_________Milli Kitabxana_________
60
ildəki 4-cü Buraxılışın birinci şöbəsinin 284-326-cı səhifələrində
“Qoylasar kəndi və aysorilər haqqında bəzi məlumatlar” məqalə-
sində maraqlı mülahizələr söyləyir. Yazıda kəndin etimologiyası
ilə bağlı məlumatlarda Şah Abbasın İrəvanı zəbt etməsinə qədər
bu ərazidə heç bir kəndin olmaması səbəbindən burada kənd sa-
lınması, yəni kəndin əsasının qoyulması (qoyla+sar) barədə əmr
verməsindən bəhs edilir. “Qala+asar” - hasarlı şəhər və s. “Qa-
la+asar”ın həqiqətə daha yaxın olduğu söylənilir. Rus-İran müha-
ribəsi dövründə (1827) burada tatarlar (azərbaycanlılar - Z.M.)
yaşayıblar. Müharibədən sonra buraya yüz aysoru ailəsi köçürülür
və həmişəlik burada qalırlar. Bir müddət Naxçıvanda, üç il Şuşa-
da yaşadıqdan sonra İrəvan qəzasına köçür (40-cı illərdə) və ora-
da məskunlaşır, provoslav dinini qəbul edirlər. Məqalənin sonrakı
səhifələrində Qoylasar kəndinin abidələri, torpaq sahələri, əkin-
çilik, onların həyat tərzi, ev şəraiti, geyimləri, dili (öz aralarında
qədim yəhudi dilinə bənzər dildə, başqa millətlərlə Azərbaycan
dilində danışardılar), aysoruların 22 hərfdən ibarət əlifbası, atalar
sözləri (Başqasının torpağı cənnətdir, lakin vətən torpağından
yaxşı deyil; Özü sərçədir, amma qaz yumurtası yumurtlayır; Ca-
navar özü hürmür, lakin iti hürməyə məcbur edir və s.) toy, yas
və başqa mərasim qaydaları və s. haqqında məlumatlar və sonda
isə aysoru dilində mətnlər verilir [209].
İrəvan quberniyasının İrəvan qəzasında Qoylasar kəndi barə-
də 1728-ci ilə aid mənbədə Quyulu Hasar, 1988-ci ilə kimi Arta-
şat rayonunda Güləsər adlandırıldığı göstərilir. XIX əsrin I yarı-
sından Aşağı Quylasar yarandıqdan sonra Yuxarı Quylasar adlan-
mışdır və 70-ci illərdə xaricdən gəlmə ermənilər yerləşdirilmişdir.
1886-ci ildə kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən
ibarət olmuşdur [Budaqov B.Ə., Qeybullayev Q.Ə. Ermənistanda
Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti, səh. 281].
Rusiya Xalq Maarif Nazirliyinin zemski-kənd məktəblərindən
Şərur-Dərələyəz nahiyəsinin Baş Noraşendəki 1885 -ci ildə yaradı-
lan, 52 şagirdi olan 2 sinifli məktəbdə(müəllim Məmməd bəy Qa-
zıyev, Fərzəli Fərəcullabəy oğlu), Naxçıvannın Cəhri kəndində
_________Milli Kitabxana_________
61
(1885, 67 oğlan, 7 qız: 74 şagird) müəllim Molla Əli Eynalı oğlu,
Nehrəm kəndində (1885, 26 şagird) müəllimlər Cəlil Məmmədqu-
liyev, Molla Məmmədqulu Əbdülhəsən oğlu, Sadıq Xəlilov, Abbas
Kərbəlayi Orucəli oğlu, Naxçıvan şəhərində 1886-cı ildə 1 sinifli
məktəbdə 73 oğlan, 35 qız oxuyan məktəb, Ulya Noraşen kən-
dində 1 sinifli 46 oğlan oxuyan məktəb, Şaxtaxtı kəndində 1888-
ci ildə 31 oğlan-şagirdlik məktəbdə müəllimlər - İsgəndər bəy Əli-
bəyov, Axund Hacı Molla Əli Axund Molla Ələsgər oğlu, Əbdül-
qasım Sultanov, Əbülfət Ağa Şaxtaxtinski, Yengicədə 1852-ci ildə
açılmış 2 sinifli, 20 şagir oxuyan məktəbdə müəllimlər: Ələkbər
Süleymanov, Zeynalabdin Qurbanbəyov, Abdulla Kəngərlinski, İc-
timai məktəblərdən Böyük Vedidə 1883-cü ildə 30 şagird üçün
açılan məktəbdə müəllim Kərim bəy İsmayılov, Molla Məmməd
Molla oğlu Hacıyev, Balasultan Şadlinski, İmanşalıda(1883, 40 şa-
gird) Molla Əli Axundov müəllim işləmişlər. Güllücə kəndində
1885-ci ildə açılan 64 şagird oxuyan məktəbdə, Göyçə mahalının
ərazisində yerləşən Yelenovkada, Məzrə kəndində(1884, 39 şa-
gird, müəllim Molla Qurban Əhməd oğlu), Gözəldərədə və
Qarxunda (müəllim Ələsgər Qazıyev, Molla Səməd Heydərbəy
oğlu) və başqa yaşayış yerlərində məktəblər əsasən 1885-ci ildən
başlayaraq fəaliyyət göstərməyə başlamışdır.
Rus məktəblərində təhsil alanların da əksəriyyəti imtiyazlı
ailələrin (həmin məktəbin uşaqları idi, yoxsulların uşaqları isə
geniş yayılmış mollaxanalarda, məscid hücrələrində dini təhsil
alır, ərəb-fars dillərini öyrənirdilər. Azərbaycanda elmin əsasla-
rını ana dilində tədris edən məktəblər yaradıldı. Belə məktəblər-
dən biri Şuşada (1874), xeyli müddətdən sonra biri Uluxanlıda
(1880) və İrəvan şəhərində (1882, rus-tatar məktəbi) açılmışdı.
“...Azərbaycanlıların həyat, məişət və ümumiyyətlə etnoqra-
fiyasından, sakinlərin Asiya qaydasında yaşayışından” müqayisə-
lər verən “Mışak” qəzeti (1875, 13 fevral, № 6) azərbaycanlıların
əsas təhsil ocaqlarının məscid olduğunu qeyd edir. Qəzet (1888,
13 dekabr, № 142) “Türklərin təhsili haqqında bir neçə söz” sər-
lövhəli yazıda ciddi qayğıkeşlik ifadə edilmişdir. “Qonşumuz
_________Milli Kitabxana_________
62
türklər (azərbaycanlılar – Z.M.) öz təhsilləri sahəsində geri qal-
mışlar.. Onların dərsliklərini Quran və ona bənzər kitablar təşkil
edir… Quranda yazılanların heç birinin mənasını onlara izah et-
mədən əzbər tələb edirlər”.
“…Türk camaatı təhsil cəhətdən nəinki kəndlərdə, bəlkə İrə-
vana oxşar şəhərlərdə də acınacaqlı vəziyyətdədir. Belə şəhərlərdə
türk xalqının yalnız varlı təbəqəsi uşaqlarını dövlət məktəblərinə
verə bilirlər. Orta və yoxsul təbəqə bunu edə bilmir, uzun müddət
də edə bilməyəcək. Bunlara türklərin öz xüsusi məktəbləri kömək
edə bilərlər. Amma bunun üçün türklərin özlərinin azlıq təşkil edən
və hələlik zəif olan ziyalılarının təşəbbüsü lazımdır…”[174]
Azərbaycanda məktəb həyatı təhkimçilik hüququnun ləğvinə
qədər mürtəce pedaqoji ideyaların təsiri altında olmuşdu. Silkilik,
təlimin səthiliyi, mütləqiyyətə sadiq adamlar yetişdirmək o dövr
dövlət məktəblərinin başlıca xüsusiyyətlərindən olmuşdur. Çarizm
Zaqafqaziyada, o cümlədən Azərbaycanda xalq maarifinin başlıca
prinsiplərini müəyyən edərkən heç də geniş xalq kütlələrinin tələb
və ehtiyaclarını deyil, yuxarı təbəqələrin mənafeyini nəzərdə tutur-
du. Çarizm Zaqafqaziya xalqları içərisində azərbaycanlıların təhsili
məsələsinə ayrıca münasibət bəsləyir, “...müsəlman uşaqlarının tər-
biyəsinə xüsusi diqqət” yetirirdi. Bu cəhət azərbaycanlıların dini xü-
susiyyətləri ilə əlaqədar olmuşdur. Bir tərəfdən dini təfriqə nəticə-
sində əhalinin iki yerə bölünməsi (sünni və şiə), digər tərəfdən də
islam dininin ümumiyyətlə xalqı cəhalətdə saxlaması əhalinin rus və
digər xristian millətlərə yaxınlaşmasına böyük maneçilik törədirdi.
Özlərini müsəlmanların mülki və hüquqi qaydalarının biliciləri
hesab edən ruhani başçıları bu işdə xüsusilə fərqlənirdilər [127].
F.Köçərlinin “Kəşkül” qəzetinin 20 aprel 1890-cı il 104-cü sa-
yında dərc olunan məqaləsində fərəhlə qeyd edilirdi: “Bu axır
vaxtlardan bəri, demək olar ki, İrəvan müsəlmanları da gözlərini
qəflət yuxusundan açıb insanlıq, elm və tərbiyə və təqəddümə
hümmət etməkdədirlər. Belə ki, iki-üç sənə var ki, şəhərimizdə bir-
iki qaydalı və səliqəli məktəb açılıb, müsəlman balaları da sair mə-
dəni millətlərin ətfalı təkin təzə üsul ilə elm və ədəb təhsil edirlər”.
Dostları ilə paylaş: |