_________Milli Kitabxana_________
42
M.F.Axundovun “Dərviş Məstəli şah” komediyasını 1890-cı il
aprel ayının 4-də tamaşaya qoyması böyük marağa səbəb olmuş,
həmin gün İrəvan Müəllimlər Seminariyasının tələbəsi Rzayevin
“Günahsız nigah” adlı vedovilinin oynanılması da yaddaqalan
tarixi hadisəyə çevrilmişdi.
Qeyd olunmalıdır ki, F.Köçərlinin tövsiyəsi və rəhbərliyi
əsasında hər iki pyesin əsas rollarında tələbə Haşım bəy Vəzirov
oynamış, sonralar həvəskar artist kimi V.Şekspirin “Otello” faciə-
sində Otello rolunu da xüsusi məharətlə ifa etmişdı.
F.Köçərli on il İrəvan Müəllimlər Seminariyasında çalışır,
1895-ci ildə Qori Müəllimlər Seminariyasına şəriət və türk dili
müəllimi vəzifəsinə dəyişdirilir. Onun “Müxtəsər tərcümeyi-halı”-
nı yazan F.Ağazadə Firudinin geniş hafizəyə və biliyə malik ol-
duğunu yüksək qiymətləndirərək yazırdı: “Firudin bəyin nəinki
farscanı, bəlkə türkcəni böylə kəmalınca öyrənə bildiyini qeyd et-
mək lazımdır... Rus yazıları ilə türkcə müqayisə edilsə, məramının
rusca ifadəsi türkcədən daha səlis, daha mətin olduğu görülə bilər.
Bu cəhəti özü dəxi duyduğu üçün daim türk ədəbiyyatı ilə məşğul
olmuş və nəticədə əsrinin ədibləri tərəfindən müqtədir yazıçılar ki-
mi təhsinlər görmüşdür... Qori Müəllimlər Seminariyasında şəriət
və türk dili müəllimi işləyən Köçərli Qafqaziyaya dağılmış gənc
müəllimlər tərəfindən dərin hörmətlərə məzhər olmuşdur [37]
[156]”. Tanınmış alimlərdən Kamal Talıbzadənin “XX əsr Azər-
baycan tənqidi” [176] və “Sənətkarın şəxsiyyəti” [175], Bəkir Nə-
biyevin “Firudin bəy Köçərli” adlı monoqrafiyalarında [156] F.Kö-
çərlinin zəngin yaradıcılıq yolunu istənilən səviyyədə işıqlandır-
dıqlarından onun XX əsr Azərbaycan ədəbiyyatının inkişafindaki
xidmətlərindən monoqrafiyada geniş söhbət açılmamışdır.
Qafqazda mətbuatın formalaşması istiqamətində mütərəqqi
ideyalı, maarifçilik-məktəbdarlıq sahəsində yorulmadan çalışan,
heç nədən qorxub-çəkinməyən ziyalıların böyük bir dəstəsi Tiflis-
də cəmləşmiş və öz fəaliyyətləri ilə kifayət qədər tanınırdılar. Diq-
qəti özünə cəlb edən maarifpərvər qələm və söz sahiblərindən bir
çoxunu, o cümlədən Firudin bəy Köçərlini və İrəvan ədəbi mühi-
_________Milli Kitabxana_________
43
tində təzə-təzə ədəbi-bədii fəaliyyəti ilə tanınan Haşım bəy Vəziro-
vu Qafqazda nəşr olunan qəzet və jurnallarda dərc olunan məqalə-
lərindən yaxşı tanıyırdılar. Haşım bəy Mirabdulla oğlu Vəzirov
(1868, Şuşa - 4 fevral 1916, Bakı) Azərbaycan jurnalisti, yazıçısı-
dır. O, İrəvan Müəllimlər Seminariyasını bitirmiş, 1906-cı ilədək
İrəvanda, Bərdə, Şəki və Şuşada müəllimlik etmişdir. Bütün şüurlu
həyatını vətən övladlarının şüurunun oyanmasına, mədəni səviyyə-
sinin yüksəldilməsinə sərf edən, çoxcəhətli fəaliyyəti ilə onların
tərəqqisinə çalışan Haşım bəy Vəzirov öz doğma xalqının ictimai
fikir tarixində özünəməxsus yer tutur. Onun XIX əsrin sonu, XX
əsrin əvvəllərində xüsusən Qərbi Azərbaycanın, bütövlükdə Azər-
baycanın mədəni həyatında, ictimai-siyasi, bədii-estetik fikir tari-
xində görkəmli pedaqoq, jurnalist, nasir və yazıçı-dramaturq kimi
fəaliyyəti müasirlərindən daha çox fərqlənmişdir. O, iyirmi beş
ildən artıq yorulmadan ictimai fəaliyyətlə məşğul olmuşdur.
Haşım bəy Mirabdulla oğlu Vəzirov (atasının adı Azərbay-
can Sovet Ensklopediyasında səhvən Mir İman kimi verilmişdir –
Z.M.) 1868-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Onun ulu
babası Mir İmamverdi Qarabağ xanının vəziri olmuş, övladları
xanlıqda bəyzadələr kimi məşhurlaşmış, camaat arasında “vəzir-
vəzir” adı ilə tanınmış, sonradan “vəzir” ifadəsini özlərinə soyadı
seçdiklərinə görə “Vəzirovlar” adlanmışlar.
Haşım bəyin uşaqlıq və gənclik illəri Şuşa şəhərində keç-
mişdir. Azərbaycanın ruslar tərəfindən işğalından sonra xanlığın
mədəniyyət, sənətkarlıq, ticarət mərkəzi olan Şuşa özünün keçmiş
əzəmətini itirmiş, əyalət şəhərinə çevrilmişdir. Rus çarizmi azər-
baycanlıları itaətdə saxlamaq üçün Qarabağ xanlığına çoxlu rus
və erməni (ermənilər əsasən İrandan gətirilib) ailələri köçürmüş,
“ipə yatmayan” xanzadə və bəyzadələri təqib edir, hüquqlarını
məhdudlaşdırır, tabe olmayanları Sibirə sürgün edir, var-dövlətini
müsadirə edərək öz sadiq “qullarına”, məmurlarına “səxavətlə”
paylayırdı. Çarizmin qəddar müstəmləkəçilik siyasəti bütövlükdə
Azərbaycanda, o cümlədən Qarabağda törədilən etnik qırğınları
üçün zəmin yaratmışdır.
_________Milli Kitabxana_________
44
Haşım bəy ilk təhsilini “zamanının ali tərbiyə və təlim gör-
müşlərin”dən hesab olunan atası Mirabdulladan almış, on iki ya-
şında atadan yetim qalmış, anası Nənəş xanımın tərbiyəsi ilə bö-
yümüş və təhsilini davam etdirmişdir. Anası onu şəhər mədrəsə-
sində dərs verən (ilahiyyatçı) müəllimlərdən Molla Həmid və
Mirzə Əlinin mədrəsəsində oxutmuş, sonra isə Şuşa şəhərindəki
hökumət məktəbinə qəbul etdirmişdi.
Haşım bəy Şuşa şəhər realnı məktəbini müvəffəqiyyətlə bi-
tirmiş, təhsilini İrəvan Müəllimlər Seminariyasında davam etdir-
mişdir. İrəvan Müəllimlər Seminariyasının ana dili və şəriət
müəllimi, görkəmli pedaqoq və alim Firudin bəy Köçərli Haşım
bəy Vəzirovun formalaşmasında əvəzsiz rol oynamışdır. O, bu-
rada da Şuşada olduğu kimi ana dili, fars və ərəb dilini dərindən
öyrənmiş, həmçinin İslam dininin tarixini, ehkamlarını böyük
maraqla mənimsəmişdir.
İrəvan Müəllimlər Seminariyasını bitirən Haşım bəy Vəzirov
müəllimlik hüququ almış, İrəvan quberniyasının Böyük Vedi və
bir çox başqa kəndlərində, Cavanşir qəzasının Alpout, Şəki qəza-
sının Göynük, yenə Cavanşir qəzasının Bərdə kəndlərində müəl-
lim və məktəb müdiri işləmişdir. Onun maarifçilik fəaliyyətinin
müəyyən dövrü doğma şəhəri Şuşa ilə bağlıdır. Şuşa ziyalıları
rus-Azərbaycan tipli məktəblərin açılmasına hədsiz maraq göstə-
rərək məscid nəzdində bu işin təşkilinə nail olmuş, nəticə olaraq,
Haşım bəy Vəzirovun müdirliyi ilə 1898-cı il oktyabrın 6-da Şu-
şada ikisinifli rus-tatar məktəbi açılmış, şəhər müsəlman cəmiy-
yətinin xahişi ilə məktəbin müəllimlərinə dövlət qulluqçusu və
çarın tacqoyması münasibətilə həmin məktəbə “Şuşa Nikolayevsk
rus-tatar məktəbi” adı verilmişdir [119]. Zaqafqaziyanın hər ye-
rində, o cümlədən Şuşada, İrəvanda və digər yerlərdə qız məktəb-
lərinin yaranmasına təşəbbüs göstərilirdi. XX əsrin əvvəllərində,
hələ ötən əsrdən meydana çıxan dövlət məktəbləri, gimnaziyalar,
real məktəblər öz fəaliyyətini davam etdirirdı. Artıq bütöv Azər-
baycanın bir çox guşələrində bu tipli rus-Azərbaycan məktəblə-
rində iki il ərzində tədris olunan dilləri şagirdlər öyrənə bilirdilər.
Dostları ilə paylaş: |