_________Milli Kitabxana_________
5
bi-bədii, ictimai-siyasi faktlar əsasında səciyyəsini vermək olduq-
ca zəruridir.
Azərbaycan mədəniyyətinin mühüm və ən çox da erməni-
lərin heç bir əsası olmadan qədim Oğuz yurdunun əzəli və əbədi
dədə-baba torpaqlarını, İrəvan xanlığının tarixi ərazilərindəki ya-
şayış məskənlərinin adlarını erməniləşdirməklə, guya bu torpaq-
ların “həqiqi” sahibi olduqları barədə dünya ictimaiyyətində cə-
fəng uydurmalarla yanlış təsəvvür yaratdıqları indiki şəraitdə bu
ədəbi mühitin tədqiq olunması son dərəcə böyük əhəmiyyət kəsb
edən sahələrdən biridir.
Xalqımızın dünya mədəniyyəti tarixində adları fəxrlə çəkilən
çoxsaylı yazıçı, şair, publisist, alim və saz-söz sənətkarlarının
həyatı, fəaliyyəti, ictimai-siyasi mübarizəsi, mədəniyyəti və yara-
dıcılıq inkişafı ədəbi mühit timsalında formalaşmışdır.
XIX əsrin birinci qərinəsinin mürəkkəb hadisələr, quzeyli-
güneyli Azərbaycan xalqının taleyində ağır məşəqqətlər, qırğın-
lar, talanlar, işğallar və köçürmələrlə xarekterizə olunması, Qaf-
qazın, həmçinin ikiyə bölünən Azərbaycanın rus çarizmi tərəfin-
dən işğalı və İrandan, Türkiyənin müxtəlif ərazilərindən köçürü-
lən ermənilərin
1
Araz çayı sahillərində məskunlaşdırılmasının hə-
yata keçirildiyi bir şəraitdə çarizmin yeritdiyi bu siyasətin nələrlə
nəticələnəcəyini qabaqcadan qiymətləndirən ziyalıların öncül
dəstəsinin nümayyəndələri yetişməkdə idi.
Rusiyanın Zaqafqaziyada yeritdiyi siyasəti Azərbaycan xal-
qının mənəvi sarsıntıları ilə yanaşı, onun mədəni həyatında bir sı-
ra diqqətəlayiq yeniliklərin yaranmasına da səbəb olmuşdu. Azər-
baycanda realist ədəbiyyatın inkişafı, yeni tipli məktəblərin, gim-
naziya, seminariya və teatrların açılması mədəni yeniliklərdən idi.
XIX əsrdə Zaqafqaziyada xalqların rus inqilabçı-demokratları
ilə əlaqəsi olan yeni fikirli ziyalıların zamanın ictimai-siyasi zid-
diyyətlərindən baş çıxaran bütöv bir dəstəsi yetişmişdi. Ümummilli
1
Bax: А.С.Грибоедов. Горе от ума. Писъмо и записки. Баку, «Маариф»,
1989, стр.387; Н.Н.Шавров. Новая угроза русскому делу в Закавказъе:
предстоящая распрадажа Мугани инородцам. С.Петербург, 1911, стр.63,64.
_________Milli Kitabxana_________
6
ədəbi-ictimai fikrimiz Mirzə Fətəli Axundzadə realist ədəbi ənə-
nələrinin davamı ilə, “Molla Nəsrəddin” ədəbi məktəbi ilə səciy-
yəvidir. Həmin dövrün başlıca cəhəti olaraq, “ədəbiyyatımızda ye-
ni düşüncə tərzi, milli realist-maarifçilik məfkurəsi, eləcə də pub-
lisistika, mətbuat milli taleyin, gerçəkliyin həqiqətləri kimi əks
olunmuşdur.”
1
XX əsrin əvvəllərində müstəqil ideya-estetik kon-
sepsiya formalaşdırmağa müvəffəq olan “Molla Nəsrəddin” və
“Füyuzat” jurnallarının adları ilə bağlı satirik və romantik ədəbiy-
yat məktəbləri milli mədəniyyət tariximizə bir sıra parlaq nümu-
nələr bəxş etmək yolunda əvəzsiz rol oynamaqda idi.[171, 3-5]
Dövrünün məfkurəvi aynası olan “Molla Nəsrəddin”lə “Fü-
yuzat”ı, Cəlil Məmmədquluzadə ilə Əli bəy Hüseynzadəni Sovet-
lər dövründə qarşı-qarşıya qoysalar da, bu iki mütəfəkkiri əks ide-
ya təbliğatçıları kimi təqdim etsələr də, C.Məmmədquluzadə Əli-
bəy Hüseynzadəni “yazıçılıqda çox məharətli bir şəxs”, hətta
“möhtərəm yazıçı” adlandırırdı.
Əli bəy Hüseynzadə isə öz növbəsində həm Mirzə Cəlil ya-
radıcılığını bütövlükdə, həm də onun nəşr etdiyi “Molla Nəsrəd-
din” jurnalının fəaliyyətini, o dövrün sosial-iqtisadi, ədəbi-mədə-
ni həyatında mövcud olan hər cür geriliyə, cəhalətə, fanatizmə
qarşı mübarizədəki rolunu yüksək qiymətləndirir, tənqidin, riş-
xəndin, yumorun islahedici rolunu təsdiq edirdi. O, “Molla Nəs-
rəddin və Dəbistan” adlı məqaləsində yazırdı: “Molla Nəsrəddin
izanlı məqalələri, lətifələri, həcvləri nigarişxanələrindən geri qal-
mır, böyük bir hünər və istedad ilə yazıldığı aşkardır...Hər halda,
“Molla Nəsrəddin”in müdiri və “Molla Nəsrəddin”in müridi Cəlil
Məmmədquluzadə cənablarını müvəffəqiyyətləri üçün təbrik və
qəzetinin qiraətini bütün oxucularımıza tövsiyə edirəm”.
Bu misallardan aydın olur ki, hər iki mühərririn, hər iki jur-
nalın məramı eyni olmuşdur – xalqın mədəni yüksəlişi, intibahı,
----------------------
1
Bax. N.Axundov. “Molla Nəsrəddin” jurnalının nəşri tarixi”, Bakı,
1959, səh., 8.; Şurəddin Məmmədli. Azərbaycan ədəbiyyatının Borçalı qolu,
Tiflis, 2003. səh.143.
_________Milli Kitabxana_________
7
istiqlaliyyəti. Bunların hər ikisi demokratiyanın, demokratik döv-
lət quruculuğunun tərəfdarı idilər[160].
Əli bəy Hüseynzadənin redaktoru olduğu “Füyuzat” jurnalı
və digər mətbuat orqanları, qəzet və jurnallar ictimai və fəlsəfi
fikrin, habelə milli romantik bədii ədəbiyyatın yayılması sahəsin-
də öz sözünü deməyə müvəffəq olsa da, dövrün ictimai-siyasi
ziddiyyətlərini əks etdirən məsələlərin füyuzatçılar tərəfindən Pe-
terburq, İstanbul, İrəvan, Kəlküt, Tiflis və s. şəhərlərdə nəşr olu-
nan ədəbi-bədii və ictimai yazıların araşdırılması ciddi elmi ma-
raq doğururdu. Milli ictimai fikir tariximizdə təkanverici xidmət-
ləri ilə seçilən, məşhur maarifçi-xeyriyyəçi Hacı Zeynalabdinin
maliyyəsi ilə “Kaspi” mətbəəsində nəşr edilən “Füyuzat”ın 1906-
1907-ci illər ərzində 32 nömrəsi işıq üzü görmüşdü. Bu jurnalın
mahiyyəti barədə titulunda yazılırdı: “...ədəbi, fənni, siyasi, icti-
mai, müsəvvir, həftəlik türkcə məcmuəyi-islamiyyətdir”. Burada
mövzu müxtəlifliyi, elmi-fənni yazılar, ədəbi-bədii və ictimai-si-
yasi məqalələrlə yanaşı, dünya ədəbiyyatından tərcümələrə, maa-
rif, səhiyyə, tarix, coğrafiya, sosiologiya, psixologiya, fizika, ar-
xeologiya, şərqşünaslıq, diplomatiya, ədəbiyyat nəzəriyyəsi, tən-
qid tarixi, dilçilik, musiqi, rəssamlıq və s. sahələrə xüsusi əhə-
miyyət verilirdi.
Cəmiyyətdə, qonşu ölkələrin ictimai-siyasi həyatında, ədəbi
hərəkatımızda baş verən hadisələr, gedişatlar, satirik şeirin, bədii
nəsrin, dramaturgiyanın üstünlüyü ələ alması milli məfkurəmizə
və bədii-estetik təfəkkürümüzə yeni ovqat gətirmişdi. Ümumi
Azərbaycan və Tiflis ədəbi mühitindəki günü-gündən artan yeni-
lik meylləri, demək olar ki, Irəvan və Naxçıvan ədəbi mühitlərin-
də də açıq şəkildə özünü göstərməkdə idi.
“Tiflis ədəbi mühiti öz əhəmiyyəti və zənginliyi ilə Azərbay-
can ədəbiyyatşünaslarının diqqətini həmişə cəlb etmişdir. Onlar
Tiflisdəki Azərbaycan ədəbi mühiti ilə bağlı sənətkarların həyat
və yaradıcılığına dair çoxlu tədqiqat əsərləri yazmışlar. Bu mühit
haqqında geniş təsəvvür yaradan ədəbiyyatşünas alim Əziz Şəri-
fin bir sıra tutarlı tədqiqatlarında, xalq yazıçısı Mirzə İbrahimo-
Dostları ilə paylaş: |