Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu



Yüklə 212,5 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix06.05.2018
ölçüsü212,5 Kb.
#42892
1   2   3   4   5   6   7   8   9

 

12

ğu), incə ahəngli sözlərdə v,k (yəni -gü) artırılır. Oğuz, qıpçaq,  bəçənək



bulğar dillərində i,s,w artırılır”(16,83), kat : yəmək, qıpçaq, kay, tatar

çomul dillərində istənilən ağacın meyvəsinə  də (kat) deyilir (17,149), 

katlandı ( yığac kaylandı=ağac meyvələndi) qıpçaq, yəmək,  oğrak 

dillərində (17,190) , nəlük (nə üçün) başqa türklərin dilində (15,391) , 

yuxarı Çinə  qədər çigil, yağma, toxsı dillərində sözlər zəmməli, Rum 

ölkəsinə  qədər oğuzlar,  suvarlar  və  qıpçaqların dilində isə  fəthəli olur 

(17,143). 

Prof.  Ə. Nəcibə görə, Mahmud Kaşğari “Divan”da yalnız bir dilə 

aid olan sözlərdən misal gətirmək məqsədilə arqu dilinə 42 dəfə, barsqan 

dilinə 6, bulqar dilinə 6, ıtlık dilinə 1, karluk dilinə 7, gəncək dilinə 17, 

qıpçaq dilinə 15, karluk türkmən dilinə 1, kıtaya (xıtay) 1, köçəyə 1, oğuza 

232, soquta 1, tübütə 2, türk dilinə 9, öz türk dilinə 5, uyğur dilinə 10, 

kaşğar dilinə  3, uç dilinə 3, xötən dilinə 1, çigil dilinə 44, yağma dilinə 5 

dəfə müraciət etmişdir.  İki dildə  işlənən sözlərdən arğu-bulğar dilinə 1, 

arğu-türkmən dilinə 1, arğu-yağma dilinə 2, barsğan – uç dilinə 1, yəmək-

yabaku dilinə 3, yəmək-yağma dilinə 1, karluk –türkmən dilinə 1, gəncək-

xötən dilinə 2, oğuz-qıpçaq dilinə 25, oğuz-arğu dilinə 2, oğuz-türkmən 

dilinə 1, tatar-yabaku dilinə 1, türk-türkmən dilinə 1 misal nümunə verir. 

Üç dilə aid olan sözlərdən isə o, arğu-karluk-yağma dillərinə 1, yəmək-

qıpçaq-oğuz dillərinə 1, yəmək-qıpçaq-suvar dillərinə 1, qıpçaq-oğuz-suvar 

dillərinə 4, qıpçaq-oğuz-öz türk dillərinə 1, qıpçaq-oğuz-yağma dillərinə 2, 

qıpçaq-toxsı-yağma dillərinə 1, toxsı-çıgıl-yağma dillərinə 1 nümunə verir. 

Üçdən çox dilə aid olan sözlərə gəldikdə isə bunların işlənmə tezliyi bir o 

qədər də yüksək deyil. Belə sözlər cəmi beşdir. Belə ki, Kaşğari bu 

dillərdən  arğu-yəmək-oğuz-toxsı-yağma dillərinə 1, basmıl-yəmək-kay-

qıpçaq-oğuz-çomul-yabaku dillərinə 1, bulğar-yəmək-qıpçaq-suvar 

dillərinə 1, qıpçaq-oğuz-toxsı-yağma dillərinə 1, qıpçaq-toxsı-tükmən-

yabaku-yağma dillərinə 1 nümunə verir (28,36-37).  

  

Prof. 


Ə.Nəcibin Mahmud Kaşğari “Divan”ı üzərində apardığı 

yuxarıdakı  tədqiqat  əyanilik baxımından bir neçə nöqteyi-nəzərdən 

maraqlıdır.  İlk növbədə bu hesablamalardan aydın olur ki, həqiqətən də, 

Mahmud Kaşğarinin elan etdiyi kimi, “Divan”da əsas leksik ağırlığı  oğuz 

dili öz üzərinə götürür. Bundan əlavə, oğuzların hansı dillərlə ünsiyyətdə 

olduğu və eyni zamanda oğuz tayfalarının etnik baxımdan hansı türk 

tayfalarıyla daha çox qaynayıb-qarışdığı da aydınlaşır. Belə ki, bu siyahıya 

əsasən, biz, Mahmud Kaşğaridə oğuzların ən çox qıpçaqlarla dil əlaqəsində 

olduğunu görürük. Bu faktı “Divan”da 25 sözün eyni zamanda həm qıpçaq, 



 

13

həm də oğuz dillərinə aid olması bir daha sübut edir. Daha sonra oğuzların 



məhz arqularla daha çox ünsiyyətdə olduğu məlum olur. Doğrudur, 

Mahmud Kaşğari həm oğuz, həm arğu dillərinə aid olan leksik vahidlərə 

cəmi 2 söz nümunə versə  də,  Əmir Nəcibə görə, Mahmud Kaşğarinin 

“Divan”ı qələmə aldığı dövrlərə qədər oğuzlarla arqular yanaşı yaşamış və 

onların bir-birinə leksik baxımdan təsiri olduqca böyük olmuşdur (28,43).  

 Mahmud 


Kaşğari “Divan”da türk dillərinin və oğuz dilinin fonetik-

morfoloji xüsusiyyətlərinin müqayisəli izahına geniş yer verir. Təbii ki, 

“Divan”ın sonrakı  səhifələrində  oğuz dilinin leksik tərkibi  əhatəli  şəkildə 

əks olunsa da, ilk səhifələrdə Kaşğarinin oğuz dilinin fonetik-morfoloji 

xüsusiyyətləri haqqında  məlumat verməsi maraq doğurur. Belə ki, bu 

məqamda tədqiqatçıların Kaşğarini həqiqətən də türkologiyada müqayisəli 

metodun pioneri adlandırmaları tamamilə yerinə düşür (27). Məsələn, 

Kaşğariyə görə oğuzlar qıpçaqlarla bərabər, sözün əvvəlində gələn y səsini 



əlif  və yaxud da c  səsinə çevirirlər. Yəni digər türklərin yolçu mənasında 

işlətdikləri yelkin, ilıq su mənasında işlətdikləri yılığ su sözlərinə oğuzlarla 

qıpçaqlar  əlkin  və  ilığ  su deyirlər. Bunun kimi, eyni zamanda, digər 

türklərin yincu dediyi sözə oğuzlarla qıpçaqlar cincu deyirlər.  

Kaşğariyə görə, oğuzlar və  qıpçaqlar həmçinin sözün əvvəlində 

gələn  m  səsini də  b-yə çevirirlər. Məsələn, türklər  mən bardum dedikləri 

halda suvarlar, qıpçaqlar, oğuzlar bən bardım işlədirlər. Həmçinin bu fikri d 

və  t  səsləri haqqında da demək olar. Belə ki, digər dillərə nisbətən oğuz 

dilində d və t səslərinin yerdəyişməsi olduqca geniş yayılmış bir hal kimi  

diqqəti cəlb edir. Kaşğariyə görə,  oğuzlar t səsini d-yə, bəzən isə d səsini 

də t-yə çevirirlər. Belə ki, oğuzlar başqa türklərin təvəy dediklərinə dəvəy

ot dediklərinə  od, eyni zamanda digər türklərin  büqdə dediklərinə    büktə

yekdə dediklərinə  yiktə deyirlər və s. Qeyd etmək lazımdır ki, bu məqamda 

böyük türkoloq bu qaydaların türk dilləri, o cümlədən, oğuz dili üçün ötəri 

bir hadisə deyil, məhz dəyişməz qanunlar olduğunu dəfələrlə  nəzərə 

çatdırmışdır. 

 

Gördüyümüz kimi, Mahmud Kaşğari bu fikirləri misallar üzrə  



bütün oğuzlara aid edir. Amma bəzən, onları ümumiləşdirib nəzəri  şəklə 

saldıqda bu fikirlərin Rum diyarına yaxın oğuzların dilinə daha çox aid 

olduğunu nəzərə çatdırır. Bu mənada, bu fonetik-morfoloji hadisələrin 

Azərbaycan oğuzcasına da aid olduğunu nəzərə alsaq, Kaşğarinin haradasa 

Azərbaycan oğuzcasını da nəzərdə tutduğunu güman etmək olar : “ Rum 

diyarındakı bəçənəklərə qədər suvar və bulğar dilləri bir çox sözlərin sonu 

kəsilib qısaldılmış türk dilidir” (15,104).  “ Sözün qısası, çigil dilindəki dh 



Yüklə 212,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə