Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə44/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   40   41   42   43   44   45   46   47   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
167 
qaraciyərin, beynin və ən çox isə əzələlərin normal fəaliyyət 
göstərməsinə xidmət edir. 
Şəkər xəstəliyinə düçar olan insanların banan yemələri 
məsləhət  görülmür.  Banan  mədə  yaralarını  müalicə  edir. 
İnsanların  50%-i  mədə  yarasından  əziyyət  çəkirlər.  Mədə 
yarasının  müalicəsində  banandan  hazırlanan  sıyıqlardan, 
cövhər  və  şərbətlərdən  geniş  istifadə  edilir.  Belə  ki,  banan 
preparatları mədənin selikli qişasına müsbət təsir edib, onun 
tez  bir  zamanda  bərpa  olunmasına  səbəb  olur.  Mədə 
yaralarını adi meyvələri yeməklə də müalicə etmək olar. 
Banan  insanın  əhval-ruhiyyəsini  yaxşılaşdırır.  Banan 
meyvəsinin  tərkibində  tonuslaşdırıcı  təsirə  malik  efedrin 
maddəsi olduğundan, onu qəbul edən zaman qan təzyiqi aşağı 
olan insanlarda arterial qan təzyiqi normaya düşür, bunun nə-
ticəsində  mərkəzi  sinir  sisteminin  müsbətə  doğru  fəaliyyəti 
yüksəlir, sonda şəkərin miqdarı qaydaya düşür, ağciyər bronx-
larının  əzələlərinə  təsir  güclənir.  Banan  qəbul  edən  insanda 
tonus artır, iş qabiliyyəti yüksəlir, yorğunluq aradan qalxır.  
 
Qarağat 
 
Qarağat bitkisinin adı qədim rus sözü olan «cmorodit» 
kəlməsindən  götürülmüşdür.  «Smorodit»  sözünün  mənası 
yarpağının «pis iyə», «kəskin iyə» malik olmasını bildirir. 
Kimyəvi  tərkibi.  Qara  qarağatın  meyvə,  yarpaq  və  tu-
murcuqlarının tərkibindən insan orqanizmi üçün faydalı olan 
bir  sıra  vitaminlər  aşkar  edilmişdir.  Qarağat  tərkibindəki  C 
vitamini  miqdarına  görə  4-5  dəfə  çiyələkdən,  8-10  dəfə  sit-
rus bitkilərindən, 15-20 dəfə  moruqdan, alma, gilənar, alça-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
168 
dan, 30-50 dəfə armud, ərik və üzümdəkindən çoxdur. 100q 
qarağat meyvəsinin tərkibində 300-400 mq C vitamini aşkar 
edilmişdir. 100 q qarağat meyvəsi yaşlı adamın C vitamininə 
olan tələbatını 5-6 gün təmin edə bilər.  
Meyvəsinin  (yabanısında)  tərkibində  4000  mq%  C 
vitamini,  P,  B,  B
6
,  D,  E,  K  vitaminləri,  karotin,  10-13%-ə 
qədər  şəkər,  17,3%  quru  maddə,  4-5%-ə  qədər  alma,  limon 
və  çaxır  turşuları,  1,43%  aşı  maddəsi,  kofein,  pirokatexin, 
xinin,  kempferol,  kversetin,  kversetirin,  kempferol-3-qli-
kozid,  izokversetin  mirisetin-3-qlikozid,  kempferol-3-riv-
tinozid  flavonoidləri  tapılmışdır.  Çiçəklərinin  tərkibində 
2,36-3,56% qlükoza, 2,72-4,75% fruktoza, 0,24-1,06% saxa-
roza, pentozan maddələri aşkar edilmişdir. Yetişmiş meyyə-
lərinin  tərkibindən  3,85-5,9%  3-monoqlükozid  sianidin,  3-
rutinozid  sianidin,  3-monoqlükozid  delfınidin,  3-rutinozid 
delfidin,  3-rutinozid  pelarqonidin,  3-soforozid  delfınidin, 
bundan  əlavə  meyvəsindən  pektin,  alma,  limon,  çaxır  üzvi 
turşuları katexin, 0,01% efir yağı da tapılmışdır. 
Alimlər  qarağatın  meyvəsinin  qiymətli  olmasını  onun 
tərkibindəki sinaidin 3-rutinorid, delfıdin 3-rutinoid, delfidin 
3-qlükozid,  sinaidin  3-raninoid,  sinaidin  3,5-diqlükozid,  si-
naidin 3-qlükozid, peonidin ilə müəyyən etmişlər (Chandler, 
Harper, 1958; Reichel 1960; Harborne Hall, 1964; Kolesnik-
Medvedova 1971). Kntosian  maddələrindən başqa, qara  qa-
rağatın giləmeyvəsinin tərkibindən tapılan flavonoid maddə-
ləri:  kversetin,  miriserin  və  kempferol  və  s.  ilə  onun  əhə-
miyyətini  izah  edirlər  (5,  6)  (Samordova-Bianki,  Fatalieva, 
1964).  Qarağatın  tərkibindən  həmçinin  fenolkarbon  turşusu 
da tapılmışdır (Skorikova, 1973). Altayın dağlıq zonalarında 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
169 
bitən qara qarağatın giləmeyvəsinin tərkibindən isə antosian 
maddələrindən  sinaidin 3-utinozid,  sianidin 3-qlükozid, del-
finidin 3-rutinozid və s. aşkar etmişlər. 
Respublikamızın  florasının  tərkibində  yayılan  qarağat 
növlərinin  meyvəsində  olan  antosian  və  flavonoid  boyaq 
maddələrinin  kimyəvi  tərkibi  Novruzov  E.N.  və  Şəmsizadə 
L.A. tərəfindən öyrənilmişdir. 
Bunun  nəticəsi  olaraq  qarağat  bitkisinin  müxtəlif  növ 
və sortlarının qabıq, tumurcuq, yarpaq, çiçək və meyvələrin-
dən  tibb  sahəsində  geniş  istifadə  olunan  bir  sıra  preparatlar 
alınmışdır.  
Qarağatın tumurcuq,  yarpaq, meyvə hissəsindən hazır-
lanmış  dəmləməsindən  soyuqdəymədə,  vərəm  xəstəliyində, 
tərgətirici,  sidikqovucu  kimi,  orqanizmin  müqavimətinin 
artırılmasında, infeksiya xəstəliklərində işlədilir. 
Tibet təbabətində yarpaqlarından ekstrakt, dəmləmə və 
cövhərindən  vərəm,  limfa  sisteminin  müalicəsində  istifadə 
edilir.  Meyvə  və  yarpaqlarından  vitaminli  çaylar  hazırlanır. 
Qarağat  meyvəsinin  tərkibində  xoş  ətirə  malik  efir  yağı, 
flavonoid maddəsi olduğu üçün havanı zərərli mikroblardan 
təmizləyir,  şirəni  və  şərbətləri  30  gün  müddətində  xarab 
olmadan qoruyur.  
Qarağat  yarpaq,  meyvə  və  qabıqlarından  hazırlanan 
cövhərindən  maddələr  mübadiləsinin  nizama  salınmasında, 
göy öskürəkdə, sidik kisəsi xəstəliklərində, böyrək daşlarının 
tökülməsində istifadə olunur. 
Qarağatın cavan  yarpaqlarından hazırlanmış çaylar dəri 
xəstəliklərində, soyuqdəymədə, sidik kisəsi və böyrək daşının 
təmizlənməsində,  eləcə  də  sidikqovucu  vasitə  kimi  tətbiq 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə