Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   11   12   13   14   15   16   17   18   ...   102

_________Milli Kitabxana_________ 
 
45
 
Azərbaycanın Rusiyaya zorən birləşdirilməsindən meydana gələn 
rus dilinə ehtiyac amili valideynlərin öz uşaqlarını dünyəvi, yəni 
dövlət məktəblərində oxutmağa can atması ilə nəticələndi.  
Haşım bəy Vəzirov 1907-1916-cı illərdə Bakıda “Tazə  hə-
yat”, “İttifaq”, “Səda”, “Sədayi-vətən”, “Sədayi-həqq”, “Kavka-
zets” (rusca) qəzetlərini və “Məzəli” satirik jurnalını  nəşr etdir-
mişdir. Feodal-patriarxal münasibətlər, kapitalizm, müstəmləkə-
çilik əleyhinə məqalələr, felyetonlar yazsa da, onun ictimai-siyasi 
görüşlərində burjua millətçiliyi meylləri də özünü göstərmiş, sinfi 
sülh ideyasının tərəfdarı, panislamist olmuşdur. “Döymə qapımı, 
döyərlər qapını”, “Evlənmək su içmək deyil”, “Xan-xan” kome-
diyaları var. M.P.Vaqifin şeir məcmuəsini çap etdirmişdir (1908), 
Şekspirin “Otello” faciəsinin Azərbaycan dilinə ilk tərcüməçisidir 
(1901). Haşım bəy Vəzirovun “Səda” nəşriyyatı Azərbaycanda 
kitab nəşri tarixində bacardığı qədər əmək sərf etmişdir. 
H.Vəzirovun müəllimlik fəaliyyəti doğma xalqının həyatı və 
məişətinə daha yaxından bələd olmasında  əvəzsiz rol oynamış, 
ictimai mühitdən görüb-götürdüykləri jurnalistlik fəaliyyətində öz 
müsbət izlərini qoymuşdur. 
Əslən Şuşadan olan Haşım bəy Nərimanbəyov  uzun müd-
dət İrəvan şəhərində fəaliyyət göstərən rus-tatar məktəbində, oğ-
lan və  qız gimnaziyalarında müəllimlik etdiyindən ailəlikcə  İrə-
vanda məskunlaşmışdır. Buranın ictimai-siyasi həyatının övladla-
rının formalaşmasında böyük rol oynayacağını qabaqcadan görən 
bu mütərəqqi dünyagörüşlü müəllim Haşım bəy Nərimanbəyo-
vun oğlu, Nəriman bəy Nərimanbəyov gimnaziyada, digər uşaq-
ları isə buradakı məktəblərdə təhsillərini davam etdirmişlər. 
Nəriman bəy Nərimanbəyov. Nəriman bəy Nərimanbəyov 
1889-cu ildə  Şuşada anadan olmuş, 1938-cu ildə  vəfat etmişdir. 
1908-ci ildə gimnaziya təhsilini uğurla başa vuran Nəriman bəy 
Nərimanbəyov Moskva universitetinin fizika-riyaziyyat fakültəsi-
nə daxil olur, iki il burada oxuduqdan sonra ixtisasını  dəyişmək 
fikrinə düşür və nəhayət, 1910-cu ildə Xarkov universitetinin hü-
quq fakültəsində təhsilini davam etdirir. Xarkov mühiti onun icti-


_________Milli Kitabxana_________ 
 
46
 
mai-siyasi cəhətdən formalaşmasında mühüm rol oynayır, tələbə 
dərnəklərində göstərdiyi fəallıq diqqətdən yayınmır. Nəriman bəy 
Nərimanbəyov “Azərbaycan tələbə həmkarlar cəmiyyəti”nin rəh-
bəri seçilir. Onun başçılıq etdiyi bu cəmiyyət, əsasən, xeyriyyəçi-
lik işləri ilə məşğul olmaqla, tələbələrin iştirakı ilə teatr tamaşala-
rı təşkil edir, yığılan vəsaitin Birinci Dünya müharibəsində zərər 
çəkmiş müəllimlərin, xüsusən də azərbaycanlı pedaqoqların ailə 
üzvlərinə yardım fonduna keçirilməsinə nail olur. Ali təhsilini 
1915-ci ildə başa vuran Nəriman bəy Nərimanbəyov İrəvana qa-
yıdır, bir müddət məhkəmədə təcrübə keçir, İrəvan Dairə Məhkə-
məsində  işə düzəlir.  İrəvan mühiti onun həyatında yeni mərhə-
lənin başlanğıcı olur. Burada baş verən ictimai-siyasi hadisələr, 
1917-ci il Fevral Burjua-Demokratik inqilabından sonra Rusiyada 
siyasi mübarizənin yeni mərhələyə qədəm qoyması, Zaqafqaziya 
xalqlarının həyatında milli oyanışın daha da sürətlənməsi Nəri-
man bəy Nərimanbəyovun fəaliyyətinə öz təsirini göstərir. Digər 
millətlərlə yanaşı, azərbaycanlıların da azadlıq uğrunda xüsusi 
fəallıq göstərməsi heç bir siyasi partiyanın üzvü olmayan, lakin 
milli demokratik axına meyilli Nəriman bəy Nərimanbəyov 1917-
ci ilin yayından coşqun ictimai-siyasi fəaliyyətə qoşulur. Əvvəlcə 
İrəvan Müsəlman Milli Şurasına daxil olur və çox çəkmədən milli 
komitələrin Tiflisdə keçirilən qurultayına göndərilir, qayıdandan 
dərhal sonra Müəssislər Məclisində seçkilər üzrə quberniya təli-
matçısı seçilir, eyni zamanda, bitərəflər blokunun fəhlə-əsgər de-
putatları Soveti quberniya icraiyyə komitəsinin və dumada şəhər 
qlasnısının üzvü olur, duma sədrinin müavini vəzifəsinə yüksəlir, 
müxtəlif yığıncaqlarda müsəlman milli şurasının və bitərəflərin 
nümayəndəsi kimi iştirak etməyə başlayır. 
1917-ci ilin payızında Nəriman bəygilin ailəsi İrəvandan Şu-
şaya köçür. Bir müddət  Şuşada qalan Nəriman bəy Nərimanbə-
yov az sonra siyasi hadisələrin ən qaynar nöqtəsinə çevrilmiş Tif-
lisə yollanır, Zaqafqaziya universitetinə daxil olur. Gələcək 
ömür-gün yoldaşı Virginiya Yelizarovna ilə burada tanış olur və 
onunla ailə həyatı qurur. 


_________Milli Kitabxana_________ 
 
47
 
Həmin dövrdə çar üsul-idarəsi dağılsa da, imperiya hələ ta-
mamilə diz çökməmişdi. Belə bir şəraitdə Rusiyadan birdəfəlik 
qopmağa çalışan Zaqafqaziyada üç millətin nümayəndələri ümu-
mi razılığa gələrək, 1918-ci il fevralın 23-də Zaqafqaziya Seymi 
adlandırılan Zaqafqaziya Parlamenti təşkil etdilər. Nəriman bəy 
Nərimanbəyov Musavat Partiyasından Zaqafqaziya Seyminə üzv 
seçilir və öz xalqının mənafeyi naminə var qüvvəsi ilə çalışmağa 
başlayır. Bir neçə aydan sonra Seym buraxılır, Nəriman bəy Tif-
lisdə qalır və Mərkəzi Müsəlman Milli Şurasına daxil olur, may 
ayının 28-dən etibarən Tiflisdəki diplomatik nümayəndəlikdə 
məsləhətçi vəzifəsində işləyir. 
Azərbaycan Demokratik Respublikasının yaranması, beynəl-
xalq aləmdə baş verən dəyişiklərin bu respublikanın dünya döv-
lətləri tərəfindən tanınmasına kəskin ziyan vurulması  və mane-
çilik yaradılması, Qafqazdakı ingilis qoşunlarının baş komandanı 
Tomsonun Azərbaycan hökumətini tanımadığı və bu regionu Ru-
siyanın tərkib hissəsi hesab etdiyi barədəki bəyanatı gənc respub-
likada siyasi durumun qeyri-sabitliyinə sanki bir zəmin yaratmış-
dı. Belə bir şəraitdə  gənc dövlətin ali təhsilli mütəxəssislərə bö-
yük ehtiyacı olduğundan başqaları ilə birlikdə Nəriman bəy Nəri-
manbəyov  da Bakıya çağırılır, 1918-ci ilin 7 dekabrında parla-
mentin açılışı zamanı maliyyə nəzarətçisi vəzifəsinə təyin olunur
maliyyə-büdcə və aqrar komissiyalarına üzv seçilir. Nəriman bəy 
Nərimanbəyov daha sonra Azərbaycan Demokratik Respublikası-
nın dövlət nəzarət naziri vəzifəsini tutur. Sovet hakimiyyətinin 
qələbəsindən sonra siyasi fəaliyyətinə son qoyaraq yeni dövlətin 
qanun-qaydalarına tabe olan N.Nərimanbəyov Tiflisdə, Bakıda 
müxtəlif vəzifələrdə çalışsa da, Musavat Partiyasının “Müstəqil 
Azərbaycan uğrunda!”  şüarı ilə gizli fəaliyyətinin iştirakçıların-
dan biri olduğuna görə 1923-cü il iyunun 20-də digər musavatçı-
larla birlikdə həbs olundu [123-207].  
Zaqafqaziyada, o cümlədən də İrəvan quberniyasında yetişən 
ziyalılar dövrün haqsızlıqlarını, çarizmin burada yeritdiyi siyasə-
tin mahiyyətinin nədən ibarət olduğunu yaxşı başa düşürdülər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə