Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu


deyirlər. Oğuzlar isə hər yemək üçün belə söyləyirlər. Oğuzların dediyi



Yüklə 212,5 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix06.05.2018
ölçüsü212,5 Kb.
#42892
1   2   3   4   5   6   7   8   9

 

18

deyirlər. Oğuzlar isə hər yemək üçün belə söyləyirlər. Oğuzların dediyi 



qaydaya uyğundur, (aşatur-aşatmak) (15,253). Bu sözün kökü -la 

bağlı olduğuna görə, bu barədə Mahmud Kaşğarinin özünün nümunə 

verdiyi  aşlıq sözünə  və onun izahına baxmaq olar. Təbii ki, -la bağlı 

DLT-də bir neçə söz öz əksini tapmışdır. Lakin Mahmud Kaşğari  kökü 

ilə bağlı olan bu iki sözü ayırmış, aşlıq və  aşattı sözlərinin ancaq oğuzlar 

tərəfindən işləndiyini göstərmişdir. Bu sözə DTS-də  aşat  şəklində, 

Mahmud Kaşğaridən gətirilən nümunə ilə onun semantikasında təsadüf 

edirik (26,63). ES-də   sözünün mənaları  sırasında “qonaq etmək, 

yedirtmək” mənası da öz əksini tapır (31,210). Budaqovda isə  sözünün 

törəmələri sırasında  aşatmaq feilinə rast gəlirik ki, bu da “yedirtmək, 

qidalandırmaq” deməkdir (25,49). Radlovda bu sözə aşat şəklində, “yemək 

vermək, yedizdirmək, qidalandırmaq” mənalarında rast gəlirik (29,591).  

Dissertasiyanın III fəsli “ Mahmud Kaşğarinin “Divanü lüğat-it-

türk”  əsərindəki oğuz leksikası  və Azərbaycan dili” adlanır və iki 

bölmədən ibarətdir. “Divan”dakı  oğuz və ümumtürk leksikası 



Azərbaycan dili kontekstində”  adlanan    birinci bölmədə göstərilir ki, 

“Divan”ın oğuz leksikası istər tarixən Azərbaycan  ədəbi dilində, məsələn, 

elə konkret olaraq “Dədə Qorqud” dastanlarının dilində və istərsə də müasir 

Azərbaycan dilində öz əksini tapmışdır. Belə ki, oğuz leksikasına aid olan 

həm “Divan”da rast gəldiyimiz, həm də “Dədə Qorqud”un dilində işlənmiş 

us, oğur/uğur, əlig, akörgən, inqək, ayruk, alma, ərməğan, qat, qoç, qurt, 

tamur, qoşnı/qonşu, kələcü, çapıtğan, savaşdı, çaldırdı, çalturdı, bəkləndi, 

yazdı, yas, sordı, bağırdı, buyurdı, dədə, dəvə, dəli, qonakladı, sınquk, 

dərin, ağıl və s. kimi sözlər  dediklərimizə sübut ola bilər. “Divan”da oğuz 

leksikasına aid olan bəzi sözlər Azərbaycan dilinə aid bəzi abidələrdə  və 

həmçinin Azərbaycan dilinin müxtəlif dialekt və  şivələrində  də 

işlənməkdədir. Bu faktlar bir daha sübut edir ki, Mahmud Kaşğarinin 

göstərdiyi və göstərmədiyi oğuz leksikası Azərbaycan dilinin leksikasında 

mühüm rol oynamışdır.  

Lakin Mahmud Kaşğarinin oğuz leksikasına aid etdiyi sözləri 

Azərbaycan dili ilə tutuşdurduqda qarşımızda yeni mənzərə açılır, 

Azərbaycan dilində daha qədim oğuz leksik qatının olması faktı üzə çıxır. 

Belə ki, biz azərbaycanlılar səlcuq oğuzları kimi, başqa sözlə desək, 

Mahmud Kaşğarinin “Divan”ındakı oğuzlar kimi bən deyil mənaba deyil 

ana,  ata,  kayır deyil qum,  kələçü deyil söz,  ayıt deyil dedi,  kardı deyil 

qatdıqatdı-qarışdırdıbalık deyil palçıqtaşıktı deyil çıxdıçümğük deyil 

qarğa  və s. deyirik. Eyni zamanda biz  böyük türkoloqun oğuzlara aid 



 

19

etdiyi sözlərin böyük əksəriyyətini – aluk, ikit, anq,  ujlanq, arsu, arsalık, 



inqir, sögüş, büküm, kübənsındu, kündi, süyran, çümğük, sürçük, künçük, 

təgirmək, küvürgən, tubuldu, karturdı, yuş, yerdəş, muş, kovuz, küvük, 

bayık, yüligü, baynak, kibə, kova, minqar, yengəc, təngəlgüc  və s-ni 

dilimizdə  işlətmirik. Lakin maraqlıdır ki, “Divan”da Kaşğarinin nümunə 

verdiyi oğuz qeydli sözlərin əksəriyyətinə bu gün Azərbaycan dilində deyil, 

məhz Anadolu türklərinin dilində təsadüf edirik.  

Amma Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk”  əsərində 

yüzlərlə  və  bəlkə  də minlərlə, yanında heç bir dilə  mənsubluğu qeyd 

olunmayan sözlər vardır ki, biz bu gün də  həmin sözləri qeydsiz-şərtsiz 

başa düşür, eynilə Mahmud Kaşğarinin semantikasında olduğu kimi 

dilimizdə işlədirik. Belə sözlərə misal olaraq bəzilərini göstərə bilərik: ərük 

(  ərik), oğul, üzüm, ölüm, ertə, ördək,  ərlik, axsaq, armut, alma, oğlaq, 

ayran,  bir, tər, köç, bit, əsdi (külək), eşdi (qumu), oxşadım (mən anı 

oxşadım), oğurluğ, örtildi (göy örtüldü), uçurdı (quş), içtürdi (ol manqa su 

içtürdi), öpdürdi, oyuldı (yer), boz, toz, tuz, tiz (diz), buz, söz, tiş (diş), bel, 

tul (dul qadın), qol, göl, yer, yol, yel  və s.       

 Beləliklə, yuxarıda deyilənlərdən bir daha aydın olur ki, istər 

qədim, istərsə  də müasir Azərbaycan dili özündə  oğuz dilləri qrupunun 

elementlərini daha çox əks etdirərək, bu xüsusiyyətlərə görə müasir 

tədqiqatçılar tərəfindən türk dillərinin oğuz dili qrupuna aid olunsa da

əslində  oğuz dilinin oğuz-səlcuq yarımqrupu ilə  bərabər, bu dilin qədim 

qatlarını özündə ehtiva edir. 

             III  fəslin   “Duvan”dakı  oğuz leksikasının Azərbaycan dili  

tarixində yeri” adlı ikinci bölməsində göstərilir ki, Azərbaycan 

türkoloqları haqlı olaraq elə ilk baxışdan, adi müqayisələrdən də 

göründüyü, nəzərə çarpdığı üçün Azərbaycan türklərini-oğuzlarını Orta 

Asiya oğuzlarından fərqləndirmişlər. Məsələn, xalq yazıçısı Anar “Dədə 

Qorqud” oğuzlarından danışarkən elmi məntiqin və faktların gücünə 

əsaslanaraq yazır: “Bəzən ümumi oğuz anlayışı “Kitabi-Dədə Qorqud”da 

haqlarında bəhs edilən oğuzlarla tam eyniyyət təşkil etmir. Müvafiq 

mətnlərlə tanış olduqda aydın görürsən ki, runik daş abidələrdə öz 

həyatlarını  əks etdirmiş “Orxon  oğuzlarıyla”, nəğmələri, zərb-məsəlləri, 

rəvayətləri, “Divanü lüğat-it-türk”də toplanmış  oğuzlarla, X əsrin  ərəb 

diplomatı  İbn Fədlanın Volqa boyunda rastlaşdığı, məişətlərini, adətlərini 

müfəssəl və müəyyən ifratla, ikrahla təsvir etdiyi oğuzlarla, hətta Xivəli 

Əbülqazi xanın “Şəcəreyi-tərakimə”sində tarixləri qələmə alınmış oğuzlarla 



Yüklə 212,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə