Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu



Yüklə 212,5 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix06.05.2018
ölçüsü212,5 Kb.
#42892
  1   2   3   4   5   6   7   8   9


AZƏRBAYCAN  MİLLİ  ELMLƏR  AKADEMİYASI                       

NƏSİMİ  ADINA  DİLÇİLİK  İNSTİTUTU 

                                   

                                                                Əlyazması  hüququnda 

 

 



 

YAQUT  SABİR  QIZI  QULİYEVA 

    

         MAHMUD KAŞĞARİNİN “DİVANÜ LÜĞAT-İT-TÜRK ”  

                                 ƏSƏRİNDƏ  OĞUZ  LEKSİKASI  

                        

                                        10.02.06 – Türk dilləri 

 

 



           filologiya  üzrə fəlsəfə doktoru elmi dərəcəsi 

                        almaq üçün təqdim edilmiş dissertasiyanın 

 

                                 



                                       A V T O R E F E R A T I 

 

                 

 

 

  



 

 

 



 

 

      



 

 

              BAKI – 2011 




 

2

Dissertasiya Bakı Dövlət Universitetinin Türkologiya 



kafedrasında yerinə yetirilmişdir. 

 

 

 

 

 

 

                                                 

Elmi rəhbər:

          



Tofiq İsmayıl oğlu Hacıyev 

                              



AMEA-nın müxbir üzvü , 

                              

 filologiya elmləri doktoru,  

                              

 professor   

                    

 

 

 



 

Rəsmi opponentlər: 

Roza  Hüseyn  qızı Eyvazova

 

                                    filologiya elmləri doktoru 



 

 

 



 

Ramiz  Baxşəli oğlu Əskərov 

                                    filologiya elmləri doktoru 

 

Aparıcı müəssisə: 

AMEA-nın Məhəmməd Füzuli adına  

Əlyazmalar İnstitutunun Türkdilli 

əlyazmaların tədqiqi şöbəsi 

 

     Müdafiə”_22__” noyabr___ 2011-ci il saat _________-da Azərbaycan Milli 

Elmlər Akademiyası  Nəsimi adına Dilçilik İnstitutunun nəzdində filologiya 

elmləri doktoru və filologiya üzrə  fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 

təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının 

(D.01.141) iclasında keçiriləcəkdir. 

 

    Ünvan: Bakı, Az-1143, H.Cavid prospekti 31, V mərtəbə, AMEA Nəsimi 



adına Dilçilik İnstitutu. 

 

    



  Dissertasiya ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi 

kitabxanasında tanış olmaq olar. 

 

      Avtoreferat  __________ _________________ 2011-ci ildə göndərilmişdir. 



 

 

 



D.01.141 Dissertasiya Şurasının 

elmi katibi, filologiya elmləri doktoru, 

professor :                                                                                    Q.İ.Məşədiyev 


 

3

İŞİN  ÜMUMİ  SƏCİYYƏSİ 



 

 

Mövzunun aktuallığı:  XI yüzildə yaşayıb-yaratmış dahi türkoloq 

Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri türk xalqlarının ən böyük 

abidələrindən biridir. Bu abidə türk xalqlarının təkcə etnik, etnoqrafik 

xüsusiyyətlərini, poetik düşüncə  tərzini  əks etdirmək, ümumiyyətlə, türk 

xalqları haqqında ensiklopedik bilik verməklə deyil, onların dil 

xüsusiyyətlərini dünyaya bəyan etməklə  nəhəngdir. Bu dil faktları 

“Divan”da elə bir incəliklə, elə bir elmiliklə izah olunaraq ipə-sapa düzülür 

ki, bu kitabla tanış olan hər bir kəs türk dillərinin qüdrətini və ehtişamını 

aydın  şəkildə  təsəvvür edir. Təbii ki, əsərini qələmə alarkən məhz türk 

dillərinin bu vüsətini oxucuya çatdırmaq istəyən Mahmud Kaşğari “türk 

dilinin ərəb dili ilə atbaşı yürüdüyünü” deyərkən də məhz bu məqsədi, bu 

amalı izləyir.  

Mahmud Kaşğari öz əsərində otuza yaxın türk dilinin adını 

çəkərək, onları nümayiş etdirir. Mahmud Kaşğaridə bu dillərin arealı 

olduqca böyükdür: Çin sərhədlərindən Ruma qədər. Məhz bu linqvistik 

genişlik türk xalqlarının geniş  ərazidə yaşadıqlarını  və bu ərazilərin  ən 

qədim zamanlardan  türk torpaqları olduğunu bir daha sübut edir. Təbii ki, 

Azərbaycan  və türk dillərindən biri olan Azərbaycan dili də bu arealın, bu 

mühitin-  ümumtürk dünyasının, oğuz dünyasının tərkib hissəsidir. 

Mahmud Kaşğari “Divan”da qıpçaq, arğu, toxsı, yağma, çigil və s. dillərlə 

bərabər, oğuz dilinə  də geniş yer ayırır. Və  hətta, oğuzlara, oğuz dilinə 

digər türk dillərinə nisbətən daha artıq diqqət yetirir.  Azərbaycan dili oğuz 

dillərinə, Azərbaycan türkləri də öz etnik xüsusiyyətlərinə görə türk 

xalqlarının oğuz budağına mənsub olduqları üçün Mahmud Kaşğarinin 

oğuz dili, oğuzlar haqqında dediyi fikirlər istər-istəməz oğuz kökənli biz 

azərbaycanlılar üçün də az əhəmiyyət daşımır. Bu mənada, Mahmud 

Kaşğarinin “Divan”ında olan oğuz leksikasının öyrənilməsi Azərbaycan 

dilinin istər tarixi, istərsə də müasir leksik qatlarını araşdırmaq baxımından 

böyük  əhəmiyyət kəsb edir. Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” 

əsəri, ümumiyyətlə, türk dillərinə, eyni zamanda, oğuz dilinə    aid  əlimizə 

gəlib çatan ilk və olduqca zəngin bir mənbə olduğundan, Azərbaycan 

dilinin bu əsərlə müəyyən mənada  müqayisə edilməsi  çox mühümdür. 

Belə ki, bu müqayisə, araşdırma nəticəsində biz  Azərbaycan dilinin tarixən 

hansı köklərdən su içdiyini, sonralar isə hansı istiqamətdə inkişaf etdiyini 

görə bilərik. Mahmud Kaşğarinin “Divan”ında olan oğuz sözlərinin 

öyrənilməsi Azərbaycan dilinin qədim oğuzların və eyni zamanda, oğuz-



Yüklə 212,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə