Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu



Yüklə 212,5 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix06.05.2018
ölçüsü212,5 Kb.
#42892
1   2   3   4   5   6   7   8   9

 

4

səlcuq tayfalarının dil xüsusiyyətlərilə hansı nöqtələrdə  kəsişib ayrıldığı 



məqamları öyrənmək baxımından da aktualdır. 

Tədqiqatın məqsəd və  vəzifələri:  Tədqiqatın  əsas məqsədi   

Mahmud Kaşğarinin “Divan”da nümunə verdiyi oğuz qeydli sözləri təhlil 

etmək, onların semantik yükünü açmaq və bu sözlərin istər tarixən, istərsə 

də müasir Azərbaycan dili ilə  nə  dərəcədə  səsləşdiyini öyrənməkdən 

ibarətdir. Təbii ki, hər bir dildə bir neçə leksik qat mövcuddur. Azərbaycan 

dilinin leksik fondunda da bir neçə  mərhələ özünü göstərir. Prof.Tofiq 

Hacıyevin  qənaətlərinə görə, Azərbaycan dilində  iki oğuz qatı 

vardır(9,18): ən qədim oğuz təbəqəsi və oğuz-səlcuq leksik qatı. Məhz bu 

qatların bir-birindən ayrılmasında Mahmud Kaşğarinin “Divanü lüğat-it-

türk”  əsəri, müəyyən mənada, məhək daşı rolunu oynaya bilər. Beləliklə, 

“Divan”da oğuz  dilinə daha dərindən nəzər salmaq üçün  oğuz problemini 

araşdırmaq da vacibdir ki, bu məqsədlə də tədqiqatın qarşısında aşağıdakı 

vəzifələr durur: 

          -      “Divan”a  əsasən  türk xalqlarının və  oğuzların yaşadığı tarixi-

coğrafi məkanı müəyyən etmək; 

          -      Kaşğariyə görə  oğuzların və  oğuz dilinin ümumtürk dünyası  və 

türk dilləri arasında  hansı mövqedə dayandığını araşdırmaq; 

          - Kaşğarinin oğuz qeydli sözlərini “Divan”ın ümumi lüğət fondundan 

çıxararaq araşdırmaq. Bu sözləri  “Dədə Qorqud kitabı”nın dili ilə 

müqayisə etmək, onların semantikasına türk dilləri haqqında yazılmış digər 

lüğətlər vasitəsilə nəzər salmaq; 

        -    “Divan”dakı  oğuz qeydli sözləri Azərbaycan dili kontekstində 

araşdırmaq və bu sözlərin Azərbaycan  ədəbi dilinin inkişafında hansı 

mövqedə durduqlarını müəyyən etmək; 

         -    “Divan”dakı  oğuz qeydli sözlər və digər leksik vasitələrlə 

Azərbaycan dilinin qədim oğuz və oğuz-səlcuq qatlarına nüfuz etmək; 

-

 

   Bütün  yuxarıda deyilənlərin nəticəsi olaraq, sonda linqvistik 



nöqteyi-nəzərdən Azərbaycan tarixinə  nəzər salmaq, Azərbaycan xalqının 

və dilinin təşəkkülündə  oğuz  tayfalarının nə zamandan və  nə  şəkildə rol 

oynadıqları məqamlara münasibət bildirmək. 

Mövzunun tədqiqi tarixi: Mahmud Kaşğarinin “Divanü lüğat-it-

türk” əsəri  elm aləminə məlum olduğu gündən həmişə türkoloqların diqqət 

mərkəzində olmuşdur.  İstər Avropa, istərsə  də  Şərq alimləri “Divan”ın 

çeşidli xüsusiyyətləri haqqında saysız-hesabsız monoqrafiya, kitab və 

məqalələr yazmışlar. “Divanü lüğat-it-türk”  əsərini Azərbaycan dilinə 

çevirən Ramiz Əskər Mahmud Kaşğarinin anadan olmasının 1000 illiyi 




 

5

münasibətilə Kaşğari haqqında iki biblioqrafik göstərici çap etdirərək



dünya şərqşünaslığında əldə edilməsi mümkün olan əsərlərin siyahısını bu 

kitablarda toplamışdır (18;19). Biz bu əsərlər vasitəsilə kaşğarişünaslığın 

müxtəlif ölkələrdə hansı səviyyədə inkişaf etməsi ilə qismən də olsa tanış 

oluruq.  

Azərbaycan elmində isə Mahmud Kaşğari haqqında ilkin 

məlumatlara hələ ötən əsrin 20-ci illərinin ortalarından etibarən B.Çobanza-

dənin,  Ə.Abidin, H.Zeynallının, P.K.Jüze və b. əsərlərində rast gəlirik. 

Daha sonra 30-cu illərdə Xalid Səid Xocayev bu əsəri Azərbaycan dilinə 

çevirmiş, amma təəssüf ki, çap etdirə bilməmişdir. Ötən  əsrin 50-60-cı 

illərində bir neçə  məqaləni çıxmaq  şərtilə Mahmud Kaşğari haqqında 

demək olar ki, heç bir ciddi əsər qələmə alınmamışdır (18,114-116). 

Kaşğarinin həyat və yaradıcılığı ilə bağlı ciddi dönüş “Divan”ın 900 

illik yubileyi ərəfəsində olmuşdur. Belə ki, sovet türkoloqlarının yubiley 

münasibətilə yazıb nəşr etdirdikləri məqalələr sırasında Azərbaycan 

alimlərinin də  əsərləri yer almaqdadır. Bu əsərlər sırasında  Ə.Dəmirçiza-

dənin (6), M.Şirəliyevin (32), V.Aslanovun (23) və başqalarının  məqalələ-

rinin adlarını  çəkmək olar. Dilçilik nöqteyi-nəzərindən yazılmış bu 

tədqiqatlardan sonra alimlərimiz bu əsərlə daha yaxından maraqlanmışlar. 

Belə alimlər cərgəsində Tofiq Hacıyevin (8), Fərhad Zeynalovun (22), 

Cəfər Cəfərovun (5), Elbrus Əzizovun (7) və başqalarının adlarını 

sıralamaq olar .Təbii ki, bu məqalələrdə Kaşğarinin ilk növbədə türk dilləri 

haqqında dediyi fikirlər tədqiqat müstəvisinə  çıxarılmışdır. Kaşğari 

yaradıcılığına daha çox dilçilik nöqteyi-nəzərindən yanaşılan bu əsərlərdən 

sonra 80-ci illərdə  də bu mövqe uzun müddət öz təsirini qoruyub 

saxlamışdır. Belə ki, 80-ci illərin ortalarında Arif Rəhimov Kaşğari 

“Divan”ına dilçilik baxımından daha geniş şəkildə nəzər salaraq, “Divan”ın 

leksik tərkibi, onun Azərbaycan dili və azərbaycandilli abidələrlə qarşılıqlı 

münasibəti haqqında bir sıra silsilə  məqalələr və  nəhayət, tədqiqat işi 

qələmə almışdır (21). Lakin məlumdur ki, Kaşğari “Divan”ı özündə təkcə 

dilçilik məsələlərini deyil, türk xalqlarının həyatı, məişəti, etnoqrafiyası, 

mifologiyası, poeziyası haqqında da geniş  məlumatları ehtiva edir. Bu 

mənada, təqribən 80-ci illərdən sonra Azərbaycan alimlərinin Kaşğarinin 

yaradıcılığına olan marağı daha da genişlənmiş, təbii ki, ilk növbədə 

dilçilik məsələləri ön cərgədə durmaqla, alimlərimiz “Divan”da olan poetik 

mətnlər, etnik-etnoqrafik xüsusiyyətlər, türk xalqlarının mifoloji görüşləri 

və sairə haqqında da tədqiqatlar aparmışlar. Təqribən 90-cı illərdən etibarən 

aparılan belə  tədqiqatlar sırasında T.Quliyevin (14), A.Xəlilin (11), 



 

6

Ə.Cahangirin (4) əsərlərinin adlarını çəkmək olar. Qeyd edək ki, son illər 



Kaşğari yaradıcılığına, başqa sözlə desək, “Divanü lüğat-it-türk”  əsərinə 

maraq daha da artmışdır. 

 Azərbaycanda kaşğarişünaslığın inkişafından danışarkən Ramiz 

Əskəri və onun bu sahədə apardığı tədqiqləri ayrıca qeyd etmək lazımdır. 

Belə ki, Ramiz Əskər Azərbaycan dilçiliyi, elmi və bütövlükdə 

mədəniyyətşünaslığı qarşısında olduqca böyük bir iş görmüş, Mahmud 

Kaşğarinin  “Divanü lüğat-it-türk”  əsərini ilk dəfə olaraq Azərbaycan 

türkcəsinə çevirib çap etdirmişdir(15;16;17;). Təbii ki, bu əsərin 

Azərbaycan türkcəsinə çevrilməsinin  əhəmiyyəti olduqca böyükdür. İndi 

istər bütövlükdə Azərbaycan xalqı, istərsə də mütəxəssislər bu əsərlə daha 

yaxından və ana dilində tanış olmaq imkanı  əldə etmişlər. Amma Ramiz 

Əskər təkcə bununla kifayətlənməmiş, Mahmud   Kaşğari və onun “Divan”ı 

haqqında silsilə  məqalələr yazaraq, nəhayət, “Mahmud Kaşğari və onun 

“Divanü lüğat-it-türk”  əsəri” adlı monoqrafiyası ilə Azərbaycan kaşğari-

şünaslığını daha da zənginləşdirmişdir (18) .  

Tədqiqatın elmi yeniliyi: Azərbaycan dilçilərindən V.Məmmədə-

liyev, E.Əzizov, C.Cəfərov, A.Rəhimov Kaşğari “Divan”ının leksik 

vahidlərilə daha yaxından məşğul olmuşlar. Hər bir tədqiqatçı öz tədqiqat 

istiqamətinə uyğun olaraq, bu leksik vahidləri araşdırma müstəvisinə 

çıxartmışdır. Xüsusilə, A.Rəhimov “Divan”da olan leksik vahidlərə daha 

geniş aspektdə yanaşmış, onların semantik yükünü Azərbaycan dili 

arealında araşdırmağa cəhd göstərmişdir. Bizim tədqiqatda isə Mahmud 

Kaşğarinin “Divan”da nümunə göstərdiyi oğuz qeydli sözlər ilk dəfə    bu 

dissertasiyada ayrıca  tədqiqata cəlb olunmaqla bərabər, onların leksik-

semantik tutumu araşdırılmış  və bu sözlər Azərbaycan dili ilə, xüsusilə 

“Dədə Qorqud kitabı”nın dili ilə müqayisəli  şəkildə öyrənilmişdir. 

Dissertasiyada ilk dəfə Mahmud Kaşğarinin oğuz qeydli sözləri işığında 

Azərbaycan dilinin leksik qatında olan iki təbəqəyə - qədim oğuz  və  oğuz-

səlcuq leksik qatlarına nəzər salınmışdır. Eyni zamanda, bu dissertasiyada 

ilk dəfə Mahmud Kaşğarinin nümunə verdiyi oğuz qeydli sözlər sonrakı 

dövrlərdə türk dilləri haqqında qələmə alınmış müxtəlif lüğətlər  əsasında 

nəzərdən keçirilmiş, bu sözlərin tarixi inkişafda hansı semantik dəyişiklik-

lərə  uğradığı araşdırılmışdır. Həmçinin bu dissertasiyada ilk dəfə olaraq 

oğuz qeydli sözlərin işığında, başqa sözlə desək, linqvistik baxımdan 

Azərbaycan tarixinin müəyyən mərhələsinə də münasibət bildirilmişdir. 

 Tədqiqatın nəzəri və metodoloji əsasları:  Tədqiqatın nəzəri və 

metodoloji  əsaslarını dünya, eyni zamanda, Azərbaycan türkoloqlarının 




Yüklə 212,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə