Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   12   13   14   15   16   17   18   19   ...   102

_________Milli Kitabxana_________ 
 
48
 
Millətin oyanması üçün elmin, mədəniyyətin inkişafına daha çox 
əhəmiyyət verməyə  səy göstərirdilər. Belə uzaqgörən və  vətən 
övladlarını qəflətdən ayıltmaq ideyasına hər vasitə ilə çalışanlar-
dan biri də Məmmədqulubəy Kəngərli idi.  
Məmmədqulubəy Kəngərli. “Həyat” qəzetinin 1905-ci il 23 
sentyabr tarixli 71-ci nömrəsində  Məhəmmədqulubəy Kəngərli-
nin tərcümeyi-halını (Əxirən həyatına facianə bir surətdə xatimə 
çəkilən sabiq topçu ofiseri Məmmədqulubəy Kəngərli)  əks etdi-
rən nekroloqda göstərilir ki, [95] “Bu il avqust ayının (yəni 1905-
ci ilin – Z.M.) 29-da Batum şəhərində məşhur Məmmədqulubəy 
Kəngərlinin erməni komitəsi tərəfindən göndərilən ermənilər tə-
rəfindən  şəhid edildiyini duyub qəlbən ağlamıyan qafqazlı bir 
müsəlman yoxdur. Zənn edirəm, məhz millət yolunda qurban 
olan böylə bir vücudi-müqəddəsin tərcümeyi-halını yazmaq, bil-
məyənlərə tanıtmaq, onu bilən hər sahibqələmimizin,  əlbəttə,  ən 
birinci borcu idi. Nə fayda ki, indiyə qədər bu borcu yerinə yeti-
rən bir kəs meydana çıxmadı. Doğrusu, bu hal bu ğədrnaşünaslıq 
ümumi-millətin üstə bihədd naşükürlük töhməti qoyacağından 
qorxdum. Sevgili millətimə öylə böyük bir təqsiri rəva görmədim. 
Bu səbəblədir ki, sahibqələm olmaya-olmaya, mərhumun vətənin-
dən minlərcə verst uzaqda ola-ola qəlbim razı olmadı ki, öylə bir 
mücəssəmi-həmiyyətin, fədakari-millətin tərcümeyi-halı yazılma-
mış qalsın. Buna görə millətin qədrşünaslığı naminə  mərhumun 
tərcümeyi-halından bildiyim qədər yazıram.  
Mərhum Məmmədqulubəy Kəngərli  İrəvan quberniyasında 
Naxçıvan şəhərində 1864-cü səneyi-miladidə təvəllüd edib. Atası 
Naxçıvan bəyzadələrindən mayor Şəfi ağadır. 
Ən birinci, ən  əsaslı  təhsil demək olan “tərbiyayi-  əvvəliy-
yə”ni maarifpərvər atasından gördü. İkinci təhsil olan ibtidayi 
oxumağı xüsusi müəllimdən öyrəndi.  Ən birinci məktəbi-təbii 
olan “Ev tərbiyəsi”ni lazımınca qurtarıb, xaricdə oxuyacaq sinni-
nə çatan vaxt atasının silkinə daxil oldu. Yəni Tiflisdə hərbi mək-
təbənə – Kadeskki korpusuna girdi. Buranı tamam edəndən sonra 
Peterburqdakı  hərbi Mixaylovski topçu məktəbi-alisinə keçdi. 


_________Milli Kitabxana_________ 
 
49
 
Burada 1882-ci ildə ünter-afiserlik mənsəbi-əvvəlisini aldı. 1884-
cü ildə topçu məktəb-alisini kamali ləyaqətlə qurtarıb, afiserlik 
mənsəbilə  çıxdı. Xeyli illər afiserlik qulluğunda bulunub dövlət 
və vətəninə xidmətlər göstərdi. İstedad və əhliyyəti sayəsində az 
vaxtda hər kəsin nəzəri-təhsinini qazandı. Dirayət və iqtidarına 
görə ştabs-kapitanlıq mənsəbinə çıxarıldı. Dövlət və vətəninə dai-
ma sadiqanə, qəyuranə xidmətindən bir an geri qalmadı. 1893-cü 
ilə qədər əsgəri qulluğunda xidmət elədi.  
Dövlət və vətəninə elm və seyf ilə (qılınc vasitəsi ilə) göstər-
diyi xidmətləri bir az da elm və qələmlə göstərmək fikrinə düşdü. 
Ştabs-kapitan mənsəbində olduğu halda istefa verdi. Bir iki il və-
təni-əslisi olan Naxçıvanda qaldıqdan sonra İrəvan şəhərinə gəldi. 
Canından  əziz sevdiyi millətinin ziyadə  nəyə möhtac olduğunu 
təhqiq etdi. Bildi ki, İrəvan quberniyasının müsəlmanları dilsiz-
likdən, elmsizlikdən, dövlətin qanununu, məmurların ixtiyarlarını 
bilməməklərindən hər an bir müsibətdən digər bir bəlaya düçar 
olurlar. Bildi ki, ən  əvvəl müqtədir vəkil (advakat) olub millətə 
xidmətə buradan başlamaq lazım. Bu səbəblə bütün iqtidarını sərf 
edib, vəkillik imtahanına hazırlandı. Az vaxtdan sonra qanuni və-
killik ixtiyarını aldı. Bir az əvvəl nə cür mükəmməl bir topçu za-
biti idisə, indi də müxtədir bir vəkil oldu. Qılınc və qələmi birləş-
dirdi. Fəzl və qeyrəti, sidq və  nəcabəti sayəsində az vaxtda çox 
ziyadə kəsb şöhrət elədi. Peterburqdakı adlı, təcrübəli advakatlara 
müraciət edəcək olanlar məhrumun qüdrəti-nitqiyyəsindən, məlu-
mat ədliyyəsindən istifadə etməyə başladılar. İş və iqtidar söz və 
qövldə qalmadı. Qeyri vaxtda fəhlə meydanə  çıxdı.  Şəhidi-mər-
hum  İrəvanda  şöhrətli, diplomalı böyük advakatların qarşısında 
öhdəsinə götürdüyü böyük-böyük işləri ardı-arası  kəsilmədən 
müttəsil qazanırdı. Fəzl və iqtidarına  əlavə edilən alicənablığı, 
millətpərvərliyi, rəhimdilliyi mərhumun namını  hər kəsin yürə-
yində yer etdirdi. Bir çox advakatlar kimi pula, dövlətə  əsla ta-
mah etməzdi. Özü təbən, cinsən nəcibzadə nəcib idi. Könlü qəni, 
niyyəti ali, ümidi böyük, fikri rəsmi idi. O, nitqində, fəzl və ür-
fanda nə  mərtibə  şayani-imtisal idisə, qeyrət və  həmiyyədə, səy 


_________Milli Kitabxana_________ 
 
50
 
və ictihadda, millət və  həmiyyətpərvərlikdə o dərəcə  şayisteyi-
təqdir idi. Hər gün evində bir çox faqır, biçiz müsəlmanlar bulu-
nub, ərzi-hallarını pulsuz yazdırardılar. Dərdlərinə pulsuz dərman 
və çarə alardılar. Bu qədər məşğuliyyətlə bərabər, heç bir camaat 
işi olmazdı ki, mərhumi-cənnətməkan o işin ən atəşli məhəllində 
olmasın. Heç bir gün olmazdı ki, millət üçün xeyirli bir işin təd-
biriylə məşğul olmasın. Bu səbəblədir ki, şəhid ali məqam böylə 
ciddi, əhəmiyyətli bir xidmətilə məşğul ola-ola tərbiyə və təhsili-
ni əsla yaddan çıxarmazdı. Millətin səlamət və tərəqqisi üçün ən 
birinci qapı, ən birinci vasitə zamanənin təqazasına görə açılacaq 
“məktəb” olduğunu çox yaxşı bilirdi. Axırda vəkilliyin ağırlığına 
baxmayıb, Qafqazda birinci dəfə müsəlman leyli məktəbi (pan-
sion) açdı. Zabitliyi, vəkilliyi ilə  bərabər “pedaqoq” silkinə  də 
girdi. Ömürlərini müəllimlikdə çürüdüb, Qafqazın bu qədər bö-
yük şəhərlərində bir müsəlman pansiyonu aça bilməyin müəllim-
lərə ən ibrətbəxş bir nümunə və bir müəllim oldu. Pansiyonun az 
vaxt dərəceyi-tərəqqinin  ən üst mərtəbəsinə  çıxardı. Günlərinin 
bütün saatlarını gah vəkillikdə, gah məktəb müfəttişliyində, gah 
millət müşavirliyində keçirirdi. 
Axırda keçən mart ayında Irəvan müsəlmanlarına vükalətən 
Peterburqa getmək iqtiza etdi. Bu əhəmiyyətli və böyük əhəmiy-
yət dərayətli bir sahibi-ürfanə möhtac idi. Bu xüsusda öylə bir 
şəxs gərək idi ki, bu nazik və  məsuliyyətli işi öhtəsinə götürüb, 
vəzifəsini layiqincə ifa edəydi. Irəvanlılar bu barədə əsla zəhmət 
çəkmədilər. Çünki gözlərinin önündə dağ kimi sabatlı, aslan kimi 
cəsur, Xızr kimi mədariz, kəsifi-həqiqət kimi zəhmətkeş  Məm-
mədqulubəy qəlbi var idı. Ümum camaatın ittifaq və ittixasıyla 
mərhum bir neçə yoldaşla Peterburuqa getdi. Millətin hər növ 
dərd və ehtiyacını bizzat sərdari-əkrəm qraf Voronsov cənabla-
rına və daxiliyyə nazirinə ərz etdi. 
Biçarə miilətin hüququnu mühafizəyə, idarəyi-hökumətdə ix-
tiyar sahibi olmağın şəfahən-təhrinə çalışdı. Mərhumun ən ziyada 
çalışdığı  cəhət müsəlımanların hüququnu erməni və özgə  vətən-
daşlarla bir etmək idi. Mərhumun bu ali xahişi Qafqaziyada təkcə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə