Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   18   19   20   21   22   23   24   25   ...   102

_________Milli Kitabxana_________ 
 
66
 
rimov kimi məşhur maarifçilər yüzlərlə insana ibtidai təhsil ve-
rərək, onlara İrəvan gimnaziyasında və Qori seminariyasında təh-
sillərini artırmaq imkanı yaratmışlar.  
İrəvan seminariyası barədə.  Bu seminariya 1881-ci ildə 
fəaliyyətə başlayıb. “Kаvkаzskiy kаlеndаr”ın 1900-cü il məcmuə-
sinin 335-ci səhifəsində  Rəhim Xəlilovun həm Uluxanlı  mək-
təbinə, həm də özünü layiqli müəllim kimi təqdim etdikdən sonra 
İrəvan Müəllimlər Seminariyasına dəvət olunduğu göstərilmişdir. 
37 ilə qədər fəaliyyət göstərən bu təhsil ocağı 1918-ci ilin 6 av-
qustunda İrəvan gimnaziyası və Uluxanlı məktəbi ilə eyni vaxtda 
bağlanmış, Uluxanlı məktəbi 1920-ci ildə yenidən açılmış, İrəvan 
Müəllimlər seminariyası və İrəvan gimnaziyası bir daha fəaliyyət 
gösrərməmişdir. 1920-ci ildən sonra elmin, mədəniyyətin inkişafı 
üçün açılan geniş imkanlara görə  İrəvanda Pedaqoji Texnikum 
yaradılmışdır. Məktəbin müəllimlərinin böyük bir qismi, o cüm-
lədən  Əsəd Məmmədov,  Əjdər Kazımov, Qadir Məmmədov, 
Məmmədəli Məhərrəmov, Əli Həsənov, Tağı Məhərrəmov, İsma-
yıl  İsmayılov, Qulam Namazov İrəvanda Pedaqoji Texnikumun 
məzunları olmuşdur. 1928-1930-cu illərdə İrəvan Pedaqoji Texni-
kumunda müəllim işləmiş, gələcəyin böyük elm xadimi, akade-
mik Yusif Məmmədəliyev bir sıra ünlü ziyalılara dərs demişdir.  
İrəvan gimnaziyası barədə.  1876-cı ildə  qəza məktəbinin 
əsasında progimnaziya açılıb. 1881-ci il martın 31-də progimna-
ziya  əsasında gimnaziya yaradılıb. 1883-cü ildə gimnaziyada 37 
azərbaycanlı oxuyurmuş. Gimnaziyanın ilk buraxılışı 1885-ci ildə 
olmuş, 1885-1895-ci illərdə görkəmli maarifçi F.Köçərli burada 
dərs demişdir. İyriminci əsrin əvvəllərində Əziz Əliyev, Yusif Mir-
babayev, Mehdixan Erivanski, Qənizadə  Əbdülhəmid, Hüseyn 
Şahtaxtinski, Mustafa bəy Topçubaşov, Mirhəsən Mirbabayev, Rza 
Ağayev və başqaları bu gimnaziyanın məzunları olmuşlar [183-
20]. Maarifə, təhsilə artan tələbat və qayğı getdikcə dərsliklərin ha-
zırlanmasına, kitab nəşrinin canlandırılmasına zərurət yaradırdı.  
Zod məktəbi barədə. Göyçə mahalında elmə və təhsilə diq-
qət yetirən qabaqcıl adamlar sırasında Səməd ağanın xüsusi yeri 


_________Milli Kitabxana_________ 
 
67
 
vardır. O, yüksək mədəniyyətə malik olan bir şəxs kimi xalqın 
maariflənməsinə daim maraq göstərən, istedadlı və bacarıqlı uşaq-
ların Avropanın böyük şəhərlərində təhsil almasına şərait yaradan, 
maddi köməklik göstərən adlı-sanlı bir tarixi şəxsiyyətdir. O, Av-
ropanın məşhur təhsil ocaqlarında təhsil görmüş  və beş dili mü-
kəmməl bilən Mirzə  Bəylərin və Mirzə  Əsgərin təşəbbüsü ilə 
1885-ci ildə Zod kəndində məktəb açır və məktəbin xərclərini öz 
üzərinə götürür. O həm də Mirzə Bəylərin və Hacı Əliş ağanın va-
sitəçiliyi ilə “Molla Nəsrəddin” jurnalının Göyçədə yayılmasına 
geniş imkan yaradanlardan biri olmuşdur [58-40, 44, 46, 155, 176].  
Əsrin sonlarına doğru Zaqafqaziyanın hər yerində – İrəvan qu-
berniyasının,  Şuşa, Cəbrayıl, Zəngəzur və Cavanşir qəzalarının bir 
çox yaşayış  məntəqələrində, qəsəbə  və  kəndlərində  məktəblər fəa-
liyyətə (1876-1898-ci illərdə) başlamışdır. Azərbaycanda məscidlər 
nəzdində rus-Azərbaycan məktəbləri açmaq ideyasının irəli sürül-
məsi  əhali tərəfindən rəğbətlə qarşılanmış, Haşım bəy Vəzirovun 
müdirliyi ilə 1898-cı il oktyabrın 6-də  Şuşada ikisinifli rus-tatar 
məktəbi açılmış, şəhər müsəlman cəmiyyətinin xahişi ilə məktəbin 
müəllimlərinə dövlət qulluqçusu və çarın tacqoyması münasibətilə 
həmin məktəbə  “Şuşa Nikolayevsk rus-tatar məktəbi” adı [119] 
verilmişdir.  Şuşada,  İrəvanda və digər yerlərdə  qız məktəblərinin 
yaranmasına əhəmiyyət verilməyə başlandı. XX əsrin əvvəllərində
hələ ötən  əsrdən meydana çıxan dövlət məktəbləri, gimnaziyalar, 
real məktəblər öz fəaliyyətini davam etdirirdı. Artıq bütöv Azər-
baycanın bir çox guşələrində bu tipli rus-Azərbaycan məktəblərində 
iki il ərzində  tədris olunan dilləri  şagirdlər öyrənə bilirdilər. Azər-
baycanın Rusiyaya zorən birləşdirilməsindən meydana gələn rus 
dilinə ehtiyac amili valideynlərin öz uşaqlarını dünyəvi, yəni dövlət 
məktəblərində oxutmağa can atması ilə nəticələndi.  
 
Kitab nəşri barədə.  
XIX əsrin sonu və XX əsrin əvvəlləri bütövlükdə Azərbaycan 
ədəbi-bədii fikrinin, həmçinin maarif və mədəniyyəti tarixində mü-
hüm bir mərhələnin başlanması, milli oyanışın canlanması ilə müşa-
hidə olunmaqda idi. İndiki Ermənistanın paytaxtı  İrəvan  şəhərində 


_________Milli Kitabxana_________ 
 
68
 
də azərbaycanlıların açılan bu imkanlardan faydalanmalarına real şə-
rait yaranmaqda idi. İrəvan xanlığının əhatə etdiyi ərazidə olduqca 
zəngin ədəbi mühit olmuşdur. Zəmanəmizə gəlib çatan yazılı nümu-
nələr kifayət qədər olmasa da, qonşu dövlətlərin arxivlərində və ki-
tabxanalarında saxlanılan əsərlər bunu sübut edir. İrəvan xanlığının 
ruslar tərəfindən işğalından sonra buradakı ədəbi mühiti özündə əks 
etdirən qiymətli əlyazmaların əksəriyyəti erməni vandalları tərəfin-
dən məhv edilmişdir. Əsasən məscidlərdə və mədrəsələrdə saxlanı-
lan əlyazmalar yandırılmış, bir qismi isə indiyədək Azərbaycan təd-
qiqatçılarının üzünə bağlı şəraitdə saxlanılmışdır [106-202]. 
Xanlıq dövrünün bir sıra əlyazmaları XX əsrin repressiyalarla 
xarakterizə olunan 30-40-cı illərinədək  İrəvandakı Göy məscidin 
kitabxanasında saxlanılırdı. Azərbaycan tədqiqatçısı Isa Əzimbə-
yov 1929-cu ildə dərc etdirdiyi “Tiflis, İrəvan və Naxçıvan SSR-in 
müsəlman kitabələri” məqaləsində yazır ki, o, İrəvandakı Göy 
məsciddə olarkən Hacı Mirzə Hüseynlə (1868-1938) tanış olmuş-
dur. Mirzə Hüseyn ağa onu olduqca zəngin kitabxana ilə tanış et-
mişdir [106-202]. Mükəmməl təhsil almış Hacı Mirzə Hüseyn bir 
çox azərbaycanlı ziyalı kimi repressiyaya məruz qalmış, Kaluqa 
şəhərinə sürgün edilmiş, zəngin kitabxanası və əlyazmaları erməni-
lər tərəfindən qarət edilmişdir [106-202]. Lakin qeyd etmək lazım-
dır ki, cəmiyyətdə gedən ictimai-siyasi proseslər zamanın tələblə-
rinə uyğun məsələləri istər-istəməz önə çəkirdi. Ədəbiyyatda, mə-
dəniyyətdə, incəsənətin bütün sahələrində, o cümlədən kitab nəş-
rində qarşıda mühüm addımlar atılmasına zərurət vardı. Ümumiy-
yətlə, Azərbaycan ictimai fikir tarixinin ümumi axarından ayrılma-
dan kitab nəşrinin başlanması son dərəcə mühüm hadisəyə çevrildi, 
ana dilində məcmuələr işıq üzü gördü. İnkarolunmaz bir cəhət də 
budur ki, qonşu xalqın mədəniyyəti və mətbuatı ilə əlaqədə olmaq, 
yerli şəraitdən doğan tələb və təkliflər, habelə çətinliklər də bu in-
kişafa, bu irəliləyişə müəyyən düzəlişlər etməyə bilməzdi. Yerli 
çətinliklər ucbatından da Qərbi Azərbaycanda Azərbaycan dilində 
ilk dövri mətbuat nümunəsi – ilk erməni qəzeti “Azdarar”dan 120 
il, ilk azəri qəzeti “Tatar xəbərləri”ndən 82 il, maarifçi ideyalar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə