  qadınların  alma  şirəsi  qəbul  etməsi  məslə-
hətdir. 
 
Armud 
 
Susuzluğun  və  ağız  boşluğunun  qurumasının  qarşısını 
alır,  tüpürcək  vəzilərini  tənzimləyir.  Böyrək  ağrılarını 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
158 
azaldır,  sidiyin  ifraz  olunmasına  yaxşı  təsir  göstərir.  Oy-
naqlarda,  böyrəklərdə,  sidik  yolunda  olan  daşlaşma,  kirəc-
ləşmə və duzlaşmaya qarşı müalicəvi əhəmiyyəti vardır. Ar-
mudun  iştahanı  artırması,  şən  əhvali-ruhiyyə  oyatma  xü-
susiyyətləri  xalq  təbabətinə  çoxdan  məlumdur.  İsitmə-qız-
dırma,  soyuqdəymə,  qarınağrısı,  ishal  xəstəliklərinə  qarşı 
effektlidir.  Armud  və  onun  şirəsi  üzü  şəffaflaşdırır,  qus-
manın  qarşısını  alır.  Hamilə  qadınlara  armud  şirəsi  qəbul 
etmək məsləhətdir. 
 
Əzgil 
 
 Müalicəvi  əhəmiyyəti  babalarımıza  çox  qədimdən 
məlumdur. Əzgil qarın ağrısı, ishal, mədə-bağırsaq xəstəlik-
lərinə  qarşı  effektlidir.  Böyrəklərdə,  sidik  yolunda  əmələ 
gələn  daşları,  duzları  əridir,  ağrıları  azaldır.  Əzgil  ümumi 
halsızlığı  aradan  qaldırır,  iştahanı  artırır,  ağız  boşluğunda 
qurumanın  qarşısını  alır,  ağızda  şirə  vəzisinin  fəaliyyətini 
tənzimləyir, şəkərli xəstələrə yaxşı təsir göstərir. 
 
Heyva 
 
Göy, quru öskürək, mədə-bağırsaq iltihabı, ürək-damar 
fəaliyyətinin artırılmasında, böyrək və sidik cinsiyyət orqan-
ları iltihabının müalicəsində heyvanın böyük əhəmiyyəti var-
dır. 
Heyva  toxumunun,  çöpünün  dəmləməsi  mədə-bağır-
saqda olan səpgilərin, tənəffüs orqanlarının, böyrək ağrıları-
nın müalicəsinə çox yaxşı təsir edir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə