Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   9   10   11   12   13   14   15   16   ...   102

_________Milli Kitabxana_________ 
 
39
 
rat Qulu, Hicri və başqalarından ibarət olan otuza yaxın şair, musi-
qiçi və alim Şuşa şəhərində mədəni həyata öz təsirini göstərir, ədə-
biyyatın inkişafına əvəzsiz xidmətlər edirdi. Mir Möhsün Nəvvabın 
1998-ci ildə “Azərbaycan” nəşriyyatıında çap edilən “Təzkireyi-
Nəvvab”  əsərində  də bu, öz əksini tapmışdır. Ümumən bu ədəbi 
məclislərdə təmsil olunan çoxsaylı şairlərin ədəbi yaradıcılığı Firu-
din bəy Köçərlinin həyatında da xüsusi rol oynamışdır. O, məhz 
belə bir ictimai şəraitdə, ədəbi, mədəni mühitdə yetişmiş, yazıb-ya-
ratmağa başlamışdır. Onun atası Əhmədağa Şərq poeziyasını möh-
kəm mənimsədiyindən saatlarla əzbərdən şeir deyərmiş. Güclü ha-
fizəyə, obrazlı təfəkkürə malik olduğu üçün Əhmədağa ədəbi məc-
lislərin  ən hörmətli üzvlərindən biri kimi tanınırmış. Elmə,  ədə-
biyyata, təhsilə böyük həvəs göstərən “Əhmədağa öz oğlunda şeirə 
və sənətə meyl oyatmaq, ona farsca təhsil vermək məqsədilə 9 yaş-
lı Firudini Şuşanın o zamankı müddərislərindən Mirzə  Kərim 
Münşüzadənin məktəbinə qoyur. Burada Firudin bəy Köçərli bütün 
köhnə tipli məktəb və mədrəsələrdə bir ənənə olaraq keçilən çərəkə 
və cüzləri, “Gülüstan” və “Büstan”ı öyrənir, “Leyli və  Məcnun” 
dastanını oxuyur”.  
Rus dilinin böyük təsir gücünü dərk edən Əhmədağa oğlu Fi-
rudinin rusca təhsil alması barədə düşünür və onda bu dilə maraq 
oyatmağa çalışırdı. 1876-cı ildə Firudini Şuşadakı rus məktəbinə 
qoyur. Uşaq üçüncü sinifdə ikən görkəmli pedaqoq-müəllim 
A.O.Çernyayevski ilə (1840-1897) görüşür... F.Köçərlinin həya-
tında maraqlı hadisələrdən biri onun Çernyayevskinin köməkliyi 
ilə 1879-cu dərs ilində Qori Müəllimlər Seminariyasına daxil ol-
ması idi. O, burada rus dilini və ədəbiyyatını dərindən öyrənir. 
Firudin bəy Köçərli 1885-ci ildə Qori Müəllimlər Seminari-
yasını bitirmiş, təhsilinl başa vurduqdan sonra müəllimlərinin təq-
dimatına əsasən İrəvan Müəllimlər Seminariyasına müəllim təyin 
olunmuşdu. 1885-1886-cı dərs ilindən pedaqoji fəaliyyətə başla-
mış, gənc kadrların hazırlanmasında əlindən gələni əsirgəməmiş, 
həmçinin poeziyaya, ədəbiyyata hədsiz maraq gıstərməklə yanaşı, 
rus dilindən vətəndaşlıq duyğusu ilə ilk tərcümələrini etməklə bə-


_________Milli Kitabxana_________ 
 
40
 
rabər, həm də M.S.Puşkinin “Topçu və balıq”, M.Y.Lermontovun 
“Üç xurma ağacı”, A.V.Koltsovun “A kişi, niyə yatıbsan?!” əsər-
lərindən  şeirlər tərcümələr etmiş, bu tərcümələri dərsliklərə 
salmışdir. 
Firudin bəy Köçərli kimi tərəqqipərvər bir pedaqoq İrəvan 
Müəllimlər Seminariyasında müəllim və seminariyanın pansiona-
tında mürəbbi (tərbiyəçi – Z.M.) vəzifəsində çalışmış, tələbələrin 
Islam dininin tarixini, türk dili və ədəbiyyatını öyrənməsində, ey-
ni zamanda onların ədəbi yaradıcılıqla məşğul olmasında bilik və 
bacarığını sərf etmişdi. Elə həmin vaxtdan da o, qədim Azərbay-
can ədəbiyyatını həvəslə ötrənməyə başlamışdır. İrəvanın yerli zi-
yalılarından Mirzə  Məhəmməd Qəmərli ona milli ədəbi irsi mə-
nimsəməkdə hərtərəfli qayğı və köməklik göstərmişdir.  
Firudin bəy Köçərli 1883-cü ildə Qafqazsenzura komitəsi tə-
rəfindən icazəsi verilən, Azərbaycan dilində Tiflisdə  nəşr edilən 
“Kəşkül” (1883-1891) qəzetinin [89] İrəvan müvəkkili olduğu 
üçün bir tərəfdən bu qəzetin və  mətbəənin çap etdiyi kitabların 
İrəvanda yayılmasına çalışırdı, digər tərəfdən tələbələrinin və yer-
li ziyalıların məqalələrini və bədii yaradıcılıq nümunələrini topla-
yaraq, çap olunmaq üçün redaksiyaya göndərirdi.  
“Kəşkül”ün 11 nömrəsi aylıq jurnal şəklində buraxılmış, 
1884-cü ilin yanvarından isə həftəlik qəzetə çevrilmişdi, redakto-
ru isə Rusiyada təhsil almış mütərəqqi fikirli ziyalı Cəlal Ünsüza-
də idi. O, bütün istedadını, yaradıcılıq imkanlarını yeni ədəbi hə-
rəkatın inkişafına sərf edirdi. Müəllimliklə yanaşı, jurnalistlik 
fəaliyyəti, yeni açılmış  məktəblər üçün dərslik və oxu kitabları 
hazırlaması, vacib ictimai problemlərə dair publisistik məqalələr 
yazması, Azərbaycan  ədəbiyyatına imkan daxilində yardım gös-
tərməsi onun vacib işlərindən idi. “Kəşkül”ün müəyyən hissəsini 
rus, fars dillərində yazılmış  məqalələr təşkil edirdi. Bir redaktor 
olmaq etibarılə C.Ünsüzadə “Kəşkül”də və digər mətbu orqanlar-
da mütərəqqi yazıları ilə  çıxış edən F.Köçərli, S.M.Qənizadə, 
Ş.Mirzəyev, H.Vəzirov, G.Kəngərli və b. kimi gənc ədəbi qüvvə-
lərin ilk qələm təcrübələri haqqında məsləhətlərini, tövsiyələrini 


_________Milli Kitabxana_________ 
 
41
 
verir, onları haqlı olaraq tərifləyir, yaradıcılıq məsuliyyətlərini ar-
tırırdı. Onların, həmçinin Azərbaycanın müxtəlif şəhərlərində ya-
zıb-yaradan  ədiblərin yaradıcılığına realist-demokratik istiqamət 
verməyi, onları redaksiyanın  ətrafında cəmləşdirməyi qarşısına 
məqsəd qoymuşdur [98].  
F.Köçərli yalnız jurnalın səhifələrində  bədii  əsərlər nəşr et-
məklə kifayətlənmirdi. Xüsusən də Qori Müəllimlər Seminariya-
sının məzunları ilə sıx əlaqə saxlayır, görüş və söhbətlər təşkil edir-
di. Belə görüşlərdən biri 1890-cı ildə bir qrup gənclə Nəriman Nə-
rimanovun redaksiyaya gəlməsi, vətənə, doğma xalqa sədaqətlə 
xidmət edəcəyinə and içməsi olmuşdur [81-56]. “Kəşkül”ün səhi-
fələrində ədəbiyyat məsələlərinə daha çox yer ayrılırdı. Qəzetdə bir 
sıra maraqlı şeir, hekayə, povest, poema və felyetonlar çap olunur-
du. “Əsəd və Fatma”, “Salman və Sərkiz”, “Qonça”, “M.F.Axun-
dovun tərcümeyi-halı”, “S.Əzim haqqında məqalələr”, Füzulinin 
“Leyli və Məcnun” poemasının rusca tərcüməsi, M.Y.Lermontov, 
A.P.Çexov,  İ.S.Turgenev, A.N.Ostrovski və başqalarının  əsərləri 
barədə materiallar “Kəşkül”ün səhifələrində  dərc edilirdi. Bu da 
mədəniyyətimizin inkişafına öz müsbət təsirini göstərirdi. Burada 
rus, gürcü və erməni klassiklərinin, eyni zamanda Hüqonun, Şille-
rin  əsərlərindən nümunələrə  də xüsusi yer ayırılırdı. Bəzən dini 
görüşlər təbliğ edən yazıların, ictimai məzmun kəsb edən əsərlərin 
buraxılmasına da yol verilirdi. Bu da senzuranın diqqətindən ya-
yınmırdı. Tiflis ədəbi mühitinə öz müsbət təsiri ilə seçilən bu qəzet 
redaktorunun imzası yerində səhvən mürəttib Mustafa Sultanovun 
imzası getdiyinə görə 1891-ci ildə “Kəşküi” bağlatdırıldı, 1903-cü 
ilədək Tiflisdə Azərbaycan dilində  qəzet və jurnalın buraxılması 
tamamilə məhdudlaşdırıldı [96-15]. Ancaq “Kəşküi” bağlandıqdan 
sonra Tiflisdə 26 adda qəzet və jurnaldan 14-ü rus, 6-sı erməni, 5-i 
gürcü, biri də fars dilində buraxılırdı [92].  
F.Köçərli İrəvanda pedaqoji fəaliyyəti ilə yanaşı, tərcüməçi-
liklə də məşğul olur, tələbələrini də bu işə həvəsləndirirdi. O, İrə-
vanda Azərbaycan dramaturqlarının  əsərlərinin səhnəyə qoyul-
masına böyük əhəmiyyət verirdi. Seminariya tələbələrinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə