BABA MƏHƏRRƏMLİ
E.V.Sevorty
anın, sonradan isə L.S.Levitskayanın rəhbərliyi
il
ə nəşr edilən 7 cildlik “Türk dillərinin etimoloji lüğəti”
(ЭСТЯ) öz mükəmməlliyi ilə seçilir. Bu lüğətin önəmli
t
ərəfi odur ki, lüğətdə, əsasən, ümumtürk leksikası əhatə
olun
muşdur. Ancaq burada da bəzi türk sözlərinin kökü yad
dill
ərlə əlaqələndirilir, türk mənşəli sözlərin genezisi çin,
monqol v
ə ya İran dilləri ilə bağlanır. Bu lüğətdə ayrı-ayrı
türk dill
ərinin spesifik leksikası tam əhatə edilməmişdir.
T
əəssüflə qeyd edirik ki, Azərbaycan uzun müddət
türkologiyanın mərkəzi hesab olunsa da, Azərbaycan di-
linin kompleks etimoloji lüğəti hazırlanmamışdır, halbuki
buna böyük ehtiyac var. Etimologiya dilin tarixi keç
mişini,
q
ədimliyini, qədim dil əlaqələrini üzə çıxardır. Hər bir türk
xalqının işlətdiyi sözün tarixi həmin xalqın özünün tari-
xidir. Az
ərbaycan dilinin etimoloji lüğətinin hazırlanması
h
əm də strateji məsələdir.
H
ələ XIX əsrin ikinci yarısında A.Vamberinin yaz-
dığı türk dillərinin ilk etimoloji lüğətində söz kökləri oxşar
fonovariantlarla t
əqdim olunmuşdur (EWTTS, 20-228). Bu
c
əhət həmin lüğətin ən müsbət tərəflərindəndir. V.Q.Yeqo-
rovun t
ərtib etdiyi “Çuvaş dilinin etimoloji lüğəti”ndə çu-
vaş dilinin kök sözlərinin dərin etimoloji təhlili əvəzinə,
şərh edilən sözün müxtəlif türk dillərindəki fonetik vari-
antları və mənaları verilir (ЭСЧЯ, 20-355).
G.Klausonun “XIII
əsrəqədərki türk dillərinin etimo-
loji lüğəti” türk dillərinin orta əsrlərə aid geniş dil mənzərə-
sini t
əqdim edir (GC, 30-900). Lüğətin üstün cəhətlərindən
biri veril
ən sözlərin kökünün qədim türk qaynaqlarına əsa-
s
ən müəyyənləşdirilməsidir. Həmin lüğət zəngin dil fakt-
50
TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI
larına görə çox qiymətlidir. Bu lüğətin müsbət cəhətlə-
rind
ən də biri orada bəzi ölü söz köklərinin verilməsidir.
Bir çox etimoloji t
ədqiqatlarda monqol dillərinin türk
dill
ərindən daha qədim olduğu iddia edilərək, monqol və türk
dill
ərindəki ortaq sözlərin rekonstruksiyası zamanı monqol
dilind
əki faktlara üstünlük verilir. Moskvada nəşr edilən 7
cildlik “Türk dill
ərinin etimoloji lüğəti”ndə bu cür iddialar
onlarladır. Yəni türk və monqol dillərindəki ortaq sözləri,
analoji lekseml
əri, dil paralellərini ya türk, ya da monqol
alınması kimi izah etmək tarixilik və genetiklik baxımından
düzgün deyil, çünki bu dill
ərin ən azı iki min illik əlaqəsi var
v
ə onlar bir kökdən olduğuna görə ortaq leksik laya malikdir.
Müasir türkoloji t
ədqiqatlar dünya dilçiliyinin son
nailiyy
ətlərinin, yeni metodlarının tətbiqinə əsaslanmalıdır.
Fikrimizc
ə, türk dillərinin etimoloji araşdırmalarında vax-
til
ə F.de Sössür tərəfindən yaradılmış larinqal nəzəriyyədən
daha çox istifad
ə olunmalıdır. Bu nəzəriyyəyə görə, tarixən
dilarxası samitlərin dilönü samitlərə keçidi baş vermişdir.
Qrimm qanunu da bu ideyanı dəstəkləyir (302). Doğrudur,
bu n
əzəriyyələr daha çox hind-Avropa dillərinə aid edilir.
Ancaq türk dill
ərində də həmin nəzəriyyələrin tətbiqi yeni
dil fakt
larının aşkarlanmasına səbəb ola bilər. Azərbaycan
dilçiliyind
ə F.Ağasıoğlunun bu istiqamətdəki araşdırmaları
(3, 213-216) t
əqdirəlayiqdir. Bəzi türk dillərinə aid qısa
etimoloji lüğətlər nəşr edilsə də, bu lüğətlərdə həmin türk
dill
ərinin əsas söz bazası öz əksini tapmamışdır. A.Məm-
m
ədovun fikrincə, etimoloji təhlil nə qədər daha dərin qat-
ları əhatə etsə, etimonun kökü və strukturu haqqında
t
əsəvvür bir o qədər effektli və real olacaq (206, 14). Ancaq
51
BABA MƏHƏRRƏMLİ
türk dill
ərinə aid ayrı-ayrı etimoloji lüğətlərdəki təhlillər
dilin d
ərin qatlarını əhatə edə bilməmişdir.
Dilçilikd
ə söz köklərinin mənşəyi məsələsi ilə bağlı
fikirl
ərdə subyektiv baxışların olması təbii haldır. Bəzən bi-
z
ə milli mənşəli kimi görünən söz kökləri bir çox alimlər
t
ərəfindən alınma hesab edilir. Məsələn, V.V.İvanov türk
dill
ərində ən qədim feillərdən biri sayılan yap- feilinin toxar
dilind
əki up- “etmək” feilindən alındığını iddia edir. O,
q
ədim Anadolu dillərinə aid toxar dilində ya-, luv dilində
aya, xett dilind
ə iya- “etmək” köklərinin homogen olduğunu
göst
ərir (159, 261). Nostratik istiqamətli araşdırmalar da xa-
lis türk m
ənşəli hesab edilən sözlərin çoxunun ortaq, vahid
protodil
ə məxsusluğunu sübut edir. Ümumiyyətlə, ölü dil-
l
ərdəki faktlarla türk dillərindəki söz köklərinin müqayisəsi
dil tarixi üçün z
əngin material verir. Türkologiyada aparılan
eti
moloji araşdırmalarda bəzən məlumat qıtlığı dəqiq nəticə-
l
ər əldə etməyə imkan vermir. Məsələn, Azərbaycan dilin-
d
əki damcı, türk dilindəki damla, çuvaş dilindəki tamla
sözünün kökü müasir monqol dilind
ə tam formasındadır.
İndi də Azərbaycan dlində dam- feili müstəqil morfem kimi
işlənir, halbuki B.M.Yunusəliyev bu kökün məhz monqol
dilind
ə mühafizə olunduğunu iddia etmişdir (295, 75).
Tarix
ən baş verən səs keçidlərinin fonoloji mahiyyə-
tini düzgün d
əyərləndirmək üçün yazılı qaynaqlardan başla-
yaraq günümüz
ə qədər inkişaf yolu keçmiş sözlərin etimo-
loji t
əhlilini aparmaq lazımdır. Türk dillərinin kök sözlərini
dünya dill
ərinin ortaq söz köklərində baş verən proseslər-
d
ən kənarda araşdırmaq lazımı nəticə vermir, çünki dünya
dill
ərində ortaq söz kökləri mövcuddur. Buna görə də türk
dill
ərinin kök leksik layının morfoloji, fonosemantik inki-
52
Dostları ilə paylaş: |