Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   14   15   16   17   18   19   20   21   ...   102

_________Milli Kitabxana_________ 
 
54
 
1.2. İrəvanda məktəbdarlıq və maarifçilik, kitab nəşri sa-
həsində ziyalıların əməli fəaliyyəti.  
 
Xalqın, millətin formalaşmasında ərazi, dil, mənəviyyat bir-
liyinin mühüm amil olması əsas şərtlərdəndir. Azərbaycanda tari-
xən məskunlaşmış türklər yüksək mədəniyyətə malik olduqların-
dan onların bölgədəki başqa xalqların mədəniyyətini mənimsəmə-
lərinə elə bir ehtiyac duyulmamışdır. Azərbaycan türkçülüyünün 
islamı qəbul etməsi ilə eramızdan əvvəlki minilliklərin Azərbay-
can mədəniyyətinə müəyyən mənada strateji münasibət ifadə 
edilmişdir. Məzmun etibarı ilə Azərbaycan mədəniyyəti Türk-
müsəlman mədəniyyəti olsa da, müxtəlif dövrlərdə dünya mədə-
niyyətinin təsirlərinə məruz qalmışdır [53-42]. Türk mənşəli olan 
Azərbaycan mədəniyyətinin təşəkkülü bu ölkədə yaşayan azər-
baycanlıların mədəniyyət aktıdır. “Avesta”dan başlamış, “Dədə-
Qorqud”dan bu yana şifahi xalq ədəbiyyatımızın parlaq nümunə-
ləri, Molla Nəsrəddin lətifələri və bu kimi folklor örnəklərimizin 
yaranması ilə bir şəraitdə formalaşan Azərbaycan mədəniyyətinin 
təbii-tarixi konteksti türk və regional olaraq Şərq mühiti ilə bağlı 
bir mədəniyyətdir. Dünya mədəniyyəti səviyyəsinə qalxması da 
türk mühiti ilə, həmçinin özünün folklor mədəniyyətinin öyrənilib 
yaradıcılıq təcrübəsinə daha səmərəli  şəkildə  cəlb edilməsi ilə 
bağlıdır. Bu mədəniyyət də şifahi və yazılı ədəbiyyatımızın, incə-
sənətimizin bütün sahələrinin professional mədəniyyətin dirçəl-
məsinə yaratdığı şəraitdən və təsirdən asılı olmuşdur. Bu təsirlər 
Azərbaycan mədəniyyətini bütövlükdə cilalamış, onu dünya mə-
dəniyyətinin tərkib hissəsinə çevirmişdir. İstər Qərbi və Şərqi, is-
tərsə də, Şimali və Cənubi Azərbaycanda mədəniyyətin türk mü-
səlman ideologiyası  əsasında təkamülü və onun demokratikləş-
məsi, milli əsaslar üzərində yenidən formalaşması XIX əsrin sonu 
və müasir Azərbaycan mədəniyyəti mərhələsi olan XX əsrin əv-
vəlləri ilə  səciyyəvidir. Bu səciyyəvilik isə Azərbaycnda elmin, 
təhsilin, məktəbdarlığın, maarifçiliyin, kitab nəşrinin, incəsənətin 
sahələrinin inkişafı ilə daha çox bağlıdır. Hazırda yaşadığımız 


_________Milli Kitabxana_________ 
 
55
 
XXI əsrdə də işlərin bu istiqamətdə davam etdirilməsi dövlətçili-
yimizin və idarəçiliyimizin əsas prioritet istiqamətlərindəndir.  
XIX  əsr Azərbaycanda elmi-ictimai fikrin inkişafında yeni 
mərhələ təşkil etdiyi kimi, pedaqoji fikrin, xalq maarifi və məktəb 
təhsilinin inkişafı tarixində ayrıca mərhələ təşkil edir. Azərbayca-
nın Rusiya tərkibinə daxil edilməsi söhbəti keçən əsrin 30-cu illə-
rindən başlayaraq, dövlət tərəfindən yeni tipli məktəblərin təşkili-
nə zərurəti artırırdı.  
İrəvan quberniyasına daxil olan yaşayış  məskənlərindən 
Naxçıvanda üç sinifli, Ordubadda, İrəvanda, Qəmərlidə iki sinifli
Uluxanlıda iki sinifli, Baş Noraşendə 1885-ci ildə 52 şagird 
oxuyan iki sinifli, Gözəldərədə, Güllücədə, Yelenovkada, Yengi-
cədə, Aralıq Başkənddə, Böyük Vedidə, Məzrədə,  İmanşalıda, 
Qarxunda, Qulubənddə  fəaliyyət göstərən məktəblər və  həmin 
məktəblərdə çalışan məsul adamlar, ayrı-ayrı  fənn müəllimləri 
haqqında "Kafqazskiy kalendar”ın 1889-cu il buraxılışının 80, 81, 
82-ci səhifələrində müfəssəl məlumat verilmişdır. 
"Kafqazskiy kalendar”ın 1890-cı il buraxılışının 163-169-cu 
səhifəsində isə İrəvan quberniyasindakı orta təhsil ocaqlarına dair 
məlumatlarla yanaşı, quberniyada yeni açılan təhsil müəssisələ-
rinin yaranması tarixləri, onlarda çalışan fənn müəllimlərinin, 
məktəb müdirlərinin kimliyi və burada oxuyan şagirdlərin say tər-
kibi barədə daha əhatəli məlumatlara yer ayrılmışdır. Məlumatlar-
da orta təhsil ocaqlarından 1881-ci ildə 216 şagird üçün yaradıl-
mış İrəvan kişi gimnaziyasında işləyən fənn müəllimlərindən, bu-
rada tatar dili (Azərbaycan dili - Z.M.) və hazırlıq sinfində hüsn-
xətt müəllimi işləyən, gimnaziyanın nəzdində  fəaliyyət göstərən 
pansionda gecə  tərbiyəçisinin köməkçisi Firudin bəy  Əhmədağa 
oğlu Köçərlinin fəaliyyəti barədə məlumat verilmışdır. 1881-ci il-
də yaradılan və 69 şagirdi olan İrəvan Müəllimlər Seminariyasın-
da Axund Məmmədbağır Kazımzadənin tatar dili (Azərbaycan 
dili - Z.M.) müəllimi işlədiyi göstərilir. Həmçinin 1884-cü ildə 91 
şagirdlik  İrəvan qız progimnaziyasında (natamam gimnaziya, 4 
və 6 sinifli progimnaziya) Xeyriyyə  Cəmiyyəti  Şurasının və Pe-


_________Milli Kitabxana_________ 
 
56
 
daqoji  Şuranın yaradıldığı göstərilmiş, giminaziyanın dürektoru 
Vladimir İosifoviç Brajnikov, gecə dayəsi Varvara Ağayeva, şu-
ranın sədri kişi gimnaziyasının direktoru, üzvləri isə natamam 
gimnaziyanın rəisi və fənn müəllimləri olmuşdur. Pansionda pro-
gimnaziyaya 8 yaşından 12 yaşınadək olan şagirdlər xeyriyyə və-
saiti hesabına, yuxarı yaşlılar isə öz vəsaitləri hesabına məktəbə 
götürülürlərmiş. Progimnaziyada təhsil alan pansioner qızlar cəmi 
150 manat təhsil haqqı ödəyirmişlər, ilk əvvəl qəbul üçün 36 ma-
nat, ilin sonunda isə sinifdən-sinfə keçəndə bir qayda olaraq 30 
manat vəsait daxil edirmişlər. Yelizavetapol və İrəvan quberniya-
sının Qars vilayəti xalq məktəbinin direktorluğu və xalq məktəb-
ləri üzrə müfəttişlər Yekim Dmitiryeviş Pasxalov, Dimitri Dani-
loviç Orlov Yelzavetapol quberniyasının xalq məktəbi direktoru-
nun tabeliyində birgə imləmişlər. 
İrəvan quberniyasında fəaliyyət göstərən şəhər məktəbləri ilə 
yanaşı, ibtidai məktəblər də  fəaliyyət göstərmişdir. Ordubadda 
(1854, 41 şagird) müəllim Məmməd Axundov, İrəvanda  (1882, 
64  ş.)  Ələsgər Hacıməmmədəli oğlu, normal məktəblərdən  Ulu-
xanlıda (1881, 83 ş. 2 sinifli) Hacı Rəhimağa Qaibov, Hacı Kərim 
Rzaquliyev, Məmməd bəy Şəfibəyov, Hacı Əli Hüseyn oğlu, Nax-
çıvanın Cəhri kəndində (1885, 67 oğ, 7 qız,) Molla Əli Eynalı oğ-
lu, Nehrəm kəndində (1885, 26 ş.) Cəlil Məmmədquliyev, Molla 
Məmmədqulu Abdulhəsən oğlu, Sadıx Xəlilov,  Aşağı Göyləsər 
kəndində (1877, 1 sinifli, 83 şagird) məktəb, Şərur-Dərələyəz na-
hiyəsinin Baş Noraşen kəndində (1885, 52 şagird, Məmməd bəy 
Qazıyev, Fəzləli Fərəculla bəy oğlu) məktəb, Haxçıvanın Şaxtaxtı 
kəndində  (1888, 31 oğlan, müəllimlər Abbas Kərbəlayi Oruc Əli 
oğlu,  İsgəndər bəy  Əlibəyov, Hacı Mollaəli Axund Mollaələsgər 
oğlu, Əbdülqasım Sultanov, Əbülfət Ağa Şaxtaxtinski) məktəb,  
Şərur-Dərələyəz nahiyəsində (1882-ci ildə 20 şagird oxuyan, 
müəllimlər  Ələkbər Süleymanov, Zeynalabdin Qurbanbəyov, Ab-
dulla Kəngərlinski) məktəb, Sürməli nahiyəsinin Aralıx Başkənd 
kəndindəki (1884, 1 sinifli 6 şagird, müəllimlər Məmməd Zaman-
bəyov, Halay bəy  Əliağa oğlu, Abbas Həzrətqulu oğlu) məktəb, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə