Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   17   18   19   20   21   22   23   24   ...   102

_________Milli Kitabxana_________ 
 
63
 
XX  əsrin  əvvəllərində Ermənistanda yaşayan azərbaycanlı 
əhalinin geniş təbəqəsi təhsil almaqdan məhrum idi. Müstəmləkə-
çilik siyasəti yeridən çar hökuməti yerli mürtəce siniflərin kömə-
yilə Azərbaycan xalqını cəhalət və nadanlıq içərisində saxlayırdı. 
Ermənistanda azərbaycanlılar üçün birinci məktəb 1880-ci ildə 
Uluxanlı  kəndində açılmışdı. Bu məktəbdə  cəmi 22 şagird oxu-
yurdu. 1904-cü ildə cəmi 4 ibtidai məktəb açılmışdı. Bu məktəb-
lərdə isə rus məmurlarının, yerli bəy, xan, tacir və mülkədarların 
uşaqları oxuyurdular. Sonrakı illərdə  də Ermənistsanda azərbay-
canlı məktəbləri çox zəif inkişaf etmişdi. 1914-1915-ci illərədək 
İbadulla bəy, Mirzə Cabbar, Mirzə Rza, Mirzə Qafar, Mirzə Əli 
və başqaları tərəfindən 500-dək şagirdi əhatə edən cəmi 30 ibtidai 
məktəb açılmışdı. Həmin məktəblərlə yanaşı heç proqramı və təd-
ris planı olmayan məscid məktəbləri – mollaxanalar da vardı. Bu 
məktəblərdə  həqiqi elmlərdən xəbəri olmayan mollalar falaqqa-
çubuğun köməyilə azərbaycanlı  uşaqlarına onların başa düşmə-
dikləri yad ərəb və fars dillərini, insan ləyaqətini alçaldan və təh-
qir edən dini qanunları və İslam ehkamlarını öyrədirdilər. 
Birinci orta məktəb Ermənistan adlandırılan  ərazidə yalnız 
1876-cı ildə açılmış, 1914-cü ildə bunların sayı 18-ə çatmışdı. 
Azərbaycanlı  uşaqlar azlıq təşkil edirdi. Oxuyanların da hamısı 
əhalinin varlı təbəqəsinə mənsub idi. 1905-ci ildə İrəvanın azər-
baycanlı xalq müəllimləri adından çar hökumətinə bir ərizə veril-
mişdi. Irəvan müəllimləri bu ərizədə ana dilində (rus dilinə xüsusi 
fikir verməklə) rus məktəblərinə bənzər məktəb təşkil olunmasını, 
azərbaycanlı  uşaqların hər iki cinsi üçün ümumi ibtidai təhsilin 
həyata keçirilməsini tələb edirdilər. 
Müəllimlərin mütərəqqi baxışlıları mollaxana məktəblərinin və 
mədrəsələrin  əleyhinə  çıxış edirdilər. Onlar xalq düşmənlərini – 
Azərbaycan xalqının ana dilini, milli mədəniyyətini, özünə məxsus 
milli tarixini inkar edənləri ifşa edirdilər. Ancaq onların təşəbbüsləri 
əhalinin savadsızlığı üzündən əhəmiyyətli bir nəticə verə bilmirdi. 
Keçmişdə savadsızlıq, avamlıq, cəhalət ağır və dözülməz bir 
dərd idi. Bu cəhətdən qızların vəziyyəti daha pis, daha fəlakətli idi. 


_________Milli Kitabxana_________ 
 
64
 
Qara qüvvələr azərbaycanlı  qızları ilə elm və maarif arasında, 
məktəb və ictimai həyat arasında uçulmaz sədlər çəkməyə can atır-
dılar. Bu sədlər çar hökumətinin qoyduğu məhdudiyyətlərdən, köh-
nə adət və mövhumatdan, cəhalətpərəst valideynlərin çürük görüş-
lərindən ibarət idi. Azərbaycanlı qızlar arasında təhsil işi tamamilə 
yarıtmaz idi. 1899-1900-cü dərs ilində İrəvandakı ikisinifli şəhər qız 
məktəbində oxuyan 120 şagirddən iki nəfəri azərbaycanlı qız idi. 
1875-ci ildən 1900-cü ilədək müqəddəs Nina qız məktəbində 
təhsil alan 270 şagirddən 4 nəfəri azərbaycanlı qız olmuşdu. Bun-
lardan ikisi notarius İsmayıl bəyin qızları, ikisi isə Ələşrəf bəyin 
qızları idi. Qızların acı taleyi, həyat və müqəddəratı  cəmiyyətin 
bütün tərəqqipərvər üzvlərini düşündürürdü [164].  
Məscid məktəblərinin get-gedə bağlanması prosesi başlamış-
dı.  İyirmidən çox məktəb bağlanmış, bunun əvəzinə “Təzə üsul 
ilə elm və ədəb” təhsil edən məktəblər azərilər yaşayan kəndlərdə 
[131] də açılmağa başlamışdı. İmanşalıda (1883), Zodda (1884), 
Uluxanlıda (1881), Böyük Vedidə (1889), Qəmərlidə (1905), 
Ağahəmzəlidə (1908) fəaliyyətə başlayan məktəblərə maraq get-
gedə artırdı. 
Uluxanlı məktəbi barədə: “Kаvkаzskiy kаlеndаr” məcmuə-
sinin 1892-ci il tarixli nömrəsində Irəvan quberniyasında Ulu-
xanlı məktəbinin ilk yeni tipli məktəblərdən biri olması və 1881-
ci ildə  fəaliyyətə başlaması barədə  məlumat verilmişdir. Al-
lahverdi Hacı Hüseyn oğlunun evində yerləşən bu məktəbin ilk 
müdiri o zamanın tanınmış maarifçisi Muxin olmuşdur. Xanlar 
bəy Həsənbəyov fənn müəllimi, Hacı Məşədi Hüseyn oğlu şəriət 
müəllimi, Məmməd bəy Lütfəli bəy oğlu Qazıyev, Əbdüləli Bağır 
oğlu Muxtarov, Rəhim Xəlilov və başqaları burada işləmişdir. 
Tanınmış  ədəbiyyatşünaslardan və  tənqidçilərdən  Əziz  Şərifin 
“Molla Nəsrəddinin yaranması” və Qulam Məmmədlinin “Molla 
Nəsrəddin” kitabında qeyd olunur ki, “keçən əsrin 80-ci illərində 
(XIX əsr nəzərdə tutulur – Z.M.) Uluxanlı kəndində ilk dünyəvi 
məktəb açıldı. Görkəmli maarifçi Cəlil Məmmədquluzadə müəl-
limlik fəaliyyətinə Uluxanlı məktəbində başlamışdır”.  


_________Milli Kitabxana_________ 
 
65
 
Əziz  Şərif “Molla Nəsrəddinin yaranması” kitabında bu 
məktəb haqqında lazımi məlumatlar vermişdir. 
Mədəni irsimizə hörmət əlaməti olaraq respublikada yüksək 
səviyyədə  həyata keçirilən tədbirlər sırasında Uluxanlı  məktəbi-
nin 125 illik yubileyinin qeyd olunması, məktəbin keçdiyi yol, 
məzunları  və burada müəllim işləmiş böyük ədib və dramaturq 
Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinə ithaf 
olunan “Zülmət səltənətində  məşəl” adlı ensiklopedik toplu- ki-
tabın 2006-cı ildə nəşr olunması təqdirəlayiq haldır [184] [179]. 
Kitab Uluxanlı məktəbinin keçmiş direktorlarından biri olmuş İs-
mayıl Abdulla oğlu İsmayılov və dünyasını çox cavan yaşlarında 
dəyişmiş Eldar Hüseyn oğlu Həsənovun birgə müəllifliyi ilə işıq 
üzü görmüşdür. Burada Azərbaycanın ictimai-siyasi və  mədəni 
həyatında əvəzsiz xidmətləri olan ünlü ziyalıların tərcümeyi-hal – 
oçerkləri oxuculara təqdim edilmişdir.  
Böyük Vedi məktəbi barədə: Qərbi Azərbaycanın Ağrı da-
ğı vadisinin mərkəz hissəsinin böyük sahəsində yerləşən  İrəvan 
xanlığının İrəvan şəhərindən şərqə doğru Naxçıvan MR-nın Sədə-
rək rayonunun sərhədinə kimi olan ərazidə yerləşən Vedibasar
Qəmərli və Zəngibasar rayonlarında təhsil ocaqları, daha doğru-
su, məktəblər XIX əsrin ortalarında yaranmağa başlamışdır. Əv-
vəl İrəvan şəhərində Mirzə Məmmədvəli Qəmərlinskinin müəllim 
işlədiyi rus-tatar seminariyası, sonralar Zəngibasarın  ən böyük 
yaşayış  kəndi olan, Cəlil Məmmədquluzadənin işlədiyi Uluxanlı 
məktəbi, daha sonra da Bedibasarın Böyük Vedi kəndində dördil-
lik rus-tatar məktəbi fəaliyyətə başlamışdır. Böyük Vedi dördillik 
məktəbinin ilk müəllimi və məktəbin təşkilatçılarından biri, əslən 
Böyük Vedidən olan Fərəməz Mahmudbəyov olmuşdur. Həmin 
məktəbdə ilk təhsilə başlayanlardan Abbasqulu bəy  Şadlinski, 
Məmməd Kərimov, Seyfulla Süleymanov, Ağamirzə Mahmudbə-
yov və başqalarının adları indi də yaşlı nəslin nümayəndələri tə-
rəfindən yad edilir. Bunlardan sonra həmin məktəbdə təhsil alan-
lardan Cəfər Kərimov, Müseyib Mahmudbəyov, Cəbrayıl Hacı-
yev, Əli Eyvazov, Hüseyn Şadlinski, Əlirza Rzayev, Abdulla Kə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə