Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə16/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   12   13   14   15   16   17   18   19   ...   135

Ayılma, məsti-meyi-nab ol, xumaralud.

Bir əldə dut güli, bir əldə ğəbğəbi-yari,

Nə töksə başüvə, töksün, dil açma, çərxi-kəbud.

Mey içməsön, eyləmə seyr çəmənü gülzari,

Eşitmə, söləsə vaiz hədisi-Adü Səmud.

Müğənni Şur oxıyur yari-dilnəvazimçün,

Qulağimə yetişür bangü naleyi-neyü ud.

Piyaləni ələ aldıqda, öpməmiş içmə,

Üzari-Leylivü Şirindür, olub nabud.

Məni məlamət edər xəlq: eylə badəni tərk,

Keçərmi, olsa qiyamət Əyazdən Məhmud?

Əl atma pərdeyi-namusi-xəlqə, düşmən ola,

Əgər varundur, əzizim, yanunda guşü şünud.

Məbada eyləyəsən xəlqə eyb, eylə həzər,

Məsih eylədi neyçün pəs asimanə süud.

Qəzəl şüarıni, Saqib, Cəlaldən ögrən,

Rümuzi-şe`r bütün ondadur, bəli, mövcud.

* * *


Gözəl rüxsarüvə baxdıqca könlümdə səfa artar,

Necə kim, hər nəfəs xurşididən ayə ziya artar.

Pərişan eylədikcə hüsnüvə giysuyi-pürçini,

Olur aləm əsiri mən kimi bəxti qəra artar.

Könüllər xunbəhasın verməsön gər lə`li-nabundan,

Rüxi-alundan istər xəlq busə, xunbəha artar.

Demə verməm zəkati-hüsnimi, ey sərvi-azadım,

Rəhi-eşqündə məntək xəlq olur müflis, gəda artar.

Eylə ziba gözəlsən, dindirəndə arizün titrər,

Qızarur lalətək əzbəski, hüsnündə həya artar. 

Mənilə söhbət eylərsən, görüb həsrət çəkər aləm,

66



Çıxar bu daməni-vəslün əlimdən, müddəa artar.

Edübdür parə-parə könlümi əbrulərün tiği,

Bu qəmzə tirini vırmaq nə hacətdür, yara artar.

Dutub dünyani fitnə, bir də sən bu çeşmi-bədməstə,

Çəkərsən sürməni, zalim, deməzsən bir bəla artar.

Dilündən qıl həzər, qurban sana, bir nəfsi incidmə,

Əgər bir nəfs səndən incisə, gün-gün bəla artar.

Rəiyyət xatirin sındırmasun sultan gərəkdür kim,

Məhəbbət göstərən vəqtdə, birə min can fəda artar.

Qoyursan səcdəyə baş, zahida, cənnət xəyalilə,

Gətür baş səcdədən, bu səcdədən buyi-riya artar.

Səbu küncində mey qaldıqca ləzzət, ruh alur ondan,

Onun hər qətrəsindən möhnətü dərdə şəfa artar.

Necə azadlıqdur, Saqiba, hər ləhzə sölərsən,

Əgər azadəlik vardur, neçün cövrü cəfa artar?

* * *


 

Gər olsa pərişan, pərişanlığun artar

Yarun xəmi-giysuləri, giryanlığun artar.

Divanə olarsan, həzər et, olma əsiri,

Məcnun kimi hər ləhzədə heyranlığun artar.

Ey dil, rəhi-meyxanəni dut əldə piyalə,

Məst ol meyi-gülfam ilə, insanlığun artar.

Yarun səri-kuyini verüb alma behişti,

Adəm kimi hər ləhzə peşimanlığun artar.

 

Məşğul özüvi eyləmə səddanəyə hərgiz,



Zahid rəvişin tərk elə, nadanlığun artar.

Bimə`ni sözə vermə könül, əhli-yəqin ol,

Dut daməni-əmri-həqi, irfanlığun artar.

Tabe` özüvi eyləmə heç düşkini-nəfsə,

67



Alma nəzərə zərrəcə, heyvanlığun artar.

Yusif qəzəlin al nəzərə şe`ri yazanda,

Saqib, bu sana fəxr, süxəndanlığun artar.

* * *


 

Hər kim əlinə camü meyi-ərğəvan dutar,

Qəm çəkməsün ki, rahəti-ruhi-rəvan dutar.

Kəc baxsam ol qəra qaşuvun əgri tağinə,

Müjganlarun xədəngi gözümdə məkan dutar.

Bazari-hüsnə çıxson əgər sən bu hüsn ilə,

Yusif olur xəcil, üzin eldən nihan dutar.

Bir tiri-qəmzəyə, gözəlim, sərvqamətim,

Can nəqdi əldə verməgə pirü cəvan dutar.

Səyyad gözlərün salub avarə könlümi,

Zülfün içində quş kimi xoş aşiyan dutar.

Çox təşnədür qan eyləməgə tiğ qaşlarun,

Nahəq kim etsə qan, onı axırda qan dutar.

Hüsnün məlahətilə dutub külli-aləmi,

Kim ittifaq eləsə, əlbət cəhan dutar.

Əfsus, yetdi vəslüvə bir-bir rəqiblər,

Naləm şəbi-fəraq rəhi-asiman dutar.

Eşqün həvasi eylədi divanə Saqibi,

Hicründə sübhətək rəhi-ahü fəğan dutar.

* * *


Zülfündə, məhvəşim, dəli könlüm məkan dutar,

Sınmış qanadı quş necə kim, aşiyan dutar.

Ağzun nə sehr qıldı çəküb kamə zülfüvi,

Əfsunsuz ol şəkər ləbün əf`i ilan dutar.

Əhli-təriqət ilə müxalifdü dəhri-dun,

68



Hər nanəcibzadə özin hökmran dutar.

Bundan bətər bəla olumı

 hər yetən gedüb,



Meyxanələrdə cami-meyi-ərğəvan dutar.

Təsbih danəsilə məni zahid alladur,

Guya özin bu nov` ilə əhli-cinan dutar.

Abi-ğəssalə məs`ələsin şərh qılmamış,

Arif yanında vaiz özin nüktədan dutar.

Şahun gəda ilə nədür, ey dil, təfavüti,

Kim olmış olsa, qəbr evini xaniman dutar.

Razi-dəruni kəşf eləmə xəlqə, Saqiba,

Aqil odur ki, sirri-dəruni nihan dutar.

* * *


  

Niqabdən haçan hüsnün kənarə çıxar,

Görən təəccüb edər, sanki bir sitarə çıxar.

Gözün sənün dedim, ey şux, oxşar ahuyə,

Dedi ki, ahu demə, şirdür şikarə çıxar.

İşarə etdi göz, əgri qaşlarun, çıxma,

Cəhanə salmağa fitnə bu mahparə çıxar.

Könüldə eylə dutub şö`lə atəşi-eşqün,

Dəgəndə navəki-qəmzön, dutar şərarə çıxar.

Qılınc etsə məni parə-parə, can çıxmaz,

Boynum, qəmzə ilə eyləsön işarə, çıxar.

Tökülməgə yüzüvə qoyma zülfüvün tarın,

Görən deyər, əcəba, əf`i heç üzarə çıxar?

Gözi necə çıxarar dəgsə tir peydərpey,

Şəbi-fəraqdə hər ləhzə intizarə çıxar.

Behişti-huri sənün tale`indədür, zahid,

Mənim də tale`imə dami-zülfi-qarə çıxar.

Gəlür bəla başinə kim ki, saxlamaz dilini,

 Olurmu


69


Sözi həqq olsa da, Mənsur kimi darə çıxar.

Həyat nəqdini sərfi-şərabü mə`şuqə,

Qumarbazi-əcəl tez onı qumarə çıxar.

Min ahü nalə edim, can çıxan degül təndən,

Bir nimqəmzə ilə eyləsön işarə, çıxar.

 

Kim oldı əsr süxənsənci, Saqib, Azər tək,



Kimün nə həddi var olsun, var, aşikarə çıxar.

* * *


Böylədür adət, siminbədənü məhrüxsar,

Etdigi əhdə vəfa eyləməsün, ey dili-zar. 

Əl atursan səri-zülfinə, vırar əf`i kimi,

Olmaz azad dəxi hər kim ona olsa düçar.

Tiği-əbruyi-pəriçöhrələrün rəsmi budur,

Seyltək qan tökə, rəhm eyləməsün leylü nəhar.

Fitnədür başdan-əyağə, bu gözi qarələrə

Uyma, ey dil, səri-kuyinə dolanma zinhar.

Zəhməti aşiqi-biçarə çəkər yarə görə,

Aparur ləzzətini lə`li-ləbindən əğyar.

Bivəfalərdü, pəriçöhrələrə dil vermün,

Əsər etməz bulara, dərdi-dil etmün izhar.

Adəm övladı, yalandur, desə var məndə vəfa,

Etmişəm təcrübə mən səngi-məhəkdə nə ki, var.

Dutma meyxanə yolın, badəpərəst ol, zahid,

Dami-təzvirdü bu, qoygilə təsbihi kənar.

Bu qədr naleyi-dilsuzdən əl çək, Saqib,

Ahü zarilə müyəssər ola bilməz didar.

* * *

 

Zahidün təsbih ilə gər zikri-əlfü lamı var,



70


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə