Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   16   17   18   19   20   21   22   23   ...   102

_________Milli Kitabxana_________ 
 
60
 
ildəki 4-cü Buraxılışın birinci şöbəsinin 284-326-cı səhifələrində 
“Qoylasar kəndi və aysorilər haqqında bəzi məlumatlar” məqalə-
sində maraqlı mülahizələr söyləyir. Yazıda kəndin etimologiyası 
ilə bağlı məlumatlarda Şah Abbasın İrəvanı zəbt etməsinə qədər 
bu ərazidə heç bir kəndin olmaması səbəbindən burada kənd sa-
lınması, yəni kəndin  əsasının qoyulması (qoyla+sar) barədə  əmr 
verməsindən bəhs edilir. “Qala+asar” - hasarlı  şəhər və s. “Qa-
la+asar”ın həqiqətə daha yaxın olduğu söylənilir. Rus-İran müha-
ribəsi dövründə (1827) burada tatarlar (azərbaycanlılar - Z.M.) 
yaşayıblar. Müharibədən sonra buraya yüz aysoru ailəsi köçürülür 
və həmişəlik burada qalırlar. Bir müddət Naxçıvanda, üç il Şuşa-
da yaşadıqdan sonra İrəvan qəzasına köçür (40-cı illərdə) və ora-
da məskunlaşır, provoslav dinini qəbul edirlər. Məqalənin sonrakı 
səhifələrində Qoylasar kəndinin abidələri, torpaq sahələri,  əkin-
çilik, onların həyat tərzi, ev şəraiti, geyimləri, dili (öz aralarında 
qədim yəhudi dilinə  bənzər dildə, başqa millətlərlə Azərbaycan 
dilində danışardılar), aysoruların 22 hərfdən ibarət əlifbası, atalar 
sözləri (Başqasının torpağı  cənnətdir, lakin vətən torpağından 
yaxşı deyil; Özü sərçədir, amma qaz yumurtası yumurtlayır; Ca-
navar özü hürmür, lakin iti hürməyə məcbur edir və s.) toy, yas 
və başqa mərasim qaydaları və s. haqqında məlumatlar və sonda 
isə aysoru dilində mətnlər verilir [209].  
İrəvan quberniyasının İrəvan qəzasında Qoylasar kəndi barə-
də 1728-ci ilə aid mənbədə Quyulu Hasar, 1988-ci ilə kimi Arta-
şat rayonunda Güləsər adlandırıldığı göstərilir. XIX əsrin I yarı-
sından Aşağı Quylasar yarandıqdan sonra Yuxarı Quylasar adlan-
mışdır və 70-ci illərdə xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 
1886-ci ildə  kəndin  əhalisi azərbaycanlılardan və ermənilərdən 
ibarət olmuşdur [Budaqov B.Ə., Qeybullayev Q.Ə. Ermənistanda 
Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti, səh. 281].  
Rusiya Xalq Maarif Nazirliyinin zemski-kənd məktəblərindən 
Şərur-Dərələyəz nahiyəsinin Baş Noraşendəki 1885-ci ildə yaradı-
lan, 52 şagirdi olan 2 sinifli məktəbdə(müəllim Məmməd bəy Qa-
zıyev, Fərzəli Fərəcullabəy oğlu), Naxçıvannın  Cəhri kəndində 


_________Milli Kitabxana_________ 
 
61
 
(1885, 67 oğlan, 7 qız: 74 şagird) müəllim Molla Əli Eynalı oğlu, 
Nehrəm kəndində (1885, 26 şagird) müəllimlər Cəlil Məmmədqu-
liyev, Molla Məmmədqulu Əbdülhəsən oğlu, Sadıq Xəlilov, Abbas 
Kərbəlayi Orucəli oğlu, Naxçıvan  şəhərində 1886-cı ildə 1 sinifli 
məktəbdə 73 oğlan, 35 qız oxuyan məktəb,  Ulya Noraşen  kən-
dində 1 sinifli 46 oğlan oxuyan məktəbŞaxtaxtı kəndində 1888-
ci ildə 31 oğlan-şagirdlik məktəbdə müəllimlər - İsgəndər bəy Əli-
bəyov, Axund Hacı Molla Əli Axund Molla Ələsgər oğlu, Əbdül-
qasım Sultanov, Əbülfət Ağa Şaxtaxtinski, Yengicədə 1852-ci ildə 
açılmış 2 sinifli, 20 şagir oxuyan məktəbdə müəllimlər:  Ələkbər 
Süleymanov, Zeynalabdin Qurbanbəyov, Abdulla Kəngərlinski, İc-
timai məktəblərdən  Böyük Vedidə 1883-cü ildə 30 şagird üçün 
açılan məktəbdə müəllim Kərim bəy  İsmayılov, Molla Məmməd 
Molla oğlu Hacıyev, Balasultan Şadlinski, İmanşalıda(1883, 40 şa-
gird) Molla Əli Axundov müəllim işləmişlər.  Güllücə  kəndində 
1885-ci ildə açılan 64 şagird oxuyan məktəbdə, Göyçə mahalının 
ərazisində yerləşən  Yelenovkada,  Məzrə  kəndində(1884, 39 şa-
gird, müəllim Molla Qurban Əhməd oğlu),  Gözəldərədə  və 
Qarxunda  (müəllim  Ələsgər Qazıyev, Molla Səməd Heydərbəy 
oğlu) və başqa yaşayış yerlərində  məktəblər  əsasən 1885-ci ildən 
başlayaraq fəaliyyət göstərməyə başlamışdır. 
Rus məktəblərində  təhsil alanların da əksəriyyəti imtiyazlı 
ailələrin (həmin məktəbin uşaqları idi, yoxsulların uşaqları isə 
geniş yayılmış mollaxanalarda, məscid hücrələrində dini təhsil 
alır,  ərəb-fars dillərini öyrənirdilər. Azərbaycanda elmin əsasla-
rını ana dilində tədris edən məktəblər yaradıldı. Belə məktəblər-
dən biri Şuşada (1874), xeyli müddətdən sonra biri Uluxanlıda 
(1880) və İrəvan şəhərində (1882, rus-tatar məktəbi) açılmışdı. 
“...Azərbaycanlıların həyat, məişət və ümumiyyətlə etnoqra-
fiyasından, sakinlərin Asiya qaydasında yaşayışından” müqayisə-
lər verən “Mışak” qəzeti (1875, 13 fevral, № 6) azərbaycanlıların 
əsas təhsil ocaqlarının məscid olduğunu qeyd edir. Qəzet (1888, 
13 dekabr, № 142) “Türklərin təhsili haqqında bir neçə söz” sər-
lövhəli yazıda ciddi qayğıkeşlik ifadə edilmişdir. “Qonşumuz 


_________Milli Kitabxana_________ 
 
62
 
türklər (azərbaycanlılar – Z.M.) öz təhsilləri sahəsində geri qal-
mışlar.. Onların dərsliklərini Quran və ona bənzər kitablar təşkil 
edir… Quranda yazılanların heç birinin mənasını onlara izah et-
mədən əzbər tələb edirlər”. 
“…Türk camaatı təhsil cəhətdən nəinki kəndlərdə, bəlkə İrə-
vana oxşar şəhərlərdə də acınacaqlı vəziyyətdədir. Belə şəhərlərdə 
türk xalqının yalnız varlı  təbəqəsi uşaqlarını dövlət məktəblərinə 
verə bilirlər. Orta və yoxsul təbəqə bunu edə bilmir, uzun müddət 
də edə bilməyəcək. Bunlara türklərin öz xüsusi məktəbləri kömək 
edə bilərlər. Amma bunun üçün türklərin özlərinin azlıq təşkil edən 
və hələlik zəif olan ziyalılarının təşəbbüsü lazımdır…”[174] 
Azərbaycanda məktəb həyatı  təhkimçilik  hüququnun ləğvinə 
qədər mürtəce pedaqoji ideyaların təsiri altında olmuşdu. Silkilik, 
təlimin səthiliyi, mütləqiyyətə sadiq adamlar yetişdirmək o dövr 
dövlət məktəblərinin başlıca xüsusiyyətlərindən olmuşdur. Çarizm 
Zaqafqaziyada, o cümlədən Azərbaycanda xalq maarifinin başlıca 
prinsiplərini müəyyən edərkən heç də geniş xalq kütlələrinin tələb 
və ehtiyaclarını deyil, yuxarı təbəqələrin mənafeyini nəzərdə tutur-
du. Çarizm Zaqafqaziya xalqları içərisində azərbaycanlıların təhsili 
məsələsinə ayrıca münasibət bəsləyir, “...müsəlman uşaqlarının tər-
biyəsinə xüsusi diqqət” yetirirdi. Bu cəhət azərbaycanlıların dini xü-
susiyyətləri ilə  əlaqədar olmuşdur. Bir tərəfdən dini təfriqə  nəticə-
sində  əhalinin iki yerə bölünməsi (sünni və  şiə), digər tərəfdən də 
islam dininin ümumiyyətlə xalqı cəhalətdə saxlaması əhalinin rus və 
digər xristian millətlərə yaxınlaşmasına böyük maneçilik törədirdi. 
Özlərini müsəlmanların mülki və hüquqi qaydalarının biliciləri 
hesab edən ruhani başçıları bu işdə xüsusilə fərqlənirdilər [127]. 
F.Köçərlinin “Kəşkül” qəzetinin 20 aprel 1890-cı il 104-cü sa-
yında dərc olunan məqaləsində  fərəhlə qeyd edilirdi: “Bu axır 
vaxtlardan bəri, demək olar ki, İrəvan müsəlmanları da gözlərini 
qəflət yuxusundan açıb insanlıq, elm və  tərbiyə  və  təqəddümə 
hümmət etməkdədirlər. Belə ki, iki-üç sənə var ki, şəhərimizdə bir-
iki qaydalı və səliqəli məktəb açılıb, müsəlman balaları da sair mə-
dəni millətlərin ətfalı təkin təzə üsul ilə elm və ədəb təhsil edirlər”. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə