Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   19   20   21   22   23   24   25   26   ...   102

_________Milli Kitabxana_________ 
 
69
 
təbliğatçısı  “Əkinçi” (1875-1877), Tiflisdə  çıxan “Ziya” (1879), 
”Ziyayi Qafqaz” (1880-1884), “Kəşkül”dən (1880-1891) xeyli 
sonra işıq üzü görə bilmişdir [136-9]. Bu da öz növbəsində xalqın 
maariflənməsini təmin edən yetkin xadimlərin yetişməsinə imkan 
verməmiş, əsrlər boyu əldən-ələ keçən İrəvan quberniyasında mə-
dəniyyət və maarifin tərəqqisinə qayğısızlığın nəticəsi kimi ictimai 
fikrin ləngiməsinə səbəb olmuşdur. Nadanlığın və cəhalətin qəsdən 
daha çox mühafizə olunduğu bir quruluşda nəşriyyat, çap işinin 
təşkilinə diqqət yox dərəcəsində  idi.  Daha  doğrusu, mütəxəssis 
qıtlığı var idi. Ərəb əlifbasının yaratdığı çətinliklər üzündən şriftlər 
və digər çap ləvazimatları istehsalına başlamağa heç kəs girişmirdi. 
Mətbuatın, maarifin inkişafında müsbət rol oynayacaq vasitələrin 
qarşısına xurafat sədd çəkmişdi.  
Qərbi Azərbaycan ərazisində fəaliyyət göstərən azərbaycanlı 
məktəblərində, xüsusən də  İrəvan məktəblərində  dərs deyən 
müəllimlərin dərslik hazırlaması və həmin dərsliklərin Tiflisdə və 
başqa şəhərlərdə çap etdirilməsi işinə başlanılmışdı. Müəllim Mə-
həmmədvəli Qəmərli 1899-cu ildə “Atalar sözü ” kitabını, yazıçı 
Eynəlibəy Sultanov 1904-cü ildə iki pərdəli “Tatarka” pyesini 
doğma Azərbaycan dilində nəşr etdirmişdir. 
Sözü gedən dövrdə İrəvanda yeni məktəblərin açılması, dərs-
lik və bədii əsərlərin nəşri, teatr həvəskarlarının tamaşaları, mət-
buat milli mədəniyyətin və maarifin dirçəlməsindən xəbər verirdi. 
Maarifpərvər ziyalılar bu şəhərdə  mətbəə olmadığından 1871-
1898-ci illərdə yazdıqları dərslikləri, bədii əsərləri və xarici ölkə 
ədəbiyyatından etdikləri tərcümələri Təbriz, Tiflis, Baxçasaray 
şəhərlərində  nəşr etdirirdilər.  İrəvanda Azərbaycan dilində kitab 
nəşri XIX yüzilliyin sonlarına təsadüf edir. Qərbi Azərbaycan 
ədəbi mühitində folklor örnəklərinin nəşrinə  təşəbbüs XIX əsrin 
sonlarından başlanmışdır. Həmin dövrdən etibarən ötən əsrin 20-
ci illərinə kimi milli folklor mətnlərinin çapı ilə yanaşı, poetik söz 
sənətindən tərcümə nümunələri də işıq üzü görmüşdür. Filologiya 
elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Folklor 
İnstitutunun professoru İsrafil Abbaslı Azərbaycan folklorşünaslı-


_________Milli Kitabxana_________ 
 
70
 
ğı tarixində yaşadığı dövrün tanınmış ziyalısı  və maarif xadimi 
olan Məmmədvəli Qəmərlinin tərtibi ilə işıq üzü görmüş “Atalar 
sözü” kitabının nəşrindən (1899) yüz on ildən artıq bir vaxt keçsə 
də, qədim Azərbaycan torpağı, Türk-Oğuz yurdu İrəvanın adı ilə 
bağlı olan bu kitabı transliterasiya edərək 2003-cü ildə “Səda 
nəşriyyatı”nda yenidən çapına nail olmuşdur. “Atalar sözü”nün 
yeni nəşri barədə “Respublika” qəzeti öz oxucularına geniş məlu-
mat vermişdir [160]. Azərbaycan folklorşünaşlığı tarixində müs-
təqil janr kimi ilk orijinal “Atalar sözü” kitabının çap işi İrəvanın, 
xüsusən də  Qəmərlinskilər nəslinin tanınmış simalarından olan 
Məmmədvəli Qəmərlinin adı ilə bağlıdır. Bu əsərə daxil edilən 
750-yə yaxın atalar sözü, məsəllərin linqvonetik və mövzu cəhət-
dən zənginliyini müəllif öz dövründə diqqət mərkəzində saxlaya 
bilmişdir. İrəvan bölgəsinin ləhcəsinin, danışıq tərzi ilə bağlı olan 
hikmətli sözlərin regional səciyyə daşıdığını diqqətə çatdıra bil-
mişdir. Mətbuatımızın banisi Həsən bəy Zərdabi ilk “Atalar sö-
zü”nün nəşr olunmasının  əks-səda doğurduğunu, bir ədəbi-mə-
dəni hadisə olduğunu təqdir etmiş, hətta bu önəmli hadisəyə 
“Molla Nəsrəddin”jurnalı da ilk nömrəsində yer ayırmışdır.  
Müəllifin ön sözdə yazılmış mülahizələri faktlara əsaslanır. 
Qeyd edilir ki, Azərbaycanın qədim elm-mədəniyyət mərkəzlərin-
dən olan Bakı, Təbriz, Gəncə,  İrəvan, Zəncan kimi şəhərlərdə, 
həmçinin azərbaycanlılardan ibarət diasporanın məskunlaşdığı  İs-
tambul, Tiflis tək paytaxtlarda onlarla folklor kitabları həyata və-
siqə almışlar. Naşiri Həsənbəy Zərdabi olan “Türk nəğmələri məc-
muəsi” (B., 1901, təkrar nəşr: 1909), “Seyfəlmülk və Mələkə xa-
nım”, “Sərgüzəşt və  səfərnameyi  şahzadə Seyfəlmülk Mirzə” 
(Təbriz, 1903, 1904), “Kitabi-Mehri Mah” (Təbriz, 1908) nağıl-
dastanları,  Əlabbas Müznibin hazırladığı  “Şeyx Bəhlul lətifələri” 
(B., 1910), Aşıq Sumbatın şeirləri (B., 1911), Y.V.Çəmənzəminli-
nin adı ilə bağlı “Məlik Məmməd”in nağılı (B., 1911), Kərimbəy 
İsmayılovun “Nağıllar məcmuəsi” (B., 1911), “Kitabi-Mehri Mah” 
(Təbriz, 1911), “Aşıq Qərib” dastanı (Gəncə, 1912), F.Köçərlinin 
“Balalara hədiyyə” (B, 1912), Ağa Həsən Mirzəzadənin “Məlik 


_________Milli Kitabxana_________ 
 
71
 
Məmməd və  Yəmən padşahının nağılı” (B., 1912), “Bəhram və 
Güləndam” (Təbriz, 1913), “Kərəm ilə Əsli” (B., 1913), “Şahzadə 
Əbülfət və  Rəna xanım” (B., 1918), “Hekayeyi Şirin Fərhad ilə” 
(ilsiz) dastanları, Mirzə Abbas Abbaszadənin “Arvad ağısı, bayatı, 
haxışta, sevgi, layla, qaynana-gəlin sözləri” (B., 1914, təkrar nəşr: 
1918), Ağasıbəy Gəraybəyovun “Gülməli nağıllar” (B., 1915), 
“Mahnılar”, “Milli nəğmələr” (B., 1919) və sair kimi kitablar milli 
folklorumuzun mövzu və məzmun zənginliyindən soraq verir.  
“Əmsali-loğman, yaxud qırx iki nağıl və hekayə” (ərəb di-
lindən tərcümə edən Ü.Cəlal, B., 1889), “Molla Nəsrəddin məz-
həkəsi” (farscadan çevirəni  Ə.Müznib, B., 1909, təkrar nəşr: 
1911), “Əlibaba və qırx quldur” (rus dilindən çevirəni Məmməd-
sadıq Axundov, B., 1910, təkrar nəşr: 1914), 1910-1912-ci illərdə 
Əlabbas Müznib tərəfindən fars dilindən tərcümə edilərək 37 
hissədən – kitabdan ibarət “Əlifleyla” (Min bir gecə) nağılları 
folklor irsimizdə özünə əsaslı yer tapan nəşrlər olmuşlar.  
Müəllif bu və bu qəbildən olan onlarla folklor toplusunun 
nəşr tarixindən yüz ilə yaxın bir dövr keçdiyini vurğulayır. Mə-
nəvi-mədəni xəzinəmizin bu ilkin örnəklərinin əldə edilməsi istə-
nilən səviyyədə deyildir. Onların kitab halında olan az bir hissəsi 
qorunmuş,  əksəriyyəti isə mikrofilm, foto-surət saxlanıldığından 
faydalanılması çətinlik törətmişdir. 
Azərbaycanşünaslıq, xüsusilə folklorşünaslıq sahəsində apa-
rılmış çoxillik araşdırmaların  əksəriyyətində bu ədəbi-mədəni işə 
müraciət dolayı yolla həyata keçirilmişdir.  İlkin qaynağa istinad 
edənlərin  ədəbiyyat göstəriciləri isə sonrakı  tədqiqat işlərində 
“özününküləşdirilmiş”, araşdırmadan-araşdırmaya köçürülmüşdür. 
Poetik söz xəzinəmizin bu nadir incilərini yenidən nəşr edib 
elmi-ictimai fikrin istifadəsinə vermək çağdaş folklorşünaslarımı-
zın vacib məsələlərindən sayıla bilər. Bu mənada Azərbaycan 
MEA Folklor İnstitutunun həyata keçirdiyi “Azərbaycan folkloru-
nun ilkin nəşrləri” seriyası xüsusi əhəmiyyət kəsb edir. 
Tarixən Qədbi Azərbaycanda, türk diyarı kimi İrəvanda canlı 
ictimai-siyasi həyat tərzi davam etmiş, XIX əsrin sonları, XX əs-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə