10
ifadələrini işlədir. Bu fikir bir daha oğuzların olduqca böyük ərazidə
yaşadıqlarını göstərməklə bərabər, eyni zamanda onların bir-birlərindən
leksik-qrammatik və digər xüsusiyyətlərə görə də fərqləndiyini bildirir. Bu
mənada, Kaşğari “Divan”da bilavasitə Azərbaycan oğuzlarının adlarını
çəkməsə də, bizə elə gəlir ki, hər halda dolayısı yolla Azərbaycan
oğuzlarının da dil faktlarına toxunmuşdur. Akademik M.Şirəliyevin də
müəyyən araşdırmalardan sonra belə bir qənaətə gəlməsi fikrimizi bir daha
təsdiq etmiş olur: “Doğrudur, Mahmud Kaşğari “Divan”ında Orta
Asiyadakı türk dillərindən bəhs edir və Xəzər dənizinin o biri sahilində
yaşayan xalqların türk dilləri, yəni Qafqazda mövcud olan türk dilləri yada
salınmır. Lakin “Divan”da oğuz-qıpçaq dillərinə aid olan materiallar
imkan verir deyək ki, qeyd olunan bir sıra əlamətlər Azərbaycan dilinə də
xasdır”(32).
I fəslin ikinci bölməsi “Türk dilləri, onların Mahmud Kaşğari
tərəfindən coğrafi və elmi bölgüsü. Mahmud Kaşğari oğuz dili və onun
xüsusiyyətləri haqqında” adlanır. Bu bölmədə göstərilir ki,
Mahmud
Kaşğari “Divan”da türk xalqları, onların yerləşdiyi coğrafi məkan, bu
xalqların etnik, etnoqrafik xüsusiyyətləri, adət-ənənələri və s. haqqında nə
qədər bəhs etsə də, bu əsəri yazmaqda onun məqsədi ilk növbədə türk
dilləri barəsində məlumat vermək, onun leksik zənginliyini göstərmək və
ən əsası türk dillərini ərəb dünyasına təqdim etməkdən ibarət olmuşdur.
“Divan”da biz qıpçaq, oğuz, yağma, çigil, uğraq, çaruq, qay, yabaqu, tatar,
basmıl, suvar, bulğar, toxsı, arğu və sairə xalqların geniş dil mənzərəsi ilə
rastlaşırıq. Tədqiqatçıların qeydinə görə, Mahmud Kaşğari fonetik-
morfoloji xüsusiyyətlərinə görə türk dillərini iki qrupa bölür : “Şərq qrupu
və qərb qrupu. Şərq qrupuna çigillərin, toxsıların, yağmaların, Kaşğarın
şəhər əhalisinin və Maçinə qədər olan başqa tayfaların, xaqaniyyə türkcəsi,
qərb qrupuna isə yeməklərin, qıpçaqların, oğuzların, peçeneqlərin,
bulqarların, süvarların, Rumdan şərqdə yaşayan digər tayfaların dilləri
daxildir”(27,14). Mahmud Kaşğariyə görə dillərin ən asanı oğuzların, ən
doğrusu isə toxsı ilə yağmaların dilidir. Onun fikrincə, İrtış, İla, Yəmar, Etil
çayları boyunca yaşayan xalqların dili də doğru türkcədir. Mahmud Kaşğari
bu irmaqlar boyu yaşayan dillərin ən gözəli kimi Qaraxanilər dövlətinin
tərkibində yaşayan insanların dili olan xaqaniyyə türkcəsini göstərir.
Beçeneq, süvar, bulqar dillərinə gəlincə isə Mahmud Kaşğari onların leksik
vahidlərinin sonlarının qısaldılmış olduğunu söyləyir. Mahmud Kaşğari hər
bir tayfanın əslində öz dili olduğunu da vurğulayır. Məsələn, onun qeydinə
görə, qay, tatar, yabaqu, basmıl, çomul boylarının hər birinin öz dili vardır.
11
Böyük türkoloq uyğurların da öz türkcə bir dilləri olduğunu söyləyir. Lakin
bütün bunlara baxmayaraq, Mahmud Kaşğari bütün türk tayfalarının
türkcəni də gözəl bildiklərini göstərir. Mahmud Kaşğari türkcə dedikdə
xaqaniyyə türkcəsini əsas götürməklə, bütün bu tayfalar arasında
ümumünsiyyət vasitəsi olan ədəbi dil anlayışını nəzərdə tutur (9,16). Qeyd
etmək lazımdır ki, böyük türkoloq bu sözü əsər boyu dəfələrlə
təkrarlamaqla, bu barədə öz fikrini qəti şəkildə bildirir. Məsələn, o, yazır:
“Köçəri xalqlardan olan çomul boyunun dili ayrıdır, lakin türk dilini yaxşı
bilirlər. Kay, yabaku, tatar, basmıl boyları da belədir. Hər boyun
özünəməxsus ayrı ləhcəsi olsa da türkcə gözəl danışırlar”(15,104).
Ümumiyyətlə, Kaşğari ən təmiz dil kimi heç bir dillə qarışığı
olmayan dili nəzərdə tutur: “Ən təmiz və doğru dil yalnız bir dil bilən,
farslarla qarışmayan və əcnəbi ölkələrə gedib-gəlməyən adamların
dilidir”(15,103). Tərkibində digər dillərin leksik vahidləri olan türk dilləri
isə onun nöqteyi-nəzərinə görə, əsasən şəhərlilərin dili və fars dilinə qarışan
dillərdir: “İki dil bilən şəhərlilərlə oturub-duran adamların dili
nöqsanlıdır”(15,103). Belə dillərə o, soğdaq, gəncək, arğu boylarının,
xotən, tübüt , tanqut xalqlarının, Balasağun, Tiraz, Beyza və İsbicabdan
Arğuya qədər olan bütün şəhərlilərin dilini daxil edir.
Prof.
Ə.N.Nəcibə görə, Mahmud Kaşğari öz “Divan”ında 31 türk
dialektinin adını çəkir (26,
33). Biz isə apardığımız tədqiqata əsasən
“Divan”da 28 adda türk dili ilə rastlaşırıq: awus (şam) bulğarca (15,130),
arığ (çadır örtüyü) barsğanca (15,133), ökil (çox) qıpçaqca (15,142), idhrik
(qatı, sərt nəsnə) arğuca (15,165), öndürdi ( Tənqri ot öndürdi= Tanrı bitki
bitirdi, ol anı əwgə öndürdi=o, onu evə yönəltdi) uyğurca (15,264), koç
(qoç) oğuzca (15,337) , aba (ana) oğuzca. Karluk türkmənləri bu sözü p ilə
deyirlər (15,151), otluk (yemlik, axur) ıtlık əhalisinin dilində (15,162), çər
( bədənin ağırlığını bildirən bir sözdür. Ər çərləndi= adamın bədəni
ağırlaşdı) xaqaniyyə dilində (15,338), sipüt (qara bibər və istiot kimi
yeməyə vurulan ədviyyat) kaşğarca (15,363), karıt (söymək) türkməncə
(15,363), çüşək (ot, çəmən) soğdca (15,389), kəstər ( saxsı) uç dilində
(15,446), çaxşaq ( qurudulmuş qaysı və üzüm) karluqca (15,456), şin (taxt)
çigilcə (15,143), ortan (tuman, libas) Bunu yağma elində eşitdim (15,170),
oxşadı ( at oxşadı =at yatdı deməkdir). Bu söz ancaq ata aiddir, başqasında
işlənməz. Yəmək, yabaku və köçəri xalqların bəzilərinin dilincədir
(15,307), kırnak (cariyə) yabaku, kay, çomul, basmıl, oğuz, yəmək və
qıpçaq dillərində (15,459), “Çigil, yağma, toxsı, arğu, Yuxarı Çinə qədər
uyğur dillərində sözün kökünə ka-lı və qalın ahəngli sözlərdə v,ğ (yəni -