Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   6   7   8   9   10   11   12   13   ...   102

_________Milli Kitabxana_________ 
 
30
 
miş, hətta azərbaycanlıların yaşayış yerlərinin, kənd və şəhərləri-
nin adlarını dəyişdirib, o yerləri erməniləşdirmək, “türksüz Ermə-
nistan” yaratmaq siyasəti yeritmişlər. 
Azərbaycan tədqiqatçılarının elmimizə  və  mədəniyyətimizə 
ögey münasibətini, biganəliyini isə onunla izah etmək olar ki, o 
yerdə yaşayıb-yaradanları bəzi hallarda bir növ özümüzünkü he-
sab etməmişik və bununla da ümumi Azərbaycan elminin və mə-
dəniyyətinin vacib bir hissəsinə ögey münasibət bəsləmişik. Baş-
qa sözlə desək, erməni olmadıqlarına görə onlar “erməni xalqının 
tarixindən”, Azərbaycanda yaşamadıqlarına görə “Azərbaycan 
xalqının tarixi”ndən kənarda qalmışlar. 
Arxiv sənədləri göstərir ki, XIX əsrdə bütün Qafqazda azər-
baycanlılar Qərbi Azərbaycanda daha sıx yaşamışlar. Zəngin 
maddi və mənəvi sərvətləri, folklor ədəbiyyatı, aşıq sənəti, kütlə-
vi məktəb  şəbəkəsi, incəsənət, memarlıq abidələrinin orijinallığı 
[78] ilə  fərqlənmişlər. Həmçinin Qərbi Azərbaycanda yaşayan 
azərbaycanlılar ədəbi dilimizi, dinimizi, adət-ənənələrimizi qoru-
yub saxlamaqda və daha da zənginləşdirməkdə, başqa millətlərlə 
nigaha girməməkdə də bir nümunə olmuşlar. 
Qərbi Azərbaycan mühitində yaşayıb-yaradan ziyalılardan 
söhbət açarkən onu da qeyd etmək lazımdır ki, o yerlərdə yaşayan 
xalqın ümumi mədəni səviyyəsi, elm və mədəniyyəti, xalq maari-
fi və  məktəb təhsilinin ümumi mənzərəsinə ötəri olsa da nəzər 
salmaq yerinə düşərdi. Şimali və Cənubi Azərbaycan kimi, Qərbi 
Azərbaycanda da xalq maarifi və məktəb təhsili özünəməxsus in-
kişaf yolu keçmişdir. 
XIX əsrin 80-ci illərinə aid məlumatlara görə Dağıstan vila-
yəti ilə birlikdə cəmi Zaqafqaziyada 1557 ruhani məktəbi fəaliy-
yət göstərir ki, burada da 18604 şagird oxuyurdu. Şagirdlərin çox 
hissəsi İrəvan və Gəncə quberniyalarının və Dağıstan vilayətinin 
payına düşürdü. 
Başqa bir məlumata görə, cəmi Qafqazda yaşayan 1073515 nə-
fər azərbaycanlıların hər 58 nəfərinə, dövlət məktəblərinin rus dilində 
oxuyan şagirdlərinin sayını buraya daxil etməsək, 1 şagird düşürdü. 


_________Milli Kitabxana_________ 
 
31
 
Azərbaycanda məktəbdarlıq və maarifçiliyin inkişafı onun 
Qərb hissəsində də özünü qabarıq göstərməkdə idi. Burada xalqın 
savadlanması üçün ölkənin bir sıra yaşayış məntəqələrində mək-
təblərin açılması, həmin məktəblərdə milli dillərlə yanaşı, rus di-
linin öyrənilməsi diqqətdən yayınmırdı. Tiflis, Qori və Rusiyanın 
başqa iri şəhərlərində  təhsil alanlar vətənə qayıtdıqdan sonra 
müxtəlif kənd və  qəsəbələrdə  məktəb açılması üçün ciddi səy 
göstərirdilər. Belə təhsil almış gənclərdən biri də Mirzə Ələkbər 
Elxanovdur. O, 1828-ci ildə Uluxanlı  kəndində anadan olmuş, 
İrəvan şəhərindəki baş məscid nəzdindəki ruhani məktəbini bitir-
miş, sonra isə rus dilini öyrənmiş, 1856-cı ildə Tiflis gimnaziya-
sında imtahan verərək Azərbaycan dili müəllimi adını almışdı. 
Uluxanlıda yaşlı  nəslin nümayəndələrindən Mirzə Zeynalabdın 
Rzayev, Əsədulla Musayev, Şıxəli Bağırov, qonşu Sarvanlar kən-
dinin 112 yaşlı sakini Məmmədəli Nəsirov və başqaları M.Ə.El-
xanovun yüksək mənəvi keyfiyyətlərindən maraqla söhbət açar-
dılar. Onun Uluxanlı məktəbinin açılmasında hədsiz rolu olduğu-
nu, kasıbların balalarına köməkliyini, “Əkinçi” qəzetinin nömrə-
lərini və bir çox kitabları camaat arasında gətirib oxuduğunu hə-
mişə xoş xatirələrlə yad edərmişlər [184-3].  
Qərbi Azərbaycan maarifi və  məktəbi ümumi Azərbaycan 
maarifi və mədəniyyəti ilə birgə addımlayır, Zaqafqaziyada və Ru-
suyada baş verən pedaqoji yeniliklər, mütərəqqi məktəb təcrübəsi 
və pedaqoji ideyalar bura da nüfuz edirdi. İrəvan məktəbləri bəzi 
məsələlərdə hətta irəli gedirdi. Səs üsulu ilə ana dili dərsliklərinin 
meydana gəlməsi XIX əsrə  təsadüf edir. Böyük rus pedaqoqu 
K.D.Uşinskinin xəlqilik ideyası, “Vətən dili” və “Uşaq aləmi” 
dərslikləri Zaqafqaziyada özünə ardıcıllar tapırdı. Belə ardıcıllar-
dan biri də Zaqafqaziyada birinci İrəvan gimnaziyasında 30 ilə qə-
dər Azərbaycan dili müəllimi olmuş Mirzə Ələkbər Elxanov idi. 
M.Ə. Elxanov  əslən Uluxanlıdandır.  Şəhərdəki  Şah Abbas 
məscidi nəzdindəki mədrəsədə mükəmməl təhsil almışdır. Onun 
səs üsulu ilə tərtib etdiyi “Vətən dili” dərsliyi XIX yüzilliyin 80-
ci illərində Rusiya Xalq Maarif Nazirliyində müzakirə edilərək 


_________Milli Kitabxana_________ 
 
32
 
çapa tövsiyə edilmişdir. Sözü gedən əsrin sonlarına doğru İrəvan-
da yeni məktəblər açılır, şəhərin teatr həvəskarları tez-tez tamaşa-
lar göstərirdilər. “Rus-Azərbaycan” qız məktəbləri  əhalinin rəğ-
bətini qazanmışdı. Məktəbin müdiri Haşım bəy Nərimanbəyov, 
Irəvan gimnaziyasının müəllimlərindən  İsmayıl bəy  Şəfibəyov
İrəvan Müəllimlər Seminariyasının Azərbaycan dili müəllimi Rə-
him Xəlilov, Mirzə Məmmədvəli Qəmərlinski, Axund Məmməd-
bağır Tağızadə və b.-nın bu sahədəki xidmətləri unudulmazdır. 
İrəvanda yeni üsullu ana dili məktəbinin banisi olan Məşədi 
Molla İsmayıl Hacı Kazımovun qabaqcıl təcrübəsi Cənubi Azər-
baycanda da yayılmışdı. 
XIX əsrin sonlarında təbrizli müəllim maarifçilər Mirzə Hə-
sən Rüşdiyyə, Axund Mirzə Əli, Mirzə Kazım təlimin yeni üsul-
larını öyrənmək üçün İrəvana gələrək, qabaqcıl təcrübəni mənim-
səmiş  və  vətənlərinə qayıdaraq orada da yeni üsullu məktəblər 
açmış, hətta yazdıqları dərsliklərin adını “Vətən dili” qoymuşlar. 
Sövtü üsulla Azərbaycan dilinin tədrisinin mükəmməl proqramı 
da İrəvan Müəllimlər Seminariyasının müəllimi Firudin bəy Kö-
çərlinin müəllifliyi ilə İrəvan gimnaziyasında meydana gəlmişdir.  
Qərbi Azərbaycan memarlıq, rəssamlıq məktəbləri ilə  də 
fərqlənmişdir.  İrəvan memarları  tərəfindən Təbrizdə, Heratda, 
Məşhəddə, Səmərqənddə, İrəvanda və Gəncədə ucaldılan məscid-
lər, mədrəsə binaları Azərbaycan memarlıq sənətinin  şah  əsərlə-
ridir. Qərbi Azərbaycanda kitab nəşri, yerli müəlliflər tərəfindən 
qələmə alınan ədəbi-bədii əsərlər, başqa dillərdən edilən tərcümə 
əsərləri, ana dilində nəşr edilən dövri mətbuat 
– 
bütün bunlar Qər-
bi azərbaycanlıların qədim və  zəngin mədəniyyətindən, başına 
gətirilən bəlalara görə, acı taleyindən xəbər verir (“Azərbaycan” 
qəzeti, 23 aprel 1998).  
1828-1840-cı illərdə “erməni vilayəti”nin mərkəzi, sonra qə-
za şəhəri, 1849-cu ildən isə quberniya mərkəzi olan İrəvanın icti-
mai-siyasi və mədəni həyatında yeni mərhələ başlamışdır. Həmin 
mərhələ dövrünün mütərəqqi fikirli adamları  tərəfindən tarixdə 
rus şovinizminin əsarəti mərhələsi kimi səciyyələndirilir. Bu mər-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə