Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu



Yüklə 212,5 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix06.05.2018
ölçüsü212,5 Kb.
#42892
1   2   3   4   5   6   7   8   9

 

7

Mahmud Kaşğari və onun “Divanü lüğat-it-türk”  əsəri haqqında söylə-



dikləri elmi və metodoloji fikirlər təşkil edir. Tədqiqatın  əsas məqsədlə-

rindən biri Azərbaycan dilinin oğuz leksik qatlarını araşdırmaq olduğundan,  

dissertasiyanın  əsas ideya mənbəyi kimi AMEA-nın müxbir üzvü, prof. 

Tofiq Hacıyevin 1983-cü ildə yazıb çap etdirdiyi “Azərbaycan dilində 

qeyri-oğuz elementləri” adlı məqaləsi qəbul olunur (9). 

Tədqiqat zamanı bir sıra qısaltmalardan da istifadə olunmuşdur: 

DLT- “Divanü lüğat-it-türk”; DQK – “Dədə Qorqud kitabı”; DTS- 

Drevnetyurkskiy slovar; ES – Etimoloqiçeskiy slovar tyurkskix yazıkov.

  

Tədqiqatın nəzəri və  təcrübi  əhəmiyyəti:    Tədqiqatdan alınan 

nəzəri müddəalar türkologiya elmində Azərbaycan dilinə  və Azərbaycan 

tarixinə olan ənənəvi baxışların müəyyən dərəcədə dəyişməsi ilə yadda qala 

bilər ki, bu da onun nəzəri əhəmiyyətini müəyyən edir.  

 Dissertasiyanın nəzəri dəyəri onun təcrübi  əhəmiyyətini də 

şərtləndirir. Belə ki, nəzəri nəticələrdən müxtəlif  əsərlərdə elmi-nəzəri 

problemlərin qoyuluşu, leksik vahidlərdən isə dərslik və tədris vasitələrinin 

yazılışı zamanı nümunə kimi istifadə etmək olar . 

 

Tədqiqatın aprobasiyası: Tədqiqat işi Bakı Dövlət Universitetinin 

Türkologiya kafedrasında yerinə yetirilmişdir. Tədqiqatın  əsas məzmunu 

dissertantın çap etdirdiyi “Mahmud Kaşğarinin oğuz dünyası” (Bakı-2010)  

adlı monoqrafik tədqiqatında, Bakı Dövlət Universiteti İlahiyyat 

fakültəsinin nəşr etdiyi “Elmi məcmuə”də, AMEA Folklor İnstitutunun 

nəşri olan “Elmi axtarışlar” məcmuəsində  və digər dərgilərdə öz əksini 

tapmışdır.  

Dissertant Mahmud Kaşğarinin anadan olmasının 1000 illik 

yubileyi ilə  əlaqədar olaraq xarici ölkələrdə keçirilmiş konfranslarda da 

iştirak etmiş, 21-22 fevral 2008-ci ildə Türkmənistan Respublikasında, 17-

19 oktyabr 2008-ci ildə isə Türkiyənin  Rize Universitetində təşkil olunmuş 

konfranslarda məruzələrlə çıxış etmişdir.  



Tədqiqatın quruluşu:  Dissertasiya giriş, üç fəsil, nəticə  və 

ədəbiyyat siyahısından ibarətdir.  

 

 

                       



 

 

 



 


 

8

DİSSERTASİYANIN ÜMUMİ MƏZMUNU 



 

 

Girişdə mövzunun aktuallığı, tədqiqatın məqsəd və  vəzifələri, 

tədqiq tarixi, elmi yeniliyi, nəzəri və metodoloji əsasları, elmi və  təcrübi 

əhəmiyyəti əsaslandırılır.  

Dissertasiyanın  I fəsli “Divan”da oğuz anlayışı” adlanır və iki 

bölmədən ibarətdir. “Türklərin və  oğuzların yaşadığı tarixi-coğrafi 



məkan.  Oğuzlar türk xalqlarından biri kimi.   Mahmud Kaşğari 

oğuzlar haqqında”  adlanan birinci bölmədə göstərilir ki, XI əsrin ikinci 

yarısında Mahmud Kaşğari  türklərin yaşadığı coğrafi  ərazini aşağıdakı  

şəkildə  təsvir edir, Rum – Bizans sərhəddindən Çinə  qədər: “Rum 

ölkəsindən tutmuş Maçinədək türk ellərinin hamısının boyu (uzunluğu) beş 

min, eni üç min fərsəx, tamamı  səkkiz min fərsəxdir”(15,104). “Bu gün 

uzunluğu beş min fərsəx, eni üç min fərsəx, cəmisi səkkiz min fərsəx olan 

türk ölkəsinin sərhədlərinin ucları Abisgün (Xəzər) dənizində birləşərək 

Rum diyarından və Özçənddən Çinə  qədər uzanır”(17,152). Prof. 

T.Hacıyevin də qənaətinə görə, türklər Ön Asiyada ən qədim zamanlardan, 

hətta  şumer dövründə  də yaşamışlar (10). Türklərin Ön Asiyada, o 

cümlədən Azərbaycan və Arran ərazilərində  ən qədim zamanlardan 

yaşamalarını prof. F. Ağasıoğlu (2) da öz əsərlərində söyləyir. Mahmud 

Kaşğari də Rumdan şərqdəki torpaqlarda türklərin daha qədimdən 

yaşadıqlarını bildirir. Səlcuqların Ön Asiyaya, daha konkret desək, Xəzər 

dənizinin qərbinə yürüşünü XI əsrlə bağlasaq, onda Mahmud Kaşğarinin 

dediyi sözlərin əhəmiyyəti bir daha aydınlaşar. Çünki Mahmud Kaşğarinin 

qələmə aldığı “Divan”ın yazılma tarixi, 1072-74-cü illər, təqribən 

səlcuqların Ön Asiyaya ilk yürüşləri olan, 1071-ci ildə baş vermiş 

Malazgird döyüşü ilə üst-üstə düşür. Bu isə o deməkdir ki, oğuz-səlcuq 

türkləri buraya yeni gəlməyə başlamış, yerli türklər isə burada daha qədim 

zamanlardan məskunlaşmışlar. Mahmud Kaşğari Rumdan şərqdəki 

torpaqlarda türklərin qədim zamanlardan yaşadığı faktını çox sadə və sakit 

şəkildə qələmə almışdır: “ Rum ölkəsinin yaxınlığından şərqə doğru tərtib 

etməklə  şərqdəki müsəlman olan və olmayan oğuz boylarının yerlərini də 

bildirdim. Rum (Bizans) ölkəsinə  ən yaxın olan boy bəçənəkdir. Sonra 

kıfçak (qıpçaq), oğuz, yəmək, başğırt, basmıl, kay, yabaku, tatar, kırkız 

(qırğız) gəlir. Qırğızlar Çin ölkəsinə yaxındırlar. Bu boylar Rum ölkəsinin 

sərhəddindən  şərqə doğru bu ardıcıllıqla məskunlaşmışlar”(15,77). 

Mahmud Kaşğari bu torpaqların sadəcə türk torpaqları olduğunu deməklə 

kifayətlənməyərək, hansı türk tayfasının  bu torpaqların hansı  ərazisində 




 

9

yaşadığını da dəqiq bildirir. “ Edhgiş  Özçənddə yerləşən bir türk oymağı 



(15,161). “Ötükən    Tatarıstan çollərində bir yer adı, uyğur elinə 

yaxındır”(15,94). “Aramut  Uyğur ellərinə yaxın  bir yerdə yaşayan bir türk 

boyu” (15,194) və s. 

 Mahmud 


Kaşğarinin “Divan”da ən geniş  şəkildə  məlumat verdiyi 

türk xalqlarından biri də  oğuzlardır. Türkoloji ədəbiyyata görə  oğuzların 

IX-XI  əsrlərdə  Sırdərya, Amudərya hövzələrində  və onlara yaxın olan 

bölgələrdə yaşadıqlarını görürük . Mahmud Kaşğari də XI əsrdə oğuzların 

əsasən bu bölgədə daha çox məskun olduqlarını bildirir.  Mahmud 

Kaşğariyə görə Sitkün, Manqışlaq, Suğnaq, Qərnağ    oğuz  şəhərləri olub, 

Xəzərin  şərqində yerləşmişlər. Amma bir qədər yuxarıda dediyimiz kimi, 

Mahmud Kaşğari türkün sərhəddini qərbdə Rum sərhəddindən başlayır. Və 

burada, Rum sərhəddində, konkret olaraq hansı tayfanın, hansı türk 

xalqının yaşadığını  dəqiq göstərir: “Bəçənək, Rum yaxınlığında yaşayan 

türk boyu...”(15,469). Kaşğari bir neçə yerdə açıq-aşkar yazır: “ Rum 

(Bizans) ölkəsinə  ən yaxın olan boy bəçənəkdir...”(15,77), “ Rum 

diyarındakı bəçənəklərə qədər...”(15,104). Böyük türkoloqun sözlərinə görə 

bəçənəklər oğuzdurlar. Mahmud Kaşğari Rum sərhəddindən danışarkən 

məhz oğuz olan beçeneklərdən bəhs edir. Mahmud Kaşğari “Divan”da 

açıq-aşkar yazır : “ Bəçənək – bir oğuz boyu. Bu söz Biçənək şəklində də 

yazılır”(15,469). Sonrakı  məlumatlarında isə beçeneklərin məhz oğuz 

olduğunu dolayısı yolla da bir neçə dəfə xatırladır: “Rum ölkəsindən  Çinə 

qədər bütün oğuzlar və köçərilər...”(15,497), “Rum ölkəsinə qədər oğuzlar, 

suvarlar və qıpçaqlar...”(17,143)  və sairə. Deməli, buradan belə bir nəticə 

çıxır ki,  Mahmud Kaşğari dövründə Rum diyarına yaxın  ərazilərdə türk 

tayfalardan  oğuzlar, oğuz tayfalarından isə beçeneklər məskun olmuşlar. 

X-XI  əsrlərdə  Şimali Azərbaycanın, başqa sözlə desək, tarixi Azərbaycan 

və Arran ərazilərinin Rum sınırına yaxın ərazilər olduğunu nəzərə alsaq, ən 

azı Arranda da məhz oğuzların və  oğuzlardan da beçenek boyunun daha 

çox məskun olduğunu söyləyə bilərik. Lakin, görünür, bu torpaqlarda 

yaşayan türklər, öz etnik və dil xüsusiyyətlərinə görə Orta Asiyada yaşayan 

türklərdən, oğuzlardan fərqləndiyi üçün Mahmud Kaşğari də onların 

üzərində  əsaslı  şəkildə dayanmamış, öz fikrini, əsasən, Orta Asiyada 

yaşayan türklərin və yeni qüvvə ilə meydana çıxan oğuz-səlcuqların üzərinə 

yönəltmişdir.   

Amma oğuzlardan danışarkən Mahmud Kaşğarinin “Divan”ın 

müxtəlif yerlərində bir qeydi bir neçə dəfə xatırlatması maraq doğurur. Belə 

ki, “Divan”ın bir neçə yerində  Mahmud Kaşğari “oğuzlardan bəziləri” 




Yüklə 212,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə