Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   20   21   22   23   24   25   26   27   ...   102

_________Milli Kitabxana_________ 
 
72
 
rin  əvvəllərində isə bu ərazidə  zəngin  ədəbi mühit formalaşmış-
dır. Bu ədəbi-mədəni həyatın Cəlil Məmmədquluzadə, Firudin 
bəy Köçərli, Eynəlibəy Sultanov kimi nümayəndələri sonralar 
Azərbaycan elmi-bədii fikrinin tanınmış simalarına çevrilmiş, 
Mirzə Qədim İrəvani, Fazil İrəvani, Məhəmməd və Hüseyn Şah-
taxtinskilər, Əbülfət, İsa Sultan, Nərimanbəy Nərimanbəyov, Əli-
xan İrəvanski, Pənah xan Makinski, Abbas Məhəmmədzadə, Mir-
zə Cabbar Məmmədov və sadalamaqla böyük bir siyahı  təşkil 
edən başqa soydaşlarımız  İrəvan mədəniyyəti tarixində özünə-
məxsus iz qoyub getmişlər. Bu şəxsiyyətlər içərisində Qəmərlin-
skilərin, Qazıyevlərin, Bağırbəyovların, İrəvanskilərin, Muğanlin-
skilərin, Sultanzadələrin nəsil şəcərəsi də önəmli rol oynamışdır. 
Bir vaxt İrəvan xanlığı, sonra isə İrəvan quberniyası olanda bu 
diyarda Azərbaycan ruhu, Azərbaycan mədəniyyətinin nəfəsi du-
yulurdu. Quberniyadakı Azəbaycan ziyalıları, maarifçiləri məktəb-
lər açır, qəzetlər buraxır, xeyriyyə cəmiyyətləri yaratmaqla xalqın 
tərəqqisinə çalışırdılar. Bakıda Hacı Zeynalabdin Tağıyevin 1901-
ci ildə açdığı ilk qız məktəbinin sorağı tezliklə bütün Zaqafqaziya-
ya yayılmış, bu nəcib insanın təsiri ilə bir sıra yerlərdə qız məktəb-
ləri açılmağa başlanmışdı. Onlardan biri də 1902-ci ildə İrəvanda 
açılmış ilk rus-müsəlman qız məktəbi idi. Bu barədə “Kaspi” qəze-
ti, bir qədər sonra “Şərqi-rus” qəzeti özünün 1903-cü il 14-cü sa-
yında həmin məktəbin şəriət müəllimi Məmmədvəli Qəmərlinski-
nin məlumatını  dərc etmişdi. Burada deyilirdi: “Bir neçə illərdən 
bəri  şəhərimizdə iqdamət edən Məmmədqulu bəy Kərim Soltani 
cənabları zükur məktəbi açıb hər il beş-on müsəlman uşağı gimna-
ziyaya verdikdən başqa bir xüsusi qız məktəbi dəxi təsis etmişdi ki, 
milyonlar ocağı Bakıdan başqa Qafqaz və Azərbaycanın heç yerin-
də belə xeyirli və lazımlı  işə  əqdəm olunmayıbdır. Hansı ki, bu 
saətdə 18 nəfər müsəlman qız uşağı məktəbdə öz dilində oxuyub-
yazmaq və ehkamı diniyəsini öyrənməkdən əlavə rusca dəxi kəma-
li-intizam və tərəqqi ilə təhsil etməkdədirlər” [179].  
XX  əsrin  əvvəllərində  İrəvanda müsəlmanlar arasında  əks-
səda yaratmış bu kiçik maarif ocağı öz ziyası ilə tərəqqiyə meyl 


_________Milli Kitabxana_________ 
 
73
 
edənlərin yoluna işıq saçmışdı. 1905-ci il inqilabının qığılcımları 
alışanda erməni millətçiləri öz bəd niyyətlərini həyata keçirmək 
üçün çarizmin milli ədavəti qızışdıran mənfur siyasətindən istifa-
də edib, öz qonşularına  əl qaldırdılar, milli qırğınlar törətdilər. 
İrəvanı, Bakını, Gəncəni insan qanına boyadılar...  
Həyat öz axarını dəyişdi. Bir neçə ildən sonra yenidən həyat 
dirçəldi. Kərim Soltani kimi maarifpərvər şəxslərin işıqlı niyyət-
ləri yenidən şölələndi. Quberniyada və İrəvanda azərbaycanlı qız-
lar üçün yeni təhsil ocaqları yaradıldı. Hacı Həsən Palani deyilən 
küçədə açılmış rus-müsəlman qız məktəbi yeni mərhələyə qədəm 
qoydu, ikisinifli qız məktəbinə çevrildi. Burada bir çox fənlər öy-
rədilirdi. Məktəbin müdiri Antonina Valerianovna Kalinina, rus 
dili müəllimi Yevgeniya Georgiyevna Pxadze, şəriət və ana dili 
müəllimi Məmmədvəli Qəmərlinski bütün səy və biliklərini peda-
qoji prosesin nümunəvi qurulmasına yönəltmişdilər. 
Məktəbin müdavimləri Bülbül Kazımova, Fatma Əlizadə, 
Kübra ilə Tacxanım Bağırbəyov bacıları, Kövsər  İsmayılova, 
Leyla Fərəcova, Firuzə Qazıyeva, Nuşu Əlixanova, Rübabə İbra-
himova, Münəvvər Əlixanova, Gülruh Qədimbəyova və başqaları 
İrəvan torpağında Azərbaycan maarifinin, mədəniyyətinin göyər-
çinlərinə dönürdülər. Lakin bu qızların taleyi məşəqqətlər içindən 
keçməklə, Zaqafqaziyanı bürümüş yeni qırğınlarla üz-üzə  gəldi. 
Erməni daşnaklarının olmazın vəhşiliklər törətməklə azəri türklə-
rini öz ev-eşiyindən qovub, mülklərinə, var-yoxuna sahib çıxması 
qaçqınlığın, didərginliyin acı taleyini onlara yaşatdırırdı. Bu mək-
təbi bitirən qızlardan Bülbül xanım Mehdi Kazımov soyadlı gənc 
bir oğlanla ailə qurur və ərinin işlədiyi məktəbdə də İrəvan mək-
təbləri direktorluğunun inspektoru, görkəmli maarifçi, yazıçı Rə-
şid bəy  Əfəndiyevin təqdimatı  əsasında müəllimlik fəaliyyətinə 
başlayır... 1919-cu ildə daşnak hökumətinin terrorçuluq fəaliyyəti 
artdığı  və Azərbaycan məktəbləri bağlandığı üçün Kazımovlar 
ailəsi də öz yurdlarından didərgin düşdü, Gəncəyə pənah gətirdi-
lər. Burada Cavad bəy Cuvarlının təşkil etdiyi pedaqoji kursda üç 
ay təhsil alıb biliklərini təkmilləşdirdikdən sonra tale onları Gədə-


_________Milli Kitabxana_________ 
 
74
 
bəyə çəkib aparır. Mehdi Kazımov oğlan məktəbinin müdiri olur
Bülbül xanım (1917-1920) isə burada qız məktəbi təşkil edir. 
Daha sonra Bülbül xanım Dəllərdə (1921), Naxçıvanda (1922), 
İrəvanda (1923-1944) Bakıda fəaliyyət göstərən Əli Bayramov adı-
na Mərkəzi Qadınlar klubu tipində azərbaycanlı qadınlarının mədə-
niyyət mərkəzlərini təşkil edir, savad kursları, uşaq bağçaları yara-
dır, təhsil görmüş qadınları ictimai işlərə cəlb eləyir və adı çəkilən 
mədəniyyət ocaqlarının işini müdir olmaq etibarilə istiqamətləndirir. 
İrəvandakı klub uzun müddət yüzlərlə azərbaycanlı qadınının mədə-
ni həyata atılmasında, təhsil almasında böyük rol oynamışdır, onla-
rın azadlığı  və hüquqlarının qorunmasında məqsədli fəaliyyət gös-
tərmişdir. Lakin Böyük Vətən müharibəsindən sonrakı illərdə Ermə-
nistanda baş qaldıran millətçilik hərəkatı azərbaycanlılarla bağlı olan 
mədəni-maarif ocaqlarının, bir çox təhsil müəssisələrinin bağlanma-
sına, minlərlə günahsız azərbaycanlı ailəsinin dədə-bada yurdların-
dan məcburi köçürülməsinə səbəb olmuşdu. Nəticədə qədim İrəvan 
xanlığının torpaqları erməniləşdirildi. Azərbaycanlılara məxsus olan, 
xalqımızın əsrlər boyu yaratdığı mədəniyyət və tarixi abidələr vəh-
şicəsinə dağıdıldı, ulu babalarımızın bizlərə yadigar qoyduğu izlər 
qatı erməni millətçilərinin əli ilə silindi. 
Bir vaxtlar İrəvan, Naxçıvan və Maku xanlıqlarının yadigarları 
olan soyadlarının, nəsillərin, köklərin aparıcı şəxsiyyətləri ailəlikcə 
pərən-pərən düşərək, müxtəlif yad ərazilərdə yaşamaqla, tədricən 
tarixi izlərinin silinməsini qəlblərində ağır bir yük kimi daşıdılar. 
İrəvan quberniyasında təhsil görmüş əsilzadələr kimi tanınan 
Abbasqulu xan İrəvanski,  Şükür xan, Abdulla xan, Pənah xan 
Makinskilər,  İsmayıl bəy Qazıyev, Mirzə Cabbar Qazıyev, Hacı 
bəy Bağırbəyov, Əsəd bəy, Balasultan Şadlınski və saymaqla qur-
tarmayan qollu-budaqlı nəsillərin taleyinə ictimai haqsızlığın yaz-
dığı amansız hökmlər: əsassız sıxışdırmalar, təqiblər, işgəncələr, 
qərəzli qətillər, sürgünlər, həbslər, bütün bu kimi amansızlıqlar 
dünya sussa da, tarixin susmayan səhifələrindən baş qaldırır. 
Erməni millətçiləri, onların xaricdəki havadarları Ermənistan-
da yaşayan azərbaycanlıları illər uzunu gözümçıxdıya salmış, göz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə