Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu



Yüklə 212,5 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix06.05.2018
ölçüsü212,5 Kb.
#42892
1   2   3   4   5   6   7   8   9

 

14

hərfi qərbdə Rum diyarına, şərqdə Çinə qədər uzanan bütün yağma, toxsı, 



oğuz boyları ilə arğuların bəzilərinin dilində y olur. Rum ölkəsinə doğru 

uzanan qıpçaqlar və onlara uyanlar tərəfindən dh hərfi z kimi 

deyilir”(15,106). “Rum ölkəsindən Çinə  qədər bütün oğuzlar və köçərilər 

davamlılıq bildirən ka və ğ hərflərini qısalıq üçün atırlar”(15,497). “Yuxarı 

Çinə  qədər çigil, yağma, toxsı dillərində sözlər zəmməli, Rum ölkəsinə 

qədər oğuzlar, suvarlar və qıpçaqların dilində fəthəli olur” (17,143) və s.  

 Dissertasiyanın II fəsli “Divan”da oğuz leksikası. Onların leksik-

semantik xüsusiyyətləri”  adlanır və iki bölmədən ibarətdir. “Mahmud 

Kaşğari tərəfindən müəyyənləşdirilən oğuz leksikası”  adlanan birinci 

bölmədə göstərilir ki, apardığımız araşdırmalara görə, Mahmud Kaşğari öz 

“Divan”ında təqribən 28 türk dilinin və yaxud dialektinin leksik vahidlərini 

əks etdirir. O, “Divan”da bir sıra dillərə aid verdiyi sözləri xüsusiləşdirərək

onların hansı dilə  və yaxud dialektə  mənsub olduqlarını göstərdiyi kimi,  

oğuzlara aid  sözləri də ayrıca qeyd etmişdir. Mahmud Kaşğari “Divan”da 

digər dillərə aid olan sözləri, leksik vahidləri bəzən oğuz sözləri ilə  də 

tutuşdurmuşdur.  

Prof. Ə.Nəcibə görə, “Divan”da  oğuz dilinə aid 232 leksik vahidə 

təsadüf olunur (28, 36). Bizim apardığımız hesablamalara görə isə təqribən 

300-ə yaxın söz var. Mahmud Kaşğari bu sözləri xüsusiləşdirərkən onları 

təkcə leksik-semantik xüsusiyyətlərinə görə deyil, fonetik və morfoloji 

xüsusiyyətlərinə görə  də digər türk sözlərindən fərqləndiklərini nəzərə 

çatdırmış, onların hansı  əsaslarla oğuz dilinə aid olduğunu bildirmək 

istəmişdir.  

Beləliklə, Mahmud Kaşğarinin “Divan”da oğuz dilinə aid etdiyi 

leksik vahidlərdən bəzilərini aşağıda nümunə kimi göstəririk: 

 با EP : təkid və mübaliğə ədatı. Bir şey həddən artıq gözəllikdə 

vəsf edildiyi zaman söylənir. “Ep edhgü nənq = ep eyi, gerçəkdən yaxşı 

şey”. Oğuzlar bəmbəyaz mənasında “ap ağ” deyirlər (15,109). DTS-də 

bu  ədat  bu məzmunda işlənmişdir (26,175). DTS-də bu ədata, eyni 

zamanda,  ap  şəklində  də bu məzmunda təsadüf olunur (26,47). Budaqov 

bu  ədatı  əp/əb  şəklində verir və  şiddətləndirmə  ədatı adlandırır (25,6) . 

Radlovda da biz bu sözə  ap-ak  şəklində, tamamilə “ağ” mənasında rast 

gəlirik (29,611). Bu ədat DQK-da işlənmişdir:  Ap-alaca gərdəginə 



gələgörgil. Gəlməz olsan, Baybican qızı Banıçiçəgi aldırdın, bəllü bilgil 

(12, 16). 

 ىد ﻼﺳا USLADI : anladı, “ol usladı nənqni = o, nəsnəni anladı, 

başa düşdü, xeyiri şərdən ayırd etdi”. Oğuzca, (uslar-uslamak) 


 

15

(15,310). Radlovda bu söz us  şəklində “ağıl, dərrakə, müdrüklük” 



mənalarında işlənmişdir (30,1741). Budaqovda bu sözə us şəklində, “məna, 

anlayış, ağıl, təmkin” mənalarında rast gəlirik (25,139). ES-də isə bu sözün 

geniş  mənaları izah olunaraq, onun oğuz və  qıpçaq abidələrində  işləndiyi 

qeyd edilir. ES-ə görə bu sözə    qıpçaq abidələrində  us  və  es  şəklində 

təsadüf olunduğu halda, oğuz abidələrində es variantına rast gəlinmir (31, 

606-607). DQK-da us sözü “ağıl, düşüncə, dərrakə, zəka” mənalarında 

işlənmişdir:  Mərə, dini yoq əqilsiz kafir! Usı yoq, dərnəksiz kafir! ; Necə 



kim bu düşi gördüm, şundan bərü əqlim – usım dərə bilmən ( 12,178). 

ﮏﻧا ANQ : “yox, deyil” deməkdir. Oğuzcadır. Bir şeyi etmək 

üçün əmr alan adam “anq-anq” desə, “yox-yox” deməkdir. ( 15, 114; ) 

DTS-də bu sözə sağır nun-la aŋ  kimi, inkar ədatı  şəklində rast gəlirik ( 

26,46). ES-də    verilən qeydə görə türk dilində (Türkiyə türkcəsində) bu 

sözün təqribən Mahmud Kaşğarinin verdiyi semantikaya yaxın mənaları 

işlənilir: “təəccüb etmək, heyrətlənmək, o yan-bu yana baxmaq, ətrafına 

baxmaq, ağzını açıb baxmaq” və s. Aŋq bol, yaxud, aŋ-taŋ bol   (31,155 ). 

Bizə elə gəlir ki, Mahmud Kaşğarinin dediyi semantika da heyrətlə “yox-

yox” deməkdir, təəccüblənməkdir. Radlova görə bu söz əŋ  şəklində 

işlənərək, nida halında “hm!, yaxşı!” mənalarını bildirir ( 29,709). 

جوا UÇ :  Bir şeyin tükənməsi. Oğuzca. “Boyda nə uç bar = 

boyda, xalqda çoxluğu səbəbilə tükənmə yoxdur” ( 15,118). ES-ə görə 

bu fonetik variantda demək olar ki, ancaq oğuz qrupu dillərində  işlənir. 

Digər fonetik variantlarda (məsələn, uş/öç/uj və s.), amma bu semantikada 

digər türk dillərində  də  təsadüf edilir (31, 611). DTS-də “son, zirvə, 

sərhəddə yaşayan xalq” mənalarında təsadüf olunur  (26, 603). Radlovda bu 

sözə uç şəklində, “uc, kəskin uc, əvvəl, önün sonu” və s. mənalarında rast 

gəlirik (30, 1719). Budaqova görə Azərbaycan dilində bu söz uc, Kazan 

tatarlarının dilində  uç/uc, qırğız dilində  , başqırd dilində  us  şəklində, 

“son, zirvə, yuxarı” mənalarında işlənir (25,114). ES-də isə “son, yuxarı, 

qıraq” mənalarında təsadüf olunur (31, 611). Hər iki mənbədə bu məzmun  

bu  və ya digər mənada Mahmud Kaşğarinin semantikası ilə üst-üstə düşür. 

DQK-da bu sözə “son, tərəf, axır” mənalarında təsadüf edirik: Bu yağının 



bir ucın mana bir ucın sana – dedi; Dəmir qapu Dərvəndəki dəmir qapuyi 

dəpüb alan altmış tutam ala göndərinin ucında ər bəgürdən Qıyan Səlcuk 

oğlı  Dəli Dondar çapar yetdi; Gəlimlü, gedimlü dünya! Axır – son ucı 

ölümlü dünya  (12,178).  

ﺮﻏا  OĞUR :  xeyir, bərəkət. Oğuzca. Yolçuya “ yol oğur 

bolsun” deyilir ki, “yol uğurlu olsun” deməkdir. Bu, yalnız yolçuluq 


Yüklə 212,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə