Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   15   16   17   18   19   20   21   22   ...   102

_________Milli Kitabxana_________ 
 
57
 
Böyük Vedidə (1883, 30 ş., müəllimlər Kərim bəy İsmailov, Mol-
laməmməd Molla oğlu Hacıyev, Balasultan Şadlinski), İmanşalı-
da (1883, 40 ş., müəllim Molla Əli Axundov), Naxçıvan qəzasının 
Qulubənd kəndində (1882, 40 ş.), Yeni Bayazid qəzasının Məzrə 
kəndində (1884, 39 şagird, müəllim Qurban Əhməd oğlu) məktəb, 
Naxçıvanda üç sinifli, OrdubadİrəvanQəmərli, Baş Noraşen
Yengicə və Uluxanlıda iki sinifli, GözəldərədəGüllücədəYele-
novkada, Qarxunda fəaliyyət göstərən məktəblər və onlarda çalı-
şan ayrı-ayrı  fənn müəllimləri haqqında "Kafqazskiy kalendar”ın 
ayrı-ayrı buraxılışlarında, xüsusən də 1889-cu il buraxılışının 80, 
81, 82-ci səhifələrində müfəssəl məlumat vardır. 
XIX əsrin ikinci yarısınadək bütün Qafqazda Azərbaycan dilin-
də dünyəvi fənləri tədris edən məktəblərin və müəllimlərin olma-
ması üzündən belə  məktəblərin açılması  və  dərs demək üçün pe-
daqoji kadrların hazırlanması olduqca vacib məsələlərdən idi. Rus 
maarifçilik hərəkatının təsiri ilə Qafqaz xalqlarının azadlıq, milli 
dirçəliş, milli mədəniyyətlərinin yüksəlməsi uğrunda mübarizəsində 
yeni mərhələnin əsasının qoyulduğu artıq hiss olunurdu. Burada qə-
za məktəblərinin açılması, yeni üsullu dərsliklərin hazırlanması, təh-
silin rus dilində və hər millətin öz ana dilində aparılmasına yaradılan 
imkan zamanın tələbi kimi diqqəti cəlb edirdi. Tiflis hərbi quberna-
toru Sipyağ hələ 1827-ci ildə bu barədə məsələ qaldıraraq [164-17], 
müxtəlif illərdə bir-birinin ardınca, biri digərini tamamlayan “Zaqaf-
qaziya məktəblərinin nizamnamələri” qəbul və  təsdiq olunmuşdu. 
Hətta bu məsələ ilə  əlaqədar layihənin hazırlanmasına dair knyaz 
M.S.Voronsovun 1845-ci ildə təklifi də olmuşdur. 
Aparılan işlər nəticəsində 1830-cu illərdən başlayaraq Qaf-
qazın bir sıra qəzalarında, İrəvan, Bakı, Tiflis, Naxçıvan və digər 
yerlərində rus dilində  təhsil verən məktəblər açıldı. Naxçıvanda 
1837-ci ildə Ehsan xanın evində açılan qəza məktəbinə xanın hərb-
çi oğlanları  İsmayıl və  Kəlbəli xan evlərini pulsuz olaraq uzun 
müddətə və  hər il də gümüş pulla iki yüz manat ianə olaraq ver-
mişlər. Bu barədə Ermənistan Mərkəzi Dövlət Tarix Arxivində 
(fond 1 siyahı1, iş 826, vərəq 1) saxlanan sənəddə qeyd edilmişdir. 


_________Milli Kitabxana_________ 
 
58
 
Tiflis qəza məktəbində  işləyərkən M.F.Axundovla dostluq 
edən, “Azərbaycan dilini öyrətmək üçün Mirzə  Şəfi Vazehdən 
dərs alan” Xaçatur Abovyan 1843-cü ildə İrəvan qəza məktəbinin 
müfəttişi təyin olunmuşdu. O, Zaqafqaziya maarif orqanlarına 
yazaraq ana dilinin azəri uşaqları üçün daha vacib olduğunu bil-
dirirdi. Yerli dillərin (türk və erməni – Z.M.) birinci sinifdə keçi-
lən fənlər sırasına tamamilə daxil edilməməsini, həftədə bir dəfə 
rus dilində dua oxumaq öyrədilməsinin türk uşaqlarına gərəksiz 
olduğunu vurğulayırdı [Abovyan X. Divan, I cild, səh.191]. 
İlk ibtidai məktəblər XIX əsrin ortalarında meydana gəlmiş 
və bu məktəblər ilk dəfə Qafqaz məktəblərinin 1853-cü il Nizam-
naməsi ilə  təsis edilmişdir. Həmin Nizamnaməyə görə, Qafqaz 
Tədris Dairəsi [73] Tiflis, Kutaisi, Stavropol və Qara dəniz sahi-
lindən ibarət dörd direksiyaya bölünmüşdü ki, Azərbaycandakı 
məktəblərin əksəriyyəti Tiflis məktəblər direksiyasına, Naxçıvan 
qəza məktəbi ilə Ordubad ibtidai məktəbi isə İrəvan quberniyası 
ilə birlikdə Kutaisi məktəblər direksiyasına tabe edilmişdir. 1854-
cü il noyabrın 24-də Ordubad  şəhərində bir sinifdən ibarət ibti-
dai məktəb açılmışdı. 
Azərbaycanlı  uşaqların  İrəvan qəzasında oxuyanlarının sayı 
1850-ci ildə  cəmi 15 nəfər, 1863-cü ildə isə 24 nəfər olmuşdur. 
“Kavkazskiiy kalendar”ın 1886-cı il buraxılışının 233-cü səhifə-
sində Tiflis xeyriyyə cəmiyyətinin məktəblərdə ilk vaxtlar hər şa-
girdə 10 manat vəsait verilməsi barədə qeyd vardır. 1864-1867-ci 
illərdə 1155 şagirdi əhatə edən məktəblərin ümumi sayı 65-ə çat-
dırıldığı və həmin kalendarın 85-87-ci səhifələrində Zaqafqaziya 
Müəllimlər Seminariyası nəzdində Tatar (azərbaycanlılar nəzər-
də tutulur – Z.M) Xalq Məktəbi yaradıldığı  və  İrəvanda Qənbə-
rovun, Axund Məhəmmədbağır Kazımzadənin tatar (Azərbaycan) 
dili müəllimi olduğu göstərilir. Naxçıvanda fəaliyyətə başlayan 3 
sinifli xalq məktəbinə Mixail Semyonoviç Zeqrenidze müfəttiş, 
Masinskiy, Yefrem Petroviç Qorqladze müəllim, Saleh bəy Zöh-
rabbəyov köməkçi müəllim, Mirzə  Əli Xəlilov və başqaları ol-
maqla cəmi 8 nəfər həmin məktəbdə işləmişdir. 


_________Milli Kitabxana_________ 
 
59
 
1881-ci ildə açılmış, 216 şagirdi olan İrəvan oğlanlar gim-
naziyasının direktoru Vladimir İosifoviç Brajnikov, Aleksey 
Barsov məktəbin müfəttişi, Qriqori Qənbərov ilahiyyət müəllimi, 
Firudin Əhmədağa oğlu Köçərli gecə tərbiyəçisi idi (“Kavkazskiy 
kalendar”, 1890, səh.,163. ).  
İrəvan Müəllimlər Seminariyası 1881-ci ildə açılmış, 69 şa-
girdi olmuş, direktoru Stepan Suşevskiy, Q.Qənbərov, Məmməd-
bağır Qazızadə, Mixail Klopov hüquq, Azərbaycan dili, rus dili və 
ədəbiyyatı və başqa fənlərdən dərs demişlər. İrəvanda 1882-ci ildə 
daha bir Müəllimlər Seminariyası açılmış, 64 şagirdi olmuşdur. 
İrəvan qız gimnaziyası 1884-cü ildə açılmış, direktoru Vla-
dimir İosifoviç Brajnikov, müəllimi isə Varvara Ağayeva olmuş, 
burada 91 şagird təhsil almışdır. Pansionatda və progimnaziyada 
xeyriyyə cəmiyyətinin vəsaiti ilə 8 yaşından 12 yaşınadək olan və 
yuxarı yaşlılar öz hesablarına il ərzində pansiona 150 manat və-
sait ödəməli idilər, bu vəsaitin 30 manatını qabaqcadan, qalan 
hissəsini isə dərs ili ərzində ödəyirdilər. 
İrəvan quberniyasının Yelizavetapol nahiyəsinin  Aleksan-
dropol  (Gümrü) şəhərində 3 sinifli məktəb 1876-cı ildə yaradıl-
mış, burada 155 şagird təhsil almış, Molla Hacı Mirzə  Əli oğlu 
ilahiyyət müəllimi olmuşdur.  Naxçıvan  şəhərində 3 sinifli, 79 
şagirdi olan məktəb 1879-cu ildən, Novo (Yeni) Bayazitdə 2 si-
nifli, 66 şagirdi olan məktəb 1880-ci ildən, Ordubadda 41 şagir-
di olan ibtidai məktəb 1854-cü ildən (müəllim Miryəhya Səmən-
dərov), İrəvan Müəllimlər Seminariyasında müəllim Məmməd 
Axundov, İrəvan  şəhər məktəbinin (1880, 54 şagird) müəllimi 
Ələsgər Hacıməmməd oğlu, normal məktəblərdən  Əştərəkdəki, 
Eçmiədzindəki və digər erməni məktəbləri istisna olmaqla Ulu-
xanlıda  1881-ci ildə açılan 2 sinifli 83 şagirdi olan məktəb 
(müəllimlər: Hacı  Rəhim Ağa Qaibov, Hacı  Kərim Rzaquluyev, 
Məmməd bəy  Şəfibəyov, Hacı  Əli Hüseyn oğlu), Qəmərlidə 58 
oğlan və 2 qız oxuyan məktəb, Aşağı Qoyləsər (1877, 1 sinifli və 
83 şagirdi olan bu məktəbin müəllimi P.Eyvazovun (SMOMPK) 
Qafqaz Əraziləri və Xalqlarının Təsvirinə Dair Toplunun 1884-cü 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə