33
isə Kufənin ətrafına göndərmişdi. Fəqət yanında bir az
əskər qalmışdı.
Əbdürrəhman oraya toplanan dustdarani-
Həzrəti-Hüseynin (ə) hamusını müsəlləh fədakar
gördikdə xoşhal olub cəsarət hasil etdilər. Dört bir
tərəfdən təbl vurdılar. Səid bir nitqi-bəliğbəyanlə dedi:
- Cəmaət, bən Azərbaycanda padşah idim. Kufə,
Bəsrə və İraqdan bana çox məktublar gəldi. Bəni
Kufəyə gəlməgə tələsdirdilər, bəlkə İmam Hüseynlə
(ə) Məkkədən Kufəyə gələndə mülaqat edəm, yaxud o
Həzrətə (ə) düşmənlər hücum edərsə, imdad edəm.
Biləks, heç biri mümkin olmadı. Hər vəqt Hüseyn (ə)
adı gələndə cigərim yanır, parçalanır, dağılır,
diriligimdən bizar oluram. Zira, İmam Hüseyn (ə) kibi
İslamiyyət, insaniyyət qurbanından sonra bana, bəlkə
bütün müsəlmanlara dirilik həramdır.
Əlhal vəqt intiqam almaq vəqtidir, intiqam,
intiqam! Çünki düşməni iki vəqtdə məğlub etmək
olur: Biri qorxaq düşməni cüz`i bir sədəmə ilə şaşdırub
məğlub etmək olar. İkincisi, təcahüldən məğrur oldığı
halda şaşmış düşməni fəna bir gurultı ilə tələf etmək
mümkin olar. Binaənəleyh, indi Yəzidin mə`mur və
əskərləri məğrurlarından bütün-bütünə şaşmışlardır.
Biz isə fürsəti qənimət bilüb onlardan intiqam
almalıyıq. Halbuki İbn Ziyadın indilikdə heç bir
qüvveyi- əskəriyyə və hərbiyyəsi qalmamışdır. Bizim
qüvayi-hərbiyyə
və
əskəriyyəmiz nəhayət
dərəcədədir. Bənimlə olan üç bin kişi ilə siz dəxi
yekdil, yekcəhət olub ə`daları qırmaqla əsirləri və
34
başları Şamdan qaytarmalıyıq. Bunlardan maəda, bu
qədər İslam üstinə edilən təcavüzləri himmət və
həmiyyətdən başqa heç bir şeylə rədd etmək olmaz.
Bu qədər İslam millətinə vurulan zərbeyi-
düşmənanəyi heç bir şey əvəz edə bilməz. Fəqət
intiqam! İntiqam! Haydı, arqadaşlar, intiqam.
Bu sözləri dedikdən sonra nəhayət şiddətlə
ağladı. Cəmaət dəxi ağlaya-ağlaya:
- Malımız, canımız Həzrəti-Hüseynə (ə) fədadır -
səsini ucaltdılar.
Səid nəhayət məmnuniyyətlə:
- Allah əcr versin - deyə xətmi-kəlam etdi. Bə`də
dedi:
- Cəmaət, əlhal kimə tabe` olmalıyıq?
Cəmaət ümumiyyətlə dedilər:
- Əbdullah Əfifə tabe` olmalıyıq. Zira də`va
görmiş, təcrübəkar və qüvvəli bir zat oldığı kibi
Cəməl, Süffeyn və Nəhrəvan kibi dəhşətli
müharibələrdə dəxi isbati-vücud etmişdir.
Səid, “bən rizayəm” - deyə ilərü yeriyüb bey`ət
etməklə o gün beş bin kişi Əbdullah Əfifə bey`ət
etdilər. Şadlıqdan nə`rə çəkdilər. Bu xəbər şəhərə
yayıldı. Xəlayiq dükkanları bağladılar. Bə`zi Səidin,
bə`zisi İbn Ziyadın imdadına getdilər. Lakin İbn
Ziyadın əskəri iki bindən ziyadə degildi. İbn Ziyad
beytülmalın qapısını açub onlara mal və silah payladı.
İbn Ziyad qəsri qabağında bir çox xəlayiq dayanub
baxırdılar. Hər saətdə xəfiyyələr dolanub harada
ictima`nın oldığını və kimin nitq söylədigini gəlüb
35
xəbər gətürdilər. Bu halda Kəsir ibn Şihab adınlı bir
şəxs dedi:
- Hörmətli əmirimiz, təvəqqüf zəmanı degildir. İş
həddən keçdi. Səid Azərbaycandan gəlmiş, ziyadə mal
gətürmiş və on bindən ziyadə kişilər ilə Əbdullah
Əfifə bey`ət etmişlərdir. Əgər həmin saət hökm edüb o
rafiziləri dutub həlak edər isən, qiyamətə qədər
dövlətin və səltənətin dəvam edəcəkdir. Biləks, e`tina
etməz isən, böyük inqilablar içində boğulmağına əmin
olmalılsan.
İbn Ziyad bu sözləri eşidərkən filfövr hökm edüb
qəsrdən dışarı çıxdılar. Təbli-cəng vurdılar. Bəni
Ümməyyənin böyüklərini, Yəzidin dostlarını ehzar
edüb dedi:
- Bən bilürəm bu rafizillər bir şey` edə
bilməyəcək. Qorxumdan kim deyə bilər ki, bən
Hüseynin (ə) dostıyam. Lakin görirsiniz, bu kor bizim
başımıza nə gətürdi. Bütün Bənu Əzd qəbiləsinə üsyan
etdirdi. Şübhəsiz ki, hüquqının müdafiəsinə
ciddiyyətlə, sədaqətlə çalışan bir kişi nəinki bir Bənu
Əzd qəbiləsinə, bəlkə bütün dünyada mövcud olan
insaf sahiblərinə üsyan etdirə bilər. Əman, bən Kufə
şəhərində bu qədər də dustdari-Ali-Rəsulın (ə)
olmağını zənn etməyürdim. Ah, böylə dərdə
mütəhəmmil olmaq olarmı? Dutdığım əsir azad, Kufə
əmirləri isə qətl olundı. Səid isə Müaviyənin keçmiş
əmiri idi, onı özinə tabe` edüb Azərbaycana hakim
tə`yin eylədi. İndi artıq mal toplamış, öylə bilür ki,
dünyanı alacaqdır. Əlhal hər kim Səidin və oğlının
36
başını Tariqin başilə bərabər gətürərsə, istədigi vilayəti
və şəhəri ona verərəm. Bunlardan əlavə, ona on at, on
qulam və on kəniz bəxş edərəm. Hər gün də üç
xahişini dəxi qəbul eylərəm. Bənim ən`amım böylə
oldıqda Yəzidin ən`amı isə ziyadə olmağı şübhəsizdir.
Dəxi axirət səvabını söyləməgə lüzum yoxdur.
Şam və Kufə əhalisi ən`am adını eşitdikdə hamısı
birdən:
- Möhtərəm əmirimiz, əmin ol, zərrə qədər
qorxumız yoxdır. İmam Hüseyni (ə) əshabı ilə
öldürdügimiz kibi, bunları dəxi həlak edərik.
İbn Ziyad dərhal hökm edüb təbli-cəng vuraraq
qəsrdən dışarı çıxdılar. Müharibə etmək üçün
meydanə yürüməgə başladılar.
Səid təbli-cəng səsini eşidərkən hökm edüb on
bin atlı, piyadə müsəlləh olaraq meydani-müharibəyə
tərəf hərəkət etdilər. Dörd yolın ayrıcında beş yüz
müsəlləh kişilərdən qoydılar. Piyadələr damlara
çıxdılar. Səid isə qiymətdar əsləhələr ilə müsəlləh olub
nəhayət baş hərbi qomandanı kibi xuraman-xuraman
yürüyürdi. Fəqət hər qədəmində: “Haydı, qardaşlar!
Düşmənlərdən intiqam almalıyıq” - nidası və hər
baxışından: “Allah eşqinə, zalimin zülminə təhəmmül
edən millət, özi bizzat zalimdir. Hüseynin (ə) etdigi
qəsdinə iqtida etməliyik” - ilhamı duyulırdı.
Beş yüz nəfər qardaşı Bikr ibn Mixnəfə verüb bir
çox hərbi tövsiyələrlə onı yol ağzında qoydı, özi küçə
ilə Əbdürrəhman arxasında yürüyürdi. Üzərində
“Lailahəilləllah” yazılmış beş tanə ağ beydəq
Dostları ilə paylaş: |