Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   2   3   4   5   6   7   8   9   ...   102

_________Milli Kitabxana_________ 
 
11
 
buatın inkişaf etdirilməsi sahəsində vaxtı ilə  həyata keçirilən
ötən əsrlərin Qafqazla bağlı mətbu orqanlarında öz əksini tapan, 
lakin dövrün ictimai-siyasi durumunun qanunlarının qoyduğu qa-
dağaların tələbləri baxımından araşdırılmayan, yalnız və yalnız 
arxiv sənədlərində yatıb qalan maraqlı məlumatların üzə çıxarıl-
masına daha çox əhəmiyyət verilmişdir. Mühitin ictimai-siyasi və 
ədəbi tarixinə  nəzər yetirilmiş, həm yazılı, həm də  şifahi xalq 
ədəbiyyatının nümayəndələrinin  İrəvan xanlığının  əhatə etdiyi 
ərazilərdə yaradıcılıqlarının bu və ya digər cəhətlərinin bədii nü-
munələr  əsasında səciyyələndirilməsi, sənətkarlıq məsələlərinin 
təfsiri tədqiqatın əsas predmetidir.  
Monoqrafiyada ilk dəfə olaraq göstərilən dövrün ictimai-si-
yasi hadisələrınin bilavasitə iştirakçısı və şahidi olan, gördükləri-
ni qələmə alan, İrəvan xanlığında dünyaya göz açan, lakin zama-
nın siyasi olaylarından başqa-başqa diyarlarda yaşamağa məhkum 
olan, öz vətənini yalnız nisbələrində yaşadan məşhur “İrəvani-
lər”in həyat və fəaliyyətləri, aşıqların, el şairlərinin, elm, maarif, 
teatr sahəsində xalqının maddi və mənəvi dəyərlərə yiyələnməsini 
fəaliyyətlərinin başlıca mənası sayan məktəbdar, demokratik ruh-
lu ziyalıların əməli işləri ümumiləşdirilmişdir. Qafqaz mühitində, 
xüsusən də Tiflis mühitində təhsil alıb formalaşan və Azərbayca-
nın böyük dövlətlərin bilavasitə siyasi maraqları üzündən salın-
mış olduğu mövcud durumundan hər hansı vasitə ilə  çıxarmaq 
üçün ədəbi-bədii mübarizədə əllərindən gələni əsirgəməyən mütə-
fəkkirlərin rolu həddindən artıq böyük olmuşdur. Tiflisdə və İrə-
vanda fəaliyyət göstərən “Molla Nəsrəddinçi”lərin, o cümlədən 
ilk yazılı mətbuat abidəsi kimi İrəvanda işıq üzü görən “Lək-lək”, 
“Bürhani-həqiqət” jurnalları  ətrafında cəmləşənlərin yaradıcılıq-
ları, tərcümeyi-halları dürüst şəkildə diqqətə cəlb edilmişdir. Eyni 
zamanda, Qərbi Azərbaycan  ədəbi mühitinin XIX əsrdə  və XX 
əsrin 20-ci illərindəki dövrünün sənət həyatı, istər yazılı, istərsə 
də şifahi ədəbiyyatın ənənə, novatorluq və bu anlayışların qarşı-
lıqlı əlaqəsi, ədəbiyyatın, incəsənətin, mədəniyyətin inkişafı sahə-


_________Milli Kitabxana_________ 
 
12
 
sində araşdırmaların nəticələri barədə elmi-nəzəri qənaət və mü-
lahizələr irəli sürülmüşdür.  
İrəvan ədəbi mühitinin XIX əsrdə və XX əsrin 20-ci illərin-
dəki dövrü, həmçinin Aşıq Ələsgərin, Şişqayalı Aydının həyat və 
yaradıcılıq yolu öyrənildiyi halda, Qərbi Azərbaycandan çıxan 
çoxsaylı ədəbi simalar barədə bu və ya digər elmi-tədqiqat əsərlə-
rində ötəri söhbət açılsa da, onların yaradıcılıqları hələ geniş təh-
lilini gözləyir. Qərbi Azərbaycan  ədəbi mühitinin XIX əsrdə  və 
XX  əsrin 20-ci illərindəki dövrünün öyrənilməsi zaman-zaman 
itirdiyimiz  əzəli Azərbaycan torpaqlarını, ermənilər tərəfindən 
xalqımızın başına gətirilən min bir fəlakətlərin unudulmaması, 
gələcək nəsillərin qan yaddaşından silinməməsi, öz tarixini, əzəli, 
əbədi dədə-baba yurdlarına qayıdışlarını yaddan çıxarmamaq 
üçün təcrübi əhəmiyyətə malikdir. Bu araşdırmanın Dağlıq Qara-
bağın, onunla həmsərhəd olan ərazilərimizin Ermənistanın silahlı 
qüvvələri tərəfindən qeyri-qanuni işğal altında saxlanıldığı indiki 
zamanda orta və ali təhsil ocaqlarında öyrənilməsi də əhəmiyyət-
lidir. 


_________Milli Kitabxana_________ 
 
13
 
I FƏSİL 
 
İRƏVAN ƏDƏBİ, İCTİMAİ-SİYASİ,  
MƏDƏNİ MÜHİTİNİN TARİXİ VƏ REGİONAL 
ÖZÜNƏMƏXSUSLUĞU 
 
Hər hansı ölkənin tarixən kimin Vətəni olmasını sübut edən 
bir sıra dəlillər vardır. Bu amilləri çoxları həmin ərazilərdə gedən 
tarixi proseslərin kimin həyatında baş verməsi ilə, bəziləri həmin 
ərazilərdə yayılan coğrafi adların saxlanması ilə sübut edirlər. 
Bunların hər ikisi mühüm əhəmiyyətə malik olan faktorlar kimi 
diqqəti cəlb edir. Daha doğrusu, o amillər ki, dəyişkəndir və də-
yişdirilə biləndir, onlardan əldə edilən nəticələri  əks tərəf bəzən 
qəbul etməyə bilər. Çünki hər hansı  qəsbkar zəbt etdiyi ərazidə 
yer adlarını tez surətdə dəyişdirib, o yerləri “özününkü” edə bilər. 
Və ya özünün intellektual və texniki vasitələrindən istifadə edə-
rək onları  dəyişdirib, köhnə tarixlə  nəşr edib buraxmaqla, son 
dövrlərin coğrafi adlarının  əsassız olduğunu “sübut edə” bilər. 
Beləliklə, indiki yer adlarının dəyişdirilməsinin mümkünlüyü nə-
zərdə tutulan məqsədi poza bilər. Ona görə də bu və ya digər əra-
zinin kimin olmasını sübut etmək üçün dəyişdirilməsi mümkün 
olmayan elə tarixi faktlardan istifadə etmək lazımdır ki, onu də-
yişdirmək və özününküləşdirmək mümkün olmasın. Zənnimcə, 
belə bir fakt həmin yerdən çıxmış alimlər və dövlət xadimləridir 
ki, onlar vətənlərini özlərinə soyad (nisbə, məkani təxəllüs) kimi 
qəbul edərək özlərini vətənləşdiriblər. 
Belə bir əzəli Azərbaycan torpağı İrəvan vilayətidir və onun 
paytaxtı İrəvan şəhəridir. İrəvanda tarixən yaşamış oğuz türkləri-
nin soyadlarını əbədiləşdirən övladları haqqında xeyli məlumatlar 
vardır. Bu barədə onlarla kitablar, kitabça və məqalələr yazılmış-
dır. Bu problemlər içərisində yerli kadrların vətənləşmə dərəcələ-
rini aydınlaşdıran yazılar yoxdur. Vətənləşmə yerli kadrlar arasın-
da olsa da, bu məsələ haqqında maraqlananlar çox az olmuşdur. 
Yüksək sosial yetişkənliyi olan şüurlu, əqidəli hər bir insan mənə-


_________Milli Kitabxana_________ 
 
14
 
viyyatca vətənləşir. Vətənləşmə ideyası öz vətənini özünün adın-
da, soyadında həkk etməsindədir. Bu cəhətdən vətəndə yaşayan-
lar özlərinin doğulduğu, bəzən də yaşayıb-yaratdığı yaşayış mən-
təqəsini və ya ölkəni özünə nisbə (məkani təxəllüs) götürürlər. 
Onlar dünya mədəniyyətindən bəhrələnərək, bəşəriyyətin zehniy-
yətini artırmaq üçün əllərindən gələni əsirgəmirlər. 
Bu məqsədlə, məsələn, professor E.Q.Mehrəliyev tarixin də-
rinliklərinə baş vurmadan bir sıra İrəvanilər haqqında az-çox mə-
lumatları xalqa çatdırmağı özünə borc bilmişdir. Onun oxuculara 
çatdırmaq istədiyi İrəvanilərdən dəfələrlə çox bu nisbədə yaşayıb-
yaratmış  İrəvanilər (habelə  “İrəvani” nisbəlilər) yetişmişdir. Həm 
də ola bilər ki, elə böyük alimlər olub ki, İrəvani nisbəsi deyil, 
onun öz dövrü üçün mühüm olan başqa bir şəhərdən (və ya əyalət-
dən) çıxan şəxs özünə həmin yeri nisbə götürmüşdür. Bu adamlar 
da öz vətənlərinin əzəli Azərbaycan torpaqları olmasını sübut edən 
bir fakt kimi özlərinə nisbə, “təxəllüs” seçmişlər. Belə şəxslərdən 
biri haqqında məşhur tədqiqatçı Malik Mahmudov (1983) xəbər 
verir ki, qədim zamanlarda yaşamış Əbül-Fədl İsmayıl ibn Əli ibn 
İbrahim əl-Gəncəvi kimi böyük alim fiqh və hədis elmlərini Əli əl-
Masisi kimi mötəbər alimdən dərs almışdır.  Əli  əl-Masisi on 
birinci yüzillikdə yaşamış böyük alim olmuşdur [132, 188]. 
Yuxarıdakı fakt onu göstərir ki, təkcə “İrəvani” nisbəli deyil, 
Qərbi Azərbaycanda olan hər bir yerdən çıxıb, vətənini özünə nis-
bə götürən başqa alimlər də olmuşdur. Bütün bu torpaqların özü-
nün  əzəli yurdu olmasını özlərinin nisbələri ilə tarixdə saxlayan 
şəxslər haqqında arxivləri araşdırmaqla, qaldırmaqla onları tanıt-
maq çox zərüridir. Bu barədə yeri gəldikcə monoqrafiyanın mü-
vafiq səhifələrində söhbət açılacaqdır. 
Tarixi-coğrafi mövqeyinə  gəlincə  qədim yaşayış  məskənlə-
rindən olan İrəvan şəhəri hələ Qaraqoyunluların və Ağqoyunlula-
rın hökmranlığı dövründən Çuxur Səd viyayətinin inzibati mər-
kəzi olmuşdur.  
“İrəvan xanlığının tarixinə  qısa bir nəzər salsaq görərik ki, 
İran və Osmanlı dövlətləri arasında döyüş meydanına çevrilən və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə