Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə43/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   39   40   41   42   43   44   45   46   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
163 
göz  xəstəliklərində  istifadə  edilir.  Yarpaqlarından  surrokat 
çayı  hazırlanır.  Meyvəsindən  sinka,  qan  azlığında,  soyuq-
dəymələrdə, qızdırmada, mədə-bağırsaq xəstəliklərində, şirə-
sindən,  «lavaşanasından» hazırlanan spirtsiz içkilərdən mal-
yariyada,  iştahın  artırılmasında,  şirəsini  nişasta  ilə  qarış-
dırılıb  şəkərli  diabetdə,  eləcə  də  iştahartırıcı  vasitə  kimi 
istifadə  edilir.  Meyvəsinin  ət  hissəsindən  hazırlanan  prepa-
ratlarından zülalın asan həzm olunmasında, ishalın qarşısının 
alınmasında  və  s.  xəstəliklərin  müalicəsində  geniş  istifadə 
olunur. 
Zoğal  meyvəsindən  insanlar  qida  kimi  təzə,  qurudul-
muş və bişirilmiş halda istifadə edir. 
Bundan başqa, zoğaldan hazırlanan şirə mədə-bağırsaq 
pozğunluqlarının  aradan  qaldırılmasında  da  istifadə  olunur. 
Meyvəsindən hazırlanan şirəyə bal və yumurta sarısı qataraq 
qarın  yatalağının  istifadə  olunmasında  istifadə  edirlər.  Zo-
ğalın meyvəsindən maddələr mübadiləsinin nizama salınma-
sında, qan azlığında və mədə xəstəliyində də istifadə olunur. 
Zoğalın yarpaq və cavan budaqlarından spirtli cövhərdər öd-
qovucu və sidikqovucu kimi istifadə edilir. Onun çəyirdəyin-
dən,  şirəsindən  və  meyvəsindən  hazırlanan  spirtli  tinktura 
qızdırma  xəstəliyini  sağaldır,  qabığından  hazırlanan  spirtli 
məhlul isə orqanizmin fəaliyyətini gücləndirir. 
Zoğalın çəyirdəyini qurudub üyüdəndən sonra  yaranın 
üstünə  səpdikdə  yara  tezliklə  sağalır.  Zoğalın  meyvəsinin 
çəyirdəyindən kofe hazırlamaq da mümkündür. 
 
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
164 
Zeytun 
 
Azərbaycanda  zeytun  qədim  tarixə  malikdir.  Hazırda 
Nardaranda  yaşı  250-min  ötən  və  hələ  də  bar  verən  zeytun 
ağacı vardır. Azərbaycanda il ərzində 1800 ton zeytun mey-
vəsi və 90 ton zeytun yağı istehsal edilirdi. 
Zeytun  meyvələrinin  tərkibində  27-70%-ə  qədər  əla 
keyfiyyətli,  donmayan,  qızılı-sarı  rəngli,  ətirli  yağ  vardır. 
Çəyirdəyinin  tərkibində  isə  30%-ə  qədər  yağ  saxlayır.  Zey-
tun  yağı  vitaminlə  zəngin  olduğuna  görə  orqanizm  tərəfin-
dən asanlıqla mənimsənilir. Yeyinti məhsulları üçün istifadə 
olunan bütün yağlardan keyfiyyətli sayılır. Zeytun yağı əl ilə 
yığılan  yetişməmiş  meyvələrdən  soyuq  presləmə  üsulu  ilə 
alınır.  Yeyinti  və  tibb  sahələrində  geniş  istifadə  edilir. 
Zeytunun  cecə  və  toxum  hissələrindən  alınan  ikinci  növ 
yağlar isə texniki məqsədlər üçün (sabunbişirmə, boyaq, lak 
və s.) işlədilir.  
Zeytunun yetişməmiş meyvələrindən alınan yağ bir sı-
ra  dərman  preparatlarının  hazırlanmasında  istifadə  edilir. 
Məsələn,  yanıq məlhəmlərində, iynə dərmanlarının tərkibin-
də  sağaldıcı  kimi,  revmatizm,  hipertoniya,  ateroskleroz, 
mədə-bağırsaq xəstəliklərinin müalicəsində də geniş surətdə 
istifadə edilir. 
Son illərdə N.Nərimanov adına Azərbaycan Tibb Uni-
versitetinin  əməkdaşları  zeytun  yarpaqlarından  bir  sıra 
bioloji fəal maddələr – qlükozid, flavonoid, üzvi turşular və 
s. olduğunu müəyyən etmişlər. Eksperimental və kliniki təc-
rübələr göstərmişdir ki, zeytun ağacının yarpaqları ürək xəs-
təliklərinin  müalicəsində  çox  faydalıdır.  Zeytunun  təzə  yar-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
165 
paqlarından hazırlanan ekstrakt və cövhərdən qan təzyiqinin 
aşağı  salınmasında,  tənəffüs  orqanlarının  nizamlanmasında, 
ürək-damar sisteminin yaxşılaşdırılmasında istifadə edilir.  
Zeytundan boyaq bitkisi kimi də istifadə etmək olar. 
İştahanı  artırır,  dişləri  möhkəmlədir,  ağızda  əmələ  gə-
lən səpgilərin qarşısını alır. Boğazın və bronxların iltihabını 
aradan  qaldırır,  ağızda  qurumanın  qarşısını  alır,  tüpürcək 
vəzilərini tənzimləyir. 
Sətəlcəm, soyuqdəymə xəstəliyinə tutulanlara zoğal şi-
rəsi çox xeyirlidir. İshal və qarınağrısına da kömək edir. Zo-
ğal,  onun  mürəbbəsi,  təzəsi  və  qurudulmuşu  qan  təzyiqinə, 
mədə-bağırsaq xəstəliklərinə çox xeyirlidir, sinə, oynaq ağrı-
larını azaldır, həzmə kömək edir, ağızdan gələn pis qoxunu 
aradan qaldırır. 
 
Banan 
 
Banan ot bitkisi olub, güclü şirəli kök sisteminə malik-
dir.  Bananı  cənnət  çörəyi,  tərəvəz  xörəyi,  yol  çörəyi,  bağ 
çörəyi və s. adlarla çağırırlar. 
Cənnət  çörəyi  –  bundan  başqa  banan  meyvələrindən 
yarpaqlarının  üzərində  olan  şabalıdı-qəhvəyi  ləkələrlə  ayır-
maq  olur.  Çiçək  saplağı  tüklərlə  əhatə  olunan,  çiçək  yanlığı 
isə  tünd  qırmızı  rəngdə  olur.  Meyvələri  uzun  olub,  yetişən 
dövrdə uzunsov, üç üzlü  olub,  özəyi  unludur.  Toxumu  (əgər 
varsa)  çox  yastılaşmış  şəkildə  olur.  Bananın  meyvəsinin  tər-
kibində  75-76%-ə  qədər  su,  15-25%-ə  qədər  şəkər,  7%  ni-
şasta, 1,3% protein, 0,3-0,6% efir yağı, sellüloza, alma turşu-
su, ferment, pektin maddələri, kalium duzları, C, B
2
, PP, E və 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
166 
provitamin A tapılmışdır. Qabıq hissəsində çoxlu tanin və ka-
rotin maddələri vardır. Bananın tərkibində olan sulu karbonlu 
maddələr buğdanın tərkibində olanlardan tez həll olurlar. 
Meyvənin  xoş  iyi  onun  tərkibində  olan  efir  yağının 
miqdarından asılı olur. Banandan ən çox təzə halında desert 
yeməklərində  istifadə olunur. Yetişməmişindən  isə ədviyyat 
məqsədləri  üçün  tərəvəz  xörəklərinin  tərkibinə  əlavə  edilir. 
Ətli  hissəsindən  un,  pudra,  cem,  həliməşik  şirə,  marmelad, 
sirop və s. hazırlanır. 
Meyvələrindən dərman kimi işlətmə və mədə xəstəlik-
lərində  istifadə  olunur.  Yetişməmiş  meyvə  və  çiçək  hissə-
lərindən  hazırlanan  mürəbbədən  şəkər  xəstəliklərində  istifa-
də edilir. Meyvələrindən hazırlanan müxtəlif şirələrdən, gər-
gin  əməklə.  məşğul  olan  adamlarda  əmələ  gələn  ateroskle-
roz,  hipertoniya,  dizenteriya,  nazik  bağırsaq,  mədə  iltihabı-
nın,  böyrək  və  s.  xəstəliklərdə  İstifadə  olunur.  Şəkər  xəstə-
liklərində mədədə turşuluq prosesi artdığına görə həmin xəs-
tələrə banan meyvəsindən qəbul etməyə icazə vermirlər. 
Tərkibində qiymətli fizioloji-aktiv maddələrin: serotin, 
nerpi-nefrin, dopamin, katexolamin və s. olması ilə əlaqədar 
olaraq  bundan  bağırsaq  və  mədədə  əmələ  gələn  yaraların 
müalicəsində müvəffəqiyyətlə istifadə edilir. Bunun şirəsi ilə 
daxili  qanaxmaların  dayandırılmasında,  dizenteriya,  oniki-
barmaq  bağırsağın  iltihabının  əleyhinə,  vəba  xəstəliklərində 
istifadə  edirlər.  Bundan  başqa  şirədən  həyəcanlanma,  ürək 
keçmələrində  də  istifadə  olunur.  Bitkinin  kök  hissəsindən 
alınan küldən qurdsalıcı vasitə kimi istifadə edilir. 
Banan  kalium  elementinin  mənbəyidir.  İnsan  orqaniz-
minin  daxili  hüceyrələrində  toplanan  K  elementi  ürəyin, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə