Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   13   14   15   16   17   18   19   20   ...   102

_________Milli Kitabxana_________ 
 
51
 
riyasət və böyüklük istəməyi erməni böyüklərinin xoşuna gəlmə-
di. Ölüm kağızları yazdılar. Öldürmək fikrinə düşdülər. Mərhum 
Məmmədqulubəyi Peterburqdan gələndən bəri gözləyirlərdi ki, 
hər nə cür olsa öldürsünlər. Mərhum işin bu cəhətini çox yaxşı 
bilirdi. Bunu bilə-bilə yenə istəyirdi ki, vəkilliyini buraxıb Parisə 
getməyə, oradan millətinə özgə yolda xidmət etməyə məcbur ol-
du. O aşiqi-millət, o möhübbi-xidmət etmək istəyirdi ki, öz bacısı 
oğlunu və özgələri Parisə  təhsilə aparıb, bu barədə qafqazlılara 
bir qapı açsın. İstəyirdi ki, Qafqazdan tələbə getməyə vasitə olub 
bir dairə içində  sıxışıb qalan müsəlmanlara o mənbəyi-fənn və 
hünəri tanıtdırsın.  İşdə  məhz bu fikrə xidmətlə  keçən avqustun 
25-də İrəvanı tərk edib Tiflisə getdi. Orada bir neçə gün qalandan 
sonra bacısı oğlu Heydərlə Batuma getdi ki, gəmiyə minib oradan 
da Parisə yollansın. Batumda gəmi biletini alıb bir saat sonra yola 
düşməyə müntəzir oldu. Bu arada dostlarına açıq məktub yazmaq 
istədi. Bir dükandan bir neçə açıq məktub alıb bəzi dostlarına bu 
sözləri yazdı: “Batumdayıq, bilet aldıq, bir səat sonra Firəng gə-
misinə minəcəyik. Vətənim mənim heç vaxt yadımdan çıxmaya-
caqdır. Xidmət bir yer ilən deyil, insanın özü ilədir...” 
Bu axırıncı məktublarını cibinə qoyub poçta qutusuna burax-
mağa və oradan yemək yeməyə gedənəcən istədi ki, erməni milli 
komiteti tərəfdən gondərilən üç məlun erməni gizləndikləri diva-
rın küncündən qəflətən çıxıb, o fədakari-milləti xəncərlər ilə par-
ça-parça doğrayıb qaçdılar. İştə yüzlərcə illərdə İrəvan quberniya-
sının təkcə meydanə çıxardığı, bütün qafqazlıların fəxr edəcəkləri 
bu həmiyyəti-nücəssəm, bu nuriçeşmi-millət hənuz 41 yaşında 
ikən bir neçə xaini-dinin ədu  əkbərin kövrək xəncərləri altında 
şəhid edildi. 
Məmmədqulubəy xalis doğru bir müsəlman idi. Mükəmməl 
bir insan idi. Şəhidi-cənnətməkanın doğranan mübarək vücudu iki 
günə  qədər Batumda qaldıqdan sonra sentiyabrın birində Batum 
müsəlman konsulluğunun, bəyzadələrinin, ümummüsəlman ca-
maatının təşyeyi ilə Tiflisə göndərildi. Tiflis camaatı  mərhumun 
cənazəsini çox artıq ehtiramla Tiflis vağzalında istiqbal etdilər


_________Milli Kitabxana_________ 
 
52
 
Oradan böyük bir cəmiyətlə məscidə aparıb, sentyabrın 2-də mü-
səlman qəbristanlığında öz bacısının
1
 yanında xaki-qüfranə-qərar-
gahi əbədisinə təslim etdilər. Cənabi-həqq mərhumə rəhmət ğar-
daşı-bacısı yerində olan ümum müsəlmanlara mətanəti-qəlbi-la-
zımə mərhəmət ehsan etsin...”[95-2] 
Erməni komitəsinin və terrorçularının əvvəlcədən planlaşdır-
dığı qətl beləcə həyata keçirilmiş, xalqımızın maarifpərvər ziyalı 
oğlunu arzularına çatmaqdan mərhum etmişdir. 
 
Məmmədqulubəy barədə bir kiçik xütbə (çıxış) 
 
Əzizim, dostum, Məmmədqulubəy! Ruhun möhtab olmasın, 
vücud zahirənnəzərdən qaldısa. Nam müqəddəsin idi qalacaqdır. 
Heç məyus olma, millət yolunda ölmək ilə  cənnət  əlayə girmək 
qapısını ən əvvəl sən açdın, bu zamanda şəhidi millətin fədakaran 
əmitən sərəfrazı sən oldun. O möhtərəm rəyasəti sən intisab etdin. 
Nədən mükəddər olursuz. Yolunda fəda olduğun cəmaət o qədər 
biheysiyat, binamus, bidin deyildirlər ki, səni idəltəhr yaddan çı-
xarsınlar, xeyr, xeyr. Sən cəmaətimizi o mərtəbəyə biqeyrət, bihə-
yat hesab etməzsən. Sən arxayın yat ki, sənin səyb şəhadətin adi 
müsəlman və mömin olan heç vaxt yaddan çıxarmayacaqdır.  
Ay nur çeşm millət, sən məhsun olma ki, sənin ali niyyətlə-
rin müqəddəs xəvahətlərin həyat baxış ümidlərin əmələ gəlməmiş 
qalacaqdır. Bəs nələr etmək ki, ermənilər səni şəhid etməklə niy-
yətlərinə, xəvahişlərinə mane oldular, əsla rahat yat ki, sənin hər 
damcı qanın yerinə sənin cəmaətin, sənin millətin yüz-yüz xəva-
hişini əmələ gətirəcəkdir. Yat, əziz canımız, rahət yat ki, sənin ru-
hun məzub olmağına əsla razı olmasına cıqır. Sənin bihudə tökül-
müş pak məsum qanlarından bu məmləkətdə, bu vətənümumidə 
əxut və məhəbbət sağ və əsla çıtırğı və təkamül qaları bitəcəkdir... 
Arxayın ol. Arxayın ol ki, sən həqiqətdə ölmədin, sən dünya-
dakı sağından daha artıq sağsan. Deyirəm bundan sonra hər saət 
                                                 
1
 Məhəmmədqulu bəy Kəngərli Cəlil Məmmədquluzadənin həyat yoldaşı 
Nazlı xanımın qardaşıdır.Tiflisdə bacısının məzarənın yanında dəfn edilmişdir. 


_________Milli Kitabxana_________ 
 
53
 
gözümüzün önündən, qəlbinizin içindən. Bu barədən bizdən əmin 
ol da yolun kit-kit qərarına həkk olan ərvah şəhidliyə qovuşanlara 
de ki, “millətimin təqsirini bağışlayın, çoxdan sizi yalqız qoymuş-
dular. Neçə illərdir sizə yoldaş göndərmədilər, indi isə millətin 
oyanıbdır, mərhəmətə  gəlibdir. Öz haqlarıiə insan olduqlarını 
qanmağa başlayıblardı. Məni sizin yanınıza göndərdilər ki, millə-
timiz bu fərəhbəxş xəbərini sizə müjdə edəm. Ruhum Məmməd-
qulubəy, xatircəm ol ki, sənin xəvahişlərinin hamısını yerinə ye-
tirəcəyiz, aşəşlərinə qalmaz, qalx yuxarılara, qalx! Yüksəl ki, ye-
rin bu yerdəkilərdir, dünyaya gəliş asan deyildir. Yüksəl ki, bu-
nun da fərqi vardı. İnsanlığı özgə zövqi vardir.  
İrəvanda dünyanın hər yerindən sorağı gələn ziyalı nəsilləri 
yetişmişdir.  Onlardan XIX əsrin ikinci yarısında tanınan Mirba-
bayevlər, Bağırbəyovlar, İrəvanskilər, Topçubaşovlar, Muğanlın-
skilər, Fərəcovlar və başqa nəsillərin nümayəndələri  İrəvan qu-
berniyasında nüfuz və mövqe sahibləri olmuşdur. İrəvan Qafqaz-
da elmin, maarifin, mədəniyyətin  ən çox inkişaf etdiyi mərkəz-
lərdən biri kimi tanınmışdır. Burada 1881-ci ildən müəllimlər se-
minariyası, 3 gimnaziya, bir qadın gimnaziyası, 2 pansionat fəa-
liyyət göstərmiş, teatr tamaşaları verilmişdir. 
“Leylək” satirik jurnalı, “Bürhani-Həqiqət” bədii jurnalı nəşr 
edilmişdir.  İrəvandan çoxsaylı  gənc Avropanın, Rusiyanın məş-
hur universitetlərində təhsil almışlar. Dünya şöhrətli alim Mustafa 
Topçubaşov, akademikllər Heydər Hüseynov, Əhməd Rəcəbli, ta-
nınmış dilçi Miryusif Mirbabayev, görkəmli dövlət xadimlərin-
dən Əziz Əliyev, Maqsud Məmmədov, Həsən Seyidov, Miribra-
him Seyidov, bəstəkar Səid Rüstəmov və saymaqla qurtarmayan 
görkəmli şəxsiyyətlər İrəvan gimnaziyasinın məzunları olmuşlar. 
Adları  çəkilən bu tanınmış  şəxsiyyətlərin həyat və  fəaliyyəti 
barədə  ətraflı  məlumat almaq istəyənlər görkəmii filoloq alim, 
İrəvan ədəbi mühitinə dair çoxsaylı fundamental elmi məqalələrin 
müəllifi Əsgər Zeynalovun 1999-cu ildə “Oğuz eli” nəşriyyatında 
çapdan buraxılmış  “İrəvan ziyalıları” kitabına da müraciət edə 
bilərlər.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə