Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu



Yüklə 212,5 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix06.05.2018
ölçüsü212,5 Kb.
#42892
1   2   3   4   5   6   7   8   9

 

10

ifadələrini işlədir. Bu fikir bir daha oğuzların olduqca böyük ərazidə 



yaşadıqlarını göstərməklə  bərabər, eyni zamanda onların bir-birlərindən 

leksik-qrammatik və digər  xüsusiyyətlərə görə də fərqləndiyini bildirir. Bu 

mənada, Kaşğari “Divan”da bilavasitə Azərbaycan oğuzlarının adlarını 

çəkməsə  də, bizə elə  gəlir ki, hər halda dolayısı yolla Azərbaycan 

oğuzlarının da dil faktlarına toxunmuşdur. Akademik M.Şirəliyevin də 

müəyyən araşdırmalardan sonra belə bir qənaətə gəlməsi fikrimizi bir daha 

təsdiq etmiş olur: “Doğrudur, Mahmud Kaşğari “Divan”ında Orta 

Asiyadakı türk dillərindən bəhs edir və  Xəzər dənizinin o biri sahilində 

yaşayan xalqların türk dilləri, yəni Qafqazda mövcud olan türk dilləri yada 

salınmır. Lakin “Divan”da oğuz-qıpçaq dillərinə aid  olan materiallar 

imkan verir deyək ki, qeyd olunan bir sıra əlamətlər Azərbaycan dilinə də 

xasdır”(32).   



           I  fəslin ikinci bölməsi “Türk dilləri, onların Mahmud Kaşğari 

tərəfindən coğrafi və elmi bölgüsü. Mahmud Kaşğari oğuz dili  və onun 

xüsusiyyətləri haqqında” adlanır. Bu bölmədə göstərilir ki, Mahmud 

Kaşğari  “Divan”da    türk xalqları, onların yerləşdiyi coğrafi məkan, bu 

xalqların etnik, etnoqrafik xüsusiyyətləri, adət-ənənələri və s. haqqında nə 

qədər bəhs etsə  də, bu əsəri yazmaqda onun məqsədi ilk növbədə türk 

dilləri barəsində  məlumat vermək, onun leksik zənginliyini göstərmək və 

ən  əsası türk dillərini  ərəb dünyasına təqdim etməkdən ibarət olmuşdur. 

“Divan”da biz qıpçaq, oğuz, yağma, çigil, uğraq, çaruq, qay, yabaqu, tatar, 

basmıl, suvar, bulğar, toxsı, arğu və sairə xalqların geniş dil mənzərəsi ilə 

rastlaşırıq. Tədqiqatçıların qeydinə görə, Mahmud Kaşğari fonetik-

morfoloji xüsusiyyətlərinə görə türk dillərini iki qrupa bölür : “Şərq qrupu 

və  qərb qrupu. Şərq qrupuna çigillərin, toxsıların, yağmaların, Kaşğarın 

şəhər əhalisinin və Maçinə qədər olan başqa tayfaların, xaqaniyyə türkcəsi, 

qərb qrupuna isə yeməklərin, qıpçaqların, oğuzların, peçeneqlərin, 

bulqarların, süvarların, Rumdan şərqdə yaşayan digər tayfaların dilləri 

daxildir”(27,14). Mahmud Kaşğariyə görə dillərin  ən asanı  oğuzların,  ən 

doğrusu isə toxsı ilə yağmaların dilidir. Onun fikrincə, İrtış, İla, Yəmar, Etil 

çayları boyunca yaşayan xalqların dili də doğru türkcədir. Mahmud Kaşğari 

bu irmaqlar boyu yaşayan dillərin  ən gözəli kimi Qaraxanilər dövlətinin 

tərkibində yaşayan insanların dili olan xaqaniyyə türkcəsini göstərir. 

Beçeneq, süvar, bulqar dillərinə gəlincə isə Mahmud Kaşğari onların leksik 

vahidlərinin sonlarının qısaldılmış olduğunu söyləyir. Mahmud Kaşğari hər 

bir tayfanın əslində öz dili olduğunu da vurğulayır. Məsələn, onun qeydinə 

görə, qay, tatar, yabaqu, basmıl, çomul boylarının hər birinin öz dili vardır. 



 

11

Böyük türkoloq uyğurların da öz türkcə bir dilləri olduğunu söyləyir. Lakin 



bütün bunlara baxmayaraq, Mahmud Kaşğari bütün türk tayfalarının 

türkcəni də  gözəl bildiklərini göstərir. Mahmud Kaşğari türkcə dedikdə 

xaqaniyyə türkcəsini  əsas götürməklə, bütün bu tayfalar arasında 

ümumünsiyyət vasitəsi olan ədəbi dil anlayışını nəzərdə tutur (9,16). Qeyd 

etmək lazımdır ki, böyük türkoloq bu sözü əsər boyu dəfələrlə 

təkrarlamaqla, bu barədə öz fikrini qəti şəkildə bildirir. Məsələn, o, yazır: 

“Köçəri xalqlardan olan çomul boyunun dili ayrıdır, lakin türk dilini yaxşı 

bilirlər. Kay, yabaku, tatar, basmıl boyları da belədir. Hər boyun 

özünəməxsus ayrı ləhcəsi olsa da türkcə gözəl danışırlar”(15,104).   

 Ümumiyyətlə, Kaşğari  ən təmiz dil kimi  heç bir dillə qarışığı 

olmayan dili nəzərdə tutur: “Ən təmiz və doğru dil yalnız bir dil bilən

farslarla qarışmayan və  əcnəbi ölkələrə gedib-gəlməyən adamların 

dilidir”(15,103). Tərkibində digər dillərin leksik vahidləri olan türk dilləri 

isə onun nöqteyi-nəzərinə görə, əsasən şəhərlilərin dili və fars dilinə qarışan 

dillərdir: “İki dil bilən  şəhərlilərlə oturub-duran adamların dili 

nöqsanlıdır”(15,103). Belə dillərə o, soğdaq, gəncək, arğu boylarının, 

xotən, tübüt , tanqut xalqlarının,  Balasağun, Tiraz, Beyza və  İsbicabdan 

Arğuya qədər olan bütün şəhərlilərin dilini daxil edir.  

 Prof. 

Ə.N.Nəcibə görə, Mahmud Kaşğari öz “Divan”ında 31 türk 



dialektinin adını  çəkir (26,33). Biz isə apardığımız tədqiqata  əsasən 

“Divan”da 28 adda türk dili ilə rastlaşırıq: awus (şam) bulğarca (15,130), 

arığ (çadır örtüyü) barsğanca (15,133), ökil (çox) qıpçaqca (15,142),  idhrik 

(qatı, sərt nəsnə) arğuca (15,165), öndürdi ( Tənqri ot öndürdi= Tanrı bitki 

bitirdi, ol anı  əwgə öndürdi=o, onu evə yönəltdi) uyğurca (15,264), koç 

(qoç) oğuzca (15,337) , aba (ana) oğuzca. Karluk türkmənləri bu sözü p ilə 

deyirlər (15,151), otluk (yemlik, axur) ıtlık əhalisinin dilində (15,162),  çər 

( bədənin ağırlığını bildirən bir sözdür. Ər çərləndi= adamın bədəni 

ağırlaşdı) xaqaniyyə dilində (15,338), sipüt (qara bibər və istiot kimi 

yeməyə vurulan ədviyyat) kaşğarca (15,363), karıt (söymək) türkməncə 

(15,363), çüşək (ot, çəmən) soğdca (15,389), kəstər ( saxsı) uç dilində 

(15,446), çaxşaq ( qurudulmuş qaysı və üzüm) karluqca (15,456), şin (taxt) 

çigilcə (15,143), ortan (tuman, libas) Bunu yağma elində eşitdim (15,170), 

oxşadı ( at oxşadı =at yatdı deməkdir). Bu söz  ancaq ata aiddir, başqasında 

işlənməz. Yəmək, yabaku və köçəri xalqların bəzilərinin dilincədir 

(15,307), kırnak (cariyə) yabaku, kay, çomul, basmıl,  oğuz, yəmək və 

qıpçaq dillərində (15,459), “Çigil, yağma,  toxsı, arğu, Yuxarı Çinə  qədər 

uyğur dillərində sözün kökünə ka-lı  və qalın ahəngli sözlərdə v,ğ (yəni -




Yüklə 212,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə